ŞÜKRULLA

Allaha təşəkkür, Tanrıya minnətdarlıq.
ŞÜKRİYYƏ
ŞÜKRÜ
OBASTAN VİKİ
Şükrulla xan Mərəndi
Şükrulla xan Mərəndi və ya Şüca Nizam (Mərənd – 1908, Mərənd) — Mərənd hakimi, Məşrutə əleyhidarı. Şükrulla xan Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi. Xeyli kəndləri, qışlaqları, yataqları, yaylaqları vardı. Məhəmmədəli şah Qovanlı-Qacar Təbrizdə vali olarkən onunla dostlaşmışdı. Şükrulla xan Mərəndi Məşrutə inqilabının əleyhidarlarından idi. Səttar xana qarşı çıxmışdı. 1907-ci ilin 20 iyunda Şüca Nizam, Əmir Ərşad, Əmir Əşair, Hacı Fərəməz xan Təbrizə hücuma keçmişdi. O, Heydər xan Əmioğlu tərəfindən öldürüldü.
Şükrulla xan Sədrai
Şükrulla xan Hacı Məhəmmədhüseyn xan oğlu Sədrai (1873, İsfahan – Tehran) — Xalxal hakimi, nazir, Məşrutə hərəkatının üzvü. Şükrulla xan 1878-ci ildə İranın İsfahan şəhərində anadan olmuşdur. Atası Hacı Məhəmmədhüseyn xan Sədrəddövlə Müzəffərəddin şah Qacarın təşrifat rəisi idi. Şükrulla xan ibtidai təhsilini molla yanında, ali təhsilini mədrəsədə almışdı. Atası Xalxalın hakimliyindən Təbrizə, vəliəhd Müzəffərəddin mirzənin sarayına gətirilmiş, onu həmin vilayətə göndərmişdilər. Atasının vəfatından sonra şahzadənin təşrifat işlərinə başçılıq etmişdi. Mötəmədi-Xaqan ləqəbini daşıyırdı. Sonra Qəvamüddövlə ləqəbinə yiyələnmişdi. Müzəffərəddin mirzə 1896-cı ildə Tehrana yollanarkən Şükrulla xanı da özü ilə saraya aparmışdı. O, sarayda iç xidmətlərin birinə, rəisi-xəlvət deyilən bir vəzifəyə təyin olunmuşdu.
Mirzə Şükrullah İsfahani
Mirzə Şükrullah İsfahani — Səfəvi şahı I Şah Təhmasibin (1524–1576) baş mühasibi və daha sonra nüfuzlu dövlət xadimi Mirzə Salman Cabiri ilə əvəz olunana qədər 1576-cı ilin avqustundan 1577-ci ilin iyun ayına qədər olan qısa bir müddətdə II Şah İsmayılın (1576–77) baş vəziri vəzifəsini yerinə yetirən milliyyətcə fars olan dövlət xadimi. Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. 1–304.
Şükrullah Xəlvəti
Şükrullah Xəlvəti (Zubovka – 1473, Bakı) - tanınmış xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin tələbəsidir. Şeyx Şükrullahın atasının adı Qasımdır. Atası Mədinəli olub ərəb əsillidir. Anadoluda Sandıqlıda doğulmuşdur. Qaramanoğulları ilə Zülqədəroğulları arasındkı müharibədə burdan köç edərək Bakıya gəlmişdir. Bakıda Seyid Yəhyaya biət edən Şeyx Şükrullah uzun illər Seyid Yəhyaya xidmət edərək xəlvətilik təriqətində şeyxdən sonra ən yüksək məqam olan pişuqədəm məqamına yetişmişdir. Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda Seyid Yəhyanın ortancıl oğlu Fəthullah şeyxlik iddiası edib, ondan öncə posta oturmuşdur. O, dərvişlik ədəbi ilə "Şeyxin oğludur" - deyə onun bu hərəkətinə dözmüşdür. Tezliklə Seyid Yəhyanın oğlu Fəthullah vəfat etdiyinə və buradakı dərvişlərin təkidi ilə Bakıya gələrək uzun illər şeyxlik edən Şükrullah Xəlvəti həm təriqəti yenidən canlandırmağa çalışmış, həm də müridlərin tərbiyəsi ilə məşğul olmuşdur. Onun çox ədəbli, gözəl xasiyyətli, səkinət sahibi və kamali-fəqr üzrə bir halı varmış.