BALLICA

su kənarında bitən və yeyilən ot, pəncər.
BALLIBƏYİM
BALLIXANIM
OBASTAN VİKİ
Ballıca
Ballıca (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Ballıca (Türkiyə) — Ballıcalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Ballıca (Miyanə)
Ballıca (fars. اللوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (52 ailə).
Ballıca (Xocalı)
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər burada məskunlaşmışdılar. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və o qondarma özünü “Dağlıq Qarabağ respublikası” adlandıran separatçı rejimin nəzarətində olmuşdu. Separatçı rejim tərifindən kənd Ayqestan adlandırılırdı. Bu müddət ərzində Ballıcada Ermənistan ordusunun silah anbarı qurulub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsi zamanı 5 oktyabr 2020-ci ildə Ballıc kəndində yerləşən silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edilib.
Ballıca mağarası
Ballıca mağarası və ya digər adıyla İndərə — Qara dəniz bölgəsində, Tokatın adını daşıyan Ballıca, Pazar kəndində yerləşən bir mağara. Təxminən 3,4 milyon il əvvəl başladığı təxmin edilən Ballıca mağarası 680 metr uzunluğunda və 90-94 metr yüksəkliyindədir. Cəmi 5 mərtəbədən və 9 zaldan ibarət olan, bəzi hissələrdə hələ də formalaşmaqda davam edən mağarada yay və qışda orta temperatur 17-24 dərəcə arasında, orta rütubət isə 55% -dən çoxdur. Makaron formalı stalaktitlər, sütunlar, təbii hovuzlar, mağara gülləri və soğan formalı stalaktitlər dünya üçün ən yaxşı nümunələrdir. Türkiyədə soğan formalı stalaktitlərin olduğu tək mağaradır. Mağaraya girdikdən sonra 19 metr qalxdıqdan sonra, 75 metr enilir. Dünyanın ən böyük mağaralarından biri olan Ballıca, 1995-ci ildən bəri ziyarətçilər üçün açıqdır. Tokat şəhər mərkəzindən 33 km və Pazar ilçəsindən 8 km məsafədədir. Mağaradan 70 metr aralıda avtodayanacağı var. Ziyarətçilərin sayı 2000-ci ildə 55 min, 2006-cı ildə 60 min, 2017-ci ildə 110 min nəfər olmuşdur.
Alma ballıcası
Alma ballıcası (lat. Psylla malı) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin psillidlər (ballıcalar) fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin ballıcanın bir cüt şəffaf qanadları vardır. Baş və döşü sarımtıl-yaşıl, qarıncığı, bığcığı və ayaqları sarıdır. Bığcıqları 10 buğumludur. Bədəninin uzunluğu 2,5 mm-dir. Sürfəsi yastıdır, ayaqları qısadır, bədəni tünd qəhvəyi, gözləri isə kəskin qırmızıdır. Nimfası göyümtül-yaşıldır. Yumurtası uzunsov ovalvari olub, saplaqvaridir, rəngi narıncıdır və uzunluğu 0,4 mm-dir. == Həyat tərzi == Alma ballıcası yumurta mərhələsində qışlayır.
Ballıcalı
Ballıcalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ballıcalı Neftçala rayonunun Boyat inzibati ərazi vahidində kənd. Salyan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İorsulu kəndindən çıxmış ailələrin Ballıcalı adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Ərazinin adı isə burada ballıca otunun bitməsi ilə bağlıdır.
Ballıcamirək (Meşkinşəhr)
Ballıcamirək (fars. باللوجه ميرك‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,723 nəfər yaşayır (378 ailə).
Zeytun ballıcası
Zeytun ballıcası (lat. Euphyllura olivina) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ballıcalar fəsiləsinə aid olan növ. Yetkin fərdin bədəni tünd sarı, sürfəninki narıncı, nimfanınkı isə yaşıldır. Yetkin dişi fərdin uzunluğu 2–2,5 mm-dir. Yumurtası uzunsov ovaldır, əvvəlcə ağ, sürfənin çıxma ərəfəsində isə narıncı rəngdə olur. Qışlama noyabrın sonu, dekabrın əvvəllərində, havanın orta gündəlik temperaturu 100C-dən aşağı olduqda başlayır. Qışlamadan çıxma aprelin ortalarında temperatur 10,5–110C-dən yuxarı olduqda başlayır. Qışlamadan çıxdıqdan təxminən iki həftə sonra dişilərin daxilində yumurtalar yetişir. Yumurtalarını budaqlar üzərinbə qoyurlar. Hər bir dişi fərd orta hesabla 350 yumurta qoyur.

Digər lüğətlərdə