1. Güman edirəm ki, bağırmaq, böyürmək, bəyirmək, banlatmaq tipli sözlər tarixi baxımından qohumluq əlaqələrinə malikdir, onların etimoloji kökü ba hissəsidir. Bu etimonun mənasını mənbələrdə tapa bilmədim, ehtimal ki, bağır (ciyər), boğaz anlayışları ilə əlaqədar bir söz olub.
2. Banq farsca səs deməkdir, q samiti ixtisara düşdüyündən söz ban+la formasında sabitləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)