Xalqların Demokratik Partiyasının bağlanması işi
Xalqların Demokratik Partiyasının bağlanması işi — Xalqların Demokratik Partiyasının (HDP) bağlanmaqla hədələndiyi, yüzlərlə siyasətçisinin isə beş il müddətinə siyasi qadağa ilə üzləşdiyi hüquqi prosedur. HDP-nin Kürdüstan Fəhlə Partiyası (PKK) ilə təşkilati əlaqələri olmaqda ittiham edilmişdir.
== Zəmin ==
Keçmişdə bir neçə kürdyönümlü partiyalar qadağan edilmişdir. Həmçinin, kürdyönümlü siyasətçilər tez-tez qanuni təqib və həbs cəzaları ilə üzləşmişlər. Daxili İşlər Nazirliyi 2019-cu ilin mart ayında keçirilən bələdiyyə seçkilərindən bəri onlarla seçilmiş HDP bələdiyyə sədrini vəzifəsindən azad etmiş, İslam Dövlətinin (İD) həyata keçirdiyi Kobaninin mühasirəsi zamanı Kobanidə kürd əhaliyə dəstək verən Kobani etirazlarına görə yüzdən çox siyasətçi ömürlük həbslə hədələmişdir. Türkiyə hökumətinin bir neçə nümayəndəsi HDP-ni terror təşkilatı olmaqda ittiham etmiş və MHP lideri Dövlət Baxçalı onun bağlanmasını tələb etmişdir. Baxçalı bildirmişdir ki, dövlət ittihamçısı bağlanma işi başlamazsa, MHP-nin özü Türkiyə Partiya qanunu ilə bağlı onun bağlanmasını tələb edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da partiya liderlərini terrorçu adlandırmışdır. Millət vəkili Maral Danış Beşdaş məhkəmənin partiyanın bağlana biləcəyini, ancaq partiyanın hərəkatının bağlana bilməyəcəyini bildirmişdir. Partiyanın həmsədri Mithat Səncər kürdyönümlü partiyaların bağlandığı vaxtlarda olduğu kimi, hərəkatın başqa bir partiyada yenidən toplanacağını qeyd etmişdir.