beyinsiz
beynəlmiləl
OBASTAN VİKİ
Gəncə Beynəlxalq Xəstəxanası
Gəncə Beynəlxalq Xəstəxanası — Qafqaz regionunda ən iri özəl klinikalarından biri. == Haqqında == Gəncə Beynəlxalq Xəstəxanası 9 sentyabr 2015 tarixindən fəaliyyətə başlamışdır. Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Gəncə Beynəlxalq Xəstəxanası geniş profilli xəstəxana olaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində yerləşir. Gəncə Beynəlxalq Xəstəxanası 2 sentyabr 2016-cı ildə Qafqazda JCI (Joint Commission International) tərəfindən akkreditə edilmiş ilk xəstəxana olaraq tarixə düşmüşdür. == Ambulator və Stasionar müalicə == Xəstəxanada ambulator və stasionar müalicə xidmətləri göstərilir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə 38 (bunlardan 5 junior suit, 4 suit, 2 VİP) tək çarpayılı və 12 çox çarpayılı xəstə otaqlarından ibarətdir. Ümumilikdə 73 çarpayı vardır. Ambulator pasiyentlərin rahatlığı üçün geniş şərait yaradılmışdır. Belə ki, pasiyentlər vaxt itkisi yaşamasın deyə, öncədən qeydiyyata yazılaraq təyin olan vaxtda həkim müayinəsinə daxil olurlar.
Beynəlxalq Münasibətlər
Beynəlxalq münasibətlər — siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini öyrənir. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. 1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi.
Beynəlxalq arbitraj
Beynəlxalq arbitraj— Arbitraj mübahisələrin həlli üçün milli məhkəmələrin yurisdiksiyasına alternativ bir metoddur və yalnız qanunla icazə verilmiş mübahisələrin həllini tərəflərin müəyyən etdiyi bir və ya daha çox müstəqil üçücü tərəfə — arbitra verir. Beynəlxalq arbitraj iki dövlət arasında, ya da bir dövlətlə beynəlxalq bir təşkilat arasında, ya da xüsusi bir şəxs və ya özəl qurum ilə dövlət arasında, ya da xüsusi bir qurum və ya fərqli millətlərdən olan insanlar arasındakı arbitraj deməkdir. == Tarixi == Dövlət sferasında beynəlxalq arbitrajın tarixi Jay sazişinə əsaslanır. 1794-cü ildə Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatları arasındakı bu müqavilə 1872-ci ildə Alabama müqaviləsi üçün bir model rolunu oynadı. Bu müqavilə imzalandıqdan sonra beynəlxalq müqavilələrdə arbitraj maddəsi istifadə edilməyə başlandı. Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında 1958-ci il New York Konvensiyası arbitraj qərarlarının tanınmamasına səbəb ola biləcək vəziyyətə aydınlıq gətirilməsi baxımından bu sahədə əhəmiyyətli yer tutur. == Üstünlükləri == Tərəflər arbitrajın yerini, mübahisəyə dair qərar verəcək hakimləri, qərarın dilini və bu məhkəmədə tətbiq ediləcək prosedur qaydalarını seçmək hüququna malikdirlər. Məhkəmə hakimiyyətinin yanında arbitraj təşkilatının mövcudluğunun səbəbləri; dövlət məhkəmə sistemindəki yüklərin azaldılması; beynəlxalq münasibətlərdə milli məhkəmələrin qərəzsizliyi ilə əlaqəli haqlı narahatlıqlar, ticari münasibətlərdə iştirak edən tərəflər üçün bu münasibətlərdən irəli gələn sabitliyi və inamın təmin edilməsi; mübahisənin mövzunu yaxşı bilən mütəxəssislər tərəfindən həll edilməsinin məqsədəuyğunluğu, dövlət məhkəməsi ilə müqayisədə daha sürətli və daha qənaətli bir şəkildə bir həll yolu tapılması. Arbitraj razılaşması tərəflər arasında mövcud hüquqi münasibətlərdən yaranan və ya yarana biləcək mübahisələrin hamısını və ya bəzilərini arbitraj yolu ilə həll etməyə dair bir razılaşmadır.
Beynəlxalq dil
Beynəlxalq dil — bütün dünya üzrə əhəmiyyətli dərəcədə çox sayda insanlar arasında istifadə edilən dil. == Xarici keçidlər == Beynəlxalq dil — Facebook səhifəsi English 'world language' forecast (BBC, December 2004) World Language Maps 1903 article - Are We To Have An International Language?
Beynəlxalq hesablaşmalar
Valyutada pul tələbləri və öhdəlikləri dövlətlər, müxtəlif ölkələrin ərazisində yerləşən fiziki və hüquqi şəxslər arasında iqtisadi, siyasi, mədəni münasibətlərin əsasında yaranır. Beynəlxalq hesablaşmalar yuxarıda göstərilən pul tələbləri və öhdəlikləri üzrə ödəmələrin təşkili və tənzimlənməsini əks etdirir. Beynəlxaql hesablaşmalar bankların gündəlik fəaliyyətidir. Onlar dünya ictimaiyyəti tərəfindən işlənmiş və əksər ölkələr tərəfindən qəbul edilmiş şərt, norma və qaydalar əsasında beynəlxalq hesablaşmaları həyata keçirir, xaricə ödəmələr edirlər. Beynəlxalq hesablaşmalar sferasında bankların fəaliyyəti dövlətlər və beynəlxalq iqtisadi təşkilatlar tərəfindən tənzimlənir. Beynəlxalq hesablaşmalar əsasən nağdsız qaydada və banklar vasitəsilə həyata keçirilir. Bu zaman müxtəlif ölkələrin kredit təşkilatları, bankları arasında müxbir münasibətləri qurulur. Bu məqsədlə banklar hesabların (nostro – bankın digər banklarda hesabları, loro – digər bankların bankda hesabları) açılması barədə qarşılıqlı müxbir sazişləri imzalayırlar. Bu sazişlərdə hesablaşma qaydaları, komission mükafatlandırmanın həcmləri, həmçinin vəsaitlər xərcləndikcə müxbir hesabların yenidən vəsaitlə təmin edilməsi metodları öz əksini tapır. Banklar beynəlxalq hesablaşmaları özlərinin xarici filialları və bölmələri vasitəsilə də həyata keçirə bilərlər.
Beynəlxalq hüquq
Beynəlxalq hüquq — hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxalq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir. == Müasir Beynəlxalq hüquq == Müasir Beynəlxalq hüququn 400 il əvvəl yarandığını, formalaşmağa başladığını desək də beynəlxalq sistemin fundamental konsepsiyalarının yaranmasını min illər əvvəl dövlətlərarası siyasi münasibətlərdə görə bilərik. Təxminən e.ə 2100-cü ildə Laqaş və Umma hakimlərinin bağladıqları müqaviləni buna misal göstərmək olar. Bu müqavilə dövlətlərarasındakı sərhədləri müəyyənləşdirirdi. Başqa bir nümunə II Ramzes və Hetlər arasında bağlanmış əbədi sülh və qardaşlıq müqaviləsini göstərə bilərik. Hansı ki e.ə 1286-cı ildə bağlanmışdı. Bu müqavilə Şam şəhərinin şimalında (Kadeş şəhərində) bağlanıb və müharibənin bitməsini, ərazi bütövlüyünü və nəhayət müdafiə alyansının yaradılmasını da nəzərdə tuturdu. Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi və s.
Beynəlxalq idman
Beynəlxalq idman — İdmanda ın azı iki ölkənin təmsil olunduğu arenadır . Ən məşhur beynəlxalq idman nümunəsi Olimpiya Oyunlarıdır. Digər nümunələrə FIFA Dünya Kuboku və Paralimpiya Oyunları daxildir. ABŞ və Kanada arasında keçirilən kriket matçı hər hansı bir idman növündə oynanan ilk beynəlxalq matçdır. Müasir beynəlxalq idman tədbirləri böyük bir biznesdir . Çünki burdakı dünya ölkələri bir–birinə siyasi , iqtisadi , mədəni və digər aspektlərdən təsir göstə bilir . == Tarix == Əvvəlcə Olimpiya Oyunlarinın tarixinə nəzər salaq . Qədim Olimpiya Oyunları Qədim Yunanıstandan olan bir neçə şəhər-dövlət və krallıq nümayəndələri arasında keçirilən və əsasən atletika, həm də döyüş və maşın yarışlarını əhatə edən bir sıra yarışlar idi. Olimpiya oyunları zamanı iştirakçı şəhər dövlətləri arasında bütün mübarizələr oyunlar başa çatana qədər təxirə salındı. Olimpiadanın mənşəyi sirr və əfsanə ilə örtülmüşdür.
Beynəlxalq iqtisadiyyat
Beynəlxalq iqtisadiyyat — müxtəlif malların, xidmətlərin, işçi qüvvəsinin, kapitalın və digər istehsal amillərinin beynəlxalq mübadiləsi sahəsində müxtəlif dövlətlərin təsərrüfat subyektləri arasında qarşılıqlı təsir qanunauyğunluqlarını öyrənən bir fəndir. Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir. BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir. BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri aşağıdakılardır: Mikrosəviyyə — burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar çıxış edir; Makrosəviyyə — bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal şirkətləri göstərmək olar; Üstmilli səviyyə — bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət göstərir. BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti vardır.BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət növləri,kapital,texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan ibarətdir.BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardan, beynəlxalq şirkətlərdən,sahibkarlar ittifaqlarından ibarətdir.Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər vədövlət orqanlarından ibarətdir. == Beynəlxalq iqtisadiyyatın məqsədi == Beynəlxalq iqtisadiyyatın tədqiqat obyekti dünya və ya dünya iqtisadiyyatıdır. Dünya iqtisadiyyatı — beynəlxalq əmək bölgüsündə iştirak edən və beynəlxalq iqtisadi münasibətlər sistemi ilə əlaqələndirilən ayrı-ayrı ölkələrin məcmusudur. Beynəlxalq iqtisadiyyatın obyektləri, eyni zamanda bu gün həcmi 9 trilyon ABŞ dolları olan beynəlxalq ticarətdə dövriyyədə olan mal və xidmətlərdir. Beynəlxalq iqtisadiyyatda mal və xidmət mübadiləsi böyük həcmlər, çeşidlərin genişliyi, keyfiyyət fərqliliyi ilə xarakterizə olunur. == Beynəlxalq iqtisadiyyat kursu quruluşu == Beynəlxalq iqtisadiyyat nəzəriyyəsi kursu 2 hissədən ibarətdir: Beynəlxalq mikroiqtisadiyyat dünya bazar iştirakçılarının maraqları və imkanları ilə müəyyən edilmiş davranış qaydalarını öyrənir.
Beynəlxalq konfranslar
== B ==
Beynəlxalq konvensiyalar
Ətraf mühit sahəsində qəbul edilmiş beynəlxalq konvensiyalar — ətraf mühitin mühafizəsi sahəsində dövlətlər arasında bağlanan müqavilə, saziş. Beynəlxalq hüquqi sənəddir. == Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalar == “Davamlı Üzvi Çirkləndiricilər haqqında” Stokholm Konvensiyası Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair Rotterdam Konvensiyası “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” Orxus Konvensiyası İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasının Kyoto protokolu “Səhralaşmaya qarşı mübarizə üzrə” Paris Konvensiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyasının Su və Sağlamlıq haqqında protokolu “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiya (Helsinki) “İqlim dəyişmələri üzrə” Çərçivə Konvensiyası “Bioloji müxtəliflik haqqında” Rio-de-Jeneyro Konvensiyası “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Espo Konvensiyası “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası “Ozon qatını dağıdan maddələr üzrə” Monreal protokolu “Ozon qatının mühafizəsi haqqında” Vyana Konvensiyası “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Avropa Konvensiyası (Bern Konvensiyası) “Köçəri vəhşi heyvan növlərinin qorunması üzrə” Bonn Konvensiyası “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Cenevrə Konvensiyası “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CITES) «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» Beynəlxalq Konvensiya “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında” Paris Konvensiyası.
Beynəlxalq maliyyə
Beynəlxalq maliyyə (beynəlxalq monetar iqtisadiyyat və ya beynəlxalq makroiqtisadiyyat da adlanır) — iki və ya daha çox ölkə arasında pul və makroiqtisadi münasibətlərlə geniş şəkildə məşğul olan maliyyə iqtisadiyyatının bir sahəsidir. Beynəlxalq maliyyə qlobal maliyyə sisteminin dinamikasını, beynəlxalq pul sistemlərini, tədiyyə balansını, valyuta məzənnələrini, birbaşa xarici investisiyaları və bu mövzuların beynəlxalq ticarətlə necə əlaqəli olduğunu araşdırır. Beynəlxalq maliyyə, bəzən çoxmillətli maliyyə kimi də adlandırılır, əlavə olaraq beynəlxalq maliyyə idarəetməsi məsələləri ilə bağlıdır. İnvestorlar və transmilli korporasiyalar siyasi risk və valyuta riski, o cümlədən əməliyyat riski, iqtisadi risk və transfer riski kimi beynəlxalq riskləri qiymətləndirməli və idarə etməlidirlər. Beynəlxalq maliyyədə əsas anlayışların bəzi nümunələri Mandell-Fleminq modeli, optimal valyuta sahəsi nəzəriyyəsi, alıcılıq qabiliyyəti pariteti, faiz dərəcəsi pariteti və beynəlxalq Fişer effektidir. Beynəlxalq ticarətin tədqiqi əsasən mikroiqtisadi anlayışlardan istifadə etdiyi halda, beynəlxalq maliyyə sahəsində tədqiqatlar ilk növbədə makroiqtisadi konsepsiyaları araşdırır. Beynəlxalq maliyyənin monetar və siyasi riskləri daha çox onunla əlaqədardır ki, suveren dövlətlər valyuta buraxmaq, öz iqtisadi siyasətlərini formalaşdırmaq, vergilər yığmaq, insanların, malların və kapitalın öz sərhədləri boyunca hərəkətini tənzimləmək hüququna və səlahiyyətinə malikdirlər. == Tarixi == === Çin və fiat valyutası === Kağız pul ideyası min ildən çox əvvəl Çində Yuan, Tan, Sonq və Ming sülalələri dövründə yaranmışdır. Tan sülaləsi dövründə (618-907) metal pul vahidinə tələb yüksək idi ki, bu da qiymətli metalların təklifini üstələyirdi. İnsanlar artıq kredit notlarının istifadəsi ilə tanış idilər və tez bir zamanda kağız vərəqlərini və ya kağız qaralamaları qəbul etməyə başladılar.
Beynəlxalq miqrasiya
Beynəlxalq miqrasiya — insanlar dövlət sərhədlərindən keçərək və qonaq ölkədə qısa müddət ərzində ev sahibi kimi qaldığı təqdirdə baş verir. Miqrasiya bir çox səbəb üzündən baş verir. Bir çox insanlar öz ölkələrini bir digər ölkədə daha geniş iqtisadi imkanlar axtarmaq məqsədilə tərk edirlər. Digərləri ailə üzvləri ilə birgə öz ölkələrindəki siyasi duruma və ya bir başqa səbəbdən miqrasiya edirlər. Təhsil beynəlxalq miqrasiyada bir ayrı səbəblərdən biridir ki, bu halda tələbə xaricdə təhsilini davam etdirir. Beynəlxalq miqrasiyanı bir neçə müxtəlif potensial sistemlər üzrə kateqoriyalaşdırmaq mümkündür ki, bu sistemlərdən biri onları 9 fərqli qruplara bölür; müvəqqəti əmək miqrantları, qeyri-qanuni, qanuni və ya sənədləşdirilməmiş miqrantlar, yüksək ixtisaslı və biznes mühacirləri, qaçqınlar, sığınacaq axtaranlar, məcburi köç, ailə üzvləri, geri qayıdan mühacirlər və uzun müddətli aşağı ixtisaslı miqrantlar. Bu miqrantlarda həmçinin iki böyük qrupa bölünmüş, daimi və müəqqəti. Daimi miqrantlar yeni köç etdikləri ölkədə daimi yaşayış hüququ qazanmaq istəyir və mümkün olduğu təqdirdə ölkənin vətəndaşlığını qazanmaq niyyətində olurlar. Müvəqqəti miqrantlar isə yalnız müvəqqəti müddətdə qalmaq niyyətindədirlər ki, bu böyük ehtimal müqavilə bağladıqları işin, xüsusi təhsil proqramının və ya müəyyən bir iş mövsümünün sonuna qədər davam edə bilər. Hər iki növ miqrantların, olduqları ölkə və aid olduqları ölkə toplumlarının iqtisadiyyatına xüsusi təsirləri mövcuddur.
Beynəlxalq müqavilə
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir. == Beynəlxalq müqavilədə tərəflər == 1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır.
Beynəlxalq müqavilələr
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir. == Beynəlxalq müqavilədə tərəflər == 1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır.
Beynəlxalq qotika
Beynəlxalq Qotika — 14-cü əsrin sonlarında və 15-cü əsrin əvvəllərində Burqundiya, Fransa və İtaliyanın şimalında başlayan Qotik incəsənət dövrüdür. Daha sonra Qərbi Avropa boyunca geniş yayılmışdır və dolayısı ilə 19-cu əsrin sonunda Fransız sənətşünası Louis Courajod tərəfindən təqdim edilən dövrün adıdır Rəssamlar və onların əlyazmaları, portativ işləri qitənin ətrafında geniş yayılmışdı. Saray adamları və ali zadəganlar arasında ortaq yaranmış və elita üçün hazırlanmış əsərlər, arasında milli üslubda dəyişiklikləri əhəmiyyətli dərəcədə azaldırdı.Əsas təsirlər Şimali Fransa, Niderland, Burqundiya Hersoqluğu, Praqa İmperiya məhkəməsi və İtaliya idi.Bohemiya kraliçası Anne və İngiltərə kralı II Riçard arasında evlilik nikahları üslubun yayılmasına kömək etdi.Bu başlanğıcda məhkəmə qabiliyyətinin bir üslubudur və kiçik zadəganların sifarişi ilə sənətə yayılmışdır. Şimali Avropada "Late Gothic" üslubunun davamlılığı, xüsusən dekorativ elementləri hələ 16-cı əsrin əvvəlinə qədər gedə bilərdi, çünki klassikizmin bərpası əvvəl Rönesansın bərpası idi. Müasir dövrlərdə sənət tarixçiləri tərəfindən şərtlərin istifadəsi bir qədər dəyişir, bəziləri termini digərlərindən daha məhdud şəkildə istifadə edir .Bəzi sənətşünaslar hiss terminini məhz "bir çox istiqamətlərdə araşdırdılar. == İnkişafı == Üslubun mühüm Çex versiyası IV Karl, qısa müddət ərzində Praqada Müqəddəs Roma İmperatoru, məhkəməsində Avropa sənətinin inkişafında qabaqcıl qüvvə oldu.
Beynəlxalq ticarət
Beynəlxalq ticarət — dünya ölkələrinin xarici ticarətinin cəmi olan əmtəə-pul münasibətləri sistemi. Xarici ticarət dövriyyəsi bu və ya digər ölkənin ixracının və idxalının dəyərlərinin cəmidir. Xarici ticarətin dəyər həcmi müəyyən dövr üçün cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərdə hesablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərdə hesablanır və zəruri müqayisələri aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir. Dünya əmtəə dövriyyəsi bütün dünya dövlətlərinin ancaq ixraclarının həcmini toplamaqla müəyyən edilir və adətən ABŞ dollarında əks olunur. İxrac əməliyyatları özündə əmtəənin gəminin göyərtəsinə çatdırılması və yüklənmə limanında malın gəminin tutacağından göyərtəsinə keçirilməsi ilə əlaqədar xərcləri əks etdirən FOB (free on board – franko göyərtədə) qiymətləri əsasında hesablanır. İdxal əməliyyatlarının hesablanması özündə FOB şərtləri ilə yanaşı yükün sığortalanması ilə bağlı xərcləri əks etdirən CIF (cost, insurance, freight – dəyər, sığorta, fraxt) qiymətləri əsasında əks etdirilir. FOB və CIF "İnkoterms 2000" adlanan və kommersiya əməliyyatlarında istifadə edilən terminlərdən ikisidir. "İnkoterms 2000" haqqında bir qədər sonra daha geniş məlumat veriləcəkdir. Dünya ixracının həcmi dünya idxalının həcminə bərabər olmalıdır ki, çünki, bir ölkə tərəfindən ixrac edilən əmtəə digər ölkə tərəfindən idxal edilir.
Beynəlxalq turizm
Beynəlxalq turizm — xidmətlərin beynəlxalq ticarətinin əsas və vacib sahələrindən biri. Beynəlxalq turizm beynəlxalq iqtisadiyyatın sürətlə inkişaf edən, biznes sahəsinin ən gəlirli növü, böyük həcmdə investisiya cəlb edən, artan məşğulluğu təmin edən və həmçinin ölkə büdcəsinə gəlir gətirən sahələrindən biridir. Faktiki olaraq, müasir dünya iqtisadiyyatında qlobal turizm sisteminin elementləri formalaşır. Qlobal turizm sistemi özündə beynəlxalq mehmanxana şəbəkələrini, hava, su və yer üzündəki turist daşınmalarını və yerlərin əvvəlcədən sifarişi üzrə kompüter sistemini birləşdirir. Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərinə uyğun ümumi şəkildə irəliləyir. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır. Beynəlxalq turizm nəinki illər üzrə, hətta dünya regionları üzrə eyni səviyyədə inkişaf etmir. 1990-cı illərin sonlarında gələnlərin maksimal sayı Avropa ölkələrinə düşürdü – təxminən 59%. Asiya və Sakit okeanı regionuna dünya turistlərinin 14%-i düşürdü. Yaxın və Orta Şərqə (Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və s.), Cənub-Şərqi Asiyaya (Tailand, Sinqapur, İndoneziya və s.) və digər ölkələrə turistlərin axını günü-gündən artır.
Beynəlxalq təhlükəsizlik
Beynəlxalq təhlükəsizlik həmçinin qlobal təhlükəsizlik — dövlətlər və Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və digər bu kimi beynəlxalq təşkilatlar tərəfindən qarşılıqlı sağ qalma və təhlükəsizliyi təmin etmək üçün həyata keçirilən tədbirlərə istinad edən bir termindir. Bu tədbirlərə hərbi əməliyyatlar və müqavilələr və konvensiyalar kimi diplomatik razılaşmalar daxildir. Beynəlxalq və milli təhlükəsizlik həmişə bir-birinə bağlıdır. Beynəlxalq təhlükəsizlik milli təhlükəsizlik və ya qlobal arenada dövlət təhlükəsizliyidir. İkinci Dünya Müharibəsinin sonunda beynəlxalq təhlükəsizliyə diqqət yetirən yeni bir akademik tədqiqat mövzusu olan təhlükəsizlik araşdırmaları ortaya çıxdı. Müstəqil bir tədqiqat sahəsi kimi başladı, lakin beynəlxalq münasibətlərin alt sahəsi kimi qəbul edildi. 1950-ci illərdən bəri beynəlxalq təhlükəsizliyin öyrənilməsi beynəlxalq münasibətlər tədqiqatlarının mərkəzində dayanır. O, təhlükəsizlik tədqiqatları, strateji tədqiqatlar, sülh tədqiqatları və digər sahələri əhatə edir. "Təhlükəsizlik" mənası tez-tez "qəbul edilməmiş konsensus" ilə başa düşülə bilən sağlam düşüncə termini kimi qəbul edilir. İllər keçdikcə beynəlxalq təhlükəsizliyin məzmunu genişləndi.
Beynəlxalq təşkilat
Beynəlxalq təşkilat — müəyyən məqsədlər üçün bağlanmış sazişlərə görə yaradılmış dövlətlərarası və qeyri-dövlət xarakterli beynəlxalq birliklərdir. Bəziləri nizamnaməsiz (məsələn, ATƏT) fəaliyyət göstərir. Beynəlşkilatlar beynəlxalq hökumətlərarası təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına bölünür. Beynəlxalq hökumətlərarası təşkilat dedikdə (BHT), suveren dövlətlər (üzv dövlətlər) və ya digər hökumətlərarası təşkilatlar tərəfindən yaradılan qurumlar başa düşülür. == Mənbə == Консультант Плюс: Международные организации.
Beynəlxalq təşkilatlar
Beynəlxalq təşkilat — müəyyən məqsədlər üçün bağlanmış sazişlərə görə yaradılmış dövlətlərarası və qeyri-dövlət xarakterli beynəlxalq birliklərdir. Bəziləri nizamnaməsiz (məsələn, ATƏT) fəaliyyət göstərir. Beynəlşkilatlar beynəlxalq hökumətlərarası təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına bölünür. Beynəlxalq hökumətlərarası təşkilat dedikdə (BHT), suveren dövlətlər (üzv dövlətlər) və ya digər hökumətlərarası təşkilatlar tərəfindən yaradılan qurumlar başa düşülür. == Mənbə == Консультант Плюс: Международные организации.
Beynəlxalq İnkişaf
Beynəlxalq inkişaf — Beynəlxalq inkişaf və ya qlobal inkişaf cəmiyyətlərin və ölkələrin beynəlxalq miqyasda fərqli "inkişaf" səviyyələrinə sahib olduğu fikrini ifadə edən geniş bir anlayışdır. İnkişaf etmiş ölkə, inkişaf etməkdə olan ölkələr və az inkişaf etmiş ölkə kimi beynəlxalq təsnifat və müxtəlif yollarla beynəlxalq inkişaf prosesləri ilə əlaqəli təcrübə və tədqiqat sahələri üçün əsasdır. Bununla birlikdə, bir ölkənin "inkişafını" təşkil edən dəqiq xüsusiyyətlər olan bir çox düşüncə və konvensiya məktəbi var. Tarixən beynəlxalq inkişaf tez-tez iqtisadi inkişafla sinonim tutulmuşdur. Son zamanlarda yazıçılar və alimlər, inkişafın insan inkişafının daha vahid və çox intizamlı mənada müzakirə edilməsinə başladılar. Digər əlaqəli anlayışlar, məsələn, rəqabət, həyat keyfiyyəti və ya subyektiv rifah. "Beynəlxalq inkişaf" sadə "inkişaf" anlayışından fərqlidir. Sonuncu, ən əsası, zamanla dəyişiklik ideyasını ifadə etsə də, beynəlxalq inkişaf praktikada, sənayedə və araşdırmada fərqli bir sahəyə istinad edilmişdir; universitet kurslarının və peşə kateqoriyalarının mövzusu. Bu, İkinci Dünya Müharibəsindən sonra yaranan iqtisadi inkişafa, yoxsulluğun azaldılmasına və əvvəllər müstəmləkə edilmiş ölkələrdə yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra qurumlar ilə, xüsusən Bretton Vuds İnstitutları ilə sıx bağlıdır. Beynəlxalq ictimaiyyət, məsələn, Minilliyin İnkişaf Məqsədləri və Dayanıqlı İnkişaf Məqsədləri kimi kodlaşdırılmış inkişaf məqsədi daşıyır.
Beynəlxalq Əfv
Amnesty International (həmçinin Amnesty və ya AI adı ilə də tanınır) — əsası 1961-ci ildə Böyük Britaniyada qoyulmuş və məqsədi "özünün insan haqlarının təbliği sahəsində işi kontekstində fiziki və psixoloji toxunulmazlıq hüququnun, vicdan və özünüifadə azadlığının, diskriminasiyadan azad olma azadlığının pozulmasının qarşısının alınması və dayandırılmasına yönəldilmiş tədqiqatlar və hərəkətlər həyata keçirilməsi" olan beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Beynəlxalq marketinq
Beynəlxalq marketinq — fərdi və ya təşkilati məqsədlərə cavab verən mübadilələr yaratmaq üçün ideyaların, əmtəə və xidmətlərin konsepsiyası, qiymətləri, təşviqi və paylanmasının planlaşdırılması və icrasının beynəlxalq səviyyədə prosesi. Bu strategiya şirkətin öz ölkəsində istifadə olunan texnikaların genişləndirilməsinə aid edilir. == Tərifi == Marketinqin digər elementləri kimi beynəlxalq marketinqin vahid tərifi yoxdur. Bundan əlavə, bəzi müəlliflər beynəlxalq marketinq və qlobal marketinqi fərqli şəkildə müəyyənləşdirirlər: Çox sadə səviyyədə beynəlxalq marketinq şirkətin milli sərhədlər daxilində bir və ya bir neçə marketinq qərarının qəbul edilməsini nəzərdə tutur. Çox mürəkkəb səviyyədə bu, şirkətin xaricdə istehsal müəssisələrinin yaradılmasını və bütün dünyada marketinq strategiyalarının əlaqələndirilməsini əhatə edir. Beynəlxalq marketinq marketinq yönümünün və bacarıqlarının beynəlxalq biznesə tətbiqidir. Beynəlxalq marketinq firmanın əmtəə və xidmətlərinin axınını mənfəət üçün birdən çox ölkədə istehlakçılara və ya istifadəçilərə yönəldən biznes fəaliyyətinin təmin edilməsidir. Beynəlxalq bazar ixracatçı taciri üstələyir və onu bizneslə məşğul olduğu ölkələrdə marketinq mühitinə daha çox cəlb edir. Qlobal marketinq investisiyaların, məhsulların qlobal səviyyədə bir şirkətin təcrübəsinə səmərəli şəkildə istifadə edilməsinə diqqət yetirir və həmçinin hər bir ölkədə həqiqətən unikal və fərqli olanı uyğunlaşdırır. Qlobal marketinq dedikdə, bir çox ölkə bazarlarında əlaqələndirilmiş və inteqrasiya olunmuş marketinq fəaliyyətləri başa düşülür.
Beynəlxalq bərabərsizlik
Beynəlxalq bərabərsizlik — iqtisadi bərabərsizliyin bir növü, müxtəlif dövlətlərin və ölkələrin vətəndaşları arasında rifah səviyyəsindəki fərq. Bu cür fərqlər həmişə olub, lakin ən varlı və ən kasıb ölkələrin vətəndaşlarının gəlirləri arasında fərq XIX əsrdə, Böyük Britaniyada, sonra isə Qərbi Avropanın digər ştatlarında və ölkələrində Sənaye İnqilabının başladığı zaman kəskin şəkildə artmağa başladı və bu tendensiya XX əsr boyu davam etdi. Ən kasıb və varlı dövlətlərin sakinlərinin gəlirləri 1820-ci ildə 3 dəfə, 1913-cü ildə 11 dəfə, 1950-ci ildə 35 dəfə, 1973-cü ildə 44 dəfə, 1992-ci ildə 72 dəfə fərqlənmişdir. XXI əsrin əvvəlində ən varlı və ən kasıb 20 ölkənin sakinlərinin gəlirlərindəki fərq 37 dəfə idi. Zəngin (yüksək gəlirli ölkələrin) əhalisi ilə yoxsul ölkələrin əhalisi arasında iqtisadi uçurum, zəif siyasi və iqtisadi institutlar nəticəsində və az inkişaf etmiş ölkələrin texnoloji cəhətdən geri qalması, qlobal iqtisadi strukturun dəyişməsi, həyata keçirilən proteksionist tədbirlər nəticəsində inkişaf etmiş ölkələrdə (və onların inkişaf etməkdə olan ölkələrində olmaması), inkişaf etməkdə olan ölkələrdə əhalinin həddindən artıq olması, ən yoxsul ölkələrdə iqtisadi geriliyə və yoxsulluğun artmasına səbəb olur. Beynəlxalq bərabərsizliyin əsas kəmiyyət göstəricisi adambaşına düşən ÜDM-in səviyyəsindəki ölkələrarası fərqlərdir. İqtisadi artım nəzəriyyəsi bu fərqlərin səbəblərini axtarır. İqtisadiyyat, politologiya və siyasi iqtisad elmlərində beynəlxalq bərabərsizliyi izah etmək üçün müxtəlif variantlar irəli sürülüb, lakin onun səbəbləri ilə bağlı suala hələ də dəqiq cavab yoxdur. == Tarix və cari vəziyyət == Müxtəlif ölkələrin sakinlərinin gəlir səviyyəsində fərqlər həmişə mövcud olub, lakin onlar daha çox XX əsrdə nəzərə çarpıb. Onlar İkinci Dünya Müharibəsindən sonra gücləndilər və XX əsr boyu artmağa davam etdilər{sfn|Аджемоглу|2018|с=3}}.
Beynəlxalq kredit
Beynəlxalq kredit — qaytarılma, təxirəsalınmazlıq, təminat və faizlərin ödənilməsi şərtləri ilə valyuta və əmtəə resurslarının verilməsi ilə bağlı beynəlxalq iqtisadi münasibətlər sferasında kredit kapitalının hərəkəti. == Beynəlxalq kreditin funksiyaları == Genişlənmiş təkrar istehsalı təmin etmək üçün dünya ölkələri arasında kredit kapitalının yenidən bölüşdürülməsi, milli mənfəətin orta səviyyəyə bərabərləşdirilməsi. Kredit vəsaitlərindən istifadə etməklə (veksellər, veksellər, çeklər, köçürmələr və s.) beynəlxalq ödənişlər sahəsində dövriyyə xərclərinə qənaət, nağdsız ödənişlərin inkişafı və sürətləndirilməsi. Xarici kreditlərdən istifadə etməklə kapitalın təmərküzləşməsinin və mərkəzləşdirilməsinin sürətləndirilməsi. İqtisadi tənzimləmə. == Beynəlxalq kreditin rolu == Beynəlxalq kredit istehsalın inkişafında ikili rol oynayır: müsbət və mənfi. Kredit bir tərəfdən təkrar istehsalın davamlılığını və genişlənməsini təmin edir. O, istehsalın və mübadilənin beynəlmiləlləşməsinə, beynəlxalq əmək bölgüsünün dərinləşməsinə kömək edir. Digər tərəfdən, beynəlxalq kredit ictimai təkrar istehsalda balanssızlığı artırır, gəlirli sahələrin kəskin genişlənməsini stimullaşdırır, xarici borc vəsaitlərini cəlb etməyən sənaye sahələrinin inkişafını ləngidir. == İstinadlar == == Ədəbiyyat == Қаржы-экономика сөздігі.
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
Füzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı — Azərbaycan, Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilmişdir. 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Rayonla yanaşı Füzuli şəhərinin də təxminən 17.000 sakininin hamısı zorla qovuldu. İşğal dövründə şəhər bütünlüklə dağıdıldı və kabus şəhərinə çevrildi. Ermənistan işğalçıları tərəfindən tutulduqdan sonra şəhər həm də minalanmışdı. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin şəhərə nəzarəti yenidən ələ keçirdiyini elan etmişdir. Ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi Füzulidən Azərbaycan əsgərlərinin şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdığını göstərən video yayımladı.
Füzuli adına Beynəlxalq Mükafat
Füzuli adına Beynəlxalq Mükafat — Azərbaycan Respublikasında iki ildən bir verilmiş mükafat. == Tarixi == Füzuli adına Beynəlxalq Mükafat dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1997-ci il tarixli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilmiş, Füzuli adına Beynəlxalq Mükafat Komissiya yaradılmışdır. Müvafiq sərəncamlar 15 fevral 2019-cu ildə ləğv edilmişdir.
Fəcr Beynəlxalq Film Festivalı
Fəcr Beynəlxalq Film Festivalı və ya Fəcr Film Festivalı (fars. جشنواره بین المللی فیلم فجر‎ və ya sadəcə fars. جشنواره فیلم فجر‎) — İranın illik film festivalı, hər fevral ayında Tehranda keçirilir. 1982-ci ildən başlayan festival, İranın Mədəniyyət nazirliyinin nəzarəti altındadır. Hər il İran İslam İnqilabının ildönümündə baş verir. 2011-ci ildə festivalın 29-cu nəşrində 90 təqdim edilmiş bədii film var idi.
Gəncə Beynəlxalq Hava Limanı
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Gəncə Beynəlxalq Şərab Festivalı
Gəncə Beynəlxalq Şərab festivalı hər il Azərbaycanın Gəncə şəhərində keçirilir. Məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdən ibarətdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində ilk şərab festivalı 2012-ci il 7 oktyabr tarixində Gəncə şəhərində keçirilmişdir. === I Gəncə Beynəlxalq Şərab Festivalı === İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ı7 oktyabr 2012-ci il tarixində Azərbaycanın Gəncə şəhərində ilk şərab festivalı təşkil olunmuşdur. === II Gəncə Beynəlxalq Şərab Festivalı === İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə II Beynəlxalq şərab festivalı keçirilmişdir. === III Gəncə Beynəlxalq Şərab Festivalı === Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 sentyabr-01 oktyabr 2014-cü il tarixində III Gəncə Beynəlxalq Şərab Festivalı təşkil olundu. === IV Gəncə Beynəlxalq Şərab Festivalı === Gəncə şəhərində İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 2016-cı il 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” təşkil olundu. == Adət ənənə == Şərab festivalında əsasən poeziya axşamı və konsertlər, həmçinin Azərbaycanın şərabçılıq ənənəsindən bəhs edən səhnəciklər də təşkil olunur. == Müsabiqə == Festivalda Azərbaycanın yerli şərablarının beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi də keçirilir və dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılır. == Nümayiş == Şərab festivalında Gəncə ilə yanaşı Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl, Abşeron və s.
Heydər Əliyev Beynəlxalq Aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Heydər Əliyev adına beynəlxalq aeroport
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. == Turlar == === 2012-ci il turu === 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.
Huseyn Sastraneqara Beynəlxalq Hava Limanı
Huseyn Sastraneqara Beynəlxalq Hava Limanı (ind. Bandar Udara Internasional Husein Sastranegara) — Bandunq, Qərbi Yava, İndoneziyada hava limanı. Şəhərin mərkəzində Bandunq Mərkəzi qatar stansiyasından 2,4 km məsafədə yerləşir. Hava limanı 145 hektar ərazini əhatə edir və Yavanın cənub-qərbində mülki aviasiya sahəsinə xidmət göstərib. Aerodrom İndoneziya Hərbi Hava Qüvvələrinin Huseyn Sastraneqara hava qüvvələri bazası ilə birləşmişdir. Ticarət uçuşlarının əksəriyyəti buradan yeni tikilmiş Kertacati Beynəlxalq Hava Limanına köçürüldü. Hava limanı Bandunq şəhərində yerləşir və dağlar ilə əhatə olunur, beləliklə unikal xüsusiyyətlərə malikdir. Bu hava limanı indi və keçmişdə Airbus A320 seriyalları, Boeing 737, müəyyən tipli Boeing 757 və Boeing 767 (200) seriyasını idarə edə bilir. Yerli və beynəlxalq terminallarının ümumi iki sahəsi 3,5 milyon sərnişin və 16,000 m² sahənin ümumi gücü təmin edir. İki beynəlxalq hava limanlarından biri olan Böyük Bandunq metropol sahəsinə xidmət edən Qaruda İndoneziyanı, həmçinin Lion Air, Citilink və İndoneziya AirAsia aviaşirkətləri üçün nəzərdə tutulmuş Kertacati Beynəlxalq Hava Limanıdır.
IX beynəlxalq gənclər gününün bayram edilməsi (film, 1923)
IX beynəlxalq gənclər gününün bayram edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə çəkilmişdir. Film "AFKİ"də istehsal edilmişdir. Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. == Məzmun == Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. == İstinadlar == == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü (ing. International Day of Journalists' Solidarity) — Hər il sentyabrın 8-də dünya üzrə qeyd olunan jurnalistlərin, repartyorların və müxbirlərin beynəlxalq həmrəyliyi günü. Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu bayram toplantılarında təcrübə mübadiləsi ilə yanaşı, bəzən hətta təhlükəli olan zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. == Tarixi == Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabr ayının 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. BMT tərəfindən təsis edilmiş bayram sadəcə peşə bayramı kimi qeyd olunmur, bu gün bütün jurnalistlər özlərini həmrəy və birlik içində hiss edirlər.
Kabil Beynəlxalq Hava Limanı
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Kam Ranh Beynəlxalq Hava Limanı
Kazan Beynəlxalq Hava Limanı
Kazan Beynəlxalq Hava Limanı (tatar. Казан Халыкара Аэропорты; rus. Международный аэропорт Казань) (IATA: KZN, ICAO: UWKD) — Rusiyada, Kazan şəhərindən 25 km cənub-şərqdə yerləşən hava limanı. Tatarıstanda yerləşən ən böyük hava limanı, Rusiyada isə 15-ci ən işlək hava limanıdır. Hava limanı bölgədə 3,8 milyona yaxın insana xidmət edir.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə. == Tarixi == Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir. == Məqsəd == Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir. Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın. Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir. == İştirakçıları == Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 1-2-3-4-5-6-7-8 sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır. 2024-cü ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir. 1-ci yer : -Məhəmməd Fətullayev Rafis Oğlu -Maksimal bal=120 -Topladığı bal=30 == Təşkilatçılar == Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.
Kertacati Beynəlxalq Hava Limanı
Kertacati Beynəlxalq Hava Limanı kimi tanınan "Macalenqka Hava Limanı" ya da Bandar Udara Internasional Jawa Barat (BIJB) İndoneziyanın Qərbi Yava əyalətinin şimal-şərq hissəsində hava limanı. İndi Indoneziya ərazisindəki Sukarno-Hatta Beynəlxalq Hava Limanından sonra ən böyük ikinci hava limanı Bandunqun ətrafında 68 km uzaqlıqdakı şərqində Macalenqka rayonunda yerləşir. Bu hava limanı 2-ci beynəlxalq hava limanı kimi Böyük Bandunq metropolisi sahəsində və həmçinin Cirebon, Qərbi Yava və Mərkəzi Yava əyalətinin ərazilərinə xidmət etmək üçün tikilmişdir. Hava limanına 24 may 2018-ci ildə fəaliyyətə başlayan hava limanına ilk dəfə İndoneziya-1 Prezident təyyarəsi daxil oldu. Bu, bir 2,500 metr məsafədə uçuş zolağı olan hava limanıdır və 2018-ci ilin noyabrında 3000 metrə qədər uzadılacaq.Yeni hava limanı Cakartada Soekarno-Hatta Beynəlxalq Hava Limanında hava yolu tıxacını asanlaşdırmaq üçün bir köməkçi kimi fəaliyyət göstərir. Hava limanı başa çatdıqdan sonra hər il 29 milyon sərnişin həcminə malik olacaq.2020-ci ilə qədər hava limanı yük terminallarını 1,5 milyon ton yüklə rəsmi olaraq işlədəcək. == İnkişaf == Kertajati hava limanının tamamlanmasının sürətləndirilməsini təmin edilməsi məqsədilə Karavanq hava limanının tikintisi dayandırılıb. 1800 hektarlıq hava limanının 25,4 trilyon İndoneziya rupisi dəyərində olduğu təxmin edilir. Plana Airbus A380, Antonov,Boeing 747-8 və Airbus A350-1000 XWB daxil olmaq üçün dünyanın ən uzun reaktiv təyyarələri yerləşdirmək üçün üç uçuş zolağı (3750 m x 60 m, 4025 m x 60 m və 3000 m x 60 m) daxildir. Hava limanı həmçinin Boeing 787-10 kimi son uçuşları idarə etmək üçün texnologiya ilə təchiz olunacaq.
Kokşetau Beynəlxalq Hava Limanı
Kökşetau Beynəlxalq Hava Limanı (qaz. Halyqaralyq Kókshetaý Áýejaıy) (IATA: KOV, ICAO: UACK) — Qazaxıstanın Kökşetau şəhərində yerləşən beynəlxalq hava limanı. Hava limanı Kökşetau şəhərinin 12.5 km (7.8 mil) şimal-şərqdə yerləşir. 2018-ci ilin sonunda, hava limanında 21,427 sərnişin var idi. == Tarixi == Hava limanı 1945-ci ildə bütün kiçik mülki uçan gəmiləri üçün tikilmişdir.
Kondominium (beynəlxalq hüquq)
Kondominium (lat. con — birlikdə və dominium — mülkiyyət hüququ) beynəxalq hüquqda eyni ərazinin bir neçə dövlət tərəfindən ortaq idarə edilməsi deməkdir. Nəzəri cəhətdən mümkün olan kondominium tarixdə çox da tez rast gəlinmir. Az olmanın əsas səbəbi suveren dövlətlər arasında əməkdaşlıq təminatının çətinliyidir; ölkələr arasında anlayış pozulan kimi, kondominium statusunu itirmək təhlükəsi ilə qarşılaşır. == Keçmiş kondominiumlar == 688-ci ildə Bizans imperatoru II Yustinian və Əməvilər xəlifəsi Əbdülmalik ibn Marvan Kipr üzərində kondominium yaradılması haqqında görünməmiş razılaşmaya nail oldular, bu razılaşmanın nəticəsində adadan yığılmış vergilər iki tərəfin arasında bərabər bölünməyə başlandı. 1684-cü ildən 1826-cı ilə qədər Fellesdistrikt (Ümumi Rayon) (norv. Fellesdistrikt, rus. Общий район) adlı yerdə Rusiya və Norveç arasında kondominium mövcud idi. İngilis-Misir Sudanı 1899-cu ildən 1956-ya qədər Britaniya və Misirin kondominiumu idi, hərçənd əslində Misir Sudanın hökumətində heç bir rola oynamırdı, ölkəyə bəzi idarə edicilərin göndərilməsindən başqa: bütün siyasi qərarlar İngiltərə tərəfindən qəbul edilirdi və Ingilis-Misir Sudanının bütün qubernatorları ingilislər idilər: Misir və Sudan millətçiləri sistemdən narazı idilər və sonradan Misir Hökuməti tərəfindən ləğv olunmuşdur. Kondominium 1882-ci ildən başlayan və ən azı 1936-cı ilə qədər davam edən Birləşmiş Krallığın Misir üzərində güclü nəzarəti səbəbiylə mövcudluğunu davam etdirə bilirdi.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (abbr. KOİKA, KOICA) — Koreya Respublikası hökumətinin xarici yardım təşkilatı == Tarix == Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarını həyata keçirmək məqsədilə dövlət agentliyi olaraq 1991-ci ilin aprel ayında Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) himayəsi altında yaradılmışdır. Koreya dünyanın ən yoxsul ölkələrinin birindən iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrdən birinə çevrilməkdə unikal təcrübəyə malikdir. Koreyanın bu keçid zamanı əldə etdiyi bilik və təcrübə KOİKA-ya əməkdaşlıq etdiyi ölkələrin davamlı sosial-iqtisadi inkişafına dəstək verməyə və onlara daha yaxşı bir dünya üçün perspektiv vəd etməyə imkan verən qiymətli keyfiyyətlərdir. KOICA-nın məqsədi tərəfdaş ölkələrdə Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq, habelə bərabər və davamlı inkişaf təşviqinə kömək etmək vasitəsilə daha yaxşı bir dünya qurmaqdır. KOICA həmçinin yoxsulluğun aradan qaldırılması və həyat səviyyəsinin yaxşılaşdırılması üçün xalqların və şəxslərin potensialının artırılmasına yönəlmiş qlobal fəaliyyətdı fəal iştirak etmək istəyir. Koreyanın inkişaf təcrübəsi və bacarığına əsaslanaraq KOİKA öz yardım proqramlarını aşağıdakı sahələr üzərində cəmləşdirmişdir: == Azərbaycandakı fəaliyyəti == === Azərbaycan Nümayəndəliyi === KOİKA proqramının Azərbaycanda tarixi 1994-cü ildə KOİKA-nın Azərbaycana təxirəsalınmaz vəziyyətlə əlaqədar 50 000 ABŞ dolları məbləğində yardım etdiyi zaman başlamış və 1996-cı ildən 2005-ci ilə qədər KOICA 65 nəfər üçün təlim proqramları (300 000 ABŞ dolları dəyərində) təşkil etmişdi. 2006-cı ilin martında Koreya Respublikasının Səfirliyi açıldı və Koreya Respublikasının Prezidenti cənab Mu-hyun Roh həmin ilin iyun ayında Azərbaycana səfər etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2007-ci ilin aprelində Koreyada rəsmi səfərdə oldu. Bu zəmində, 2009-ci ilim fevral ayında KOİKA-nın Azərbaycan Nümayəndəliyi açıldı.
Kutaisi Beynəlxalq Hava Limanı
Kutaisi Beynəlxalq Hava Limanı (gürc. ქუთაისის საერთაშორისო აეროპორტი) və ya Qurucu David adına Beynəlxalq Hava Limanı (gürc. დავით აღმაშენებლის სახელობის საერთაშორისო აეროპორტი) (IATA: KUT, ICAO: UGKO) — Gürcüstanda, Kutaisi şəhərindən 14 km qərbdə yerləşən beynəlxalq hava limanı. Gürcüstandakı 3 beynəlxalq hava limanından biridir. Hava limanı “Gürcüstan Hava Limanları birliyi” tərəfindən idarə olunur. == Tarixi == Hava limanı 2011-ci ilin noyabr ayında təmir üçün bağlanıb. Yenidənqurma mərasimi 27 sentyabr 2012-ci il tarixində keçirilmişdir. Tədbirdə Gürcüstan prezidenti Mixeil Saakaşvili, Macarıstanın Baş naziri Viktor Orban və Wizz Air şirkətinin baş direktoru Jozef Vardi iştirak etmişdir. Hazırlıq işləri üçün hava limanının istismara verilməsi və kadrların hazırlanması üçün Fransanın "Vinci Airports" şirkəti ilə müqavilə bağlandı. Hava limanında fəaliyyət göstərən bir duty-free dükanı və iki qəhvə dükanı var.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub.

Digər lüğətlərdə