BİÇMƏK

1. BİÇMƏK (ot və s. biçmək) Ot biçməsəm, qırılmazını qoyunlar? Hardan olar hasil o vaxtı yunlar? (A.Səhhət); ÇALMAQ Şamxal bir az sakitləşdi... Onun kərənti çəkib, ot çalmaqdan qolları gizildəyirdi (İ.Şıxlı).

2. BİÇMƏK (paltara aid). Bir dəfə Zərəfşan adlı şən, zarafatcıl qaragöz gəlin... çit və qayçı çıxararaq onun üçün don biçməyi məndən xahiş etdi (İ.Əfəndiyev); ÜLGÜLƏMƏK.

BİÇİZLİK
BİDAD

Digər lüğətlərdə