BOL

“Çox” mənasında işlədilən bu söz ad –feil omonimi əsasında izah oluna bilər. Bolmaq (bulmaq, olmaq) feili “əldə etmək, malik olmaq” mənasını verir, bol sifəti isə çoxluq bildirir. Həm semantik, həm də fonetik yaxınlıq aydınca –hiss olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BOKSİT
BOLŞEVİK
OBASTAN VİKİ
Ferdinand Bol
Ferdinand Bol (nid. Ferdinand Bol (24 iyun 1616, Dordrex – 24 avqust 1680, Amsterdam) Holland rəssamı 1631-1637-ci illərdə Rembrandtın şagirdi olmuşdur. 1652-ci ildə Amsterdama gəlir. 1660-cı ildən rəssam kimi tanınmağa başlanır. Amsterdamda onun şərəfinə küçə mövcuddur.
Manute Bol
Manute Bol (16 oktyabr 1962 – 19 iyun 2010) — Sudan basketbolçusu. Manute Bol 1962-ci ildə Sudanın cənubunda anadan olub. Manute Bol 1985–1994-cü illərdə NBA-da çıxış edib. George Mureşan gələnədək, o, NBA tarixinin ən ucaboy basketbolçusu sayılıb. Rumıniyalı George Mureşan kimi, 231 sm boya malik Manute Bol 10 mövsüm ərzində "Vaşinqton Bullits", "Qolden Steyt Uorriors", "Filadelfiya 76" və "Mayami Hit" klublarında çıxış edib. Oyunçu karyerasını başa vurduqdan sonra isə o, Sudanın xeyriyyə və hüquq – müdafiə təşkilatında çalışıb. Manute Bol böyrək xəstəliyindən müalicə olunmaq üçün 2010-cu ilin may ayında Sudandan ABŞ-yə qayıdıb. Lakin sabiq basketbolçunun həyatını xilas etmək mümkün olmayıb. 2010-cu ilin iyun ayında Kanzas ştatının Şarlottsvill şəhər xəstəxanasında 48 yaşında vəfat edib.
Timo Bol
Timo Bol (8 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. Timo Bol Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Timo Bol Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Timo Bol Almaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Metyu Bol (rəqqas)
Metyu Bol (ing: Matthew Ball, Dekabr, 1993-cü il, Liverpul, Böyük Britaniya) - İngilis rəqqas. Hal-hazırda Royal Baletdə baş rəqqasdır. Anası rəqs müəllimi, atası teatrşünaslıq müəllimi və yazar olan Bol, 1993-cü ilin dekabr ayında İngiltərədə, Liverpulda anadan olmuşdur. O, Royal Balet məktəbində təhsil alıb, 2013/2014-cü ildə Royal Balet truppasına qoşulmuş, 2015-ci ildə birinci dərəcəli artist, 2016-cı ildə solist, 2017-ci ildə birinci dərəcəli solist olmuş və 2018-ci ildən isə baş rəqqas olaraq Royal Baletdə fəaliyyətini davam etdirmişdir. Bol Londonun, Holborn səmtində yaşayır.
Bol Məhsulun Təminatı (1961)
Bol məhsulun təminatı qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == Məzmun == Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bol məhsulun təminatı (film, 1961)
Bol məhsulun təminatı qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == Məzmun == Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Cəfərli (Bolnisi)
Cəfərli - Gürcüstanın Bolnisi rayonunda kənd.
Diter Bolen
Diter Bolen (alm. Dieter Günter Bohlen‎, 7 fevral 1954[…]) – Alman pop ifaçı, Modern Talking duetinin iştirakçısı. Diter Bolen 1954-cü ildə Almaniyada Hamburq şəhərində anadan olmuşdur. 1978-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. İqtisadiyat üzrə diplom qazanır. Diter müxtəlif qqruplara prodüserlik edir. 1984-cü ildə Diter Bolenin Tomas Anders ilə əmdaşlığı nəticəsində məşhur Modern Talking (səslənməsi:"Modern Tokinq") qrupu yaranır. 1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi.
Dəllər (Bolnisi)
Dəllər kəndi – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Dəllər (Müşevan) kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Dəllər və ya Aran-Dəlləri deyilir. Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir.[mənbə göstərin] Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.[mənbə göstərin] Yaxında X-XI əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb. 1870-də 7 ailədə 47 nəfər, 1918-də 198 nəfər, 1926-da 53 ailədə 314 nəfər, 2002-də 290 ailədə 1194 nəfər, 2006-da 246 ailədə 1200 nəfər.[mənbə göstərin] Məktəbin tarixi 1931-ci ildən başlanır. Hal-hazırda Bir baza məktəbi (2006-da 9 sinifdə 142 şagird) fəaliyyətdədir.
Dəmirli (Bolnisi)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Emili Qrin Bolç
Emili Qrin Bolç (8 yanvar 1867[…], Yamayka Pleyn[d] – 9 yanvar 1961[…], Kembric, Massaçusets) – ABŞ yazıçısı, iqtisadçısı və sosioloqu. Bolç 8 yanvar 1867-ci ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində anadan olmuşdur. 1886-cı ildən 1889-cu ilə kimi iqtisadiyyat üzrə Brin-Mar kollecində oxumuşdur. Bundan bir il sonra müstəqil olaraq sosiologiya üzrə araşdırmalar apardıqdan sonra Parisə köçmüşdür. Akademik həyatı boyunca Berlində, Çikaqoda və bir çox digər universitetdə olmağa başlayan Bolç bir çox iş üzərində işlədi. Avropa və Amerikada miqrant həyatı ilə bağlı müqayisəli analizlər aparan Bolç feminizm və pasifizmə üstünlük verirdi. 1892-ci ildə Vida Skudder və Elena Dadli ilə birlikdə Bostonda sosial yaşayış məntəqəsi olan Dennison evinin yaradıcılarından biri olmuşdur. Dennison evi qadın işçilər mərkəzinə çevrilmişdir. ABŞ-yə qayıdanda ABŞ-nin müharibəyə girməsinə qarşı çıxaraq aktiv kampaniya apardı. Bolçun Birinci dünya müharibəsi zamanı dünya sülhü idealına bağlı qalması müsbət qarşılanmamışdır.
Ermənistan Kommunist (bolşeviklər) Partiyası
Ermənistan Kommunist Partiyası — 1920-ci ilin fevralında bolşeviklər tərəfindən yaradılmış kommunist ideologiyalı siyasi partiya. Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsi idi. Ermənistan Xalq Cümhuriyyətinin süqutandan sonra 1920-ci il tarixində qurulan Ermənistan Sovet Sosialist Respublikasının yeganə hakim siyasi partiyası olub. Ermənistan SSR 1990-ci ildə çox partiyalı sistemə keçəndə, partiyanın mütləq hakimiyyəti sona çatıb və ləğv edilib.
Farkaş Bolyay
Farkaş Boyyay (ing. Farkas Bolyai; 9 fevral 1775[…], Buya[d], Sibiu[d] – 20 noyabr 1856[…] və ya 21 noyabr 1856, Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısıdır; 1832-ci ildə isbat etmişdir ki, istənilən iki eyni çoxbucaqlı eyni tərkiblidir.
Flora Bolonyay
Flora Bolonyay (d. 5 aprel 1991) — Macarıstanı təmsil edən su poloçusu. Flora Bolonyay, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Galium bolanderi
Galium bolanderi (lat. Galium bolanderi) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Göynük (Bolu)
Göynük (türk. Göynük) — Bolu ilinin ilçəsi.
Hacidsurenqiyn Bolormaa
Hacidsurenqiyn Bolormaa (monq. Хажидсүрэнгийн Болормаа; d. 18 yanvar 1965, Ulan-Bator, Monqolustan) — Monqolustan Respublikasının birinci xanımı. Hacidsurenqiyn Bolormaa 18 yanvar 1965-ci ildə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində anadan olmuşdur. Orta məktəbi doğma şəhərində bitirən xanım Bolormaa ali təhsilini SSRİ-dəki ali məktəblərin birində davam etdirmək qərarına gəlir. 1983-cü ildən 1988-ci ilə qədər Ukrayna SSR-də Lvov Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alır. Hacidsurenqiyn Bolormaa geoloq təhsili ilə kifayətlənməyərək 2005-ci ildə Virciniyadakı Milli Biznes və Texnologiya kollecində təhsil almışdır. Ukraynada tələbə olarkən o, Monqolustandan olan gənc - gələcək Prezident Tsaxia Elbeqdorjla tanış olmuşdur. Elbeqdorj o zaman müddətli hərbi xidmət keçərkən fərqləndiyinə görə onu Lvov Ali Hərbi-Siyasi Məktəbinə göndərmişdilər. Orada hərbi jurnalistika ixtisası üzrə təhsil alan Elbeqdorj qərib ölkədə rastlaşdığı həmvətəni Hacidsurenqiyn Bolormaa ilə tanış olduqdan sonra onların arasında isti münasibət yaranır.
Horkelia bolanderi
Potentilla bolanderi (lat. Potentilla bolanderi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Horkelia bolanderi A.Gray Horkelia bolanderi subsp.
Hyaloseris boliviensis
III Pyotr (Bolqarıstan çarı)
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
II Pyotr (Bolqarıstan çarı)
II Pyotr (təq. 1001, güm. Macarıstan krallığı – güm. 1041, güm. Konstantinopol, Bizans imperiyası) — Bulqar əyanlarının 1040-cı ildə Bizansa qarşı başladığı üsyanın lideri, Qavril Radomirin oğlu olduğunu iddia etmişdir. 1040-cı ildə Bizansdan narazı olan əyanların başladığı üsyan tezliklə genişlənmiş, üsyançılar Belqrad şəhərini tezliklə ələ keçirmişdi. Pyotr burada çar elan edildi və tacqoyma mərasimi keçirildi. Pyotr imperatora birbaşa hücum etsə də Saloniki tərəfdə məğlub oldu və geri çəkildi. Şimali Yunanıstan, Makedoniya və Albaniyanı idarə edirdi. Daha sonra İvan Vladislavın oğlu Alusiandan kömək alan Pyotr, sonuncunun xəyanətinə məruz qaldı.
IV Bolduin
IV.Bolduin uşaqlıqda atasının Yerusəlimdəki sarayında böyüdü. O, uşaqlıq illərində Yaffa və Aşkelonun qrafinyası olan, atası sonradan boşanan və Sidon Lordluğunun gələcək xanımı olacaq anası ilə çox vaxt keçirmədi. Bolduin tarixçi Vilyam tərəfindən təhsil almışdır. Bir gün Vilyam gənc şahzadə haqqında kədərli bir şey kəşf etdi. Bir gün şahzadə dostları ilə oynayırdı, dırnaqlarını bir-birlərinin qollarına vuraraq yaralamağa çalışırdılar, lakin Bolduin ağrı hiss etmirdi. Vilyam bunun ciddi xəstəliyin əlaməti olduğunu dərhal anladı, ancaq bir neçə ildən sonra cüzamın qəti diaqnozu qoyuldu və xəstəlik yetkinlik dövründə daha da sürətləndi. Bolduinin atası I Amalrik 1174-cü ildə öldü və Boduin 13 yaşında taxta çıxdı. Yetkinlik dövründə Yerusəlim iki ardıcıl regent tərəfindən idarə edildi. Əvvəlcə Miles of Planci, sonra atasının əmisi oğlu Qraf Tripoli III. Raymond 1175-ci ildə Səlahəddin Əyyubi ilə müqavilə bağladı. Bolduin cüzam xəstəsi olduğu üçün uzun müddət hökmranlıq etməsi və varislik təyin etməsi gözlənilmirdi.
I Bolduin
I Bolduin (iyul 1172, Valansyen – iyul 1205, Veliko Tırnovo) — Səlib yürüşləri nəticəsində yaradılmış Latın imperiyasının ilk imperatoru. Atası Hainaut qrafı V Bolduin, anası isə Flanders qrafinyası I Marqareta idi. O həm də VI Bolduin adı ilə Hainaut qrafı və IX Bolduin adı ilə Flanders qrafı olmuşdur. 1205-ci ildə Bolqarıstan çarı Kaloyan tərəfindən əsir tutularaq həbsdə ölmüşdür.
I Cəsur Boleslav
I Cəsur Boleslav (pol. Bolesław I Chrobry, 967, Poznan – 17 iyun 1025, Qnezno) — Polşa knyazı (992-1025) və Polşanın ilk kralı (1025), 1003—1004-cü illərdə IV Boleslav (çex. Boleslav IV) adı altında Çexiya knyazı. Polşa dövlətinin banisi və ilk hökmdarı Pyastovlar nəslindən olan knyaz Stefan I Meşko (960-992) olmuşdur. O, 966-cı ildə qərb adətləri üzrə Xristian dinini qəbul etmişdir. I Meşkodan sonra hakimiyyətə gələn oğlu, Pyastovlar sülaləsindən olan I Cəsur Boleslav (992-1025) xarici siyasətini genişləndirərək bir çox ərazilərə çoxsaylı yürüşlər etmiş Polşanı qüdrətli dövlətə çevirmişdir. Onun dövründə Polşa knyazlığı özünün ən güclü dövrünü yaşayırdı. Polşa və Vistula çayları arasında yaşamış olan İslav qəbilələrinin qurmuş olduğu bir dövlətdir. O zamanki bu İslavlara "yayla insanları" mənasını verən "Polane" deyilirdi. Zamanla bu ad Polşa halına çevrildi.
I Pyotr (Bolqarıstan çarı)
Pyotr (bolq. Петър I; 910-cu illər, Preslav – təq. 30 yanvar 970 və ya 969, Konstantinopol) — Birinci Bulqar dövlətinin imperatoru, I Simeonun ikinci oğlu idi. Pyotr 27 may 927-ci ildə taxta çıxıb. Elə həmin il də Bizansa hücuma başlamışdı. İmperator I Roman sülhə gedərək nəvəsi Mariya ilə Pyotrun evlənməsinə nail olmuşdu. Mariyanın adı bu vaxt "sülh" mənasına gələn İrene ilə dəyişdirildi. İmperator çara vergi verməyə davam etdi. Pyotr hakimiyyətə gələn kimi qardaşı Mixail ilə hesablaşmalı oldu. Lakin Mixail tezliklə vəfat etdi.
Inga bollandii
Inga bollandii (lat. Inga bollandii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Jair Bolsonaru
Jair Messias Bolsonaru (port. Jair Messias Bolsonaro; 21 mart 1955, Qliseriu[d], İkinci Braziliya Respublikası) — Braziliyalı siyasətçi və 1 yanvar 2019-31 dekabr 2022-ci illərdə Braziliya Prezidenti postunu tutan təqaüddə olan hərbi zabit. Bolsonaru San-Paulu ştatının Gliseriu şəhərində anadan olub. 1977-ci ildə Aqulyas Neqras Hərbi Akademiyasını bitirib və Braziliya Ordusunun sahə artilleriyası və paraşütçü birləşmələrində xidmət edib. 1986-cı ildə "Veja" dərgisində hərbi məmurların aşağı maaşlarını tənqid edən məqalə yazdıqdan sonra ictimaiyyətdə tanındı və bu səbəbdən 15 gün həbs edildi. Bir il sonra eyni jurnal onu inkar etdiyi hərbi hissələrə bomba qoymağı planlaşdırmaqda günahlandırdı. Aşağı məhkəmə tərəfindən mühakimə olunduqdan sonra, Braziliya Ali Hərbi Məhkəməsi 1988-ci ildə ona bəraət verdi. 1988-ci ildə kapitan rütbəsi ilə ehtiyata buraxıldı və həmin il Rio-de-Janeyro Şəhər Şurasına Xristian Demokrat Partiyasından üzv seçildi. 1990-cı ildə Bolsonaru Konqresin aşağı palatasına seçildi və altı dəfə bu postda qalmağı bacardı. 27 illik konqres üzvü olduğu müddətdə milli mühafizəkarlığı güclü şəkildə dəstəkləməsi ilə tanındı.
Kintex (Bolqarıstan)
Kintex — Bolqarıstana məxsus dövlət şirkəti. Bolqarıstan Respublikasının xarici ticarəti ilə məşğuldur. 1965-ci ildə yaradılıb. Şirkətin idarə edilməsi Bolqarıstan İqtisadiyyat Nazirliyinin tabeliyindədir. Şirkət 1965-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində yaradılıb. Şirkət 1992-ci ilə qədər Bolqarıstan Kommunist Partiyasının gizli xidməti olan Dövlət Təhlükəsizliyi Komitəsinə tabe idi və siqaretdən ağır silahlara qədər hər şeyin satışına nəzarət edirdi. Bolqarıstanda 1992-ci ildə Ticarət hüququ qüvvəyə minir və 1992-ci ildə Kintex, ticarət qanunları ilə tənzimlənən "Qapalı Səhmdar Cəmiyyətə" çevrilir. Şirkətin səhmlərinin hamısı dövlətə məxsusdur. Kintex, Bolqarıstan Ordusu və polisi üçün məhsulların ixracı, idxalı və yenidən ixracı lisenziyasına sahibdir. Şirkətin əsas fəaliyyət sahəsi ticarətdir.
Kirovabad bolşeviki (qəzet)
"Gəncənin səsi" qəzeti 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə” (1929-1935), “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstər 2011-ci ildən böyük və rəngli formada çıxan qəzet bu gün 2000 tirajla ayda bir dəfə olmaqla çap olunur.
Kvemo Bolnisi
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.

Значение слова в других словарях