BUĞAC

Buğaöc sözlərindən əmələ gəlib (buğdadan öc alan). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BUĞA
BUĞARSAQ
OBASTAN VİKİ
Dirsə xan oğlu Buğac boyu (film, 2000)
Dirsə xan oğlu Buğac boyu — "Dədə Qorqud dastanı"nın 12 boyundan biri olan "Dirsə xan oğlu Buğac boyu" əsasında çəkilmiş tammetrajl bədii televiziya filmi.
Buğacıq
Buğacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı 1906-cı ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Orta əsrlərdə Suriyada (Şamda) Buka mahalında yaşamış Şamlı tayfasının gətirdiyi addır.
Dirsə xan oğlu Buğacın boyu
Dirsə xan oğlu Buğacın boyu - Kitabi Dədə Qorqud dastanına daxil olan boylardan biri. == Tədqiqi == «Kitabi-Dədə Qorqud» eposunun nəşr və tədqiq tarixi 200 illik bir dövrü əhatə edir. «Kitabi-Dədə Qorqud» dastanı haqqında ilk məlumatı Yakob Reyske (1716-1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer vermişdir. Lakin «Kitabi-Dədə Qorqud» dastanının nəşri və tədqiqinə XIX əsrdən başlanmışdır. Bu böyük abidəni ilk dəfə dünyaya tanıtdıran alman şərqşünası Fon Dits olmuşdur. O, Drezden kitabxanasında müqəddimə və 12 boydan ibarət “Dədə Qorqud” dastanlarını aşkar etmişdir. 1952-ci ildə isə italyan şərqşünası Ettori Rossi Vatikan kitabxanasında 6 boydan ibarət başqa bir nüsxəni üzə çıxarıb, geniş elmi müqəddimə ilə nəşr etdirir. 2019-cu ildə isə «Kitabi Dədə Qorqud»un yeni bir nüsxəsi – hazırda elm aləmində “Türkmənsəhra nüsxəsi” adı ilə tanınan nüsxənin olması barədə yeni faktlar üzə çıxdı. Dirsə xan oğlu Buğacın boyu həm Drezden nüsxəsinə həm də Vatikan nüsxəsinə həm də Türkmənsəhra nüsxəsinə daxil olan ortaq boylardan biridir. Bu boy Drezden nüsxəsində “Dirsə xan oğlu Buğac xan boyu” adlanır və ilk sıradadır.

Значение слова в других словарях