BÖYÜKKİŞİ
BUĞAC
OBASTAN VİKİ
Kəmiyyət budaq cümləsi
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir və nə qədər? sualına cavab verir. Kəmiyyət budaq cümləsində də, əsasən, baş cümlə budaq cümlədən sonra gəlir. Kəmiyyət budaq cümləsinin baş cümləyə bağlanmasında nə qədər, nə qədər ki, hər nə qədər və s. kimi bağlayıcı sözlər iştirak edir. Bu zaman baş cümlədə o qədər, bir o qədər (də), o qədər də, bir elə və s. kimi əvəzlik-qəliblərdən biri qarşılıq söz kimi iştirak edir. Məs: Nə qədər səbirli olsan, bir o qədər xeyirli olar. Ön cəbhə nə qədər möhkəm olsa, insanlar bir o qədər arxayın olar. Kəmiyyət budaq cümləsi bəzi hallarda hərəkətin deyil, əlamətin kəmiyyətini də bildirir.
Mübtəda budaq cümləsi
== Mübtəda budaq cümləsi == Mübtəda budaq cümləsi ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur və mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki (nə?), payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki (nə?), Çingizi xaricə göndərmək istəyir. Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır.
Məqsəd budaq cümləsi
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə? nə üçün? nə məqsədlə? suallarından birinə cavab olur. Məqsəd budaq cümləsində də baş cümlə əvvəldə gəlir. Bu zaman əlaqə vasitəsi kimi "ki" bağlayıcısından istifadə olunur. Məs: Biz Nabrana getdik ki, istirahət edək. Başqa ölkələrdə yaşayan azərbaycanlılar gəlmişdilər ki, vətənə kömək etsinlər. Çox zaman baş cümlədə əvəzlik-qəlib rolunda ona görə, ondan ötrü sözləri də işlənir. Məs: Məktəblilər Fəxri xiyabana ona görə gedirdilər ki, ulu öndər H. Əliyevin məzarını ziyarət etsinlər.
Səbəb budaq cümləsi
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir və niyə? nə üçün? nəyə görə? nə səbəbə? suallarından birinə cavab olur. Səbəb budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl işlənir. Bu zaman əlaqə vasitəsi ki, çünki, ona görə ki, ondan ötrü ki və s. kimi bağlayıcılar olur. Məs: Günəşin çıxmağından qorxurdu, çünki günəş ağappağ dumanı dağıda bilərdi. İndi hamının kefi saz idi, ona görə ki hamısının yuxusu qaçmış, zehni açılmışdı.
Tamamlıq budaq cümləsi
Tamamlıq budaq cümləsi ya baş cümlənin olmayan tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan tamamlığı izah edir. Kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir.
Təyin budaq cümləsi
Təyin budaq cümləsi baş cümlənin isimlə və ya isimləşmiş sözlərlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və təyinin suallarına (necə? nə cür? hansı?) cavab verir. Adətən, təyin budaq cümləsinin baş cümləsində o, bu, elə, belə, həmin, bir, elə bir, o qədər və s. kimi əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər budaq cümlənin bu növündə özündən sonra isim tələb edir. Təyin budaq cümləsi əksər zaman baş cümlədən sonra gəlir. Bu vaxt əlaqə vasitəsi ya tabelilik bağlayıcısı, ya da intonasiya olur. Məs: Mən o (hansı?) kəndləri gəzmişəm ki, havası havadır, suyu sudur. Elə (necə?) otlar var ki , min bir dərdin dərmanıdır.
Xəbər budaq cümləsi
Xəbər budaq cümləsi baş cümlənin əvəzlik-qəliblə ifadə olunmuş xəbərini izah edir və ismi xəbərin suallarına (kimdir? nədir? nədəndir? nə oldu? necədir? və s.) cavab verir. Xəbər budaq cümləsində işlənən əvəzlik-qəliblər bunlardır: odur, budur, o idi, bu idi, elədir, belədir, eləsən, beləsən, oradadır, buradadır, burası idi, orasındadır, onun üçündür, bunun üçündür . Baş cümlənin xəbəri, əsasən, ismi xəbərli olur. Xəbər budaq cümləsində əvəzlik-qəlib, demək olar ki, həmişə işlənir. Əlaqə vasitəsindən asılı olaraq, xəbər budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra işlənə bilər.
Yer budaq cümləsi
Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir və haraya? harada? haradan? suallarından birinə cavab olur. Yer budaq cümləsi, adətən, baş cümlədən əvvəl gəlir. Budaq cümlədə haraya (ki), harada (ki), haradan (ki), o yerə (ki), o yerdən (ki), bir yerə ki, bir yerdən ki və s. kimi bağlayıcı sözlər işlənir. Bu zaman əlaqə vasitəsi kimi -sa² şəkilçisi də iştirak edə bilər. Baş cümlədə oraya (ora), orada, oradan, və s. kimi əvəzlik-qəliblər işlənir.
Zaman budaq cümləsi
Zaman budaq cümləsi baş cümlədəki hərəkətin, əlamətin zamanını bildirir və nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab olur. Zaman budaq cümləsində də baş cümlə budaq cümlədən əvvəl və sonra gələ bilər. Baş cümlə əvvəl gəldiyi zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Bu zaman baş cümlədə o vaxt, onda, o zaman, o vədə, elə bir vaxtda və s. kimi əvəzlik-qəliblər işlənir. Məs: Mən onda kəndə çatdım ki, qaranlıqlaşırdı. Sadıq o zaman dükana çatdı ki, dükana yeni mallar gəlmişdi.
Zərflik budaq cümlələri
Zərflik budaq cümlələri
Şərt budaq cümləsi
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab olur. Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi -sa, -sə şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi də bir yerdə işlənə bilər, təkcə -sa, -sə şəkilçisi də işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir. Məs: Əgər qoca yıxılıb ölsə, bütün miras oğlana qalacaq. Hərgah Ataş bu kişi ilə yaxınlaşsa, çox şey öyrənəcəkdi. Boyum uca olsa idi, mən də səninlə arxada oturardım. Madam ki bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz.
Qarşılıq-güzəşt budaq cümləsi
Qarşılaşdırma budaq cümləsində baş və budaq cümlənin məzmunu bir- biri ilə qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir və ya biri digərinə güzəştə gedir. Qarşılaşdırma budaq cümləsi də məzmunla bağlıdır. Budaq cümlənin bu növündə budaq cümlə başcümlədəki hər hansı suala cavab vermir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümlə ilə nə qədər? bağlayıcı sözü, -sa, -sə şəkilçisi və da, də, belə ədatları ilə əlaqələnir. Məs.: Müəllim nə qədər danışsa da, yaxşı cavab ala bilmirdi. Nə qədər qoca olsam da, deyərəm min cavana. Hara gedir-getsin, əlimdən qurtara bilməyəcək. Qarşılaşdırma budaq cümləsində bağlayıcı söz işlənməyə də bilər: Məs.: Mehman yorulsa belə, işdən doymurdu.
Tərzi-hərəkət budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür? Adətən, baş cümlədə elə, belə əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər, əsasən, feili xəbərə aid olur. Bu zaman hərəkətin tərzi mənasında başa düşülür. Məs: Elə (necə?) çağırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş vəzifəsində budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud tabelilik bağlayıcısı olur.
Budaq Budaqov
Budaq Əbdüləli oğlu Budaqov (23 fevral 1928, Çobankərə, Eçmiədzin qəzası, Ermənistan SSR, SSRİ – 1 noyabr 2012, Bakı) — Azərbaycanlı alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), Respublika Ağsaqqallar Şurasının sədri, Azərbaycan Milli Məclisin "Toponimika" Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, SSRİ Coğrafiya Cəmiyyətinin N. A. Pryevalski adına Qızıl medalı (1978), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Yusif Məmmədəliyev (1995), akademik Həsən Əliyev, şair Məmməd Araz, mesant Hacı Zeynalabdin Tağıyev adına mükafatları laureatı, coğrafiya elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-mım müxbir üzvü (1976), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. == Həyatı == Budaq Budaqov 23 fevral 1928-ci ildə Qərbi Azərbaycanda Zəngibasar mahalının Çobankərə kəndində (indiki Masis rayonu, Ermənistan SSR) anadan olmuşdur. 1933–1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində oxumuşdur. 1940–1941-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Budaq Budaqov ilk əmək fəaliyyətinə doğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1945-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1945–1947-ci illərdə isə təhsilini yenidən davam etdirmişdir. İrəvanda təhsilini başa vurduqdan sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Buradakı təhsilini 1951-ci ildə bitirdikdən sonra təhsilini davam etdirərək SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını oxumuşdur. 1955-ci ildə Moskvada coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Budaq Hacısamlı
Budaq Köçəri oğlu Hacısamlı (1786-?) — Obabaşı. == Həyatı == Budaq Köçəri oğlu 1786-cı ildə Qaraçorlu mahalının Hacısamlı nahiyəsində doğulmuşdu. Qohum-əqrabasını ətrafına toplayıb bir oba təşkil etmişdi. Bu oba sonra Budaqdərə adlandı. Budaq əsasən heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Yatağı, yaylağı, əkinəcəyi, məzrəsi vardı. Bir müddət Mehdiqulu xan Cavanşirlə İranda yaşamışdı. 1827-ci ildə doğma yurduna qayıtmışdı. == Ailəsi == Budaq Salatınla ailə qurmuşdu. Oruc, Niftalı, Baxşalı adlı oğlanları, Şirin və Sona adlı qızları vardı.
Budaq Nəsirov
Budaq Nəsirov (15 iyul 1996, Gəncə) – Azərbaycan futbolçusu. Region Liqasında çıxış edən "Naftalan" klubunun futbolçusudur. Karyerası ərzində Portuqaliya aşağı dəstəsində mübarizə aparan Sportinq Lissabonun əvəzedici komandasında çıxış etmişdir. == Karyerası == === Klub === Budaq Nəsirov 25 iyul 2016-cı ildə Sportinq Lissabon klubu ilə 5 illik müqavilə imzalamışdır. 2024-cü ilin noyabrında Region Liqasında çıxış edən "Naftalan" komandası ilə müqavilə bağlamışdır. === Milli komanda === Budaq Nəsirov milli komandada debütünü 26 may 2016-cı ildə Azərbaycanın yoldaşlıq oyununda Andorraya qarşı oyunda etmişdir. == Karyera statistikası == === Milli komanda === 26 may 2016-cı il məlumatlarına əsasən.
Budaq Qəzvini
Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir. == Həyatı == Budaq bəy 1510-cu ildə Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı.
Budaq Təhməz
Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut, v. 5 avqust, 2024) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib == Yaradıcılığı == "Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub.
Budaq cümlə
Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir. Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır: mübtəda budaq cümləsi xəbər budaq cümləsi tamamlıq budaq cümləsi təyin budaq cümləsi zərflik budaq cümlələri şərt budaq cümləsi qarşılıq-güzəşt budaq cümləsi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.17. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974, Abdullayev Ə., Cəfərov N., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis. Bakı, 2009.
Budaq sultan
Budaq sultan (?-?)—İrəvan əyalətinin Şuragöl mahalının hakimi. == Həyatı == 1805-ci il oktyabrın 20-də Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına çox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi. İrəvana hücum ərəfəsində P. D. Sisianov Şuragöl sultanlıqının hakimi Budaq sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30000 rubl tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi.
Pir Budaq
Pirbudaq
Budaq xan Qacar
Budaq xan Qacar - Səfəvi sərkərdəsi, vəzifəli Qacar əyanlarından biri, Şah Təhmasibin təvaçisi, Qəndəhar hakimi, Şah Təhmasibin kiçik oğlu Murad Mirzənin lələsi. Hicri 944/1538 və hicri 952 /1546-cı illərdə iki dəfə Qəndəharda hakimlik etmişdir. Budaq xan Qacar Nişapurda özbək Sarı Quzğanla döyüşdə öldürülmüşdür. == Həyatı == Mənbələrdə Budaq xan Qacar haqqında ilk məlumata anonim müəllif tərəfindən qələmə alınmış Tarix-i Qızılbaşan əsərində rast gəlinir. Mənbədə qeyd olunur ki, 1536-cı ilin may ayının 30-da Təhmasib Qəndəhar üzərinə yürüşə başladı. Əmir Xacə Kəlan əmirlərindən olan Keçi Xacəyə Qəndəhar qalasını qorumaq vəzifəsi tapşırılmışdı. O Şah Təhmasibə qarşı müqavimət göstərməyin mənasız olduğunu anlayıb, şəhəri və qalanı ona təslim edir. Şah Təhmasib isə vəzifəli əyanların hədiyyələrini qəbul etdikdən sonra 1537-ci ildə Qəndəharın idarəsini Budaq xan Qacara tapşırır. Bəzi tarixçilərə görə Əfqanıstanın tərkibində olan Həzara bölgəsi də bu zaman Qəndəhar hakimliyinə tabe idi. === Kamran Mirzəyə məğlub olması === Şah Təhmasib Herata qayıtdıqdan sonra hicri 944 / 1537-ci ildə Kamran Mirzə böyük bir qoşunla Qəndəhara hücum edir.
Araz Budaqov
Araz Məhəmməd oğlu Budaqov (7 dekabr 1938 – 27 may 2021) — terapevt-həkim, müəllim, SSRİ səhiyyə əlaçısı, Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinin deputatı, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri. == Həyatı == === Ailəsi === Araz Budaqov 7 dekabr 1938-ci ildə Ağdam rayonunun Umudlu kəndində kolxozçu ailəsində dünyaya gəlmişdir. Atası Məhəmməd İsmayıl oğlu Budaqov, anası Ceyran Ağa qızı Hüseynova olmuşdur. Sonradan atası Budaqova Gülxar Qasım qızı ilə ailə həyatı qurmuş və o, Araza analıq etmişdir. Ailəsindəki 10 uşaqdan (7 oğul, 3 qız) ən böyüyü olmuşdur. 1978-ci ildə həmkarı, tibb bacısı Əliyeva Şəlalə Ərəstun qızı ilə ailə quran Araz həkimin bu evlilikdən 4 qızı və 1 oğlu dünyaya gəlmişdir. Qızlarının hər biri ali təhsillidir və müəllimlik peşəsinə yiyələniblər. Araz Budaqovun 12 nəvəsi var və bu nəvələrdən oğlunun son beşiyi onun adını daşıyır. === Vəfatı === Araz həkim 27 may 2021-ci ildə Sabirabad rayonunun Surra kəndində dünyasını dəyişmişdir. May ayının 28-də isə rayonun Axısxa kənd qəbirstanlığında dəfn olunmuşdur.
Qollu-budaqlı sarılıqotu
Qollu-budaqlı sarılıqotu (lat. Erysimum diffusum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 80 sm olub, bozumtul qısa sıx tükcükləri vardır. Gövdəsi bir və ya bir neçə olub, budaqlanandır. İnkişafının birinci ilində yalnız kökətrafı çətir əmələ gətirir. Çətir yarpaqları uzunsov daralmış saplaqdan ibarət olub, kiçik dişciklidir. İnkişafının ikinci ilində çoxlu qısa və nazik, tədricən azalan gövdələri üzərində xətti-neştərşəkilli və ya xətti, qısasaplaqlı və bütövkənarlı yarpaqları olur. Sonluqda yerləşən çiçəkləri oldaqca uzun fırçadan, kiçik, düz, sərbəst ləçəkləri, dördölçülü limonu-sarı rənglidir. Meyvələri uzun və nazik, uzunluğu 4 sm, olub, ağımtıl tükcüklərdən ibarətdər. Toxumları kiçik, kürəni-qonur rənglidir.
Ramiz Budaqov
== Siyahı ==
Rufiz Budaqov
Rufiz Şirzad oğlu Budaqov (12 iyul 1977, Tivi, Ordubad rayonu – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib. == Tərcümeyi-halı == Rufiz Şirzad oğlu Budaqov 12 iyul 1977-ci ildə Ordubad rayonunun Tivi qəsəbəsində anadan olub. 1984–1994-cü illərdə Tivi kənd tam orta məktəbində təhsil alıb. 1995-ci ilin iyulunda Ordubad Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1995–1997-ci illərdə "N" saylı hərbi hissədə xidmət edib. 1998-ci ilin martında Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Gizir Hazırlığı Kursu"na qatılıb. Müdafiə Nazirliyinin əmri ilə "gizir" hərbi rütbəsi verilib və N saylı hərbi hissəsində tankçı olaraq xidmətə başlayıb. iyun 2004-cü ildə səhhətində yaranan problemə görə təqaüdə göndərilib. Tam müalicədən sonra iyun 2012-ci ildə yenidən hərbi xidmətə qayıdıb. 2016-cı ilin 2–5 aprelində Azərbaycan və Ermənistan arasında baş verən silahlı toqquşma zamanı cəbhənin Goranboy-Tərtər istiqamətlərində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığının icrasında fərqlənib. 2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı da fərqlənib.
Rəşad Budaqov
Saday Budaqlı
Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. == Həyatı == Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. == Fəaliyyəti == 1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.
Sədəf Budaqova
Sədəf Budaqova – Azərbaycanlı xanəndə (muğam ifaçısı), müğənni. == Həyatı == Budaqova Sədəf Mehdi qızı 1 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Masazır qəsəbəsində 11 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2012–ci ildə bu məktəbi bitirmişdir. 2007-2012-ci illər ərzində Xırdalan şəhər musiqi məktəbində Xanəndə ixtisası üzrə Qasım Əliyevdən təhsil alır. 2012–ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin Xanəndə ixtisası üzrə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyaz Məmmədovanın sinfinə daxil olaraq 2015-ci ildə Kolleci bitirir. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının Xanəndə ixtisası üzrə Xalq artisti, professor Mənsum İbrahimovun sinfinə daxil olur. 2019-cu ildən Sumqayıt Musiqi Kollecində müəllimə kimi çalışır. 2020-ci ildə Konservatoriyanı bitirir. 2022-ci ildən magistr pilləsi üçün yenidən Milli Konservatoriyada təhsil alır. == Fəaliyyəti == 2011-ci ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı, Paşa Bankın baş sponsorluğu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam Festivalında baş mükafat — "Qran–Pri" qazanıb.
Tahir Budaqov
Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri. == Həyatı == Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.
Yaqub Budaqov
Yaqub Qurban oğlu Budaqov (d. 22 dekabr 1927, Babək rayonu, ZSFSR, SSRİ — ö. 2 oktyabr 1993, Naxçıvan, Naxçıvan MR, Azərbaycan) — həkim-nevropatoloq, tibb elmləri namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi. == Həyatı == Yaqub Budaqov 1927-ci ildə Babək rayonunun Sovetabad kəndində (indiki Xətai küçəsi) anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun (İndiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirmişdir. 1964-cü ildə tibb elmlər namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi olmuşdur. 1957-ci və 1993-cü illər arasında, Naxçıvan Respublika Xəstəxanasında nevropotologiya şöbəsinin müdiri, eyni zamanda Naxçıvan MR-ın Səhiyyə Nazirliyinin baş nevropatoloqu vəzifəsində işləmişdir. 1993-cü ilin oktyabr ayının 2-də Naxçıvan şəhərində 65 yaşında vəfat etmişdir. == Xatirəsi == 1994-cü ildə Naxçıvan MR Psixonevroloji Dispanserinə Yaqub Budaqovun adı verilmişdir.
Yusif Budaqov
Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər). == Həyatı == Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib. Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub. Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib.
İsmayıl Budaqlı

Значение слова в других словарях