Yusif Ramiq oğlu Budaqov (11 oktyabr 1997; Bakı, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Yusif Budaqov | |
---|---|
Yusif Ramiq oğlu Budaqov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Badamdar |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Yusif Budaqov 1997-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olub. Ailənin yeganə övladı idi.[3][4] 2003-2014-ci illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb. 2015-2017-ci illərdə hərbi xidmətdə olub, daha sonra dizayn üzrə kollec təhsili alıb.[5] Atası dünyadan erkən köçdüyündən Yusif Bakı şəhərindəki klinikada işə düzələrək, baş texnik vəzifəsində çalışıb.[6]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Yusif Budaqov Füzuli və Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində həlak olmuşdur. Şəhidimizin nəşi oktyabrın 30-da yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib.[7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[10]