CƏFƏR

Ərəbcə “behişt bulağı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

CƏDD
CƏFTƏ
OBASTAN VİKİ
Mir Cəfər
Mircəfər və ya Mir Cəfər — ad. Mircəfər Bağırov — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi (1933 – 1953) Mircəfər Əyyubov — Təzə Pir məscidinin axundu (2015—h.h.). Mircəfər Seyidov — azərbaycanlı yazıçı və jurnalist.
Cəfər
Cəfər — Kişi adı.
Cəfər (Qürvə)
Cəfər (fars. جعفر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 199 nəfər yaşayır (45 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəfər Atalay
Cəfər Atalay (1962, Sivas – 3 noyabr 2007, Kadıköy, İstanbul ili) — türkiyəli aktyor.
Cəfər Axundov
Cəfər Hacı Şeyx Həsən oğlu Axundov (1878, Nehrəm – 1931, Gəncə) — Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputat. == Həyatı == Cəfər Hacı Şeyx Həsən oğlu Axundov 1878-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Cəfər ailənin 2-ci uşağı idi. Atası Hacı Şeyx Həsən Molla İmamqulu oğlu Mollazadə Gəncəvidir. Anası Məşədi Xədicə xanım Cəlil Məhəmmədquluzadənin məşhur "Usta Zeynal" hekayəsinin baş qəhrəmanı Usta Zeynalın qardaşı qızıdır. Cəfər Axundov təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan "Hümmət" partiyasının menşevik üzvü və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət göstərib. Qardaşı nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı məktub onların ailəsində saxlanılırmış və sonralar DTK-dan gələnlər o məktubu aparıblar. 1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə həbs edilən C. Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar (Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib.
Cəfər Ağa
Qanlı Cəfər Ağa — (türk. Kanlı Cafer Ağa; v. 1521, İstanbul) — Osmanlı admiralı. == Bioqrafiya == Cəfər Ağa Osmanlı imperiyasında 1516–1520-ci illərdə donanmaya rəhbərlik etmişdir. Cəfər Ağa yerli xalqa qarşı zülm etməsi və səbəbsiz vergilər toplaması səbəbindən 1521-ci ildə Sultan Süleyman Qanuninin göstərişi ilə İstanbul şəhərində edam edilmişdir.
Cəfər Ağalarov
Ağalarov Cəfər Həsən Ağa oğlu — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Cəfər Ağalarov 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-1954-cü illərdə Bakı şəhərinin 8 saylı orta məktəbində oxumuşdur. 1954-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Neftmexanika" fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin institutu bitirmişdir. 1959-cu ildən 1960-cı ilədək 55 saylı poçt qutusu müəssəsində mühəndus işləmişdir. 1960-cı ildən 1999-cu ilədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda (indiki AMEA RMİ) böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi və şöbə rəhbəri vəzifəsində işləmişdir. 1966-1967-ci illərdə "Dinamik möhkəmlik" laboratoriyasında kiçik elmi işçi, 1967-1974-cü illərdə "Dalğa dinamikası" şöbəsində böyük elmi işçi, 1974-cü ildən "Dalğa dinamikası" şöbəsində şöbə müdiri olmuşdur. 1961-1964-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutununun aspiranturasında oxumuşdur. 1965-ci ildə "Qeyri-xətti, özlü elastiki mühitlərdə dalğaların yayılması" mövzusunda namizədlik dissertasiyası, 1981-ci ildə "Çevik rabitələrin zərbə təsirində özünü aparmasının nəzəri-eksperimental araşdırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən bu günədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1999-cu ildən bu günədək Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyir.
Cəfər Bağır
Cəfər Səfər oğlu Bağırov – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəfər Bağır 1912-ci il 5 mayda Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934–1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində çalışmışdır.
Cəfər Behbudov
Cəfər Ağaəli oğlu Behbudov (17 avqust 1951, Bakı – 26 sentyabr 2019, Kiyev) — Azərbaycan müğənnisi. == Həyatı == Cəfər Behbudov teatr rejissoru Ağaəli Məstanov və Rəşid Behbudovun bacısı Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olmuşdur. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış etmiş, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa etmiş, klip çəkdirmişdir. Cəfər Behbudov Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə 1980-ci illərdə məşhurlaşmışdı. "Bəyin oğurlanması" filmində onun mahnısı səsləndirilmişdir. Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar da həmin dövrlərdə populyarlıq qazanmışdı. Eyni zamanda Cəfər Behbudov "İnan mənə", "Bəhanə kimiyəm","Gözlərəm səni","İlk görüş", "Sevgi yağışları","Köhnə həyat", "Aya bax,aya","Sehirli ləpələr","Yağış","Sevgilim","Harda qalmısan","Sevgi","Azərbaycan süfrəsi","Bir qolun sevinci","Ümid çələngi","Səni gördüm","Dağlar","Qoşa qəlbin təranəsi" və başqa şərqilərin ilk ifaçısı olmuş,bu kimi repertuarları ilə dinləyicilərinin rəğbətini qazanmışdı. Cəfər Behbudov 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçmüş, ömrünün sonunadək orada yaşamışdır.
Cəfər Bünyadzadə
Cəfər Xocabəy oğlu Bünyadzadə (1890, Fatmayı, Bakı qəzası – avqust 1918, Bakı) — Azərbaycan yazıçısı və şairi. O, dövrün Azərbaycan mətbuatında fəal iştirak etmiş, uşaq hekayələri və çoxlu satirik şeirlər yazmışdır. "Nəşri-maarif" və "Səfa" məktəblərində müəllim işləmiş, satirik "Tuti" jurnalının baş redaktoru olmuşdur. Dadaş Bünyadzadənin qardaşıdır. == Həyatı == Cəfər Bünyadzadə "Səda", "Sədayi-Vətən" və başqa mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə ücün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915). Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olmuşdur. C. Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə "Füqəra-kasibəsi" qəzetində etdiyi minnətdarlıq məktubunda bildirirdi: == Əsərləri == Mən məktəb istəyirəm. Uşaqlar üçün asan dil ilə yazılmış hekayələr. Bakı: [s.n.], 1910; İgid oğul və yaxud vətən məhəbbəti, 1912; Kəşkül və yaxud nəğmələr məcmuəsi.
Cəfər Cabbarlı
Cəfər Qafar oğlu Cabbarlı (20 mart 1899, Xızı, Quba qəzası – 31 dekabr 1934, Bakı, SSRİ) — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933)*. == Həyatı == Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub. Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü. 1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu öldü. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi. Cəfər ailənin ən kiçik uşağı idi.
Cəfər Cəfərli
Cəfər Cəfərov
Cəfər Haşım oğlu Cəfərov — Azərbaycan teatrşünası. Cəfər Hüseynqulu oğlu Cəfərov — Azərbaycan-sovet dövlət xadimi Cəfər Mehdi oğlu Cəfərov — Azərbaycan dilçisi. Cəfər Məmməd oğlu Cəfərov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru.
Cəfər Cəmilov
Cəfər Eylasov
Cəfər Hümbətov
Cəfər İslam oğlu Hümbətov (2 fevral 1959, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sabiq sədri, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. == Həyatı == Cəfər Hümbətov 2 fevral 1959-cu il tarixində Naxçıvan şəhərində anadan olub. 1966–1976-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbdə ümumi orta təhsil alıb. 1976-cı ildə Naxçıvan şəhər İdman Komitəsində məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1977–1979-cu illlərdə hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun qiyabi fakültəsinə daxil olub. 1984-cü ildə həmin institutun tam kursunu bitirib. 1979-cu ildə Naxçıvan MSSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin Uşaq-Gənclər İdman məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1980-ci ildən 1982-ci ilədək həmin məktəbdə metodist vəzifəsində çalışıb. 1982-ci ildən 1993-cü ilədək həmin məktəbin direktoru vəzifəsində işləyib.
Cəfər Hüseynoğlu
Əliyev Cəfər Hüseyn oğlu (Cəfər Hüseynoğlu) — publisist, 1950-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Cəfər Hüseynoğlu 1925-ci il dekabrın 23-də Füzuli rayonunda, faytonçu ailəsində anadan olmuşdur. Burada orta təhsilini almış, sonra ikiillik Şuşa Müəllimlər İnstitutunda təhsil almışdır (1939–1941). Əmək fəaliyyətinə Ağdam rayonunun Gülablı kənd orta məktəbində tarix müəllimi kimi başlamışdır (1941–1942). 1942–1946-ci illərdə İkinci dünya müharibəsində döyüşən ordu sıralarında olmuşdur. Tərxis edildikdən sonra bir müddət Bakıda müəllim, sonra rayon komsomol komitəsində katib, rayon partiya komitəsində təbliğatcı, "Qızıl Araz" qəzetinin məsul katibi işləmişdir (1946–1948). "Bakinski raboçi" qəzetinin Arazboyu və Ağdam bölgələrində xüsusi müxbir işləmişdir (1948–1966). "Kənd həyatı" jurnalında müxbir, Azərbaycan Elmlər Akademiyasının "Xəbərlər" məcmuəsində baş redaktorun müavini (1966–1976), Azərbaycan Dostluq Cəmiyyətində Xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsinin müdiri (1976), Bakı şəhər Veteranlar Şurasının sədr müavini (1983–1987), Təbrizdə nəşr edilən "Azadlıq beşiyi" və "Körpü" qəzetlərinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri (1993–2000) olmuşdur. Dövri mətbuatda külli miqdarda müxtəlif janrlarda yazıları dərc olunmuşdur. Xarici ölkə qəzet və jurnallarda Azərbaycan həqiqətləri haqqında məqalələri işıq üzü görmüşdür.
Cəfər Kavian
Cəfər Məhəmmədəli oğlu Kavian (Kaviani, Məmmədzadə) (1895, Təbriz – 1975, Bakı) — Cənubi Azərbaycan Milli Hökumətinin müdafiə naziri, general-mayor == Həyatı == Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Sağalan (Səhlan) kəndindən idi. Səttarxan hərəkatı başlananda Sağalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu. O, oxumaq, yazmaq öyrəndi. Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə – ön cərgədə Sağalanlı Məhəmmədəli kişi də vardı. Səttarxanın azadlıq hərəkatı İran hakimləri tərəfindən yatırıldıqda, Sağalanlı Məhəmmədəli də həbsə atıldı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi.
Məmməd Cəfər
Məmməd Cəfər (Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu; 9 may 1909, Naxçıvan – 11 may 1992, Bakı) — tənqidçi, ədəbiyyatşünas, nasir,Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1982). == Həyatı == Məmmədcəfər Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərinin Anbar məhəlləsində dərzi ailəsində anadan olub. 1919-cu ildə hər iki valideynini itirmişdir. 1920-ci ildə o, atasının dostları sayəsində "Qızıl ordu" üçün paltar tikən dərzixanaya şagird qəbul olunur. Buradan alınan maaşla ailəni saxlamaq mümkün olmadığını görəndə nənəsi onu şatır-çörəkçi qohumlarının yanında kündəgirlik işinə düzəldir. İlk təhsilini Naxçıvanda aldıqdan sonra 1928-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyub. Daha sonra 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1935-1938-ci illərdə həmin universitetin Ərəb ədəbiyyatı kafedrasının aspirantı olub. Məmmədcəfər Cəfərov 11 may 1992-ci ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn edilib. == Əmək fəaliyyəti == Məmmədcəfər Cəfərov ADPU-nun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, 1932-1935-ci illərdə "Gənc işçi", "Maarif işçisi" qəzetlərinin redaksiyalarında şöbə müdiri olub.
Osman Cəfər
Rasim Cəfər
Rasim Valeh oğlu Cəfərov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Teatr səhnəsindəki rolları == === Azərbaycan Dövlət Pantomim Teatrı === "Şəngülüm, Şüngülüm, Məngülüm" "Şərqə səyahət" "Pantomim buketi" "Zibillik pərvanələri" "Eşq" === Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı === "Pəri-Cadu" — Təlxək əcinnə "Çəkməli pişik" "Tıq-tıq xanım" — Siçan bəy, keçi "Şelkunçik" "Pələng ili" — Ağa "Oliver Tvistin macəraları" "Məhv olmuş gündəliklər" — Qənimət "Mən gəldim, qızlar" ("Müharibə") — əmi "Yalqız qərb" — Balin qerbor == Filmoqrafiya == Salur Qazanın evi talandığı boy (film, 2001) Epizod (film, 2002) Manqurt (film, 2003) Oyun (film, 2003) Ana qaz (film, 2005) Üç qız (film, 2005) (tammetrajlı bədii film) Ev (film, 2007) Qala (film, 2008) Yalançılar (film, 2008) Ölüm növbəsi (film, 2009) Teatral həyat (film, 2009) Podpiska o neviezde (2009) Kuklalar (film, 2009) Sahə (film, 2010) Əzizim Fellini (film, 2010) Səhərə inan... (film, 2011) Tabutçunun yelləncəyi (film, 2012) Sirr (serial, 2012) Döngələr (teleserial, 2012) Çaqqal nəfəsi (film, 2013) Ayrı (Torn) (film, 2014) Arzuların ardınca...
Şeyx Cəfər
Şeyx Cəfər (Ərdəbil – Ərdəbil) — Şeyx Xacə Əlaəddin Əlinin ikinci oğlu. Səfəviyyə ordeninin de-fakto şeyxi. Şeyx Cüneydin qovulmasından Qaraqoyunlular tərəfindən şeyxliyə gətirilmişdi və 1460-cı ildə yerinə Şeyx Heydər keçmişdir.
Əkrəm Cəfər
Əkrəm Cəfər (tam adı: Cəfərov Əkrəm Səftər oğlu; 5 may 1905, Lahıc, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 18 avqust 1991, Bakı) — dilçi, ədəbiyyatşünas, şərqşünas-filoloq, pedaqoq. == Həyatı == Əkrəm Səftər oğlu Cəfərov 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darülmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir. Ə. Cəfər təhsil almaqla yanaşı 1929–1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur.
Cəfər Yusifov
Cəfər Yusifov (13 oktyabr 1945, Birinci Şıxlı, Qazax rayonu – 15 dekabr 2023) — Bakı Metropoliteninin sabiq rəisi (1993–1998). == Həyatı == Cəfər İsa oğlu Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə təhsil alıb. Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi vəzifəsinə yüksəlib. 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib, 1997-ci il iyulun 27-nə qədər bu vəzifəni icra edib. 15 dekabr 2023-cü il tarixində dünyasını dəyişib. == Təltifləri == C. Yusifov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeninə layiq görülüb. Bakı metropolitenində göstərdiyi xidmətlərə görə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.
Cəfər ağa
Qanlı Cəfər Ağa — (türk. Kanlı Cafer Ağa; v. 1521, İstanbul) — Osmanlı admiralı. == Bioqrafiya == Cəfər Ağa Osmanlı imperiyasında 1516–1520-ci illərdə donanmaya rəhbərlik etmişdir. Cəfər Ağa yerli xalqa qarşı zülm etməsi və səbəbsiz vergilər toplaması səbəbindən 1521-ci ildə Sultan Süleyman Qanuninin göstərişi ilə İstanbul şəhərində edam edilmişdir.
Hacı Cəfər Məscidi
Hacı Cəfər məscidi — XIX əsrin əvvəllərində Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Hacı Cəfər məscidi 1905-ci ildə Quba şəhərinin mərkəzində tikilib. Şəhərin ən böyük məscididir, sahəsi 400m² təşkil edir. Deyilənə görə məscid Hacı Cəfər tərəfindən tikildiyinə görə onun adını alıb. Şəhərin yaşlılarının dediklərinə görə Quba soyqırımında ermənilər qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər. Həmin vaxt məscidin axundu olmuş Hacı Baba bunun qarşısını alıb. Hacı Baba evində kimsəsiz erməni qızlarını öz qızları kimi böyüdüb, saxlayıb və bunu ermənilərə bildirib. Deyib ki, biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz. Bundan sonra ermənilər insanları yandırmaqdan vaz keçirlər.
Hafiz Cəfərov
Hafiz Yusif oğlu Cəfərov (26 aprel 1946, Bakı) — atıcılıq üzrə Azərbaycanlı məşqçi. Olimpiya çempionu Zemfira Meftahətdinovanın məşqçisi. == Həyatı == Hafiz Cəfərov 26 aprel 1946-cı ildə Bakı şəhərində anadan olub. Hafiz Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. == Fəaliyyəti == Hafiz Cəfərov 1976-cı ildən atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Bu müddət ərzində onun tələbələrindən, Valeri Timoxin Dünya Çempionatlarının gümüş medalları qazanıb, Zemfira Meftahətdinova isə Olimpiya çempionu olub. Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Hakim Cəfərov
Haqverdi Cəfərov
Haqverdi Cəfərov — Azərbaycan biofiziki, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). O, 162 elmi məqalənin, 4 kitabın və 6 ixtiranın müəllifidir. 32 elmlər namizədi və 5 elmlər doktoru hazırlamışdır. == Həyatı == Haqverdi Cəfərov 1938-ci ildə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuşdur. О, 1957-ci ildə Miskinli kənd orta məktəbini bitirərək Bakıya gəlmiş və sənədlərini Azərbaycan Dövlət Universitetinə vermişdir. Elə həmin il universitetin biologiya fakültəsinə daxil olmuş və 1962-ci ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Haqverdi Cəfərov universiteti bitirən kimi sənədlərini M. V. Lomonosov adına Moskva dövlət Universitetinin aspiranturasına vermiş və qəbul olunaraq biofizika ixtisası üzrə namizədlik dissertasiyası işləmişdir. 1966-cı ildə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin ili Bakıya qayıdaraq Azərbaycan Dövlət Universitetinin Biologiya kafedrasında assisent, Azərbaycan Elmlər Akademiyasının Fizologiya sektorunda elmi işçi vəzifəsində çalışmışdır. 1968-ci ildə baş elmi işçi olmuş, 1972-ci ildə isə çalışdığı Fizologiya Elmi Tədqiqat İnstitutunda şöbə müdiri vəzifəsinə seçilmişdir.
Hüseyin Cəfərov
Hüseyn Cəfərov
Həmdulla Cəfərov
Həmdulla Yunis oğlu Cəfərov (15 iyun 1962, Quba) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Həmdulla Cəfərov 1962-ci il iyunun 15-də Quba şəhərində anadan olub. St. Peterburq Maliyyə-İqtisad İnstitutunda sənayenin planlaşdırılması üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Həmdulla Cəfərov ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 63 nömrəli Quba dairəsindən bitərəf namizəd olan Həmdulla Cəfərov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Həmdulla Cəfərov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Həmid Cəfərli
Kamal Cəfərov
Kamal Cəfərov (icra başçısı) — Şərur rayonu İcra hakimiyyətinin başçısı (1 iyun 2017-ci ildən)
Kamal Cəfərov (deputat)
Kamal Xaqani oğlu Cəfərov (15 dekabr 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri == Həyatı == Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində (King's College London) Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib. K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür. Evlidir, bir övladı var. İngilis, fransız və rus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib. == İctimai-siyasi fəaliyyəti == Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub. === Dövlət qulluğu === 2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib.
Kamal Cəfərov (dəqiqləşdirmə)
Kamal Cəfərov (icra başçısı) — Şərur rayonu İcra hakimiyyətinin başçısı (1 iyun 2017-ci ildən)
Kamal Cəfərov (hüquqşünas)
Kamal Xaqani oğlu Cəfərov (15 dekabr 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri == Həyatı == Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində (King's College London) Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib. K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür. Evlidir, bir övladı var. İngilis, fransız və rus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib. == İctimai-siyasi fəaliyyəti == Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub. === Dövlət qulluğu === 2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib.
Kamal Cəfərov (icra başçısı)
Kamal Cəfərov (tam adı: Cəfərov Kamal Camal oğlu) — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun İcra hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləmişdir. O, bu vəzifədən 1 iyun 2017-ci il tarixində azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləyir. O, bu vəzifəyə 1 iyun 2017-ci il tarixində təyin edilmişdir.
Lalə Cəfərova
Lalə Tahir qızı Cəfərova; (14 sentyabr 1966, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas, pedaqoq, pianoçu. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2021). Azərbaycanda balet müəllifi olan ilk qadın bəstəkarlardandır. == Həyatı və karyerası == Lalə Cəfərova 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Lalə Cəfərova ilk musiqi təhsilini Bakı şəhəri Rauf Hacıyev adına 15 saylı uşaq musiqi məktəbi Alla Timofeyevna-Mustafayevanın fortepiano sinfində almışdır. Orta musiqi təhsilini isə 1982–1986-cı illərdə Bakı Musiqi Kollecində Həbib Həbibovun fortepiano sinfində başa vurmuşdur. Bakı Musiqi Kollecini bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, fortepiano fakültəsində 1986–1988-ci illərdə Validə Muradovanın və 1988–1991-ci illərdə professor Oqtay Abasquliyev sinfində təhsilini davam etdirmiş, fortepiano sinfini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra 1993-cü ildə professor Arif Məlikovun bəstəkarlıq sinfinin 2-ci kursuna qəbul olunaraq, təhsilini davam etdirmişdir. 1997-ci ildə diplom işi kimi, ilk iri həcmli əsərini — fortepiano və simfonik orkestr üçün konsertini təqdim edərək bəstəkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspirant-stajorluğu bitirərk, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.
Maarif Cəfərov
Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1989 — f.r.e.n. „Cd1-xZnx S nazik təbəqələrinin və n və p-tip SdS:Cu monokristallarının fotoelektrik xassələri" 2007 — f.r.e.d.
Marallı-i Cəfərquluxanlı (Germi)
Marallı-i Cəfərquluxanlı (fars. ماراللوي جعفرقلي خانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (20 ailə).
Mir Cəfər Bağırov
Mircəfər Abbas oğlu Bağırov (5 (17) sentyabr 1895, Quba – 26 may 1956, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953); Azərbaycan SSR Nazirlər Sovetinin sədri (aprel–avqust 1953); Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1933–1950), Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan Fövqəladə Komissiyasının sədri (1921–1926). == Həyatı və ailəsi == Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində atası Mirabbas və anası Yaxşı xanımın kiçik övladı kimi dünyaya gəlmişdir. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur. Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla[mənbə göstərin] ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat etmişdir. M. Bağırov 1930-cu ildə Yevgeniya Mixaylovna ilə ailə qurur və bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir (Vladimir) aviasiya məktəbində təhsil almış, İkinci dünya müharibəsində pilot kimi iştirak etmiş və həlak olmuşdur. Digər oğlu professor, elmlər doktoru Cen Bağırov isə Bakıda 10-cu sinifə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında təhsil almış.
Mir Cəfər Seyidzadə
Mir Cəfər Seyid Əzim oğlu Seyidzadə (1852-1937)-pedaqoq, Seyid Əzim Şirvaninin oğlu == Həyatı == Mir Cəfər Seyid Əzim oğlu Seyidzadə 1852-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.
Mir Cəfər Əli
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında xidmətləri olan din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. O dövürdə mollalar istəmirdi ki, camaat "Qurani-Kərim"i dərindən mənimsəsinlər.
Mirağa Cəfərquliyev
Mirağa Cəfərquliyev — hüquq elmləri doktoru, professor, ədliyyə general-mayoru (1987). == Həyatı == Mirağa Əşrəf oğlu Cəfərquliyev 8 noyabr 1940-cı ildə Lerikdə anadan olmuşdur. 1957-ci ildə Lerik qəsəbə orta məktəbini bitirmişdir. 1959-cu ildə hərbi xidmətə çağrılan M. Cəfərquliyev hərbi xidmətini başa vurduqdan sonra Sverdlovski şəhərindəki Hərbi-texniki məktəbin hüquq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirərək Sverdlovski şəhər Dİİ-nin xidmət şöbəsində inspektor vəzifəsində çalışmışdır. M. Cəfərquliyev 1965-ci ildə Azərbaycan Respublikasına qayıdaraq Sumqayıt şəhərinin daxili işlər orqanlarında əməliyyat-axtarış sahəsində fəaliyyət göstərmişdir. 1966-cı ilin sentyabr ayından SSRİ DİN Akademiyasına daxil olan Mirağa Cəfərquliyev 1969-cu ildə akademiyanı fərqlənmə diplomi ilə tamamlamışdır. Həmin il burada əyani aspiranturaya qəbul edilmiş, aspirant olarkən Akademiyada cinayət prosesi fənnindən dərs demişdir. O, 1972-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq, Bakı şəhər Daxili İşlər İdarəsinə baş müfəttiş təyin edilir, sonra Bakı şəhər Daxili İşlər İdarəsinin partiya komitəsinin katibi seçilir və 1977-ci ilin avqustuna qədər bu vəzifədə çalışır. Bu dövrdən Azərbaycan KP MK-nın İnzibati Orqanlar Şöbəsində təlimatçı vəzifəsinə dəvət edilən Mirağa Cəfərquliyev 1983-cü ilin dekabrına qədər orada çalışmış, həmin ilin dekabrından Bakı şəhər Partiya Komitəsinin İnzibati Orqanlar Şöbəsinə müdir təyin edilmişdi.
Mircavad Cəfərov
Mircavad Cəfərov — Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan musiqiçisi, tar və ud ifaçısı, "Cəngi" estrada folklor ansamblının rəhbəri. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Həyatı == Mircavad Cəfərov 1965-ci il 20 iyun tarixində Salyan rayonunda anadan olmuşdur. 1974-cü ildə Salyan rayonunun 5 illik musiqi məktəbinin tar sinfinə daxil olmuş və 1979-cu ildə bu məktəbi uğurla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinə daxil olmuş, Özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil almağa başlamışdır, 1983-1985-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Hərbi xidmətini bitirdikdən sonra təhsilini davam etdirmiş 1988-ci ildə təhsilini tamamlamışdır. Azərbaycan muğamının və milli cazının tanıdılmasında Mircavad Cəfərovun böyük xidmətləri olmuşdur. Bunun məntiqi nəticəsi olaraq, 2007-ci ildə Əməkdar artist, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Ailəlidir, 2 oğul övladı var. == Fəaliyyəti == Hələ universitet illərində Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblında (1988-ci ildən etibarən ''Aypara'' caz folklor ansambIı) dəvət almış və peşəkar fəaliyyətə başlamışdır.
Mirmuraz Cəfərov
Mirsalam Cəfərov
Mirsəməd Cəfərli
Mir Səməd Cəfərli (24 dekabr 1972, Bakı) – azərbaycanlı jurnalist, teleaparıcı, bloqqer, səyyah. == Həyatı == Cəfərli Mir Səməd Mir Abtalıb oğlu 24 dekabr, 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə 4 saylı fars təmayüllü internat məktəbini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. 1994-cü ildə BDU-nu ərəbşünas kimi bitirmişdir. Daha sonra isə təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda davam etdirmişdir. == Fəaliyyəti == Mir Səməd Cəfərli Azərbaycanın müxtəlif TV kanallarında jurnalist, ictimai-siyasi verilişlərin və “talk-show”ların aparıcısı kimi çalışmışdır. İlk dəfə efirdə 1997-ci ildə Space TV-də Xəbərlər proqramının aparıcısı kimi tanınmışdır. 2012-ci ildə ATV kanalında teleməkanda səyahətlə bağlı olan çox məşhur – Turne verilişi efirə başlayır. Müəllif və aparıcı olan M. Cəfərli bu verilişlə 40-a yaxın ölkədən 80-dən çox veriliş hazırlayır.

Digər lüğətlərdə