DÖYMƏK

1. DÖYMƏK ..Havaxt deyindi, ərim ilə basıb döydük (Çəmənzəminli); BUDAMAQ (məc.) [Vidadi Vaqifə:] Əgər səni bu məzhəbdə görərlər; Yerbəyer budayıb əzər, ağlarsan (M.P.Vaqif); ƏZİŞDİRMƏK (dan., məc.) ..birdən oğlanlar geri dönüb Davudu əzişdirərlər, ləngidi... (H.Abbaszadə); GOPAMAQ Məmmədli: Bacıoğlu! ..O qədər goparam cəmdəyinə, şişib dama dönərsən (N.Vəzirov); İSLATMAQ (məc., dan.) Şair şeyxlər duyuq düşüb haman maralı lazımınca islatdılar (Ə.Haqverdiyev); KÖTƏKLƏMƏK Ərlə arvad arasında olan belə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq kötəklərdi (S.S.Axundov); ŞAPPARLAMAQ Bir də görürəm bir ağsaqqal cavan arvadının saçından yapışıb, çomaq ilə şapparlayır (Çəmənzəminli).

2. DÖYMƏK (qapını və s.) Fikrət divanda uzanmışdı ki, qapını döydülər (H.Abbaszadə); DƏQQÜLBAB ETMƏK Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqülbab edirlər... (Ə.Haqverdiyev); TAQQILDATMAQ Molla Qafar.. qapıya yaxınlaşıb taqqıldatdı (S.Rəhimov); VURMAQ Hələ şam yeməyi hazır olmadan, iki qız bir də anası qapını vurub içəri girdilər (M.S.Ordubadi).

DÖYƏNƏK
DÖYÜNMƏK

Digər lüğətlərdə