Sözün əsli dümtək kimi olub. Düm“sağ”, tək isə “sol əl zərbəsi” deməkdir. Deməli, “iki əllə çalınan alət” mənasını verir (hərfi mənası sağ-“sol əl” kimi anlaşıla bilər). Omonimi də var: “quyruq”deməkdir və fars mənşəlidir. Farslarda dombe, dombalçe sözləri “arxa tərəf” mənasını əks etdirir. Dümbək (dombe-ək) sözü kiçik “quyruq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)