DERLİ TOPLU
DERME ÇATMA
OBASTAN VİKİ
Fatma Çiçək Derman
Fatma Çiçək Derman (1945, Ankara) — təzhip-miniatür sahəsi üzrə mütəxəssis, professor . == Həyatı və yaradıcılığı == Fatma Çiçək Derman 1945-ci ildə Ankarada doğulmuşdur. İstanbul Qız Liseyini və İstanbul Universiteti ədəbiyyat fakültəsinin sənət tarixi bölümünü bitirib. O, 1985-ci ildən 2012-ci ilə qədər Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsində müəllimlik etmişdir. Fakültə dekanı, Ənənəvi Türk Sənətlər Bölümü və Təzhip-miniatür əsas sənət sahəsinin yaradıcısı kimi rəhbərliklərdə çalışdı. 1976-cı ildən başlayaraq 24 il müddətində fəxri olaraq Kubbealtı Nakışhânesinde təzhip müəllimliyi etmişdi. Fatma Çiçək Derman ilk şəxsi sərgisini 1987-ci ildə Qanuni Sultan Süleyman Sərgisi əhatəsində Çikaqoda açmış, müxtəlif illərdə Türkiyədə və xarici ölkələrdə sərgiləri olmuşdur. Türkiyə Respublikası Kültür Nazirliyi tərəfindən keçirilən Dövlət Türk Süsləmə Sənətləri seçici təşkilatında 1990-cı ildən etibarən yer alan F.Ç.Derman Yaponiyada Türk ili olaraq elan edilən 2003-cü ildə professor Uğur Dermanla birlikdə East Asia (Toua) Universiteti tərəfindən dəvət edilmiş, burada sərgi və konfranslarla sənətlərini tanıtmışlar. Professor Uğur Dermanın həyat yoldaşı olan Fatma Çiçək Dermanın üç oğlu, üç nəvəsi vardır. Professor Fatma Çiçək Derman 9 magistr işinin və 7 doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur.
Dermanyssiae
Dermanyssidae (yun. Derma - dəri və nýsso - sancmaq), Mesostigmata (orta stiqmalı gənələr) alt dəstəsinə aid olan bir gənə (mite) fəsiləsidir. Bu fəsilənin üzvləri əsasən quşların və məməlilərin ektoparazitidir və qanla qidalanırlar. == Xüsusiyyətləri == Dermanyssidae fəsiləsinin üzvləri aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: Ektoparazit həyat tərzi: Əsasən quşların və məməlilərin qanını əmərək yaşayırlar. Stiqmaların yeri: Stiqmalar (tənəffüs dəlikləri) adətən koksaların (ayaqların birinci seqmenti) yan tərəfində yerləşir. Xeliserae quruluşu: Xeliserae (ağız hissələri) qan əmməyə uyğunlaşmışdır və iti, kəsici uclara malikdir. Bədən forması: Bədən oval və yastı şəklində olur, bu da onlara ev sahibinin tükləri və ya lələkləri arasında asanlıqla hərəkət etməyə imkan verir. == Həyat dövrləri == Dermanyssidae gənələrinin həyat dövrü yumurta, larva, protonimfa, deutonimfa və yetkin mərhələlərindən ibarətdir. Larvalar altı ayaqlı, nimfalar və yetkinlər isə səkkiz ayaqlıdır. == Tibbi və iqtisadi əhəmiyyəti == Dermanyssidae gənələri, ev sahiblərində qan itkisinə, dəri qıcıqlanmasına və allergik reaksiyalara səbəb ola bilər.