diazobirləşmələr
dib-dəhnə 2021
OBASTAN VİKİ
Məhəmməd Dib
Məhəmməd Dib (21 iyul 1920[…] – 2 may 2003[…], Paris) — Əlcəzairin görkəmli yazıçılarından biri 1920-ci ildə Əlcəzairin Tlemsen şəhərində anadan olub. Yazıçılıq fəaliyyətinə başlamazdan əvvəl müəllimlik edib, daha sonra isə jurnalist işləyib. Dib hələ gənc ikən Əlcəzair, İsveçrə və Fransa qəzetlərində yazılar çap etdirirdi. Fransanın həftəlis "Letr fransez" qəzeti də onun bir neçə şeir və novellasını çap etmişdi. 1952-ci ildən başlayaraq Məhəmməd Dib "Əlcəzair" adı altında bir silsilə roman çap etdirib. Bu romanlardan biri ("Böyük ev") 1953-cü ildə Fransada Feneon mükafatına layiq görülüb. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 85–86.
Bulbophyllum dibothron
Bulbophyllum dibothron (lat. Bulbophyllum dibothron) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dibothron növü Kalimantan üçün endemik növdür.
Dibac
Dibac — İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,504 nəfər və 680 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.
Dibamidae
Qurdvari kərtənkələlər (lat. Dibamidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Dibaçə
Dibaçə (ərəb-fars sözü olub, “zərif çiçəkli ipək, qumaş parça” sözündən) — 1) kitabın zər-naxışla bəzənmiş ilk səhifələri; 2) Klassik Yaxın və Orta Şərq ədəbiyyatında müəllifin öz əsərinə, yaxud külliyyatına nəsr və ya nəzmlə yazdığı müqəddimə. Dibaçədə bir qayda olaraq, əvvəlcə Allah və Məhəmməd peyğəmbər tərif edilir, sonra dövrün hökmdarı mədh olunur, sonda isə müəllifin əsəri yazmaqda məqsədi və kitabın hansı fəsillərdən ibarət olduğu göstərilirdi. Dibaçələr çox zaman qafiyəli nəsrlə yazılırdı. Məhəmməd Füzulinin Azərbaycan və fars dillərində divanlarına, “Leyli və Məcnun” və sair əsərlərinə yazdığı müqəddimələr dibaçənin kamil nümunələridir. Azərbaycanca divanına nəsrlə yazdığı dibaçədə Füzuli özünün şairliyə başlamasından, türkcə (Azərbaycan dilində) lirik şeirlər qəzəllər) yazmasının səbəblərindən, həmçinin bədii söz sənətinin bir sıra mühüm məsələlərindən bəhs edir. Bəzən müəlliflər dibaçədən sonra kitabdakı əsərlərin məzmunu, bədii xüsusiyyətləri və s. haqqında ayrıca “müqəddimə” də verirlər. Belə hallarda dibaçədə ancaq müəllifdən, əsərin yazılma tarixindən və bölmələrindən danışılır; 2) Seyid Əzim Şirvaninin “Əsərləri”nin 3-cü cildində (1974) həm dibaçə, həm də müqəddimə var. == Mənbə == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.
Dibiont
Dibiont — iki mühitə məxsus orqanizm (məsələn, qurbağa). == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Dibni Çayı
Dibni çayı — Türkiyədə bir çay. Dəclə çayının mənbələrindən biridir. Köhnə adları: Subnat, Səbbənə-Su, Zəbənnə-su Diyarbakır vilayətinin Lice rayonunda məşhur Dəclə Tunelini (Bırkleyn Mağaralarını) yaradır. Bu çayın adı Assuriya kitabələrində Subnat olaraq çəkilir.
Dibothrospermum
Üçqabırğacıq (lat. Tripleurospermum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Sinonimləri == Rhytidospermum Sch.Bip. Dibothrospermum Knaf Gastrosulum Sch.Bip. Chamaemelum Vis. 1845, illegitimate homonym not Mill. 1754 Trallesia Zumagl. Gastrostylum Sch.Bip. Chamomilla Godr.
Dibs qəzası
Dibs qəzası (ərəbcə: قضاء الدبس) — İraq Respublikasının Kərkük mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Dibs şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 1.115 km² ərazini əhatə edir.
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Dibək (Maku)
Dibək (fars. ‎ديبك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (26 ailə). Kənd əhalisi etnik Azərbaycan türklərindən ibarətdir və şiə müsəlmandırlar.
Dibək (Xoy)
Dibək (fars. ديبك‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Dibəkli
Dibəkli (dağ)
Dibəkli (Bostanabad)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Dibəkli (Heris)
Dibəkli (fars. ديبگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (35 ailə).
Dibəkli (Sərab)
Dibəkli (fars. ديبكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (19 ailə).
Dibəkli (dağ)
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dibəkli (Çaroymaq)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (6 ailə).
Dibəkli dağı
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dibətli
Dibətli — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində dağ. Böyük Kirs dağının cənub-qərbində yerləşir. Hündürlüyü 2140 m. Əsli Dibəklidir. Dibək duz, yarma, çəltik və s. döymək üçün ici oyulmuş daş və ya kötükdur. Yaylaqda daşlardakı oyuqlardan heyvanlar üçün yem qabı kimi də istifadə edilirdi. Dağda belə təbii oyuqlar olduğuna görə Dibəkli adlandırılmışdır.
Dəniz dibi
Okean yatağı- (rus. ложе океана, ing. floor of ocean, sea floor) Yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Dəniz dibi haqqında müqavilə
Dənizlərin və okeanların dibində və onların dərinliklərində nüvə silahlarının və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müqavilə (ing. Treaty on the Prohibition of the Emplacement of Nuclear Weapons and Other Weapons of Mass Destruction on the Sea-Bed and the Ocean Floor and in the Subsoil thereof), həmçinin Dəniz dibi haqqında müqavilə kimi tanınır (ing. Seabed Treaty) və ya Dəniz dibinfə silahların nəzarəti müqaviləsi (ing.
Kamran Diba
Kamran Təbatəbai Diba (5 mart 1937-ci il təvəllüdlü) — Fransanın paytaxtı Paris şəhərində yaşayan görkəmli İranlı memarıdır. O, İranın keçmiş kraliçəsi Fərəh Pəhləvinin əmisi oğludur.
Mirzə Abdulla xan Diba
Mirzə Abdulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1932) — ədib, İran məşrutə hərəkatının əleyhdarı. == Həyatı == Mirzə Abdulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Abdullaya əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Abdulla xan bütün elmlərə bələd olduqdan sonra siyasi-ictimai işlərlə ilgilənmişdi. Salar-Ərfə ləqəbini daşıyırdı. Salar-Ərfə Eynüddövləyə xidmət etmişdi. Məşrutə hərəkatı dönəmində Təbrizə hücum edən şahpərəstlərin sərkərdələrindən biri idi. Mirzə Abdulla xan 1932-cu ildə Təbrizdə vəfat etdi. == Şəcərəsi == Mirzə Abdulla xan ibn Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli.
Mirzə Əbdülhüseyn xan Diba
Seyid Əbdülhüseyn Diba — Vəkiləllmülk kimi də tanınan 1888-ci ildə Təbrizdə dünyaya gəlib. Atası Turab xan Azərbaycanın böyük kübar, zadəgan və torpaq sahiblərindən idi və Müzəffərəddin şah Qacar sarayında əzəmətli durumu var idi.Əmiləri Nizamülüləma Təbrizi, Mirzə Əsədulla xan Naziməddövlə, və Mahmud xan Əlaülmülk İran və Azərbaycanın böyük və görkəmli adamlarından idilər. Əbdülhüseyn Təbrizdə ibtidai təhsil alandan sonra, təhsilin davam etdirmək üçün Fransaya göndərilmişdir. İqtisad və siyasi elmlər sahələrində təhsil almışdır, məzuniyətdən sonra İranın Parisdəki səfirliyində fəxri attaşe kimi xidmət etmişdir. Sonra İrana qayıtdi və xarici işlər nazirliyində yaxın qohumları həssas rəsmilərdə olmaqlarına görə konsol vəzifəsində Bakıya getdi. Bir Qafqazlı qız ilə evləndi ancaq Rusiya bolşevik inqilabından sonra həyat yoldaşı ilə İrana qayıtdi və Teymur Taşın yaxın adamlarından oldu. Teymur Taş,Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşının adını bülbül qoymuşdur və ona fövqəladə diqqət və sevgisi varıdi.Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşı Rus, Fransız, Alman və İngilis dillərini mükəmməl bilirdi. Bu məsələlərə görə Teymur Taş həmişə Sovetlərin kəşfiyyat xidmət orqanı (GPU) ilə əlaqələri olmağa təqsirləndirilirdi. Bir müddətdə İzmirdə konsol vəzifəsində idi.Rza şah Pəhləvi dövründə bir müddət sarayın təftiş başçısı oldu.Milli Məclis Şurasının 7 və 8 dövürlərində Teymur Taşın yardımı ilə Xoy, Maku və Salmasın nümayəndələri idi. Əbdülhüseyn xan Teymurtaşın mövqeyi zəifləyəndən sonra Rza şah Pəhləvi, Əbdülhüseyn xan Dibanı xaric etdi və O, Kirmanşaha sürgün oldu və sonra rüşvət almaq ittihamı ilə həbs olundu və 1939-cu ildə, 51 yaşında Məlayer həbsxanasında şübhəli olaraq vəfat etdi.
Mirzə Əbdüləli xan Diba
Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1938) — ədib, İran məşrutə hərəkatının əleyhdarı. == Həyatı == Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1870-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Əbdüləliyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Əbdüləli xan sonra Nəcəf şəhərinə yollanmışdı. Burda ünlü molla-müctəhidlərin yanında təhsilini kamilləşdirmişdi. O, bütün elmlərə bələd olduqdan sonra dini işlərlə ilgilənmişdi. İctihad dərəcəsinə yüksəlmişdi. Təbrizdə Məşrutə hərəkatı başlayanda istər-istəməz siyasi işlərə qarışmalı olmuşdu. Qardaşının biri Səttar xanın, digəri şahpərəstlərin başçısı Eynüddövlənin yanında idi.

Digər lüğətlərdə

междуэта́жный на ше́е поморга́ть стабилизи́роваться трубоукла́дчик чепы́га алюми́ниевый брю́ква диска́нтный лягуша́чий на́вык обольсти́тельный одино́ко шёлкокруче́ние скимать шипеть шуста changeable deflux elude eye-worship remindful Trent дипломник парящий