DİNCƏLMƏK

DİNCƏLMƏK [Adilə] bir qədər dincələndən sonra paltarını dəyişib redaksiyaya getdi (Ə.Qasımov); DİNCİNİ ALMAQ Napoleon əsgərlərindən biri demişdi: “Biz burada dincimizi almaq ümidində idik (M.Hüseyn); İSTİRAHƏT ETMƏK Həmzə bir az istirahət edib qalxdı (Ə.Qasımov); NƏFƏSİNİ DƏRMƏK Həmid: Əyləş, nəfəsini dər, sonra deyərsən görək nə oldu? (H.Abbaszadə); RAHATLANMAQ Dəmirov çarpayı üzərində oturub rahatlandı (S.Rəhimov); YORĞUNLUĞUNU ALMAQ Müslim və Nəzakət yorğunluqlarını almaq üçün yolun kənarındakı hamar bir daşın üstündə yanaşı oturdular (Ə.Yusifoğlu).

DİNCƏLİŞ
DİNCLİK

Digər lüğətlərdə