DOĞULMAQ

DOĞULMAQ Sentyabrın 12-də 1887-ci ildə Şuşa şəhərində doğulmuşam (Çəmənzəminli); ANADAN OLMAQ (fr.v.) Vaqif Qazaxın Saatlı elindən idi. XIII əsrin əvvəllərində Qıraq Salahlı kəndində anadan olmuşdur (Çəmənzəminli); CAHANA GƏLMƏK Gələndə Məhəmməd gəldin cahana; Gedəndə Məhəmməd Füzuli getdi, – dedilər (B.Vahabzadə); DÜNYAYA GƏLMƏK (fr.v.) O bizim dağların qoynunda dünyaya gəlib, orada böyüyüb... (M.İbrahimov); TƏVƏLLÜD ETMƏK (TAPMAQ) Böyük şairimiz [S.Ə.Şirvani] Şirvan şəhərində təvəllüd etmişdir (A.Şaiq); MÜTƏVƏLLÜD OLMAQ (köhn.) Mövlana Fələki Şirvani Şamaxı şəhərində mütəvəllüd olubdur (S.Ə.Şirvani); ZÜHUR OLMAQ Necə ki, sən zühur oldun anadan; Mən gülə bilmədim bu qəmxanadan (Molla Cümə).

DOĞU
DOKTOR

Digər lüğətlərdə