DONLUQ
DONMA
OBASTAN VİKİ
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması.Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. == Donmaların klinik gedişində iki dövr ayırd edilir == Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr).Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir. Bu dövrdə donmaların dərəcəsini və sahəsini düzgün təyin etmək qeyri-mümkündür. Gizli (reaktivliyə qədərki) dövr nə qədər çox davam edərsə, toxumalar bir o qədər daha çox zədələnirlər.
Çayların quruması və donması
== Çayların quruması və donması == İqlim və hidrometeoroloji amillər kompleksinin müəyyən nisbətində çay məcrasının quruması və donması müşahidə olunur. === Çayların qurması səbəbləri === Çayda axımın olmaması sudan istifdəni məhdudlaşdırır və buna görə də bu hadisənin davamiyyəti haqqılarnda məlumatlar böyük əhəmiyyət kəsb edir.Çayların quruması və donması , müvafiq olaraq ilin isti və soyuq dövürlərində , epizodik (bəzi illərdə) və ya hər il baş verir.İsti dövürdə çayların quruması onları qidalandıran sulu horizontalların ehtiyatlarının tükənməsi nəticəsində baş verir.Bu isə yeraltı su ehtiyatlarının az olması ,onların yaz mövsümündə zəif qidalanması ilə əlaqədardır.Uzun müddət yağıntıların düşməməsi, havanın yüksək temperaturu, rütubət çatışmamazlığı və intensiv buxarlanma çayların qurumasına təsir göstərir. Payız mövsümündə axım əmələgətirən yağıntılar olmadıqda çayın quruması qışa qədər davam edir.Çaylarda quruma hadisəsi bilavasitə meteoroloji quraqlıqla bağlıdır. === Çayların donması səbəbləri === Qış mövsümündə havanın temperaturu uzun müddət çox aşağı olduqda çay su kütləsi kəskin soyuyur və hövzənin torpaq-süxur təbəqəsi böyük dərinlikdə donur.Bunun nəticəsində yeraltı axım kəskin azalır və tez tükənir.Çox şaxtalı illərdə donma hadisəsi çay boyu böyük məsafədə müşahidə olunur.Bu hadisə daimi donuşluq zonası çayları üçün daha səciyyəvidir. === Çayların quruması və donması hadisələrinin fərqli özəllikləri === Quruma və donma hadisələrinin orta cəhəti olaraq, hər iki halda çayda axımın olmaması ilə nəticələrin lakin mənşəcə fərqli özəllikləri mövcuddur.Quruma zamanı yeraltı su ehtiyatları tükənir.Donma zamanı isə onlar tükənmir və buzəmələgəlməyə sərf olunur. === Çayların epizodik quruması və donması === Bu hadisələr ən quraq və ən sərt şaxtalı illərdə müşahidə olunur.Çaylarda axımın epizodik olmaması davamiyyəti ilə müqayissədə qısa olur, lakin bəzən daha geniş ərazi əhatə edir.Sibirdə Şilka çayı hövzəsində sutoplayıcı sahəsi 5000 km² -dən az olan çaylar hər il donur, ancaq epizodik donma isə sutoplayıcı sahəsi 175000 km² olan çayda müşahidə edilmişdir.Daimi donuşluq zonasının şimal hissəsində çayların sutoplayıcı sahəsi 200.000 km² və daha çox olduğu halda belə epizodik donma qeydə alınır. === Azərbaycanda çayların donması və quruması === Azərbaycan çaylarından quruma hadisəsi Şərqi Azərbaycanın Abşeron-Qobustan ,Lənkəran təbii rayonlarında həmçinin Böyük və Kiçik Qafqaz çaylarının da bir hissəsində müşahidə edilir.Abşeron-Qobustan rayonu aid çaylar olan Sumqayıq və Ceyrankeçməz çaylarının axımın formalaşmasında 78–98% yağış suları təşkil edir.Qrunt sularının payı 2–10% dir.Çayların yer altı və qar suları ilə zəif qidalanması yüksək buxarlanma və zəif atmosfer yağıntıların müşahidə olunması ilə əlaqədardır.Sumqayıt və Çeyrankeçməz çaylarında il boyu az miqdarda qısamüddətli yağış daşqınları müşahidə olunur.Daşqından bir neçə gün sonra isə çay adətən quruyur. Abşeron-Qobustan rayonu çaylarında quruma hadisəsi ilin istənilən mövsümündə baş verir.Ataçay Altıağac məntəqəsində isə yalnız bəzi illərdə çayda quruma halları qeydə alınır. Lənkəran təbii vilayətində Burovar silsiləsində axan çaylar əsasən quruyur.Bunun əsas səbəbi isə həmin çayların qidalanmasında qar suların çox zəif iştirak etməsidir.Lənkəran vilayətinə aid olan çaylar iyul- avqust aylarında müşahidə edilir və soyuq aylara qədər davam edir. Qobustan-Abşeron çayları ilə müqayisədə Lənkəran çaylarında soyuq dövürdü güclü gur yağışlar yağdığı üçün quraqlıq dövrü daha qısadır.

Digər lüğətlərdə

засну́ться конкуре́нтка ло́тлинь на мгнове́ние нагора́живать неукосни́тельно обма́чивание про́голодь этюди́ст духо́вка невы́думанный офице́рша перемещённый сде́лать холоще́ние шныря́ть All-hallowtide chondric cobber Negritic penny bank serosity slaw автопробег жёрдочка