DUHA

yaradıcılıq istedadının ən yüksək dərəcəsi; bu cür istedad yalnız insana xasdır.
DUALİZM
DUYĞU
OBASTAN VİKİ
Duha Surəsi
93-cü surə
Duha dili
Duha dili — Monqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri olan duhaların danışdığı ana dildir. Duha tayfası həm də Monqolustandakı dörd türk tayfasından biridir. 2010-cu ilin məlumatlarına əsasən bu dilin əsas daşıyıcısı olan duhaların sayı cəmi 282 nəfər idi. Amma bu dildə danışanlarının sayının təxminən 500 nəfər olduğu ehtimal edilir. == Mənsubluğu == Duha dili türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsubdur. == Sözləri == Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair. Duha dilində əsas saylar da türk kökənlidir və bunlardır: "pir" və ya "piree" - "bir", "ixə" - "iki", "üş" və ya "üüş" - "üç", "tört" və ya "töört" - "dört", "peş" və ya "peeş" - "beş", "altə" - "altı", "jetə" və ya "jeetə" - "yeddi", "ses" - "səkkiz", "tos" - "doqquz", "on" - "on", "jeer" və ya "jeersə" - "iyirmi", "üjon" və ya "üjön" və ya "üjen" - "otuz", "törton" və ya "törtön" və ya "törten" - "qırx", "pejon" və ya "pejön" və ya "pejen" - "əlli", "alton" və ya "altan" - "altmış", "jeton" və ya "jetön" və ya "jeten" - "yetmiş", "seson" və ya "sesen" - "səksən", "toson" və ya "tosan" - "doxsan", "jüs" - "yüz", "min" - "min", "saya" - "on min". Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb. == Yox olma təhlükəsi == XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir.
Duhalar
Duhalar — Monqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri. Duha tayfası Monqolustandakı dörd türk tayfasından biridir. Digərləri Kazak, Hoton və Tıvadır. 2010-cu ilin məlumatlarına əsasən duhaların sayı cəmi 282 nəfər idi. == Etnonimi == Monqol mənbələrində duhaları uranhay, tayqa uranhay, taigin irged (azərb. tayqa xalqı‎), oin irged (azərb. meşə xalqı‎), soyat, tsaatan (azərb. şimal maralının sahibləri‎ - "tsaa" – şimal maralı və isimdən isim düzəldən "-tan" şəkilçisi) olaraq adlandırıblar. Hazırda isə monqollar rəsmi olaraq duhaları və həmçinin Monqolustandakı müsəlman olmayan digər türk xalqlarını ümumilikdə uyğur adlandırırlar. Bəzi türkoloq və tarixçilərin fikrincə "tuva/tuba" etnoniminə sahib xalqlar əslən samoyed və yeniseyli olub tarixin müxtəlif dövrlərində türkləşiblər ki, duhalar da onlardan biridir.
Duhaldea
Duhaldea (lat. Duhaldea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Duhağılı (Çaypara)
Duhağılı (fars. دوه اغلي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (4 ailə).

Digər lüğətlərdə