DÜZ

DÜZ I is. coğr. Qurunun hamar, alçaq-hündürlük fərqləri az olan sahəsi. Haqqım yoxdu yamacına düz deyim onun; Ölüm adlı bir araba durur qapıda (M.Araz).

DÜZ II sif. Doğru, həqiqi. Yenə qızıl sahillərə çəkdi məni bu düz yol (S.Rüstəm).

DÜZ III zərf Açıq, birbaşa. Siz də keçərsiz düz parlamana; Bu şöhrət yaraşır bir qəhrəmana (S.Vurğun).

DÜZ IV f. Sıra ilə yerləşdirmək, qoymaq. Göz yaşım suvaran qəm ləklərinin; Yaxana gül-çiçək düz arasında (İ.Kəbirli).

DÜZ V ədat Ancaq mənasında. Bir ay tamam oldu, düz bir ay, bir gün; Gəldim qəbiristana... Anamla deyil; Onun başdaşıyla görüşmək üçün (B.Vahabzadə).

DÜYÜN
EFİR
OBASTAN VİKİ
Ağ düz
Ağdüz və ya Ağduz;
Düz Bilici
Düz Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Quba xanı Fətəli xanın Qarabağdan köçürüb gətirdiyi kəngərlilərin bilici tayfasının məskunlaşdığı kəndlərdəndir. Kənd düzənlik sahədə yerləşdiyindən və eyniadlı digər kənd (Dağ Bilici) adından fərqləndirmək üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəvəçi çayının sahilində, Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 270 nəfər təşkil edir.
Düz Cırdaxan
Düz Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Rayonun ərazisində Cırdaxan adlı iki kəndi fərqləndirmək üçün Əsrikçayın sahilindəki kənd Əsrik Cırdaxan, düzənlikdəki kənd isə Düz Cırdaxan adlandırılmışdır. Kəndin tarixi monqollar dövrünə gedib çıxır. Cənubi Qafqaz ərazisi 110 noyon arasında bölüsdürüləndə Şəmkir Mular noyona, Tovuzun bəzi hissələri isə Cırda xana düşmüşdür. Sonralar isə kənd elə Cırdaxan deyə adlandırılıb. Bir neçə kəndin adı Cırdaxan olduğundan kəndin adı Düz Cırdaxan olaraq dəyisdirilib. Çünki yollar buradan düz keçirmiş. == Tarixi == Kəndin tarixi monqollar dövrünə gedib çıxır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb. Rəsulun nəsil ardıcdlığı üzrə-ata, oğul, nəvə, nəticə, kötükcə, ötüycə, itiycə sistemi üzrə 15 nəfərdən çox nəsl davamçıları bu kənddə doğulmuşdur.
Düz ağəsmə
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Düz bağırsaq
Düz bağırsaq (lat. rectum; yun. proktos) — yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək lat. articulatio sacroiliaca sinistra — sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda lat. anus adlanan dəlik vasitəsilə xaricə açılır. Bu dəlik olan hissə 2,5–3 sm uzunluğunda, dairəsi isə 5–9 sm olub və anus kanalı — lat. canalis analis adlanır. Düz bağırsağın uzunluğu 15–20 sm olub kiçik çanaqda omanın ön səthində, kişilərdə sidikliyin, toxum kisəciyinin və prostat vəzinin arxasında və qadınlarda isə uşaqlıq ilə uşaqlıq yolunun arxasında yerləşmişdir. Düz bağırsaq sagital istiqamətdə iki: çıxıq tərəfi arxaya baxan oma əyriliyinə — lat. flexura sacralis, önə baxan aralıq əyriliyinə — lat.
Düz bucaq
Düz bucaq — dərəcə ölçüsü 90°, yaxud π / 2 {\displaystyle \pi /2} radian olan bucağa deyilir. Düz bucağın müxtəlif vahidlərdə ölçüsü: 90° π / 2 {\displaystyle \pi /2} radian 100 qrad 1/4 dövrə və ya tam bucaq 5400 bucaq dəqiqəsi 324000 bucaq saniyəsi Bir və ya bir neçə bucağı düz olan həndəsi fiqurlar: Düzbucaqlı üçbucaq — bir bucağı düz bucaq olan üçbucaq. Düzbucaqlı — bütün bucaqları düz bucaq olan paraleloqram. Kvadrat — bütün tərəfləri bərabər olan düzbucaqlı və ya bütün bucaqları düz bucaq olan romb. Düzbucaqlı trapesiya — bir bucağı düz bucaq olan trapesiya.
Düz mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Düz papaq
Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq. Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.
Düz radiasiya
== Radiasiya == Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. == Düz radiasiya == Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir.
Düz xətt
Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir. Düz xəttin aşağıdakı xassələri vardır: İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar. Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir, ya da paraleldir. Üçölçülü fəzada iki düz xəttin qarşılıqlı vəziyyətini təsvir etmək üçün 4 variant mövcuddur: düz xətlər paraleldirlər; düz xətlər kəsişirlər; düz xətlər perpendikulyardırlar; düz xətlər çarpazdır; Dekart koordinat sistemində düz xətti birdərcəli tənliklə ifadə etmək olur. == Kəsişən düz xətlər == Müstəvi üzərində iki müxtəlif düz xəttin bir ortaq nöqtəsi olarsa, onda deyirlər ki, bu düz xətlər kəsişir. == Paralel düz xətlər == Bir müstəvi üzərində üst-üstə düşməyən və kəsişməyən düz xətlər paralel düz xətlər adlanır. == Çarpaz düz xətlər == Fəzada paralel olmayan və kəsişməyən iki düz xətt çarpaz düz xətlər adlanır. == Düz xətt tənlikləri == === Düz xəttin bucaq əmsalı tənliyi === OX oxuna perpendikulyar olmayan hər hansı düz xəttin verilməsini fərz edək. Bu düz xəttin absis oxu ilə əmələ gətirdiyi bucaq φ, ordinat oxundan ayırdığı parça O B = b {\displaystyle OB=b} olsun.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Aloo düz çörək
Aloo düz çörək Trinidad mətbəxindən bir növ xəmir qızartmasıdır. Xəmirin doldurmasını hazırlamaq üçün qaynadılmış və soyulmuş kartoflar kimyon, duz, istiot, acı qırmızı bibər (sous və ya toz) və sarımsaq ilə birlikdə əzilir. Trinidad'da küçə yeməyi olaraq satılır.
Budun düz əzələsi
Düz Rəsullu bələdiyyəsi
== Tarixi == Düz Rəsullu bələdiyyəsi - Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisində 1999-cu ildə yaradılmış bələdiyyədir. == Əhatə dairəsi == Düz Rəsullu bələdiyyəsinin əhatə etdiyi ərazilərə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli , Şınıx , Təkyemişan və Turşsu kəndlərinin əraziləri daxildir. Düz Rəsullu bələdiyyəsi həmin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Gədəbəy rayonunun Düz Rəsullu bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır, Düz Rəsullu və Şınıx bələdiyyələrinin hüquqi varisidir. Bələdiyyənin ünvanı: Gədəbəy rayonunun Düz Rəsullu kəndidir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkilərinin nəticələrinə görə Qurbanov Ələddin Nurəddin oğlu Düz Rəsullu bələdiyyəsinin sədri seçilmişdir.
Düz xətt parçası
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
Koordinat düz xətti
Koordinat düz xətti — üzərində hesablama başlanğıcı, vahid parça və istiqamət seçilmiş düz xəttə deyilir.
Çarpaz düz xətlər
Bir müstəvi üzərində yerləşməyən iki düz xətt. Əgər a {\displaystyle a} və b {\displaystyle b} düz xətləri çarpazdırsa, onda yalnız bir cüt paralel α {\displaystyle \alpha } və β {\displaystyle \beta } müstəviləri var ki, a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β . {\displaystyle b\subset \beta .} Eyni zamanda sonsuz sayda perpendikulyar müstəvilər cütü var ki, onlardan biri a {\displaystyle a} düz xəttindən, digəri isə b {\displaystyle b} düz xəttindən keçir. Əgər α ‖ β {\displaystyle \alpha \|\beta } , a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β {\displaystyle b\subset \beta } olarsa, ondabu iki paralel müstəvi arasındakı məsafə a {\displaystyle a} və b {\displaystyle b} çarpaz düz xətləri arasındakı məsafəyə bərabərdir. a {\displaystyle a} və b {\displaystyle b} düz xətləriin çarpazlığı " a − b {\displaystyle a-b} " kimi işarə olunur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Düz bağırsaq polipləri
Düz bağırsaq polipləri — Polip yoğun bağırsağın (kolon və düz bağırsağın) selikli qişasının anomal böyüməsi nəticəsində inkişaf edən və bağırsağın mənfəzinə doğru böyüyən kütlədir.
Düzqalxan qaytarma
Düzqalxan qaytarma (lat. Potentilla erecta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Düzqalxan qaytarma çoxillik ot bitkisidir. Gövdə yarpaqları oturaq və ya çox qısa saplaqlı, üç hissədən ibarət qovuşuq, iri, dərin bölünmüş yalançı zoğları, uzunsov-tərsyumurtavari və ya neştərşəkilli, damarlı, sıxtükcüklü, bəzən çılpaq və kənarları bölünmüş dişciklidir. Rozetəbənzər yarpaqları üç hissədən ibarət qovuşuq, bəzən yarılmış, şaqqalanmış, ikiyə bölünmüş, 4 və ya 5-ə çatan, uzun saplaqlı olub, çiçəkləmə zamanı ölüşkəyir və quruyur. Nazik, incə və zərif olan çiçəkli gövdəsi aprel və ya may ayında inkişafa baslayır. Yuxarı hissəsi budaqlanan və azca tükcüklüdür. Çiçəkləri sarı, diametri 1sm-ə qədər olub, ləçəkləri 4 ədəddir. Kökümsovu adətən 5-10 sm, əyri və ya düz formalı olub, silindrik, demək olar ki, şarşəkilli, uzunluğu 2-15 sm, yoğunluğu isə 1-3 sm-ə bərabərdir. Dağ-meşə, meşə-çöl, meşə kənarı və bataqlıq kənarlarında bitir.
Düzqanadlılar
Düzqanadlılar (lat. Orthoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Xarici quruluşu == Tam çevrilməyən cücülər arasında düzqanadlıların xüsusi yeri var. Bunlar çox iri və ya orta ölçülü olurlar. Başı sallanan və ya hətta çarpaz alınlı olub, az hallarda irəli yönəlmişdir, proqnatikdir. Ağız orqanları gəmiricidir. Gözləri iri, adətən ovaldır, üç gözcüyü olur. Bığcıqları uzanmış, əksər hallarda sapşəkilli və ya qılşəkilli, eləcə də qılıncşəkilli və ya sancaqşəkilli, nadir hallarda başqa formada olur. Bəzən gödək, 10-30 buğumlu, bəzi hallarda bədəndən uzun və ya bir qədər qısa olur (şalakimilər, sisəykimilər). Döşü iridir, orta və arxadöş kip birləşmişdir.
Düzqışlaq
Kəndlər Düzqışlaq (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Düzqışlaq (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Düzqışlaq (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Düzqışlaq (Ağstafa)
Düzqışlaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd.
Düzqışlaq (Goranboy)
Düzqışlaq (digər keçmiş adları - Abdullabəykürdü, Ağamalıoğlu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi adlandırılmış, Ağamalıoğlu kənd inzibati ərazi dairəsi Düzqışlaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyindədir. Antropotoponimdir. 1925-ci ilədək kəndin adı Abdullabəykürdü olmuşdur. İnqilabdan əvvəl Düzqışlaq adlanan bu ərazidə Goranboy rayonunun Bağçakürd kəndindən olan abdullabəykürdü nəsli məskunlaşmışdı. Sovet dövründə kəndin adı sovet dövlət xadimi, publisist Səmədağa Həsən oğlu Ağamalıoğlunun şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2776 nəfər əhali yaşayır.
Düzqışlaq (Şəmkir)
Düzqışlaq – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndinin bir hissəsi Düzqışlaq kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. == Əhalisi == Kənd əhalisi 2093 nəfərdir ki, onunda 1016 nəfəri kişi, 1077 nəfəri isə qadınlar təşkil edir.
Düzqışlaq bələdiyyəsi
Düzqışlaq bələdiyyəsi (Ağstafa)
Düzqışlaq bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Düzqışlaq bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Düzrəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb. Rəsulun nəsil ardıcdlığı üzrə-ata, oğul, nəvə, nəticə, kötükcə, ötüycə, itiycə sistemi üzrə 15 nəfərdən çox nəsl davamçıları bu kənddə doğulmuşdur.
Düztahir
Düztahir və ya Tihir (ləzg. ТIигьир) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1635 nəfər əhali yaşayır.
Düztahiroba
Düztahiroba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Düzxaraba
Düzxaraba, Qayqulu Düzkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Qızılqoç (Qukasyan) rayonu yaradılana kimi — 31 dekabr 1937-ci ilə kimi Ağbaba rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Kəndin adı ermənilər bura köçürüləndən sonra dəyişdirilib Düzxaraba edilmişdir. Qafqazın 5 verstlik xəritəsində Düzxaraba kimi qeyd edilmişdir. == Toponimi == Toponim oğuzların qədim tayfalarından olan qayı etnonimi ilə Qulu şəxs adından, relyef bildirən düz və kənd sözlərindən əmələ gəlib "qayı tayfasından olan Qulunun düzdə saldığı kənd" mənasını bildirir. Etnotoponimdir. Kənd XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır. Qışlaq isə yaxındaki "Düz xaraba" adlı kənd xarabalağının adındandır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.
Düzyarpaq gəvən
Astragalus mercklinii (lat. Astragalus mercklinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır.
Düzyurd
Düzyurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düzyurd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Gədəbəy çayının sahilində, Başkənd-Dəstəfur çökəkliyindədir. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində həmin r-ndakı Gərgər (əsli Qarqar) kəndindən köçüb gəlmiş huydumlu və qırtdanlı nəsillərinə mənsub ailələr Düzyurd adlı ərazidə salmışlar. Coğrafi ad obyekti relyef cəhətdən təyin edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1793 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Düzyurd bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Düzül
Hərbi komanda olub Farağat komandasından əvvəl verilir. == Komandanın icrası == Komanda verilən zaman hərbi qulluqçular başlarını bir qayda olaraq sağ tərəfə çevirirlər.Hərbi qulluqçular sağ tərəfdəki yoldaşlarına baxaraq cərgəni bu üsulla düzəldirlər,beləki o,baxıdığı tərəfdəki dördüncü yoldaşının sinəsini görməlidir. Komandanın icrası yalnız baş sağa elə çevrilirki,sağ qulaq sol qulaqdan bir azca üstün olsun.
Düzəliş
Düzəliş – nəyinsə qismən dəyişilməsinə, ona əlavələr edilməsinə yönələn hərəkət. Məsələn, "qanuna qüzəlişlər", "fikirdə düzəlişlər", " layihəyə düzəlişlər" və s.
Düzələn səhvlər (film, 1986)
Düzələn səhvlər (ing. Righting Wrongs, kantonca: Zhi fa xian feng) — 1986-cı ildə döyüş janrında çəkilən filmdir. Filmin ABŞ versiyasında adı "Qanun naminə" (ing. Above the Law) kimi səslənir. == Məzmun == Hsia Linq-Çenq mafiya başçısını müxtəlif cinayətlərlə bağlı ittiham edən cavan vəkildir. Lakin Yeni Zelandiyada son məhkəmə ərəfəsində əsas şahid naməlum səbəbdən silahlılar tərəfindən öldürülür və Hsia onu xilas edə bilmir. Bu səbəbdən Hsia Linq-Çenq məhkəmə işi ilə şəxsən məşğul olmağa başlayır... == Rollarda == == Maraqlı faktlar == Filmin Kanton, Mandarin və İngilis versiyalarında sonluğu fərqlənir. Kanton versiyasının sonluğunda Hsia ölür. İngilis versiyasında Hsia sağ qalır və 8 il iş verilir.
Düzən meşələri
Azər­bay­ca­nın dü­zən me­şə­lə­ri­nə bir-bi­rin­dən kəs­gin fərq­lə­nən qu­ru və rü­tu­bət­li sub­tro­pik iq­lim şə­ra­i­tin­də rast gə­li­nir. Ona gö­rə də bu me­şə­lər müx­tə­lif ağac və kol cins­lə­rin­dən təş­kil olun­muş­dur. Dü­zən me­şə­lə­ri res­pub­li­ka­nın me­şə ilə ör­tü­lü sa­hə­si­nin 10%-ni təş­kil edir. Res­pub­li­ka­mı­zın dü­zən me­şə­lə­ri­nin aşa­ğı­da­kı təs­ni­fa­tı­nı tək­lif edi­rik: Rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Lən­kə­ran ova­lı­ğı); Ya­rım­rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Qa­nıx - Əyriçay va­di­si); Də­niz iq­li­mi şə­ra­i­tin­də dü­zən me­şə­lər (Sa­mur-Də­və­çi ova­lı­ğı); Qu­ru iq­lim şə­ra­i­tin­də dü­zən me­şə­lər (Kür-Araz dü­zən­li­yi); Tu­qay me­şə­lə­ri. == Lənkəran ovalığı meşələri == Lən­kə­ran ova­lı­ğı­nın spe­si­fik rü­tu­bət­li iq­li­mi və əra­zi­si­nin buz­laş­ma­ya mə­ruz qal­ma­ma­sı bu­ra­da bir çox is­ti­se­vər qə­dim re­likt ağac və kol bit­ki növ­lə­ri­nin qal­ma­sı­na im­kan ya­rat­mış­dır. Den­drof­lo­ra­sı­nın zən­gin­li­yi­nə gö­rə Lən­kə­ran ova­lı­ğı (Ta­lış) Qaf­qaz­da bi­rin­ci ye­ri tu­tub, özün­də 150-dən ar­tıq ağac və kol nö­vü cəm­ləş­di­rir, on­la­rın 36-sı en­dem nö­vü olub, tə­bii hal­da yal­nız bu əra­zi­də bi­tir. Ta­lı­şın üçün­cü döv­rə a­id olan əsas ağac və kol növ­lə­rin­dən ipək, ya­xud Lən­kə­ran aka­si­ya­sı, də­mi­ra­ğac, aza­ta­ğac, şa­ba­lıd­yar­paq pa­lıd (lat. Qucras castaneifolia), xə­zər lə­lə­yi, hir­kan pır­ka­lı (İlex Hyrcana Arxivləşdirilib 2017-01-16 at the Wayback Machine), ürək­yar­paq qı­zı­la­ğac (lat. Alnussubcordata) və s. gös­tər­mək olar.
Düzənlik
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Düzənlik (coğrafiya)
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Düzənlik kələzi
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik kələzləri
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.

Digər lüğətlərdə