FATMA

Fatimə də deyirlər. “Döşdən ayrılmış” (əmməyi dayandırmış) deməkdir. Ərəb sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

FATI
FAUNA
OBASTAN VİKİ
Fatma
Fatma — XIX əsr qadın aşıqlarındandır. == Həyatı == Bəzi mənbələrdə onun XIX əsrdə yaşadığına və şirvanlı olduğuna dair məlumatlar var. Nəqşibəndi təriqətinə mənsub olan Fatmanın cəmi bir qoşması günümüzə gəlib çatmışdır. == İstinadlar == == Mənbə == Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1978, s. 105-106.
Aliye Fatma
Fatma Aliye Topuz (türk. Fatma Aliye Topuz 9 oktyabr 1862, İstanbul – 13 iyul 1936, İstanbul) — Türk yazıçısı, esseist, tərcüməçi və gender bərabərliyi uğrunda mübarizənin iştirakçısı. Fatma Aliye Topuz həm Türkiyədə, həm də İslam dünyasında ilk qadın roman yazıçı sayılır. == Bioqrafiya == 9 oktyabr 1862-ci ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın birinci qızı və yazıçı Emine Önasyanın böyük bacısı idi. Aliye Fatmanın anası Advie Rəbiyə xanım idi. 1866-cı ildə Fatmanın atası Misirə Vali vəzifəsinə təyin edilir. 1868-ci ilə qədər həyat yoldaşı və uşaqları ilə Hələbdə yaşamalı olur. 1875-ci ildə Cövdət Paşa Yunanıstana göndərildikdə, ailə altı ay Yanyada qalır. Nəhayət 1878-ci ildə Fatmanın ailəsi Dəməşqdə məskunlaşır.
Fatma Abdullazadə
Abdullazadə Fatma Hüseyn qızı (28 may 1948, Bakı) — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri, 1-ci dərəcə dövlət müşaviri, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fatma Abdullazadə 28 may 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini, Moskva Dövlət Universitetinin aspiranturasını və SSRİ KP MK-nın İctimai Elmlər Akademiyasını bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Funksiya və funksional analizin nəzəriyyəsi kafedrasında baş laborant, 1971–1974-cü illərdə isə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasının aspirantı olmuşdur. 1974–1985-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1985-ci ildə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsində təlimatçı, 1985–1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Partiya komitəsinin katibi, 1987–1989-cu illərdə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsi müdirinin müavini, 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında dosent, professor, 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Fatma Atalar
Fatma Atalar (d. 9 oktyabr 1988) — Türkiyəni təmsil edən həndbolçu. Fatma Atalar, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Fatma Atalar, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Fatma Cabbarova
Fatma Ağacabar qızı Cabbarova (7 noyabr 1920, Bakı – 29 noyabr 2010, Bakı) — Azərbaycan diktoru, Azərbaycan SSR xalq artisti (1990). == Həyatı == Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941–1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur. İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.
Fatma Girik
Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. == Həyatı == Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib. 1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı.
Fatma Hüseynova
Fatma Rza qızı Hüseynova (14 oktyabr 1939, Sabirabad rayonu) — azərbaycanlı pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1981), I dərəcəli "Əmək" ordeni laureatı (2017). == Həyat və əmək fəaliyyəti == Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində anadan olmuşdur. S. Ağamalıoğlu adına AKTİ-ni bitirmişdir. 1958–1973-cü illərdə Sabirabad rayonundakı V. İ. Lenin adına kolxozda işləmiş, 1973-cü ildən briqadir olmuşdur. 1976-cı ildən Sov.İKP üzvü olmuşdur. 1980-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuşdur. Fatma Hüseynova SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, 2 dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşmüşdür. 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb 2017-ci ildə zərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub == İstinadlar == == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].
Fatma Həsənqızı
Fatma Həsən qızı Şabanova (10 aprel 1932, Kakalos, Astara rayonu – 2 fevral 2021) — Azərbaycan yazıçısı. == Həyatı == Fatma Şabanova (Həsənqızı) 1932-ci il aprelin 10-da Astara rayon Kakalos kəndində ziyali ailəsində anadan olmuşdur. 1949-cu ildə Kakalos kənd 7 illik orta məktəbini, 1950-1955- ci ildə Baki 1№-li 4 illik tibb mətəbini bitirmşdir.1962-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda teatrşünaslıq fakültəsində təhsil almışdır.1969-1975-ci illərdə “Gənclik” nəşriyyatında əvvəl korrektor, sonra texniki redaktor, 1976-1987-ci ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin metodiki mərkəzində metodist vəzifəsində çalışmışdir.1976-ci ildə əmək təqaüdünə çıxmışdır.1992-1997-ci illərdə Yasamal rayon 158 saylı məktəbdə, 1997-2000-ci ildə Əhmədli qəsəbəsi 264 sayli məktəbdə, 2000-2009-cu ilə qədər Binəqədi rayon 182 sayli məktəbdə teatr studiyası yaratmışdır. YAP-ın üzvüdür (№ 231509).29.06.2002-ci ildə Jurnalistlər Birliyinin, 22.08.2002-ci ildən Yazıçılar Birliyinin üzvüdür (№ 1978, № 506). Bilik Cəmiyyəinin üzvüdür (№ 3607340). 1947-ci ildən ədəbi fəaliyyətə başlamışdır.Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı məktəblilərinin keçirdiyi dram ve teatr studiyalarının “Bu nagıl dünyasıdır” festivalında “Anası öpməyən qız” nağıl-pyesi 1-ci yeri tutmuş və müəllif Fatma Həsənqızı diplomla təltif olunmuşdur. Festivaldakı tamamşalar “Tıq-tıq xanım”, “Şirinqəzəbi”, “Meşəmizdə div peyda oldu”, “Simurq quşu" "Saray xoruzu”. “Mizan-tərəzi”, hər il mayın 15-16-sı teatrda göstərilmişdir, müəllif fəxri fərmanlarla və diplomlarla təltif olunmuşdur. Fatma Həsənqızı 2 fevral 2021 - ci ildə Bakı şəhərində dünyasını dəyişib. Vəsiyyətinə görə Kakalos kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılmışdır.
Fatma Mahmudova
Fatma Yaqub qızı Mahmudova (30 dekabr 1954, Ağdam rayonu) — azərbaycanlı aktrisa. Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Fatma Mahmudova 30 dekabr 1954-cü ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F. Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryyəm, "Solğun çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilmişdir. 1989-cu ildə Azərbaycan SSR Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Fatma Mehralıyeva
Fatma Mehrəliyeva Yusif qızı (4 iyun 1926, Quba – 4 yanvar 2000, Bakı) — xanəndə (lirik soprano), Azərbaycan SSR Əməkdar artisti (1956). == Həyatı == Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olmuşdur. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya getmiş və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa etmişdir. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb etmişdir. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdır. Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya gəlmişdir. == Fəaliyyəti == Fatma Mehrəliyeva 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş və geniş konsert proqramları ilə çıxış etmişdir. 1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa etmişdir.
Fatma Mehrəliyeva
Fatma Mehrəliyeva Yusif qızı (4 iyun 1926, Quba – 4 yanvar 2000, Bakı) — xanəndə (lirik soprano), Azərbaycan SSR Əməkdar artisti (1956). == Həyatı == Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olmuşdur. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya getmiş və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa etmişdir. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb etmişdir. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdır. Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya gəlmişdir. == Fəaliyyəti == Fatma Mehrəliyeva 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş və geniş konsert proqramları ilə çıxış etmişdir. 1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa etmişdir.
Fatma Muxtarova
Fatma Səttar qızı Muxtarova (14 (26) mart 1893, Urmiya – 19 oktyabr 1972, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1940). Gürcüstan SSR əməkdar artisti (1936). == Həyatı == Fatma Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçmüşdür. Atası Abbas Rzayev o, 3 yaşında olarkən vəfat etdiyindən anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurmuşdur. 1910-cu ildə yeni ailə Saratovda məskunlaşdı. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyur pul qazanırdı. Onu Saratovda "Katya Muxtarova" və ya "Şarmankaçı Katya" olaraq tanıyırdılar. Fatma qazandığı pulların hamısını evə verirdi. O, pul yığmağa başlayır və 1 il ərzində dövr üçün heç də az olmayan məbləğ — 1000 rubl toplaya bilir.
Qara Fatma
Qara Fatma (Fatma Səhər; 1888, Ərzurum, Ərzurum vilayəti – 2 iyul 1955, İstanbul) — Qurtuluş Döyüşü qəhrəmanı qadın Kürd əsgər, İstiqlal Medalı sahibi. == Həyatı == Qara Fatma ləqəbiylə tanınan Fatma Səhər xanım 1888-ci ildə Ərzurumda doğulmuşdur. Atasının adı Yusif Ağa, ərinin adı isə Dərviş Bəydir. Əri da əsgər (Mayor) olan Fatma Səhər xanım Ədirnədə yoldaşıyla birlikdə Balkan Hərbində fəaliyyət göstərirdi. Daha sonra isə öz ailəsindən 10-a yaxın qadını həvəsləndirərək I Dünya Müharibəsinə qatılmışdır. Həyat yoldaşı Dərviş bəyin Sarıqamışda şəhid olduğu xəbərini aldıqdan sonra məmləkəti Ərzuruma qayıdır. 1919-cu il gərgin günlərdə Mustafa Kamalla şəxsən görüşə bilmək üçün Sivasa gəlir. Milis Komandiri olaraq qərb cəbhəsində vəzifələndirilir. Aldığı talimatla İstanbula gedir, silah və adam qaçırma fəaliyyətlərində iştirak edir. İzmirin Yunan işğalına məruz qalması ilə İzmirə gedərək qurtuluş üçün döyüşür.300 adamdan çox komandası ilə I və II İnönü Müharibəsi, Sakarya Meydan Müharibəsi ilə Dumlupınar Meydan Müharibəsində vuruşur.
Fatma Şahin
Fatma Şahin (20 iyun 1966, Qaziantep) — türk siyasətçisi, Qaziantep Böyükşəhər bələdiyyəsi sədri. O, keçmiş Ailə və Sosial Siyasətlər naziri və Qaziantepin ilk qadın millət vəkilidir. Fatma Şahin Türkiyə Bələdiyyələr birliyinin (TBB) keçmiş sədri olmuşdur. == Həyatı == Fatma Şahin 20 iyun 1966-cı ildə Qaziantepdə anadan olub. İbtidai, orta və lisey təhsilini Qaziantepdə tamamlayıb. İstanbul Texniki Universitetinin Kimya-Metallurgiya fakültəsinin Kimya mühəndisliyi bölməsini bitirib. Özəl sektorda biznes mühəndisi və biznes meneceri vəzifələrində çalışıb. Türkiyə Böyük Millət Məclisinin XXII–XXIV çağırışları Qaziantep millət vəkili seçilib. Bundan əlavə, o, Qaziantep və bölgə üzrə ardıcıl olaraq 2 dövr millət vəkili olan ilk qadın millət vəkilidir. Millət vəkilliyi dönəmində Türkiyə-Avropa Birgə Parlament Komitəsinin üzvü vəzifəsində çalışıb.
Fatma Əfəndiyeva
Fatma Əfəndiyeva;(1906, Qaraqoyunlu mahalı,– 1982, Bakı) — İrəvanın ilk maarifpərvər qadınlarından biri. İrəvan Dövlət Azərbaycan Dram Teatrının ilk qadın aktisası. Görkəmli partiya və dövlət xadimi Bala Əfəndiyevin həyat yoldaşı. 1906-cı ildə Gəncə quberniyasının Qazax qəzasının Çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykǝnd kəndində anadan olmuş Fatma xanım da ilk təhsilini Çaykənddə almışdır. Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı olmuşdur. Qeyd edilənə görə, Sovet Ermənistanında Türk Qadınlar Klubunun təşkilatçısı və ilk müdiri olan F. Əfəndiyeva orada mədəni-maarif sahəsində xeyli işlər görüb. Əlbəttə, Türk Qadınlar Klubunun təşkilatçısı və ilk rəhbəri kimi, o bura qadınları cəlb edib, onların savadlanması uğrunda maarifçilik işi, təbliğat aparmışdır. Fatma Əfəndiyeva Ermənistanda 20-ci əsrin iyirminci illərində latın əlifbasına keçidin də öncülərindən biri olmuş və həyat yoldaşı Bala Əfəndiyevlə birlikdə İrəvanının mədəni və maarif həyatında aktiv rol almışdır. 1929-cu ilədək Ermənistan SSR ictimai təminat komissarı(1935–1937) işləmiş Bala Əfəndiyevin 1938-ci ildə represiyaya məruz qalaraq güllələnməsindən sonra Fatma xanım Əfəndiyeva da 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hər ikisi təxminən 20 il sonra tam bəraət qazanmışlar.
Fatma Qədri
Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907, Odessa, Xerson quberniyası – 29 fevral 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1936-cı ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Fatma Sultan
Fatma Sultan — 6. Osmanlı sultanı II Muradın qızıdır. Fatma Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızıdır. Fatma Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Fatma Sultan — 11. Osmanlı sultanı II Səlimin qızıdır. Fatma Sultan — 12. Osmanlı sultanı III Muradın qızıdır.
Fatma Süleymanova
Fatma Həmzə qızı Süleymanova (23 dekabr 1912, Şuşa – 2 dekabr 1978, Bakı) — texnika elmləri doktoru (1964), professor (1967), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), SSRİ-nin əməkdar ixtiraçısı (1979). == Həyatı == Leninqrad Avtomobil Yolları İnstitutunu bitirdikdən (1934) sonra Azərbaycan Avtomobil Nəqliyyat Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan EA Neft və Kimya Prosesləri (1952–1965) və Aşqarlar Kimyası İnstitutlarında (1965–1970) laboratoriya müdiri, 1970-ci ildən Azərbaycan Politexnik İnstitutunda avtomobil kafedrasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, motor yanacağı və yağlar sahəsinə aiddir. 15 müəlliflik səhadətnaməsi almışdır. "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.
Fatma Səttarova
Fatma Hüseyn qızı Səttarova (yanvar 1922, Bakı – 14 sentyabr 2024) — Azərbaycanlı uzunömürlü, Müharibə və əmək veteranı. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri. == Həyat və fəaliyyəti == Fatma Səttarova 1922-ci ildə Bakıda anadan olub. === Müharibə illərində === Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1940-cı ildə Bakıda Tibb Texnikumundan yenicə məzun olmuş, 1941-ci ilin yanvarında ailə həyatı qurmuşdu. Beş ay sonra isə İkinci Dünya müharibəsi başlayıb. Texnikumda hərbi kafedra olub. Məktəbi qurtaranda Fatma Səttarovaya diplomla yanaşı, hərbi rütbə və hərbi bilet də veriblər. Cəmi bir neçə aydan sonra onun həyatı tamamilə dəyişir. İyunun 22-də Almaniyanın Sovet İttifaqına hücum etməsi elan olunur.
Fatma Turqut
Fatma Turqut (2 yanvar 1984, Aydın ili) – türk müğənni və bəstəkar. == Bioqrafiya == İbtidai təhsilini Atatürk İbtidai məktəbində, orta təhsilini isə Söke Hilmi Fırat Anadolu Liseyində tamamlayıb. 2003-cü ildə Doqquz Sentyabr Universiteti Musiqi fakültəsi Klassik Gitara ixtisasına daxil olub. 2010-cu ildə buradan məzun olub. Bu müddət ərzində aldığı təhsil çərçivəsində; Polifonik xor, xanəndəlik, türk musiqisi harmoniyası, qərb musiqisi harmoniyası kimi sahələrdə işləmək imkanı qazanıb. Eyni zamanda müxtəlif həvəskar rok qrupları ilə səhnə fəaliyyətini davam etdirib. 2005–2008-ci illər arasında İzmirdə özəl musiqi sinfində klassik gitara və xordan dərs deyib. 2007-ci ildə o, daha sonra Model olacaq "A Due Carmen" rok musiqi qrupuna qoşulub. Model qrupu ilə birlikdə üç albom çıxardı: Pərili sirk (2009), Digər nağıllar (2011) və Levlanın hekayəsi. (2013).
Fatma Vəkilova
Fatma Vəkiova (30 mart 1912, Qazax – 28 avqust 1987, Bakı) — professor, geologiya-mineralogiya elmləri doktoru (1968). Azərbaycan EA İ.M.Qubkin adına Geologiya İnstitutunun geokimya və analitik kimya laboratoriyasının rəhbəri, Bakı Sovetinin bir neçə çağırış deputatı olmuşdur. "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilmişdir. Azərbaycan EA-nın müxbir üzvü, geokimya elmləri doktoru, professor Heydər Əfəndiyevin həyat yoldaşı. Rejissor Yalçın Əfəndiyevin anası. Riyaziyyatçı alim, professor Şamil Vəkilovun bacısı. == Həyatı == Fatma xanım İsmayıl ağa qızı Vəkilova Qazax qəzasının Yuxarı Salahlı kəndində, köhnə pedaqoqlar nəslinə mənsub, Qori seminariyasının məzunu, çarlıq və demokratik cümhuriyyət dönəmində məsul vəzifələrdə çalışmış İsmayıl ağa Vəkilovun ailəsində anadan olmuşdur. İlk təhsilini atasının müdir olduğu beşsinifli Dağ Kəsəmən məktəbində almışdır. Onun ailəsi daha sonra Bakıya köçərək, Mərdəkanda məskunlaşıb. Vəkilova burada həmin illərin nüfuzlu tədris ocaqlarından olan Bakı Darülmüəllimatına (Qızlar Seminariyası) qəbul olmuşdur.
Fatma Xatun
Fatma Xatun (1284, Söğüt, Biləcik ili – 1347) — Osmanlı dövlətinin qurucusu olan Osman Bəy yeganə qızı. 1284-cü ildə Söyüd qəsəbəsində dünyaya gəldi. Böyük qardaşı Orxan bəyin səltənətində vəfat etdi.
Fatma Xizroyeva
Fatma Xizroyeva (20 mart 1925 – 10 iyul 2005, Mahaçqala) — Rusiya aktrisası, Dağıstanın xalq artisti (1955), Rusiyanın əməkdar artisti (1960). == Həyatı == Fatma (Patimat) Xizriyevna Xizroyeva 20 mart 1925-ci ildə anadan olub. Avar Dram Teatrında çalışıb.
Fatma Yıldırım
Fatma Vidadi qızı Yıldırım (12 yanvar 1973, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən). == Həyatı == Fatma Yıldırım 1974-cü il yanvarın 12-də Bakı şəhərində anadan olub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetində (BDU) fizika üzrə ali təhsil alıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir. Fatma Yıldırım 2012–2016-cı illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində insan resursları şöbənin müdir müavini, 2016–2018-ci illərdə isə Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən o, Dövlət Şəhərsalma və Memarlıq Komitəsində insan resursları şöbəsinin müdiri vəzifəsində çalışırdı. === Ailəsi === Fatma Yıldırım ailəlidir, 2 övladı var. Professor Vidadi Yusif oğlu Əliyevin qızıdır. == Siyasi fəaliyyəti == 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini olub, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədrlik edib. Fatma Yıldırım Belçika Krallığında 2003-cü ildə yaradılmış "Avropa Azərbaycanlıları Mərkəzi"nin təsisçisi və rəhbəri olub.
Fatma İbrahimbəyova
Fatma Gaye Güler
Fatma Gaye Güler (türk. Fatma Gaye Güler; 1988, Tokat) — Türkiyə Böyük Millət Məclisinin XXV çağırış deputatı; Türkiyənin ən gənc qadın millət vəkili. == Həyatı == Fatma Gaye Güler 1988-ci ilin oktyabr ayında Tokatın Niksar mahalında anadan olmuşdur. İbtidai və orta məktəb təhsillərini İstanbulda almışdır. Qazi Universitetinin Ünsiyyət fakültəsini bitirmişdir. Daha sonra İstanbul Universitetinin Tarix fakültəsində ikinci təhsilini davam etdirmişdir. == Siyasi karyerası == Güler 2009-ci ildə siyasi karyerasına başlayıb. 2012–2014-cü illərdə Ədalət və İnkişaf Partiyası İstanbul Gənclik Qolları İctimaiyyətlə Əlaqələr və Seçki İşləri vahidlərində vəzifədə olmuşdur. Müxtəlif qeyri-hökumət təşkilatlarının üzvüdür. 2015-ci ildə Ədalət və İnkişaf Partiyası tərəfindən Tokatda 3-cü sırada millət vəkili namizədi olaraq göstərilən 26 yaşındakı Fatma Gaye Güler, Türkiyənin ən gənc qadın millət vəkili seçilmişdir.
Fatma Gövhəri Sultan
Fatma Gövhəri Sultan (d. 30 noyabr 1904 - ö. 10 dekabr 1980) — 32. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin yeganə qızı, Osmanlı sultanı və Osmanlı bəstəkarı. == Həyatı == Fatma Gövhəri Sultan 1904-cü ildə atasının Çamlıca köşkündə dünyaya gəlmişdir. Əhməd Tövhid Əfəndinin əkizidir. Atası Sultan Əbdüləzizin oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə Nervaliter xanım idi. Sarayda atasından və digər Osmanlı bəstəkarlarından musiqi dərsləri aldı. Kamança, ud və piano dərsləri aldı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi.
Fatma Müge Göçek
Fatma Müge Göçek (1950, İstanbul) — Türkiyə sosioloqu və Miçiqan Universitetinin professoru. == Əsərləri == Göçek, Fatma Müge. East Encounters West: France and the Ottoman Empire in the Eighteenth Century (ingilis). Oxford University Press. 1987. ISBN 978-0-19-536433-0. Gocek, Fatma Muge; Shiva, Balaghi, redaktorlar Reconstructing Gender in Middle East: Tradition, Identity, and Power (ingilis). Columbia University Press. 1995. ISBN 978-0-231-51391-3.
Fatma Nəslişah Sultan
Fatma Nəslişah Sultan (4 fevral 1921, İstanbul – 2 aprel 2012, İstanbul) — son Osmanlı padşahı VI Mehmed Vahidəddin və son xəlifə II Əbdülməcidin nəvəsi. Osmanlı Xanədan dəftərinə adı yazılan son Osmanlıdır. Misir kral naibi Məhəmməd Əbdül Moneimin xanımıdır. Onunla eyni illərdə yaşayan və Əbdülqadir Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Böyük Nəslişah Sultan olaraq anılır. == Həyatı == 4 fevral 1921-ci ildə anası Sabiha Sultanın Nişandaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Dünyaya gəlişi 121 top atəşi və sultanın onun adına kəsdirdiyi sikkələrlə qeyd edildi. Daha sonra Xanzadə və Nəcla adlı iki bacısı dünyaya gəldi. Osmanlı ailəsinin sürgünə gedişinə qədər Dolmabağça sarayında yaşadılar. 3 yaşında ikən 3 mart 1924 tarixli qanunla sürgünə göndərilənlər arasında yer aldı.
Hacı Heybət məscidi (Fatmayı)
Hacı Heybət məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. == Tikili == XVII əsrdə Hacı Heybət adlı bir şəxs tərəfindən tikilib. Məscidin sahəsi 236 m²-dir. Məsciddə eyni vaxtda 110 nəfər nəfər namaz qıla bilər. Tikili L hərfi formasına malikdir. Həyətində yardımçı tikililər vardır.
Fatma Gaye Gülər
Fatma Gaye Güler (türk. Fatma Gaye Güler; 1988, Tokat) — Türkiyə Böyük Millət Məclisinin XXV çağırış deputatı; Türkiyənin ən gənc qadın millət vəkili. == Həyatı == Fatma Gaye Güler 1988-ci ilin oktyabr ayında Tokatın Niksar mahalında anadan olmuşdur. İbtidai və orta məktəb təhsillərini İstanbulda almışdır. Qazi Universitetinin Ünsiyyət fakültəsini bitirmişdir. Daha sonra İstanbul Universitetinin Tarix fakültəsində ikinci təhsilini davam etdirmişdir. == Siyasi karyerası == Güler 2009-ci ildə siyasi karyerasına başlayıb. 2012–2014-cü illərdə Ədalət və İnkişaf Partiyası İstanbul Gənclik Qolları İctimaiyyətlə Əlaqələr və Seçki İşləri vahidlərində vəzifədə olmuşdur. Müxtəlif qeyri-hökumət təşkilatlarının üzvüdür. 2015-ci ildə Ədalət və İnkişaf Partiyası tərəfindən Tokatda 3-cü sırada millət vəkili namizədi olaraq göstərilən 26 yaşındakı Fatma Gaye Güler, Türkiyənin ən gənc qadın millət vəkili seçilmişdir.
Fatma Şakir Məmik
Fatma Şakir Məmik (1903, Akviran[d], Karabük ili – 9 fevral 1991) — türk həkim, filantrop və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O həm də Türkiyənin ilk qadın tibb elmləri doktorlarından biridir. Məmik Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentlərində Ədirnə seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Şəxsi həyatı və təhsili == Fatma Şakir 1903-cü ildə Osmanlı imperiyasının Safranbolu bölgəsinin Akviran kəndində çörəkçi və un taciri Şakir və həyat yoldaşı Cəmilənin ailəsində anadan olub. O ilk təhsilini Safranboluda almış, 8 yaşında ikən atası ilə İstanbula köçərək buradakı Bəyazid qız məktəbində və Bezmialəm Validə Sultan məktəbində oxumuşdur. Məmik 1923-cü ildə İstanbul darülfünununun Tibb fakültəsinə daxil olub və 1929-cu ildə buranı fakültə birinciliyi ilə bitirib. Məmik fransız dilini bilirdi və o heç vax evlənməmişdir. Fatma Şakir Məmik 9 fevral 1991-ci ildə vəfat etmişdir. == Karyerası == === Həkim === Fatma Şakir 1932-ci il yanvarın 31-dən oktyabrın 6-dək Heybəliada Vərəm Sanatoriyasında, 9 oktyabr 1932-ci il və 1 iyun 1933-cü il tarixləri arasında isə Qureba xəstəxanasında asistent həkim kimi işləyib. O, 1934-cü ildə Qureva xəstaxənasında imtahandan keçərək daxili xəstəliklər üzrə mütəxəssis həkim olmuş və 1934-cü ilin dekabrında həmin xəstəxanaya klinika müdiri təyin edilmişdir.
Fatma Aliye Topuz
Fatma Aliye Topuz (türk. Fatma Aliye Topuz 9 oktyabr 1862, İstanbul – 13 iyul 1936, İstanbul) — Türk yazıçısı, esseist, tərcüməçi və gender bərabərliyi uğrunda mübarizənin iştirakçısı. Fatma Aliye Topuz həm Türkiyədə, həm də İslam dünyasında ilk qadın roman yazıçı sayılır. == Bioqrafiya == 9 oktyabr 1862-ci ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın birinci qızı və yazıçı Emine Önasyanın böyük bacısı idi. Aliye Fatmanın anası Advie Rəbiyə xanım idi. 1866-cı ildə Fatmanın atası Misirə Vali vəzifəsinə təyin edilir. 1868-ci ilə qədər həyat yoldaşı və uşaqları ilə Hələbdə yaşamalı olur. 1875-ci ildə Cövdət Paşa Yunanıstana göndərildikdə, ailə altı ay Yanyada qalır. Nəhayət 1878-ci ildə Fatmanın ailəsi Dəməşqdə məskunlaşır.
Fatma Damla Altın
Fatma Damla Altın (18 yanvar 2002) — türk paralimpiya idmançısı. O, uzunluğa tullanma, pentatlon və heptatlon yarışlarında mübarizə aparır. Müxtəlif para-atletika növləri üzrə bir çox dünya və Avropa çempionu titullarına sahibdir.
Fatma Gül Gülər
Fatma Gül Gülər (12 fevral 2004, Qəhrəmanmaraş) — görmə məhdudiyyətli türk paralimpiya qolbolçusu. O, dünya və Avopa çempionu olan Türkiyə milli qolbol komandasının üzvüdür. == İdman karyerası == Güləri qolbol oynamağa 2012-ci ildə ibtidai sinif müəllimi yönləndirib. O, gözdən əlillər üçün orta məktəbdə təhsil aldığı müddətdə məktəbin komandasında oynayıb. Onun məktəbinin komandası 2018-ci ildə Qızlar arasında Qolbol üzrə Türkiyə Çempionatında ikinci olmuşdur. O, doğulduğu şəhər olan Qəhrəmanmaraşın "Akçakoyunlu İdmanyurdu" idman klubunda oynayır. Klub Türkiyə Qadın Qolbol Birinci Liqasında mübarizə aparır. Gülərin məşqçisi Gültəkin Karasudur. === 2024 === Gülər 2024-cü ildə Fransanın Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarının finalında İsraili məğlub edərək qızıl medal qazanmış Türkiyə milli komandasının üzvü olub. == Şəxsi həyatı == Fatma Gül Gülər ​​12 fevral 2004-cü ildə Türkiyənin Qəhrəmanmaraş şəhərində anadan olub.

Digər lüğətlərdə