Gözde Kırdar Sonsırma
Gözde Kırdar – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının ən təcrübəli oyunçularından biri. Milli komandanın digər bir üzvü Özge Kırdar Çembercinin əkiz bacısıdır.
== Karyerası ==
Voleybola 1999-cu ildə Günəş Sığortanın B komandasında başlayan voleybolçu bu komandanın Vakıfbankla birləşməsindən sonra karyerasına Vakıfbank Günəş Sığortada davam etmişdir.
2003-cü ildə ilk dəfə Türkiyə millisinə çağrılan voleybolçu ilk vaxtlar milli komanda da istədiyi oyunu göstər bilmir. Ancaq illər ötdükcə təcrübəsi də artan Gözde yavaş-yavaş milli komandanın əsas oyunçusuna çevrilməyə başlayır.
Vakıfbankda da özünü yaxşı cəhətdən göstərən voleybolçu 2012-ci ilə qədər komandası ilə birlikdə sırası ilə CEV Çağırış Kuboku, Top Komandalar Kuboku, Çempionlar Liqası və Kulublar arası Dünya Çempionatının qızıl medallarını qazanmışdır. Türkiyədə də, kubok və superkubok qalibiyyətlərinin yanında ölkə çempionluğu da yaşayır.
2012-ci ildə voleybolçu üçün iki əlamətdar hadisə baş verir. Bunlardan biri milli komanda ilə Dünya Qranpirisində yaşanan üçüncülük olur, digəri isə təbii ki, 2012 Yay Olimpiya Oyunlarıdır.