GÜLƏŞ
GÜLƏŞDİRMƏK
OBASTAN VİKİ
Güləşçi
Güləşçi — İdmanın güləş növü ilə məşğul olan şəxs
Yokozuna (güləşçi)
Genealogiya Rodney See (2 oktyabr 1966, San-Fransisko, Kaliforniya – 23 oktyabr 2000, Liverpul)— Amerikalı peşəkar güləşçi, O, Yaponiyada peşəkar sumo güləşində ən yüksək rütbəyə istinad edən Yokozuna rinq adı altında güləşib. Ümumdünya Güləş Federasiyasında (WWF) döyüşdüyü vaxtlarla məşhur idi . O, ikiqat dünya çempionu olub . O, 12 avqust 1987-ci ildə Jim Crockett Promotions üçün birdəfəlik çıxış etdi , ev şousunda Ron Simmons ilə qarşılaşdı . Cənab Fuji tərəfindən idarə olunan Yokozuna 31 oktyabr 1992-ci ildə Superstars nəşrində Yaponiya bayrağı altında yarışan stereotipik sumo güləşçisi kimi təqdim edildi. O, cıxdığı döyüşlərə paltar əvəzinə mavaşi geyinirdi , lakin bel paltarının altından uzun tayt da var idi. Monday Night Raw tarixində ilk matçda rəqibi olan Koko B. Ware-ni məğlub edərək növbəti tura keçə bildi. WWF karyerasını bitirdikdən sonra o, müxtəlif müstəqil promosyonlarda çıxış etdi . 1998-ci ildə Merilend Çempionatında güləşdi. Baxış başına ödənişli tədbirdə Yokozuna King Kong Bundy ilə qarşılaşmalı idi.
Abdulla Abdullayev (güləşçi)
Abdullayev Abdulla Həsən oğlu (19 avqust 1932, Dərbənd, Dağıstan) — dünya şöhrətli pəhləvan, SSRİ çempionu, əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası. == Həyatı == Abdulla Abdullayev 1932-ci il avqustun 19-da Dağıstan MR Dərbənd şəhərində dünyaya gəlmişdir. Uşaqlığı Zəngəzur mahalında keçmişdir. 1955-ci ildə Qafan şəhərində orta məktəbi bitirmişdir. 1951-ci ildə Qubadlı rayonunun idmançıları sırasında Bakıya gəlir, Azərbaycan çempionatında iştirak edir və iki pudluq daş qaldırma yarışında Azərbaycan və SSRİ mütləq çempionu adına layiq görülür. Elə həmin il Azərbaycanın güləş üzrə çempionu olur. 1953-1956-cı illərdə Ukraynanın Kiyev şəhərində Sovet Ordusunda xidmət edən zaman güləş və daş qaldırmaq üzrə spartakiadanın mütləq çempionu olur, marşal Çuykov şəxsən ona qızıl saat bağışlayır. 1954-cü ildə ordu birinciliyində ona məğlub olan Ukrayna çempionu Qriqori Qamfil 1955-ci ildə dunya çempionu adını qazandı. 1956-cı ildə ordudan tərxis olunduqdan sonra Bakıya gəlir və ikiqat dünya çempionu, SSRİ xalq artisti, pəhləvan Sali Süleymanla görüşür və sonralar onun sevimli şagirdi olur. Gürcüstan və Şimali Qafqazın müxtəlif rayonlarında qastrollardan uğurla qayıdan gənc bahadır "QAFQAZ QARTALI" ləqəbini qazanaraq, asanlıqla iki qolu üzərində 20 nəfər saxlayır, qalın armaturu əyir, yoğun dirəyi boynunda sındırır, üstündən 5 tonluq avtomobil keçirdi.
Aleksandr İvanov (güləşçi)
Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi. == Bioqrafiyası == 1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir. == İdman naliyyətləri == 1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 1972 və 1973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur.
Elçin Əliyev (güləşçi)
Elçin Əliyev (26 aprel 1990, Azərbaycan) — 2007-2013-cü illərdə Azərbaycanı, 2018-2021-ci illərdə isə Türkiyəni təmsil edən yunan-roma güləşçisi, 2010 və 2012-ci illərdə Avropa Çempionatının qalibi. == Karyerası == Elçin Əliyev 2007-ci ildə Belqrad şəhərində (Serbiya) baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2008-ci ildə isə o, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Daha sonra Elçin Əliyev 2009-cu ildə Fransada Kristo Lutte Turnirini qızıl medalla, Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini isə 7-ci pillədə başa vurdu. 2010-cu ilin yanvarında İstanbul şəhərində Vəhbi Əmrə Turnirinin qalibi olan Elçin Əliyev, apreldə Avropa Çempionatında debüt elədi. Azərbaycanda baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Vüqar Rəhimova, 1/4 final mərhələsində Norveç nümayəndəsi Anders Renningena, 1/2 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Alexander Kostadinova qalib gələn Elçin Əliyev, final görüşündə Rusiya nümayəndəsi, olimpiya çempionu Nazir Manqiyev üzərində qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Daha sonra Elçin Əliyev iyulda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini və sentyabrda Rusiyada Dünya Çempionatını 8-ci pillələrdə başa vurdu. 2011-ci ildə isə Elçin Əliyev sadəcə İstanbul şəhərində Vəhbi Əmrə Turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu. Elçin Əliyev 2012-ci ilin yanvarında İstanbul Qran-Prisini bürünc medalla başa vurdu. Daha sonra o, martda Avropa Çempionatında mübarizə apardı Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ermənistan nümayəndəsi Roman Amoyana, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Dmitri Xaroya, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Fatih Üçüncüya qalib gələn Elçin Əliyev, final görüşündə Macarıstan nümayəndəsi Peter Modos üzərində qələbə qazandı və növbəti dəfə Avropa Çempionatının qalibi oldu.
Həsən Əliyev (güləşçi)
Həsən Əliyev (14 noyabr 1989, Qazax) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi və məşqçisi, 2010-cu il Avropa Çempionatının və Dünya Çempionatının qalibi. == Karyerası == Həsən Əliyev 2006-cı ilin iyulunda İstanbulda yeniyetmələr arasında Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2007-ci il ərzində gənclər arasında Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Həsən Əliyev 2008-2010-cu illərdə Azərbaycan idmanı tarixində bir sıra uğurlara imza atdı. Həsən Əliyev 2008-ci ilin iyulunda Kosiçe şəhərində gənclər arasında Avropa Çempionatının qalibi oldu. Həsən Əliyev 2009-cu ilin iyununda növbəti dəfə gənclər arasında Avropa Çempionatının qalibi olan Həsən Əliyev həmin ilin avqustunda gənclər arasında Dünya Çempionatının da qızıl medalına sahib oldu. Karyerasının zirvəsu isə 2010-cu ildə oldu. Həsən Əliyev ilin əvvəlində, yanvarda İstanbul şəhərində Vəhbi Əmri Turnirinin, martda isə Sombatxey şəhərində Macarıstan Qran-Prisinin qalibi oldu. Apreldə Azərbaycanda baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanan Həsən Əliyev Avropa çempionu adına sahib oldu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirində də qızıl medala sahib olan Həsən Əliyev sentyabrda Rusiyada baş tutan Dünya Çempionatında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bir il ərzində Dünya və Avropa Çempionatıda daxil olmaqla mübarizə apardığı bütün beynəlxalq turnirlərdə qələbə qazanan Həsən Əliyev Dünya və Avropa çempionu olan birinci azərbaycanlı yunan-roma güləşçisi oldu.
Kənan Quliyev (güləşçi)
Laslo Papp (güləşçi)
Laslo Papp (mac. Papp László; 4 yanvar 1905, Senteş[d], Çonqrad[d] – 28 yanvar 1989, Budapeşt) — macarıstanlı Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı. == Həyatı == Laslo Papp 1905-ci ildə Senteş şəhərində anadan olmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatların gümüş medalçısı olmuşdur, 1927-ci ildə isə Avropa çempionluğunu qazandı. 1928-ci ildə o, Amsterdamda keçirilən Olimpiya Oyunlarında iştirak etdi və gümüş medala layiq görüldü. 1933-cü ildə Laslo Papp bu dəfə Yunan-Roma yox, sərbəst güləş üzrə Avropa çempionu oldu. 1934-cü ildə o, Avropa çempionatının bürünc medalını qazandı.
Qurban Qurbanov (güləşçi)
Qurban Osman oğlu Qurbanov (28 yanvar 2002; Kürdəmir rayonu, Azərbaycan) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Qurban Qurbanov 2002-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Qurban Qurbanov 2017-ci ilin sentyabrında Afina şəhərində (Yunanıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Qurban Qurbanov, yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2018-ci ildə isə Qurban Qurbanov yeniyetmələr arasında Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Əvvəlcə Qurban Qurbanov mayda Shopye şəhərində (KYRM) baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin həlledici görüşündə Bolqarıstan nümayəndəsi Edmond Nazaryana məğlub olan Qurban Qurbanov, turnirin gümüş medalına sahib oldu. İyulda isə Qurban Qurbanov Zaqreb şəhərində (Xorvatiya) baş tutan Dünya Çempionatında mübarizə apardı və turniri bürünc medalla başa vurdu. Qurban Qurbanov növbəti uğuruna 2019-cu ilin iyulunda imza atdı. Avropa Yeniyetmələrinin Olimpiya Festivalında mübarizə aparan Qurban Qurbanov, turnirin final görüşündə Gürcüstan güləşçisi Kviça Abuladze üzərində qələbə qazandı və turnirin qalibi oldu.
Rafiq Hacıyev (güləşçi)
Rafiq Hüseynov (güləşçi)
Rafiq Radik oğlu Hüseynov (16 may 1988; Daşkənd, Özbəkistan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rafiq Hüseynov 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürunc medala sahib olub. O, həmçinin 2021-ci ildə Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Rafiq Hüseynov 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına sahib olub. O, həm də 2011, 2020 və 2022-ci illərdə Avropa Çempionatının qızıl medallarını qazanıb. Rafiq Hüseynov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Karyerası ərzində 70 beynəlxalq yarışa qatılan Rafiq Hüseynov onların 17-də qızıl medal, 15-də gümüş medal, 13-də isə bürünc medal qazanıb. Rafiq Hüseynov həmçinin Müdafiə Nazirliyinin zabitidir. Rafiq Radik oğlu Hüseynov 1988-ci il mayın 16-də Daşkənd şəhərində anadan olub. Əslən İrəvan şəhərindən olan Hüseynovlar ailəsi, 1989-cu ildən Azərbaycanda yaşamağa başlayıblar.
Teymur Məmmədov (güləşçi)
Yaşar Əliyev (güləşçi)
Yaşar Əliyev (31 avqust 1989, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Onun qardaşı Hacı Əliyev də güləşçidir və üç qat Dünya, dörd qat isə Avropa Çempionatlarının qalibidir. Yaşar Əliyev 2006-cı ildə İstanbul şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı. Bir il sonra, 2007-ci ildə gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vuran Yaşar Əliyev 2008-ci ildə həmin turnirin bürünc medalına sahib oldu. 2008-ci ildə Yaşar Əliyev həm də gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. Yaşar Əliyev 2009-cu ildə Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparmaqla Avropa Çempionatlarında debüt elədi. Turnirin bürünc medal uğrunda görüşündə məğlub olaraq çempionatı beşinci pillədə başa vuran Yaşar Əliyev həmin ilin avqustunda gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. 2010-2012-ci illərdə nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmayan Yaşar Əliyev 2011-ci ildə Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini, 2012-ci ildə isə Kiyev şəhərində Kiyev Turnirini bürünc medallarla başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2013-cü ilə təsadüf edən Yaşar Əliyev həmin il əvvəl fevralda Yaşar Doğu beynəlxalq turnirinin bürünc medalına sahib oldu, daha sonra isə martda Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Yaşar Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirində 2013-cü ildə bürünc medala, 2014-cü ildə isə bürünc medala sahib oldu.
Zəfər Quliyev (güləşçi)
Zəfər Quliyev - Azərbaycanlı güləşçi, yunan-roma güləşi üzrə 48 kq çəki dərəcəsində olimpiya oyunları və dünya çempionatı mükafatçısı, üçqat Avropa və ikiqat SSRİ çempionu. 1972-ci il iyun ayının 17 -də Lənkəran şəhəri Lüvəsər kəndində çoxuşaqlı fəhlə ailəsində anadan olmuşdur.Ilk addimlarini 5-6-ci sinifde oxuyarken Yunan-Roma gules idman novu uzre Lenkeran U.G.I.mektebinde mesgci Hokumolla Gasimovun rehbirliyi altinda atmishdir.1985- ci ildə Bakıda idman internatına daxil olmuşdur. 1989-cu ildə internatı bitirmiş və idman ustası normativini yerinə yetirmişdir. Həmin il Bakıda Olimpiya Ehtiyatı məktəbinə daxil olmuş, həmin məktəbi 1991-ci ildə bitirmişdir. 1991-ci ildə gənclər arasında SSRİ birinciliyinin qalibi olaraq beynəlxalq dərəcəli idman ustası normativini yerinə yetirmişdir. Həmin il Ulyanovsk şəhərinə köçmüş və Dinamo idman cəmiyyətində SSRİ əməkdar idman ustası Anatoli Vinnikin rəhbərliyi ilə məşqlərə başlamışdır. 1992- ci ildə Rusiya və MDB çempionu adını qazanmış və Avropa çempionatında bürünc medala layiq görülmüşdür. 1996-cı ildə Ulyanovsk Pedaqoji Dövlət Universitetinə qəbul olunmuş və 2001 - ci ildə idman tərbiyəsi müəllimi ixtisası üzrə həmin universiteti bitirmişdir. 1994- cü ildə ona Rusiyanın əməkdar idman ustası idman adı təsis edilmiş, 1997 - ci ildə isə ikinci dərəcəli "Vətən qarşısında xidmətlərə görə " ordeni medalı ilə təltif edilmişdir. Ailəlidir, üç oğlu var.
Şərif Şərifov (güləşçi)
Şərif Naidhacav oğlu Şərifov (rus. Шариф Наидгаджавович Шарифов; 11 noyabr 1988, RSFSR, Dağıstan MSSR və ya Çaroda rayonu, Dağıstan MSSR) — 2008–2021-ci illərdə Azərbaycanı təmsil edən Avar əsilli sərbəst güləşçi. Şərif Şərifov 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medal, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə bürünc medala sahib olub. 2011-ci ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatının qalibi olan Şərif Şərifov, 2019-cu ildə Avropa Çempionatının qızıl medalını da qazanıb. Şərif Şərifov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə "Tərəqqi" medalı ilə təltif edilib. Şərif Şərifov 1988-ci il noyabrın 11-də Dağıstanın Çaroda rayonunun Qunux qəsəbəsində anadan olub. Milliyyətcə avardır. Güləşlə Qızılyar şəhərində məşğul olmağa başladı. 2000-ci ildən isə Mahaçqala şəhərində məşhur güləş mütəxəssisi Ənvər Məhəmmədhacıyevin rəhbərliyi altında məşq edirdi. Rusiya yığmasının heyətində ciddi rəqabət olduğuna görə məşqçilərin məsləhətilə 2008-ci ildə Azərbaycan yığmasına transfer oldu.
Əşrəf Əliyev (güləşçi)
Əşrəf Əliyev (29 iyul 1986, Giləzi, Abşeron rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçisi. Əşrəf Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirlərini 2008 və 2010-cu illərdə 8-ci pillədə, 2009-cu ildə isə 5-ci pillədə başa vurdu. 2010-cu ilin avqustunda Finlandiyada baş tutan hərbçilər arasında Dünya Çempionatının bürünc medalına sahib olan Əşrəf Əliyev 2011-ci ilin mayında Əli Əliyev beynəlxalq turnirini, iyulunda da Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medallarla başa vurdu. 2011-ci ilin sentyabrında isə Əşrəf Əliyev İstanbul şəhərində baş tutan Dünya Çempionatında bürünc medala sahib oldu. Əşrəf Əliyev həmdə olimpiya lisenziyasını da əldə elədi. 2012-ci ildə olimpiadadan əvvəl Əşrəf Əliyev fevralda Yaşar Doğu beynəlxalq turnirinin bürünc, iyunda da Almaniya Qran-Prisinin gümüş medalına sahib oldu. Avqustda isə Əşrəf Əliyev Azərbaycanı olimpiada da təmsil elədi. Əşrəf Əliyev olimpiadanın təsnifat mərhələsində Yaponiya nümayəndəsi Sosue Tahatani ilə üz-üzə gəldi. Görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Əşrəf Əliyev növbəti hissədə də rəqibi üzərində 1:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Rusiya nümayəndəsi Denis Tsarquş oldu.
Elnur Aslanov (güləşçi)
Elnur Aslanov (2 yanvar 1983, Sumqayıt – 2 iyun 2012, Sumqayıt) — Azərbaycan sərbəst güləşçisi. == Karyerası == Elnur Aslanov 2000-ci ildə yeniyetmələr arasında Avropa Çempionatını 18-ci, 2001-ci ildə isə gənclər arasında Dünya Çempionatını 17-ci pillədə başa vurdu. 2002-ci ildə Tirana şəhərində (Albaniya) baş tutan gənclər arasında Avropa Çempionatının gmüş medalına sahib olan Elnur Aslanov 2003-cü ildə Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Elnur Aslanov Azərbaycanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Elnur Aslanov qrup mərhələsində əvvəl Tacikistan nümayəndəsi Yusub Abdusalomova 4:8, sonra isə olimpiya çempionu Kanada nümayəndəsi Daniel İqaliya 1:8 hesabları ilə məğlub oldu və Afina Olimpiadasında mübarizəsini başa vurdu. Olimpiadadan sonra Elnur Aslanov 2006-cı ildə Avropa Çempionatını 20-ci, Dünya Çempionatını 30-cu, Qızıl Qran-Pri beynəlxalq turnirini isə yeddinci pillədə başa vurduqdan sonra elə həmin ildə idmanla vidalaşdı.
Elşad Allahverdiyev (güləşçi)
Fuad Əliyev (güləşçi)
Fuad Əliyev (28 iyul 1983) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Fuad Əliyev 2006-cı ilin aprelində Rusiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra o, iyunda Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu. 2007-ci ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Avropa Çempionatını 12-ci, 2008-ci ilin aprelində Tampere şəhərində (Finlandiya) baş tutan Avropa Çempionatını isə 26-cı pillədə başa vuran Fuad Əliyev, iyununda baş tutan Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. Fuad Əliyev 2009-cu ilin yanvarında Fransada Kristo Lutte Turnirini bürünc medalla, aprelində Litvada Avropa Çempionatını və Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini isə beşinci pillələrdə başa vurdu. 2010-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Fuad Əliyev 27 yaşında idmanla vidalaşdı.
Jalə Əliyeva (güləşçi)
Jalə Əliyeva (1 fevral 2001, Gəncə) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Jalə Əliyevanın birinci beynəlxalq turniri 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu. Turnirin final görüşündə Almaniya nümayəndəsi Emili Haseya məğlub olan Jalə Əliyeva turniri gümüş medalla başa vurdu. Sentyabrda isə o, Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2017-ci ildə Jalə Əliyeva beynəlxalq turnirlərdə medala sahib ola bilmədi. İyulda Sarayevo şəhərində (Bosniya və Herseqovina) yeniyetmələr arasında Avropa Çempionatı və sentyabrda Afina şəhərində (Yunanıstan) yeniyetmələr arasında Dünya Çempionatını 12-ci pillələrdə başa vurdu. 2018-ci və 2019-cu illərdə də Jalə Əliyeva medala sahib ola bilmədi. 2018-ci ildə KYRM-da baş tutan yeniyetmələr arasında Avropa Çempionatını 12-ci, sentyabrda isə Xorvatiyada baş tutan yeniyetmələr arasında Dünya Çempionatı 5-ci pillədə başa vuran Jalə Əliyeva bir il sonra, 2019-cu ildə İspaniyada gənclər arasında Avropa Çempionatında 5-ci, Estoniyada gənclər arasında Dünya Çempionatında isə 11-ci oldu. Pandemiya səbəbilə yaranan fasilədən sonra Jalə Əliyevanın birinci beynəlxalq turniri 2021-ci ilin iyununda Dortmund şəhərində Almaniya baş tutan gənclər arasında Avropa Çempionatı oldu. Turnirin nəticələrinə əsasən o, 12 idmançı sırasında 8-ci pillənin sahibi oldu.
Vüqar Aslanov (güləşçi)
Kamran Məmmədov (güləşçi)
Kamran Məmmədov (12 mart 1990) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Kamran Məmmədov 2008-ci ildə Kosiçe şəhərində gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu. 2010-cu ildə isə Kamran Məmmədov Bolqarıstanda gənclər arasında Avropa Çempionatının və Macarıstanda gənclər arasında Dünya Çempionatının qalibi oldu. 2011-ci ilin iyulunda Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vuran Kamran Məmmədov 2012-ci ildə Serbiyada Avropa Çempionatında mübarizə apardı və debüt turnirini beşinci pillədə başa vurdu. Həmin ilin aprelində Kamran Məmmədov Bolqarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub olimpiya lisenziyası sahib olsa da, yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçiləri olimpiadaya daha təcrübəli hesab olunan Dünya və Avropa çempionu Həsən Əliyevi apardı. Həmin ilin sentyabrında Kamran Məmmədov Qızıl Qran-Pri beynəlxalq turnirin qalibi oldu. Kamran Məmmədov 2013-cü ilin martında Gürcüstanın Tbilisi şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu. İyulda Rusiyanın Kazan şəhərində Universiada Oyunlarının gümüş medalına sahib olan Kamran Məmmədov noyabrda növbəti dəfə Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. 2014-cü ilin aprelində Kamran Məmmədov Finlandiyanın Vantaa şəhərində növbəti dəfə Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin noyabrında Kamran Məmmədov həm də Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu.
Murad Məmmədov (güləşçi)
Murad Məmmədov (12 avqust 1995, Sumqayıt) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Murad Məmmədov 2010-cu ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bir il sonra, 2011-ci ildə Murad Məmmədov Polşanın Varşava şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında növbəti dəfə qızıl medalın sahibi oldu. Həmin il Murad Məmmədov həm də Macarıstanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2012-ci il mövsümündə isə Murad Məmmədov Polşada yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vursa da, Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2014-cü il mövsümü Murad Məmmədov üçün uğurlu oldu. Murad Məmmədov iyunda Polşanın Katoviçe şəhərində gənclər arasında Avropa Çempionatını və avqustda Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında Dünya Çempionatını qızıl medallarla başa vurdu. 2015-ci ildə Murad Məmmədov yanvarda Fransada Paris Qran-Prisinin bürünc medalına sahib oldu. Mövsümün nüfuzlu turnirlərində isə Murad Məmmədov əvvəl iyunda İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurdu, sonra isə avqustda Braziliyada gənclər arasında Dünya Çempionatının qalibi oldu. Murad Məmmədov 2016-cı ildə Bolqarıstanda U23 Avropa Çempionatını gümüş medalla, KYRM-da isə hərbçilər arasında Dünya Çempionatını bürünc medalla başa vurdu.
İlham Abbasov (güləşçi)
İlham Abbasov (21 sentyabr 1969, Cəlilabad) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. İlham Abbasov 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Məhəmməd Əzizova məğlub olan İlham Abbasov Avropa Çempionatının gümüş medalına sahib oldu. Bununla da İlham Abbasov Avropa Çempionatında medala sahib olan birinci azərbaycanlı sərbəst güləşçi oldu. 1994-cü ildə Roma şəhərində baş tutan Avropa Çempionatını isə İlham Abbasov beşinci pillədə başa vurdu.
Rəşad Məmmədov (güləşçi)
Rəşad Məmmədov (2002) — 55 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yunan-Roma güləşçisi. == Karyera == 2024-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 2024-cü ildə Avropa Güləş Çempionatında 55 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Digər lüğətlərdə