GİRMƏK

1. GİRMƏK İçəri altmış yaşlı, .. arıq bir qadın girdi (H.Abbaszadə); AYAQ BASMAQ [Ülfət:] Görürsən, yad qızı hələ evə ayaq basmamış, gədənin saqqızım oğurlayıb (Mir Cəlal); DAXİL OLMAQ Biz həyətə daxil olanda nəhəng köpək dartınıb daha da qəzəblə hürdü (İ.Əfəndiyev); DOLMAQ (məc.) Zəng vuruldu, qonaqlar zala dolub öz yerlərində oturdular (A. Şaiq); İÇƏRİ KEÇMƏK Bəybura çadırına çatıb atdan düşdü, içəri keçdi (Anar); KEÇMƏK Qarı mən sarıdan arxayın olub, öz otağına keçdi (M.Hüseyn); SOXULMAQ (zorla girmək) Bir azdan jandarmlar evi əhatə etdilər. İçəriyə soxulub aramağa başladılar (S.S.Axundov); TƏPİŞMƏK (məc.) Onlar başılovlu Kəlbiyevin kabinetinə təpişdilər (M.Hüseyn).

2. GİRMƏK (ali və ya orta məktəbə) [Natiq:] Men bildir girdim instituta.. (Anar); DAXİL OLMAQ Qəndab: Qəsəbədə açılan fəhlə gənclər məktəbinə daxil olmuşdum (B.Bayramov).

3. GİRMƏK (yaşa dair) [Vəzir:] Sən də on dörd yaşına girdiyin zaman; Ərəb ölkəsinə göndərdi atan (A.Şaiq); DOLMAQ (adətən yaşa, yaşına sözü ilə) Elə mərd oğul ki, igid yaşına dolanda bütün kənd ananın adına oğlunun da adını qoymuşdu (Ə.Məmmədxanlı).

GİRLİ
GİROV

Digər lüğətlərdə