GİZLƏNPAÇ

Gizləntut, gizləntap, gizlənpaç, gizlənpus kimi müxtəlif formalarda işlədilir. Ədəbi dilimizdə gizlənpaç variantı sabitləşib. Belə güman edirəm ki, gəlmə gizlənməkpusmaq sinonimlərinin birləşməsindən əmələ gəlib (pus - türk dillərinin çoxunda “спрятатьтся” mənasını verir). Gizlənpaç sözü Anadolu türklərində saklambaç, Aşqabad türklərində qizlənqeçek kimi yazılır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

GİZLƏMƏK
GOD
OBASTAN VİKİ
Gizlənpaç
Gizlən qaç və ya gizlənpaç — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyun. == Ümumi məlumat == Bu oyun qədim uşaq oyunlarından biridr. Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gildirimparç", "Gizlinpaç", "gizlənqaç", "Qaçgizlən", "Gizlilimpars" (Muğan), "gizlənparç", "gizdələnparç", "gildirimparç" (Naxçıvan), "yaşınbacı", "yeşinbac", "yeşinbaba", "yeşinbabaş", "saxlanbac", "salanbac" (Şimal-qərb rayonlarımız), "Çapbakal" (Oğuz), Azərbaycanın cənub bölgələrində, əsasən də Cənubi Azərbaycanda "Gizdilim palanc" adlandırılsada Azərbaycanın bir çox ərazilərində əsasən "Gizlən qaç" adlandırılır. == Oyunun qaydaları == Bir dəstə uşaq yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan onlar dairə şəkili alır, yavaşca hamıdan yaşca böyük olan oyunçu uşaqları bir-bir sağdan-sola və ya soldan-sağa barmaqla göstərərək aşağıdakı sözləri deyir. Burada "lıd" hecası hansı oyunçuya düşərsə, o, püşkün şərtlərinə görə müəyyən olunmuş yerdə (mətə) gözlərini yumur, qalan oyunçular isə ətrafa səpələnib müxtəlif yerlər də gizlənirlər. Hamı gizlənəndən sonra, gözünü yuman oyunçu gözlərini açıb gizlənən oyunçuları axtarmağa başlayar. Əgər gizlənən oyunçulardan hansı biri axtaranın nəzərini yayındırıb cəld müəyyən olunan yerə (mətəyə) əlini vurarsa, o, göz yummaq işindən azad olur. Sonra o, qalan oyunçulara köməklik məqsədilə şərti işarə ilə yoldaşlarına aşağıdakı üsulla kömək edə bilər: — "Alma" desəm gəl, "Armud" desəm qal. Bununla da o, axtaran oyunçu durduğu yerdən uzaqlaşanda, "Alma!" – deyib yoldaşlarını pusqudan çıxmağa tələsdirir.
Gizlənpaç (film, 2016)
Gizlənpaç — rejissor Elmir Süleymanovun 2016-cı ildə çəkdiyi romantik komediya filmi. == Məzmun == Filmdə bir-birini sevən iki gənc — Fərid (Müşfiq Şahverdiyev) və Günelin (Zarina Qurbanova) məhəbbəti fonunda bir sıra maraqlı hadisələr baş verir. Lakin sonda gənclər bir-birinə qovuşur.

Значение слова в других словарях