İDİKUT

idi+Kut...Kut sahibi, Tanrıdan gələn, Tanrıya yaxın, Tanrıya bənzər, Tanrı tərəfindən məsul tutulmuş və s. anlamları ehtiva edən ve Uygur kağanlarının böyük əksəriyyətinin istifadə edildiyi bir unvan.
İDİ
İDOLA
OBASTAN VİKİ
Qansu Uyğur idikutluğu
Qansu Uyğur idikutluğu — Çinin Qansu vilayətində mövcud olmuş qədim dövlət. Uyğur xaqanlığının dağılmasından sonra yaradılmışdı. Uyğurların bir dəstəsi Qansuda hələ 840-cı ildən yaşayırdılar. Çin ilə ticari əməkdaşlıqları olan bu uyğurlara daha sonra 890-cı ildə Uyğur xaqanlığından qaçqın düşən uyğurlar qoşuldu.Yağlakar sülaləsindən olan və Hörmüzd xaqan olaraq da bilinən Panq Təkinin başçılığı ilə qurulan bu dövlət bir əsr yarım ömür sürmüşdü. İndiki davamçıları Sarı uyğurlardır.
Qaoçan Uyğur idikutluğu
Qaoçan Uyğur idikutluğu — İndiki Sintzyan Uyğur muxtar vilayəti ərazisində mövcud olmuş dövlət. İdikut dövləti tarix səhnəsinə ilk dəfə Uyğur xaqanlığının devrilməsindən sonra, 843-cü ildə çıxmışdı. Məngli yabqu başçılığında hərəkət edən uyğurlar Qaraşəhər və Qaraxocanı ələ keçirib öz dövlətini qurdu. Dövlət 857-ci ildə Tan sülaləsi tərəfindən tanınmışdı.Kutadqu Bilik (福樂智慧) kitabı bu dövlətdə yazılmışdır. Краткий очерк культуры Уйгурского Турфанского идыкутства УЙГУРИЯ В VII–IX вв.