İYNƏ

İyiynə sözlərinin mənası “yığmaq” olub, biri ipi üstünə dolayıb, onun ki­çilt­məsi olan iynə (əsli: yignə) zahirən iyə oxşadığına görə belə adlanıb. Dədə Qor­qud haqlıdır: Gəlinə “ayıran” demədim mən Dədə Qorqud, / Ayrana “doyran” de­mədim mən Dədə Qorqud, / İynəyə “tikən” demədim mən Dədə Qorqud, / Ti­kana “sökən” demədim mən Dədə Qorqud... İynə yığır (ona “tikən” demək olmaz), tikan “sancan” deməkdir (ona “sökən” demək olmaz), ayran “turş” demək­dir (ona “doyran” demək olmaz), gəlin gəlmək sözündəndir (ona “ayıran” demək olmaz; gəlin ayıran deyil, xoşbəxtlik gətirəndir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

İYDƏ
İYRƏNMƏK
OBASTAN VİKİ
İynə
İynə — bərk metaldan düzəldilmiş bir ucu iti digər ucunda isə sap keçirmək üçün deşik olan nazik uzun alət. Otra əsrlərə kimi mahlıcdan olan parçaları tikmək üçün balıq sümüklərindən istifadə edilirdi. İlk metal iynələr XVI əsrdə yaradılmışdır. İynənin iki növü var - əl iynəsi və maşın iynəsi. Tikiləcək parçanın növündən asılı olaraq iynələrin ölçüləri də müxtəlif olur. Hesab edilir ki, ilk iynə kimi balıq sümüyündən istifadə ediblər. İynə ölçüsü istehsalçının paketində bir və ya bir neçə rəqəmlə işarələnir. İynələrin ölçüləri üçün ümumi konvensiya, məftil ölçmə cihazları kimi, hər hansı bir iynə sinfində ölçü sayı azaldıqca iynənin uzunluğu və qalınlığının artmasıdır. Məsələn, 9 ölçülü iynə 12 ölçülü iynədən daha qalın və uzun olacaq. Bununla belə, iynə ölçüləri standartlaşdırılmamışdır və buna görə də bir sinifin 10 ölçüsü başqa bir növün 12 ölçüsündən daha incə ola bilər (əslində belə olur).
İynə burnu
İynə burnu (həmcinin Аqulyas (port. Agulhas, afrik. Kaap Agulhas) — Afrika qitəsinin ucqar cənub nöqyəsini təşkil edir. Burunun hündürlüyü 140 m təşkil edir. Ümid burnundan 155 km cənub-şərqdə yerləşir. Bu adı əraziyə XV əsrdə səfər edən portuqal səyyahları vermişlər. Belə ki, burada maqnit anomaliyası səbəbindən (port. agulha) kompasın əqrəbi düzgün ərazini göstərmirdi. Elə bu ad maqnitin əqrəbində irəli gələrək verilmişdir.
İynə burnu cərəyanı
İynə burnu cərəyanı və ya Aqulyas cərəyanı — Hind okeanının cənub-qərbindən keçən isti dəniz cərəyanı. İki okean arasında sərhəd zonasından başlayır. Afrikanın şərq sahilləri boyunca cənubdan şimala istiqamətlənir. Cənubi Ekvatorial cərəyanının qərb qolunu təşkil edir. İnsiz olması sürətinin yüksəkliyinə səbəb olur (bəzən sürəti 200 sm/s çatır).
Adi dəniz iynəbalığı
Adi dəniz iynəbalığı (lat. Syngnathus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin i̇ynəbalıqları fəsiləsinə aid heyvan cinsi. Cinsə daxil olan balıqların uzunluqları 2,5–30 sm arasında dəyişir. Bədənləri uzunsov, iynəvaridir. Bel üzgəcləri 29–39 şüalıdır. Sinə və quyruq üzgəcləri də vardır. Dişiləri bir qayda olaraq erkəklərdən kiçik olur. Adətən su bitkilərinə, dəniz yosunlarına dolanaraq dururlar. Kürüləmə yaz və yay mövsümləri baş verir. Dişi 200–400 kürü buraxır.
Kleopatra iynəsi
Kleopatra iynəsi (ing. Cleopatra's Needle) — Londonun, Viktoriya sahilində iki Sfinksin əhatəsində olan Qədim Misir obeliski. 18 metr uzunluğunda 186 ton çəkili qranitdən monolitdir. Britaniyalılar tərəfindən 1877-ci ildə İsgəndəriyədən gətirilib. E. ə. II minilliyin ortalarında Asuan daşkarxanalarında yonulmuşdur. Obeliskin üzərində faraon III Tutmosun (sonradan II Ramzes və VII Kleopatranın adları əlavə edilmişdir) simvolu yonulmuşdur. E. ə. təxminən 1475-ci ildə Nilin aşağısı ilə Geliopola gətirilmişdir. Təxminən roma imperatoru Oktavian Avqust zamanında obelisk İsgəndəriyyəyə gətrilmiş və əsrlər boyu burada qalmışdır.
Uzun iynəli kirpi
Uzun iynəli kirpi və ya Tünd iynəli kirpi (lat. Paraechinus hypomelas) — Məməlilər sinfinə, Kirpilər fəsiləsinə daxil olan növ. Uzun iynəli kirpi 500–900 qram ağırlığında və 226–272 mm uzunluğunda olur. İynələri 40–42 mm uzunluğuna sahibdir. Bədəninin aşağı hissəsi yumşaq və uzun saçlarla örtülmüşdür. Uzun iynəli kirpinin qulaqları yumşaqdır. Qulaqlar başın yarısından uzundur. Qulaqların içi boz rəngdədir. Sifət qara-qəhvəyi rəngdə olsa da, az miqdarda ağ tüklərə sahibdir. Bu kirpilərin iki rəng çeşidi var: tünd və açıq.
İmperator iynəcə
İmperator iynəcə (lat. Anax imperator) — İynəcələr dəstəsinə, Cırcımalar fəsiləsinə aid növ. İri ölçülü iynəcə növünə aid olub bədəninin uzunluğu 62–82 mm təşkil edir. Erkək fədlər mavi, dişi fərdlər isə yaşıl rəngdə olur. Bədənin üst hissəsində çıxıntılı uzun qara zolaq gedir. İri mavi-yaşıl rəngli gözləri var. Qanad arakəsməsi ikirəngli olub boz-ağ çalardadır. Qusar, Lənkəran, Masallı rayonlarının ərazisində, Mingəçevir və Varvara su anbarlarının ətraf ərazilərində, Araz su anbarı ətrafı ərazilərdə yayılmışdır. Su və sahil bitkiləri ilə zəngin olan durğun sututarlarında: Su snbarları, kanallar və şirinsulu göllərdə və onların yaxınlıqlarında yaşayırlar. Az saylı olması ilə səciyəvidir.
İtalyan iynəbalığı
Xəzər iynəbalığı (lat. Syngnathus abaster) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin i̇ynəbalıqları fəsiləsinin adi dəniz iynəbalığı cinsinə aid heyvan növü. Xəzər dənizinin hər yerində yayılmışdır. Cənubi Xəzərdə çayların dənizə qarışan hissəsində yaşayır. İynəbalıq dəniz balığıdır, lakin şirin suda da yaşaya bilir. Uzunluğu 230 mm-dək olur, cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 90 mm-ə çatır. Dənizdə dəniz otu zosteraarasında şaquli vəziyyətdə yaşayır, Bədəninin rəngi yaşadığı mühitin -otların rəngində (yaşılımtıl-qonur) olduğundan çox çətin seçilir. İynə balıqlarının da çoxalması çox maraqlı keçir. May-iyun aylarında çoxalma ərəfəsində erkək balıqların qarın nahiyyəsində uzununa iki dəri qatı əmələ gəlir və açıq kisə (kamera) şəklini alır. Dişi balıqlar kürülərini bu kameraya tökür.
İynəada Subasar Meşələri Milli Parkı
İynəada Subasar Meşələri Milli Parkı (türk. İğneada Longoz Ormanları Millî Parkı) — Türkiyənin Kırklareli ilində yerləşən, sahəsi 31,55 km2 olan milli park. Milli park 13 noyabr 2007-ci ildə yaradılmışdır. Milli park Bolqarıstanla sərhəddə yerləşir. Bu ərazi adını İnə bəydən almışdır və bir müddət sonra İynəada formasına düşmüşdür. İynəada Subasar Meşələri Milli Parkı Türkiyənin 39-cu milli parkıdır. Milli parkda bataqlıqlar, subasar meşələr, şorsulu və şirinsulu göllər yerləşir. Milli parkın Qara dənizə çıxış vardır. Ulduz dağlarından Qara dənizə çatan dərələrin əmələ gətirdiyi subasar ərazilər boyunca meşələr uzanır. İynəadanın şimalında Ərikli gölü, cənubunda Mərt gölü yerləşir.
İynəbalıqları
İynəbalıqları (lat. Syngnathidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinə aid heyvan fəsiləsi. Uzunsov bədəni yoğun iynə şəklindədir. Xarici skeleti vardır. Bədəni sümük həlqələrlə örtülüdür. Kiçik uzunsovşəkilli balıqlardır. Rostrumu uzunsov boru şəklindədir. Ağzı kiçik və dişsizdir. Bel üzgəci bir ədəd olub tikansızdır. Quyruğu uzundur, quyruq üzgəci kiçik və ya formalaşmamışdır.
İynəbalığıkimilər
İynəbalığıkimilər (lat. Syngnathiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Burnu boru şəklindədir, üzgəcləri kiçikdir, tikan şüaları yoxdur. Qabırğaları yoxdur. Qarın üzgəcləri ya yoxdur, ya da döş üzgəclərinə yaxın yerləşmişdir. Erkəklərin qarın tərəfində dəri qatlaqyumurta kisəsi olur ki, dişi balıqlar kürünü buraya qoyurlar. Bəzilərində belə kisələr yoxdur. Dəniz balıqları olub, tropik və mülayim sularda yaşayırlar. 7 fəsiləsindən Xəzərdə biri təmsil olunmuşdur. Xəzər iynəbalığı adlı növaltı yaşayır.
İynəcikli itburnu
İynəcikli itburnu (lat. Rosa acicularis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
İynəcikli qıjı
İynəcələr
İynəcələr (lat. Odonata) — cücülər sinfinə aid heyvan dəstəsi. İki yarımdəstəsi var: bərabərqanadlı iynəcələr (Zygoptera) və müxtəlifqanadlı iynəcələr (anisoptera). İynəcə çox qısa müddətdə sürətini saatda 50 km-ə çatdırır. Bir həşəratın bu qədər yüksək sürətlə uçması çox təəccüblüdür. Olimpiadalarda 100 m qaçan idmançıların sürəti saatda 39 km-dir. Yaxşı uçmağın digər şərti isə iti görmədir. Əgər mükəmməl görmə sistemi olmasa, uçmaq çox təhlükəlidir. Ona görə, müasir təyyarə və helikopterlərin üstün görmə sistemləri var. İynəcənin də çox üstün görmə sistemi var.
İynəli dəniz ulduzları
İynəli dəniz ulduzları (lat. Spinulosida) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinə aid heyvan dəstəsi.
İynəlilər
İynəlilər və ya sancanlar (lat. Aculeata) saplaqqarıncıqlılar (lat. Apocrita) yarımdəstəsinin infradəstəsi. İnfradəstə eşşəkarılarını, arıları və qarışqaları birləşdirir. Onların demək olar ki, hamısı şəklini dəyişmiş yumurtaqoyan və zəhər vəzilərindən ibarət olan iynə ilə yaraqlanmışdır. Sancan pərdəqanadlıların biologiyası mürəkkəb və rəngarəngdir. İynəlilərin müxtəlif qruplarında nəsil qayğısı ilə bağlı olan ictimai həyat tərzi meydana gəlmişdir.
İynəquyruq
İynəquyruq (lat. Chaetura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
İynəsiz mikrosxem daşıyıcısı
İynəsiz mikrosxem daşıyıcısı (en. leadless chip carrier (LCC)) – mikrosxemlərin lövhələrdə quraşdırılması üsulu. İynəsiz mikrosxem daşıyıcısının lövhə ilə birləşmək üçün kontaktları olur, mikrosxem isə, sadəcə, yuvaya salınır. Kompüter istehsalçıları bu üsuldan istifadə edirlər, çünki bu üsul IBM və Compaq şirkətlərinin istifadə etdiyi millər sırası vasitəsilə bərkitmək üsulundan daha ucuzdur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İynəyarpaq
İynəyarpaq - bir çox iynəyarpaqlı ağacın, yaxud kol bitkisinin yarpağı. İynəşəkilli, 3-4 tilli, pulçuqvarı olub, növbəli, qarşılıqlı və dəstə ilə düzülür. Adətən, bir neçə il budaqlarda qalır. Bəzi növlərdə isə (məsələn, qara şamda) hər il tökülür. Soyuğa, istiyə və güclü küləklərə davamlıdır. Hər iynəyarpaqda, adətən, 1-2 ötürücü lif topası olur. İynəyarpaq havanın mikroflorasına təsir edən fitonsidlər ifraz edir. Bəzi cinslərin iynəyarpağından ağ şam yağı və s. yağlar, vitaminlər, iynəyarpaq unu (şam, küknar) almaq üçün istifadə edilir.
İynəyarpaqlılar
İynəyarpaqlılar (lat. Pinales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki dəstəsi. Pinaceae Spreng. ex F.Rudolphi Araucariaceae Henkel & W.Hochstetter Podocarpaceae Endl. Sciadopityaceae Luerss. Cupressaceae Gray, nom. cons. Cephalotaxaceae Taxaceae Gray, nom. cons.
İynəyarpaqlılar (sinif)
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitkilərin ən geniş yayılmış sinfi. Coniferophyta Coniferae Toxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim qrupudur. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən respublikamızda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir.
İynəyarpaqlılar (yarımsinif)
İynəyarpaqlılar (lat. Pinidae) — i̇ynəyarpaqlılar sinfinə aid bitki yarımsinfi.
İynəçi (Bukan)
İynəçi (fars. اوينه چي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (23 ailə).
İynəşəkilli bataqlıca
Xəzər iynəbalığı
Xəzər iynəbalığı (lat. Syngnathus abaster) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin i̇ynəbalıqları fəsiləsinin adi dəniz iynəbalığı cinsinə aid heyvan növü. Xəzər dənizinin hər yerində yayılmışdır. Cənubi Xəzərdə çayların dənizə qarışan hissəsində yaşayır. İynəbalıq dəniz balığıdır, lakin şirin suda da yaşaya bilir. Uzunluğu 230 mm-dək olur, cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 90 mm-ə çatır. Dənizdə dəniz otu zosteraarasında şaquli vəziyyətdə yaşayır, Bədəninin rəngi yaşadığı mühitin -otların rəngində (yaşılımtıl-qonur) olduğundan çox çətin seçilir. İynə balıqlarının da çoxalması çox maraqlı keçir. May-iyun aylarında çoxalma ərəfəsində erkək balıqların qarın nahiyyəsində uzununa iki dəri qatı əmələ gəlir və açıq kisə (kamera) şəklini alır. Dişi balıqlar kürülərini bu kameraya tökür.

Значение слова в других словарях