kəldanilər
kələ-kötür
OBASTAN VİKİ
Düzənlik kələzi
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik kələzləri
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Dəniz kələmi
Laminariya (lat. Laminaria) — laminariaceae fəsiləsinə aid bitki cinsi. Laminariyanın çoxalması:nəsil növbələşməsi-qeyri cinsi və cinsi nəsilin bir-birini əvələnməsi. == Ümumi məlumat == Dəniz kələminin tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir. Elə həmin keyfiyyətinə görə o ən faydalı bitkilərdən biri hesab edilir. Dəniz kələmi çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyilir. Onu həm də əvəzsiz pəhriz qidası hesab edirlər. Əsasən ateroskleroz, hipertoniya, raxit, qalxanvarı vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir. Bu yosun növü maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin bədəndən xaric edilməsinə müsbət təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir. Həmin xəstəliklərin müalicə və profilaktikası üçün gündə beş xörək qaşığı dəniz kələmi və yaxud gündə bir neçə dəfə olmaqla iki çay qaşığı onun qurudulmuş formasını qəbul etmək məsləhətdir.
Gül kələm
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Haci İbrahim xan Kələntər Şirazi
Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri. == Həyatı == Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət edəndə xan qardaşı Mustafaqulu xanı ora göndərmişdi. Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıoğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin etdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum olmayan bir qəsəbəyə-Tehrana köçürdü və sonra şimali-şərq əyalətlərini tutmaq üçün qoşun göndərdi. Hüseynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kor edilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah onu Hüseynqulu xanın vəzirliyinə təyin etmişdi.
Haşım Kələntərli
Haşım Səmədbəy oğlu Kələntərli (1899, Lənkəran, Lənkəran qəzası – 1987, Bakı) — xanəndə-müğənni, Azərbaycanın əməkdar artisti, məşhur muğam və xalq mahnılarının mahir ifaçısı. == Həyatı == Haşım Səməd oğlu 1899-cu ildə Lənkəran şəhərində dünyaya gəlib. 24 may 1984-cü il 85 yaşında Bakıda vəfat edib. Əksər muğamları və xalq mahnlarını təkrarsız ifası və məlahətli səsi ilə sınaqdan çıxarıb. Lakin oxuduğu muğamlar içində bir muğam da var ki, onu Haşım Kələntərlisiz təsəvvür etmək olduqca çətindir. Bu "Segah" muğamıdır. O "Segahı" sol tonnalığında oxuduğu üçün musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilib.. Orta məktəbi Lənkəranda bitirən H. Kələntərli sonralar bacıları ilə birgə Bakıya köçür. Çox ağrılı-acılı həyat yolları keçib bu qardaş və bacılar çox gənc yaşlarından valideynlərini itirblər. Haşım Kələntərli 1924–1933-cü illərdə Azərbaycan Opera və Balet Teatrının.
Kergelen kələmi
Kergelen kələmi (lat. Pringlea antiscorbutica) — Bioloji növ olaraq kələmkimilər fəsiləsinə daxil olan yumşaq yarpağa malik olan, böyük səbət quruluşu əmələ gətirən bitki. Bu növ Kergelen adasında ən çox yayılan ot bitkilərindəndir. Adınıda müvafiq olaraq ən çox yayılan adanın adından götürmüşdür. Üstəlik Kroze adaları, Prins-Eduard adaları, Herd adası və Makdonald adalarında da yayılmışdır. Bu kələm növü sərt və güçlü küləklərin təsirinə dözümlüdür. Hind okeanının sunantarktik quşağda yerləşməsinə baxmayaraq şaxtalara qarşı dözümlü olur, xüsusi ilə çiçəkləmə dönəmində. Bitki C vitamini ilə zəngindir. Bu səbəbdən əvvəllər ərazidən keçən gəmilər ondan Sinka xəstəliyinə qarşı vasitə kimi istifadə edirdilər. Latın dilində "antiscorbutica" "sinkaya qarşı" mənasını verir.
Kür kələmosu
Kür kələmosu (lat. Acipenser nudiventris derjavini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinin kələmo növünə aid heyvan yarımnövü. Əsasən Orta və Cənubi Xəzərdə, bəzən isə Şimali Xəzərdə rast gəlinir. Keçici balıqdır. Kür, Ural və Səfidrut çayında çoxalır. Qara və Azov dənizlərində yayılmışdır.
Kələbağ
Kələbağ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kələbağ oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Kamalçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsinin ərazisi əvvəllər Rustov kəndinə məxsus meyvə (alma) bağları olmuşdur. Müharibədən sonrakı illərdə Rustovun müxtəlif məhəllələrindən çıxmış ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmiş bağlar bu adı almışdır. Oykonim kələ (tat. "böyük") və bağ sözlərindən düzəlib, "böyük bağ, iri bağ" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 727 nəfər əhali yaşayır.
Kələbədin kəndi
Kələbədin kəndi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun, Kələbədin kənd inzibati ərazi dairəsində kənd, rayon mərkəzindən 31 km şimal-qərbdə, Ağcabədi–Bərdə şose yolu kənarında Qarabağ düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1265 (01.01.2007 cı il üçün) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur. == Toponimikası == Kəndin eyəlilər, kərimlilər, gambaşlılar, şahvazdılar, yuxarıbaşlılar və başqa tayfa -tirələri vardır. Bəzən kəndin adını Gələbədin və ya Kələbəddin formasında da yazırlar. Oykonim qala və bədii/badiyə sözündən əmələ gəlib. Ərəb dilindən Azərbaycan dilinə keçmiş bədii/badiyə sözü "çöl", "düzən" anlamındadır. Bu mənada Kələbədin toponiminin mənası "qala duzu" anlamına uyğun gəlir. Bağqa bir fikrə görə isə, toponim kəl və bədii (badiyə) sözlərinin birləşməsindən yaranıb. Əkindən sonra dincə qoyulmuş sahəyə kəl deyirlər.Toponimin mənasına başqa yozumlarla yanaşanlar da var.
Kələcava
Kələcava (az.-əski. کله‌جاوا، کوله‌جاوا، قالاجیق‎, fars. کلج‌آباد‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 189 nəfər yaşayır (61 ailə).
Kələcoş
Kələkoş və ya Kələcoş (kələdoş) — Azərbaycan və bir neçə digər ölkələrin mətbəxlərində qida növü. Kələkoş Güney Azərbaycanın Zəncan şəhərinin ən məşhur yeməklərindən biridə sayılır.
Kələdəhnə
Kələdəhnə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 fevral 1999-cu il tarixli, 622-IQ saylı Qərarı ilə Astara rayonunun Astara şəhər inzibati-ərazi vahidi tərkibindəki Qaladəhnə kəndi rayonun yaşayış məntəqəsi uçot məlumatından çıxarılmışdır. == Etimologiyası == == Tanınmış şəxslər == Nazənin Salayeva (1964–) — müğənni. === Şəhidləri === Əli Babazadə (1990–2023).
Kələdək
Kələdək - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı. Mənbədə kənddə 2 xristian ailəsinin yaşadığı qeyd olunur.
Kələdəndəvi (Soyuqbulaq)
Kələdəndəvi (fars. كله دنداوي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kələdərə (Meşkinşəhr)
Kələdərə (fars. كله درق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (14 ailə).
Kələk
Kələk — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Kələk kəndi Xınalı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələk kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin əsasını keçmış Tiflis quberniyasının Axalkalaki rayonundan gəlmiş ailələr qoymuş, yeni yaşayış məntəqəsinə də keçmış yurdlarının adını vermişlər. Sonralar toponimin tərkibindəki axal komponenti və kalaki sözündən isə i saiti düşmüşdür. Tədqiqatçılara görə isə, oykonim İran dillərində "qala" mənasında işlənən kalak/kələk sözündəndir, yaxud XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş kələk adlı icmanın adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 802 nəfər əhali yaşayır.
Kələk (nəqliyyat)
Kələk — su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bolgəsi ucun səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ və kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə hər iki su nəqliyyatı vasitəsi oxşarlıq təşkil etsə də, ölçülərinə və yukgöturmə qabiliyytəinə görə pələ kicik, kələk isə nisbətən iri ölçudə hazırlanırdı. Kələk öz həcminə görə pələdən uç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5–6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurdu. Kələyə bağlanmış tuluqların sayı isə 12–16 ədədə çatırdı. Kələk də xüsusi çəp vasitəsilə idarə olunurdu və təxminən 150–170 puda qədər yuk götürə bilirdi. Culfa rayonunun Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üctəpədə digər sahilə çıxa bilirdi.
Kələk (qayıq)
Kələk bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kələkarx
Kələkarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən təxminən 15 km məsafədə, Araz çayından axan arxın yanında yerləşir. == Toponimi == Toponim Azərbaycan dilinin cənub dialektində "yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salınan yer" mənasında işlənən kələk sözü ilə arx sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin I. IV. 1946-cı il fərmanı ilə dəyişdirilib Şenevan (Şenli qəsəbə) qoyulmuşdur. Əsli Kulak-Arx. Türk dillərində kulak "dərə", "çökəklik yer", "çuxur" sözündəndir. Kəndin adı "Kulakdan çəkilmiş arx" mə’nasındadır. XIX əsrdə Azərbaycanda Yelizavetpol qəzasında Kələk (digər adı Şıxlar) kəndinin adı ilə mə’naca eynidir.
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. == Tarixi == Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır..
Kələki körpüsü
Kələki körpüsü — Ordubad rayonunun Kələki kəndi ərazisində, Vənəndçayın üzərində Dəstə-Dırnıs-Rumus avtomobil yolunun 21 kilometrliyində yerləşən körpü.
Kələkin (Piranşəhr)
Kələkin (fars. كله كين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (140 ailə).
Kələkoş
Kələkoş və ya Kələcoş (kələdoş) — Azərbaycan və bir neçə digər ölkələrin mətbəxlərində qida növü. Kələkoş Güney Azərbaycanın Zəncan şəhərinin ən məşhur yeməklərindən biridə sayılır.

Digər lüğətlərdə