Kompresor yağı

neftdən alınan sürtkü yağı; kompersor və hava vuran aparatları yağlamaq üçün işlədilir. Sənaye yağları qrupuna mənsubdur. Kompresor üsulu ilə neftçıxarma- kompresordan quyuya verilən sıxılmış təbi qaz (və ya hava) enerjisi hesabına neftin quyudan yer səthinə qaldırılması üsulu. Təbi lay enerjisi mayeni yer səthinə qaldıra bilmədikdə tətbiq olunur. Bu üsul qazliftlə (erliftlə) həyata keçirilir. K.ü.i.n-nin digər mexanikləşdirilmiş neftçıxarma üsularından əsas üsuların üstünlükləri aşağıdakılardır: quyu avadanlığında hərəkət edən hisələrin olmaması; qaz amili çox olduqda prosesin idarə olunması və avtomatlaşdırılmasının sadəliyi. Böyük kompresor stansiyaları tikintisinin vacibliyi, quyularda (xüsusən qum tıxacı yaranan quyularda) boruların çox işlənməsi K.ü.i.n-nın əsas nöqsan cəhətləridir.
Kompresor quyusu
Kondensator