KORNER
KORO ŞEFİ
OBASTAN VİKİ
Koro dənizi
Koro dənizi (ing. Koro Sea) — Sakit okeanın cənub-qərbində Fici arxipelaqına daxil olan Viti-Levu, Vanua-Levu, Taveuni və Lau adaları arasında yerləşir. Dəniz adı Fici arxipelaqına daxil olan yarımadanın adından götürülmüşdür. Koro dənizinin ən dərin yeri 2900 metr təşkil edir.
Koro Kurihara
Hirotake Yano (矢野 博丈, Yano Hirotake, 19 aprel 1943, Pekin – 12 fevral 2024, Hiqaşihiroşima[d], Hiroşima prefekturası) – Yaponiya biznesmeni. "Daiso" diskaunter mağazalar şəbəkəsinin qurmuşdur. O, Yaponiyada dollar mağazası biznes modelinin qabaqcılı hesab olunur. 1943-cü ildə Çində Koro Kurihara adı ilə doğulmuşdur. Beş qardaş və üç bacıdan ibarət ailədəndir. Katsuyo Yano ilə evləndikdən sonra soyadını dəyişdirmiş, bu qərarını "Kurihara soyadının biznes dünyası üçün yaxşı səslənməməsi" ilə izah etmişdir. 1967-ci ildə Çuo Universitetindən məzun olmuşdur. Məzun olduqdan sonra qayınatasının balıqçılıq şirkətində işləməyə başlasa da, bankrot olmuşdur. 1972-ci ildə Hiroşimadan Tokioya köçmüş və zibil emalı ilə məşğul olan şirkətdə işləyərək bəzi borclarını ödəmişdir. Atasının istəyi ilə Hiroşimaya qayıtmış və bir neçə işdə işləmişdir.
Azərbaycanda koronavirus pandemiyası
Azərbaycanda koronavirus pandemiyası — 2020-ci ilin fevralında qeydə alınan ilk hal ilə COVID-19 koronavirus pandemiyasının Azərbaycana yayıldığı təsdiqləndi. Fevralın 27-də koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı. Bu qərargahın tərkibinə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumlarının rəhbərləri daxil idi. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halını təsdiqlədi. Rusiya vətəndaşı olan xəstə İrandan gələrkən müəyyən edildi. Daha sonra ölkədə iki hadisə təsdiqləndi və hamısı təcrid edildi. Onlar İrandan qayıdan Azərbaycan vətəndaşları idilər. Həmin gün Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı. Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxalların ölkəyə daxil olmasına qadağa qoydu. 2 mart tarixində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədilə 3–9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı.
Azərbaycanda koronavirus pandemiyası 2020
Azərbaycanda koronavirus pandemiyası — 2020-ci ilin fevralında qeydə alınan ilk hal ilə COVID-19 koronavirus pandemiyasının Azərbaycana yayıldığı təsdiqləndi. Fevralın 27-də koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı. Bu qərargahın tərkibinə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumlarının rəhbərləri daxil idi. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halını təsdiqlədi. Rusiya vətəndaşı olan xəstə İrandan gələrkən müəyyən edildi. Daha sonra ölkədə iki hadisə təsdiqləndi və hamısı təcrid edildi. Onlar İrandan qayıdan Azərbaycan vətəndaşları idilər. Həmin gün Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı. Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxalların ölkəyə daxil olmasına qadağa qoydu. 2 mart tarixində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədilə 3–9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı.
Belçikada koronavirus pandemiyası 2020
Burundidə koronavirus pandemiyası 2020
Burundidə ilk koronavirus xəstəsi 1 aprel 2020-ci ildə aşkarlanıb. Burundinin Səhiyyə naziri Thadée Ndikumana 2020-ci il aprelin 1-də Ruanda və Dubaydan geri qayıdan iki Burundi vətəndaşının infeksiyaya yoluxduğunu elan etdi. Beləliklə, COVID-19 infeksiyası Burundiyə də keçmiş oldu. Aprelin 2-si aparılan testlərdə isə 26 yaşlı bir qadında da virus aşkarlandı. Həmin gün aparılmış daha 22 testin nəticəsi isə neqativ çıxdı. Martın 12-də Burundi hökuməti virus infeksiyası olan ölkələrdən gələnlərə 14 günlük karantin tətbiq etməyə başlamışdı.
COVID-19 koronavirus pandemiyası
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi.
Crataegus korolkowii
Korolkov yemişanı (lat. Crataegus korolkowii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Echinops korobori
Ermənistanda koronavirus pandemiyası 2020
Ermənistanda COVID-19 pandemiyası — 1 mart 2020-ci il tarixdə Ermənistanda ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu. 1 mart 2020-ci ildə, 2019–20-ci il koronavirus pandemiyasının ilk hadisəsi Ermənistanda öz təsdiqini tapdı. Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində xəbəri təsdiqlədi. Martın 16-da hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 14-dək davam edən fövqəladə vəziyyət elan etdi. Fövqəladə tədbirlərə bütün təhsil müəssisələrinin, eləcə də, Gürcüstan və İranla sərhədlərin bağlanması, 20-dən çox insanın toplaşmasına qadağa qoyulması və 2020-ci il Ermənistanın Konstitusiya referendumunun təxirə salınması daxildir. 18 mart tarixinə qədər, özünütəcrid vəziyyətində olan 799 nəfərdən əlavə, Zaxqadzorun Qızıl Saray Otelində və Dilican şəhərinin Monte Melkonyan Hərbi Kollecində karantində qalan 444 nəfər vardı. Martın 20-də Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq və aradan qaldırmaq üçün fiziki şəxslər və təşkilatlardan dövlətə maliyyə yardımı fonduna 398 milyon 401 min 619.8 Dram pul köçürülüb. Pul köçürmələrinin ümumi sayı 2210 olub. Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycandan olan hakerlərin internetdə erməni istifadəçilərin səhifələrini qırması və onların adından pandemiya haqqında yalan məlumatlar yaymasının qarşısını aldığını bəyan edib. Martın 21-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanın müxtəlif bölgələrində 600-dən çox şəxsin karantində olduğunu söylədi.
Esvatinidə koronavirus pandemiyası 2020
Esvatinidə ilk koronavirus xəstəsi 14 mart 2020-ci ildə təsdiqlənmişdir. Bu insan 33 yaşlı qadın idi və ABŞ-də yaşayan Esvatinili idi. O, ABŞ-dən Lesotoya gedəndə özünü pis hiss edən qadın Esvatinidə xəstə olduğunu bildi. Daha sonra Almaniya turistlərində də eyni virus aşkarlandı. 24 martda 300-ə yaxın insan test edildi. Onların arasından yaxın aylarda ABŞ-yə səyahət etmiş 52 yaşlı qadının testi pozitiv çıxdı. 3 apreldə doqquzuncu xəstə karantinə alındı.
Fransada koronavirus pandemiyası 2020
Dünyaya yayılan COVID-19 koronavirus pandemiyasının ilk yoluxma faktı Fransa Səhiyyə Nazirliyi tərəfindən 24 yanvar 2020-ci ildə Bordo şəhərində qeydə alındığı təsdiqləndi. 14 fevral 2020-ci ildə Parisdə ölkədə və Avropada Covid-19 infeksiyasından ilk ölüm hadisəsi baş verdi. 13 apreldə xalqa səslənən Fransa prezidenti Makron qismi komendant saatının mayın 11-dək uzadıldığını açıqladı. 2 ay davam edən qismi komendant saatı 11 may 2020-ci ildə bitdi və 1-ci normallaşma prosesi başladı. Küçəyə çıxmaq üçün icazə tələbi ortadan qalxdı. 28 May tarixində 2-ci normallaşma prosesi ilə bağlı edilən açıqlamada 2 iyun 2020-ci il tarixində bir çox xidmət müəssisəsinin ölkə daxilində fəaliyyətini bərpa edəcəyi açıqlandı. 15 noyabr 2021 tarixi etibarilə Fransada 5.187.879 təsdiqlənmiş sağalma faktı qeydə alınsa da virus səbəbiylə həyatını itirən sayı 100.073 nəfərə çatdı. Pandemiyanın Fransa və Fransa dəniz ərazilərinə yayılmasında əsas faktorlardan biri 17–24 Fevral tarixləri arasında Qrand Est ərazisinin Müluz şəhərində müntəzəm təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Evangelizm kilsəsinin illik yığıncağı idi. Qatılanların ən azından yarısının virusla təmas etdiyi düşünülür. 17 – 24 fevral tarixləri arasında Müluzda təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Xristian Açıq Qapı Kilsəsi deyə adlandırılan kilsədə Evangelizmlərin illik yığıncağı, Fransada koronavirusun yayılmasında önəmli bir səbəb oldu.
Herbert Estuardo Meneses Koronado
Herbert Estuardo Meneses Koronado — Qvatemalanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Jurinea korotkovae
Jurinea korotkovae (lat. Jurinea korotkovae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Karib Niderlandında koronavirus pandemiyası 2020
Karib Niderlandında və ilk koronavirus xəstəsi 13 mart 2020-ci ildə təsdiqlənmişdir. Koronavirusun çatdığı ilk bölgə Aruba oldu. Orada koronavirus 13 martda yayıldı.17 mart 2020 ikinci, üçüncü və dördüncü koronavirus hadisəsi elan edildi. Arubanın baş naziri Evelyn Wever-Croes, Arubada COVID-19 koronavirusunun dördüncü hadisəsini elan etdi. Koronavirus üçün müsbət test edən şəxs turistdir. 20 mart 2020 — Koronavirusun beşinci hadisəsi elan edildi. Xəstə tətildə olduğu New Yorkdan geri qayıdan hava limanının işçisidir. Bu, hava limanında işçiləri yoluxmadan qorumaq üçün tədbir görülməməsinə etiraz olaraq bir gün sonra ortaya çıxdı. 21 mart 2020 — Daha səkkizi gətirən daha üç iş elan edildi. Bu, Arubadan kənarda olan iki nəfərə (biri Nyu Yorkdan , biri Mayamidən) aiddir .
Konstantin Korovin
Konstantin Korovin (rus. Константи́н Алексе́евич Коро́вин) (5 dekabr 1861, Moskva – 11 sentyabr 1939[…], Paris) — rus əsilli rəssam. Konstantin Korovin tacir ailəsində 1861-ci ildə Moskva şəhərində anadan olmuşdur. Atası Aleksey Mixayloviç Korovin universitet təhsili almış, anası isə soylu bir ailədən gəlirdi. Konstantin babası tərəfindən yaradılan ailə biznesindən daha çox incəsənət və musiqi ilə maraqlanırdı. Konstantinin böyük qardaşı Sergey Korovin görkəmli realist rəssam idi. Konstantinin qohumu İllarion Pryanişnikov da vaxtı ilə görkəmli rəssam və Moskva Rəssamlıq məktəbində müəllim idi. 1875-ci ildə Konstantin , Vasili Perov və Aleksey Savrasov ilə Moskva Rəssamlıq məktəbinə daxil olmuşdur. Onun qardaşı Sergey artıq məktəbdə tələbə idi. Tələbəlik illərində Konstantin Valentin Serov və Isaac Levitan ilə dost oldu, həyatı boyunca bu dostluğu davam etdirdi.
Korokke
Korokke (yap. コロッケ) — yapon mətbəxinə aid yemək. Bu yemək növü ət, dəniz məhsulları və ya tərəvəz, un, yumurta, çörək parçaları və yağda qızardılmış əlavə edilən xırçıltılı və kartoflu kroket kimidir. Müstəqil yemək və ya digər yeməklərə əlavə olaraq istifadə olunur, məsələn yapon karrisi, tonkatsu. Çox vaxt bento ilə qoyulur. 1887-ci ildə fransızlar Yaponiyada ilk kroket istehsal etdilər. Bu dövrdə süd emalı texnologiyası Yaponiyada populyar olmadığı üçün kartof püresi ilə korokke istehsal edilməsi düşünülmüşdür. Beləliklə, korokke tezliklə Yaponiya mətbəxinin ayrılmaz tərkib hissəsinə çevrilir. Korokkenin müxtəlif növləri vardır. Məsələn: kartof korokkesi, ət korokkesi, tuna korokkesi, tərəvəz korokkesi, karri korokkesi, boranı korokkesi, kremli korokke və s.
Korolkov doqquzdonu
Korolkov doqquzdonu (lat. Lonicera korolkowii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Orta Asiyada yayılmışdır. Hündürlüyü 3 m olan, yumşaq tüklü, budaqlı, dekorativ, yarpağıtökülən koldur. Yarpaqların diametri 3 sm-ə çatır, enli qaidəli, yumurtaşəkilli və ya ellipsvarı, ucu biz, mavi-yaşıl rənglidir, çox vaxt göyümtül olur. Aprel-may aylarında 15-20 gün ərzində bol çiçəkləyir, çiçəkləri çəhrayı rəngdə olur və yaşıl fonda çox gözəl görünür. Şarşəkilli, narıncı və ya al-qırmızı, meyvələri budaqların üzərində payıza qədər qalır. Zərərverici və xəstəliklərdən az zərər çəkir. Abşeronda vegetasiyası aprelin ortalarından başlayaraq oktyabrın axırlarına qədər davam edir. Hər il meyvə verir, meyvələri avqustun axırı sentyabrın birinci yarısında yetişir.
Korolkov yemişanı
Korolkov yemişanı (lat. Crataegus korolkowii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Korolyov (Askın)
Karalyov (başq. Королёв, rus. Королёво) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Yaubulək kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 13 km, kənd sovetliyindən (Yaubulək): 1 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 122 km.
Koromandel yarımadası
Koromandel yarımadası (ing. Coromandel Peninsula) - Yeni Zelandiyanın Şimal adasında yerləşən yarımada. Okean daxilinə 85 km məsafəsə uzanır, Hauraki və Fert-of-Tems körfəzləri arasında yerləşir. Yarımadanın eni 40 km keçmir. Ölkənin ən böyük şəhəri olan Oklənd 42 km qərbdə yerləşir. Relyefi təpəlidir. Rütubətli tropik meşələrlə örtülüdür. Sahilləri sıldırımlıdır. Mərkəzindən Koromandel silsiləsi keçir. Malsimal hündürlük 900 metrdir.
Koron adası
Koron adası (ing. Coron Island) — Sulu dənizində yerləşən ada. Eyni adlı inzibati vahidliyə daxildir. Koron adssı üçbucq formaya malikdir. Onun uzunluğu 20 km, eni 9 km, sahəsi isə 71 km²-dir. Ən hündür nöqtəsi 600 metrdir. 2010-cu il siyahıya alınmasına görə Koron adasında 2649 nəfər yaşayır. Onlar əsasən iki qəsəbədə cəmləşmişlər Banuanq-Daan və Kabuqao. yerli əhali adanı Kalis adlandırır. Ada ərazisinin 70 % sərt uclu təpələrlə örtülüdür.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Koronar stent
Koronar stent — ürəyin işemik xəstəliyinin müalicəsində damarları açıq saxlamaq üçün ürəyi qanla təmin edən koronar arteriyalara yerləşdirilən boru formasında olan cihaz. Perkutan koronar müdaxilə (PKM) adlanan prosedurda istifadə olunur. Hazırda, koronar stentlər PKM prosedurlarının 90% -dan çoxunda istifadə olunur. Stentlər stenokardiyanı (sinə ağrısını) azaldır və kəskin miokard infarktı zamanı sağ qalmaq ehtimalıni çoxaldır və yan təsirləri azaldır. Oxşar stentlər və prosedurlar koronar olmayan damarlarda (məsələn, periferik arteriya xəstəliyi üçün ayaqlarda) istifadə olunur. Stentli arteriya digər angioplastika prosedurları ilə eyni mərhələlərdən keçir, lakin bir neçə mühüm fərqi də var. Müdaxilə edən kardioloq, bələdçi kateter vasitəsilə kontrast maddə yeritməklə və əsas koronar arteriyalardan qan axını müşahidə etməklə tıxanmanın yerini müəyyən etmək və ölçüsünü qiymətləndirmək üçün angioqrafiyadan istifadə edir. Kardioloq bu məlumatdan istifadə edərək tıxanmanın stentlə müalicə edilməli olub-olmadığını, əgər varsa, hansı növ və ölçüdə olduğuna qərar verir. Ən çox satılan dərman tərkibli stentlərdir, stent yuvarlanmış formada balon kateterinin kənarına yapışdırılır. Qan laxtalanması kimi fəsadları minimuma endirmək üçün stent çərçivəsinin damar divarları ilə birbaşa təmasda olması vacibdir.
Koronar şuntlama
Aorta koronar şuntlama, koronar şuntlama (ing. Coronary-Artery-Bypass) cərrahi müdaxilə, ürəyin tac damarlarında qanın axınını və ürək əzələsinin qan təchizatını adekvat təmin etmək məqsədilə daralmış hissədən yan keçməklə körpü şuntunun qoyulması əməliyyatının adı. Ürəyin işemik xəstəliyundə tac damarların mənfəzinin daralması, ürək əzələsinin qan eləcə də oksigen təchizatının pozulmasına gətirib çıxardır. Bu zaman xəstələr döş qəfəsinin sol nahiyəsində olan ağrəlardan – döş inağından ağrıların sol kürək və qol, boyun nahiyələrinə irradiasiyasından şikayət edirlər. Bu zaman xəstədə diaqnozu dəqiqləşdirmək üçün EKQ, qanda ürək enzimlərinin təyin edilməsindən başqa koronaroqrafiya müayinəsi aparılmalıdır. Koronaroqrafiya zamanı tac damarlarda mövcud daralmalar aşkar edilərək ballon angioplastik əməliyyatı icra eilməklə genişləndirilir. Bəzən bu mümkün olmadıqda xəstədə aorta koronar şuntlama əməliyyatı icra edilməlidir. Müasir koronar cərrahiyyəsi nəinki miokardda baş verə biləcək geridönməz orqanik dəyişikliklərin qarşısını almaq, hətta onun yığılma qabiliyyətini artırmaq və xəstənin həyat tərzi keyfiyyətini qaldırmaqla ömrünün uzadılmasına imkan verir. İlk dəfə olaraq aorta koronar şuntlama əməliyyatı 2 may 1960 ildə ABŞda, Albert Enşteyn Tibb kolleci-Bronks şəhər bələdiyyə mərkəzi xəstəxanasında doktor Robert Götz və döş qəfəsi cərrahı doktor Maykl Romanşn başçılığı altında doktorlar Yordan Haller və Ronald Dinin köməkliyi ilə icra edilmişdir. Sovetlər İttifaqında indiki Rusiyada ürək cərrahı Vasili Kolesov 1964 ildə lat.
Koronas-Foton
Koronas-Foton (rus. Коронас-Фотон), CORONAS-Photon (Complex Orbital Observations Near-Earth of Activity of the Sun) —Rusiyanın süni peyki. Rusiyanın "Koronas-Foton" peyki Günəşin şəklini çəkib. Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika institutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında bildirilib. Şəkillər 2009-cu il fevralın 20-də peykdəki cihazların sınaq yoxlanışı zamanı alınıb. TESİS teleskopları Günəşin aşağı tacını, keçid təbəqəsini və yuxarı tacını çəkiblər. Bütün şəkillər rentgen diapazonunda alınıb. Belə şəkillər Yerdən çəkmək mümkün deyil. Çünki rentgen şüaları atmosfer tərəfindən udulur. Mütəxəssislər bildirirlər ki, Günəşin şəkli bu planetdə hərarətin necə dəyişdiyini öyrənmək üçün lazımdır.