kürd

is. 1) Kourde m, -f Kurde m, -f ; 2) sif. kourde, kurde ; ~ dili kourde m, kurde m ; məc. ignorant, -e grossi//er, -ère ; brutal, -e

Kür çayı
kürdcə
OBASTAN VİKİ
Kürd
Kürdlər (kürd. کورد — "Kurd") — Yaxın Şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq. Əsasən kürd, türk, ərəb və fars dillərində danışırlar. Kürd tayfaları qədimdən cənub-qərbi İranda yaşamışlar. "Kürd" sözü qədim dillərdə "pəhləvan", "mərd" deməkdir. == Dil və mənşə == Kürdlük anlayışının milliyyət anlamında kimlərə məxsus olduğu elmi mühitdə günümüzdə mübahisəli mövzular sırasında dayanmaqdadır. Beləki kürd milliyyətçiləri tərəfindən kürd hesab edilən xalqlar elmi araştırmalara əsaslanan dilçilər və əksər etnoqraflar tərəfindən ayrı-fərqli xalq olaraq qəbul edilirlər. Əsas mübahisəyə səbəb olan lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir. Dil və mənşə araştırmaları əsas alınaraq demək mümkündür ki kürdlər iki əsas — ana etnoqrafik qrupa ayrılırlar: Soran və Kurmanc . Soran dili : Kurmanc dili : == Məskunlaşma == Kürdlərin sayına dair müxtəlif təxminlər mövcuddur.
Abdulla Kürd
Doqer Sevdet (rahimahuLlah) və ya daha çox tanınan adı ilə Abdulla Kürd (20 aprel 1977, Solxan, Bingöl ili – 2 may 2011 və ya 3 may 2011, Vedeno rayonu, Çeçenistan) — Çeçenistanda döyüşən Kürd İslamçı militan. Kürd, Çeçenistandakı Ərəb Mücahidlərinin dördüncü əmiri, Səudiyyə Ərəbistanında doğulan sahə komandiri Muhannadın birinci müavini idi. 21 dekabr 2011-ci ildə Muhannadın Serzhen-Yurt kəndi yaxınlığında tutulması və sui-qəsdinin ardından, Kürd Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinə görə yeni vəzifəyə keçdi. 2011-ci il mayın 2-də Çeçenistanın Çeberloevski bölgəsində Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.
Kürd-Dam
Kürd-Dam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Kürd-Ovşarı
Kürd-Ovşarı — şur dəstgahı kökündə zərbli muğam. Fikrət Əmirovun bəstələdiyi eyni adlı məşhur simfonik muğamda ovşarı zərbli muğamı ilə yanaşı Maani (osmanlı) zərbli muğamından da geniş istifadə edilmiş və əsər "Şur" simfonik muğamının ibtida melodiyaları ilə tamamlanır ki, bu da hər iki əsər arasında gözəl tematik vəhdət yaratmış olur.
Kürd (Göyçay)
Kürd — Azərbaycan Respublikasının Göyçay rayonunun Potu kənd inzibati ərazi dairəsində kənd. Göyçay şəhərindən cənub–qərbdə, Ağdaş–Göyçay avtomobil yolu üzərində, Arvan çayı sahilində, düzənlik ərazidə yerləşən kənd. == Tarixi == == Toponimikası == Kürd oyk., sadə. Kəndi vaxtilə kürd ailələri saldığına görə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 542 nəfər əhali yaşayır. == Məşğuliyyəti == Əhalisi əsasən taxılçılıq, pambıqçılıq, heyvandarlıq, meyvəçiliklə məşğul olur.
Kürd (Qəbələ)
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir. == Toponimikası == Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir.
Kürd (dəqiqləşdirmə)
Kürd (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Kürd (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd.
Kürd Eldarbəyli
Kürd Eldarbəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 500 nəfərdir. Onun da 240 nəfəri kişi, 260 nəfəri isə qadındır.
Kürd Mahruzlu
Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur. == Tarixi == Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Coğrafiyası və iqlimi == Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı. == Qalereya == == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Kürd Mahrızlı
Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur. == Tarixi == Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Coğrafiyası və iqlimi == Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı. == Qalereya == == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Kürd Pəmbi
Kürd Pəmbi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Abaran rayonunda kənd. Kəndin adı dəyiçdirilərək Sipan qoyulmuşdur.
Kürd bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürd canavargiləsi
Kürd canavargiləsi (lat. Daphne kurdica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Qısa, çoxbudaqlı, alçaq koldur. Qabığı bozvə ya qonur rənglidir. Yarpaqlar ellipsivari və ya uzunsov–lansetvari, 1-3 sm uzunluğunda, 4–8 mm enindədir. Çiçəkləri 3-6, ağ və ya çəhrayı, budaqların üst tərəfindədir. Çiəkyanlığı bardaqvari, sıx, qısa boz tükcüklüdür. Boru 8–10 mm uzuluğundadır.
Kürd dili
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Kürd sarıcası
Kürd Sarıcası (lat. Colias chlorocoma) — Pulcuqqanadlılar dəstəsinə, Ağ kəpənəklər fəsiləsinə aid növ. Cənubi Qafqazın subendemikidir. == Təsviri == Ön qanadın uzunluğu 27–28 mm, bəzən 33 mm olur. Qanadlar üzərindəki naxış Qafqaz sarıcasında olduğu kimidir. Arxa qanadın kənarındakı haşiyə enlidir. Hər iki qanadın fonu yaşılımtıl – sarıdır. Arxa qanadın ortasında açıq yaşılımtıl – sarı rəngli ləkə vardır. Dişi fərddə qanadların kənarındakı haşiyə enli olub, içəri kənarı açıq rəngli ləkələrlədir. == Yayılması == Şimal – Şərqi Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan (Naxçıvan MR dağları, dəniz səv.
Kürd yerköpüyü
Kürd yerköpüyü (lat. Paronychia kurdica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin yerköpüyü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir -NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Bozqır yaylasında, Kür düzənliyində, Kiçik Qafqazın şimal və mərkəzi hissəsində, Naxçıvanın dağlıq və düzənlik hissəsində yayılmışdır. == Botaniki təsviri == Çoxillik bitkidir. Gövdəsi kökdən başlayaraq çoxsaylı, 2-10 sm uzunluğunda, yayılan və ya qalxan, qısa, sıx tükcüklü, çox vaxt kiçik yastıqcıqlar əmələ gətirir. Yarpaqlar uzunsov-xətvari, bəzən daha enli-ellipsivari, itiuclu, köt və ya kütvari, 9 mm uzunluğunda, qısa tükcüklüdür. Yarpaqaltlıqları iri, zarşəkilli, gümüşü ağ rəngli, uzunsov-neştərşəkilli, itiləşmişdir. Çiçəklər qısa saplaqlı, başcıqlı dəstələrdə toplanmışdır. Çiçəkaltlıqları çox iri, enli yumurtaşəkilli, iti uclu, gümüşü ağ rənglidir.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Kürd ədəbiyyatı
Kürd ədəbiyyatı (kürd. وێژەی کوردی, Veceya kurdi) — kürd xalqının ədəbiyyatı. Kürd ədəbi əsərləri dörd əsas dilin hər birində yazılmışdır: Zaza, gorani, kurmanci və sorani. == Tarixi == Kürd ədəbiyyatının qədim yazılı abidələri b.e. VII əsrində naməlum müəllif tərəfindən dəri üzərində yazılmış dastanlardır. Onun hissələri 1920-ci ildə İraqın Süleymaniyyə ərazisində tapılmışdır. XI–XVII əsrlərdə poeziyanın mühüm nümayəndələri: Əli Həriri (XI əsr), Molla Ciziri (XII əsr), Molla Hüseyn Bateyi (XV əsr) və Əhməd Xani (XVII əsr). XIX–XX əsrlərdə Səlim, Hacı Qadir Köyi, Nali, Kürdi, Şeyx Rza Taləbani kimi şairlər məşhur idi. XX əsrin əvvəllərində ən yeni kürd ədəbiyyatı formalaşmışdır. Müasir kürd poeziyasının banilərindən olan Həmdinin, Liriy Merdanın və XX əsrin birinci yarısında yazıb-yaradan F. Bekasanın, eləcə də XX əsrin ikinci yarısında fəaliyyət göstərmiş şairlər Xocar (İran), Ciyərxun, Qədrican (Suriya), Varimon, Goran, yazıçılar Fəttah, Əhməd, Bərzinci (İraq), Bədirxan (Türkiyə) və başqaları öz əsərlərində kürd xalqının həyatını, milli istiqlal və azadlıq mübarizəsini, yaşadıqları ölkədə hökumətlərin siyasətinə etiraz əhval-ruhiyyəsini təsvir etmişdilər.
Kürd əmirlikləri
Kürd əmirlikləri — XVI–XIX əsrlərdə, Osmanlı və İran imperiyaları arasında davamlı müharibələr dövründə mövcud olmuş bir neçə yarımmüstəqil dövlətlər. Kürd əmirlikləri demək olar ki, həmişə parçalanmış və bir-biri ilə rəqabət içində olmuşdur. Kürdüstan əyaləti, Diyarbəkir əyaləti böyük və kiçik kürd əmirliklərinin mərkəzi idi, lakin Diyarbəkirdən kənarda başqa kürd əmirlikləri də mövcud idi. == Tarixi == Erkən müasir dövrdə güclü Osmanlı və İran imperiyalarının arasında qalmış, 1639-cu ildə Səfəvi şahı Şeyx Səfi ilə Osmanlı sultanı IV Murad arasında sərhədlərin demarkasiya edilməsi faktiki olaraq Kürdüstanı iki imperiya arasında bölmüşdür. Osmanlı və İran hökmdarlarının mərkəzləşdirilmiş siyasətlərinə baxmayaraq, Türkiyədə Botan, Hakkari, Bəhdinən, Soran, Baban, İranda isə Ərdəlan kimi müstəqil və yarımmüstəqil kürd əmirlikləri, knyazlıqlar mövcud olmuşdur. Bu əmirliklərin bəziləri hətta öz pullarını belə buraxırdılar. Kürd əmirlikləri Türkiyədə 1837–1852-ci illərdə, İranda isə 1860-cı ildə ləğv olunmuşdur.
Kürd dilləri
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Kürd orfoqrafiyası
Kürd orfoqrafiyası — kürd dilini yazmaq üçün istifadə olunan 3 əlifbadan ibarət yazı sistemi. Bu gün kürdcənin yazılmasında Cəladət Əli Bədirxan tərəfindən 1932-ci ildə təqdim olunmuş Bədirxan əlifbası (yaxud Havar jurnalının adından Havar əlifbası) adlanan bir latın əlifbası və sorani əlifbası (yaxud orta kürd dili əlifbası) adlanan bir fars-ərəb əlifbasından istifadə olunur. İraq Kürdüstanı ərəb əlifbasını orta kürd dili üçün Unicodeda hesabat məqsədilə tətbiq olunan bir standart qəbul etmişdir. Havar əlifbası Suriya, Türkiyə və Ermənistanda, orta kürd əlifbası isə İraq və İranda istifadə olunur. SSRİ-dəki kürdlər isə keçmişdə, əsasən, Ermənistan SSR və Kürdüstan qəzasında erməni əlifbası və kiril əlifbası əsasında tərtib edilmiş iki əlifbadan daha istifadə etmişlər.
Kürd yazısı
Kürd orfoqrafiyası — kürd dilini yazmaq üçün istifadə olunan 3 əlifbadan ibarət yazı sistemi. Bu gün kürdcənin yazılmasında Cəladət Əli Bədirxan tərəfindən 1932-ci ildə təqdim olunmuş Bədirxan əlifbası (yaxud Havar jurnalının adından Havar əlifbası) adlanan bir latın əlifbası və sorani əlifbası (yaxud orta kürd dili əlifbası) adlanan bir fars-ərəb əlifbasından istifadə olunur. İraq Kürdüstanı ərəb əlifbasını orta kürd dili üçün Unicodeda hesabat məqsədilə tətbiq olunan bir standart qəbul etmişdir. Havar əlifbası Suriya, Türkiyə və Ermənistanda, orta kürd əlifbası isə İraq və İranda istifadə olunur. SSRİ-dəki kürdlər isə keçmişdə, əsasən, Ermənistan SSR və Kürdüstan qəzasında erməni əlifbası və kiril əlifbası əsasında tərtib edilmiş iki əlifbadan daha istifadə etmişlər.
Kürd Hizbullahı
"Kürd Hizbullahı" (kürd. Hizbullahî Kurdî), həmçinin "Türkiyə Hizbullahı" və ya sadəcə "Hizbullah" (ərəb. حزب الله‎, Allahın partiyası) — Türkiyənin cənub-şərqində fəaliyyət göstərən yarımhərbi kürd qruplaşması. . Qruplaşmanın ideologiyası kürdçü sünni islamdır. Adı Livanda eyniadlı şiə təşkilatından fərqləndirmək üçün başqa formada qeyd edilir. Qrupun əvvəlcə Türkiyə kəşfiyyatı tərəfindən solçu və dünyəvi PKK-ya qarşı mübarizə aparmaq üçün yaradıldığı, lakin sonradan nəzarətdən çıxdığı güman edilir. Qrupun fəaliyyəti Türkiyə hakimiyyətini təhdid etməyə başlayanda darmadağın edilmiş və 2000-ci illərin əvvəllərindən praktiki olaraq terror fəaliyyətini dayandırmışdı, lakin onun əvəzində yeni qruplar yaranmışdır.
Kürd qaçqınlar
Kürd qaçqınlar — XX əsrdə Yaxın Şərqdə yaranmış və davam edən problem. Kürdlər Qərbi Asiyada, əsasən İran, İraq, Suriya və Türkiyənin bitişik hissələrini əhatə edən Kürdüstan kimi tanınan regionda yaşayan etnik qrupdur. Şimali bərəkətli hilal, Zaqros və Toros dağlarının ona bitişik ərazilərində hökmranlıq etdiyi dövrdə kürd üsyanlarını yatırmaq səbəbilə artıq Osmanlı imperiyası daxilində kürdlərin köçürülməsi baş verirdi. XX əsrin əvvəllərində Osmanlı imperiyasının xristian azlıqları soyqırıma məruz qalmışdır və tayfaları türklərə qarşı çıxan bir çox kürd eyni vaxtda didərgin düşmüşdür. İraqda kürdlərin muxtariyyət və müstəqillik arzularının boğulması 1919-cu ildə Mahmud Bərzəncinin üsyanından sonra silahlı qarşıdurmaya çevrilmişdir. Kürdlərin yerdəyişməsi İraq–kürd münaqişəsi və İraq Kürdüstanını kürd əksəriyyətindən təmizləməyə çalışan BƏƏS rejiminin paralel ərəbləşdirmə proqramları zamanı ən şiddətli hal almışdır. 1960 və 1970-ci illərdə Birinci və İkinci İraq–kürd müharibələrindən sonra on minlərlə kürd didərgin düşərək döyüş regionlarını tərk etmişdir. 1980-ci illərin İran–İraq müharibəsi, 1990-cı illərin əvvəllərindəki ilk Körfəz müharibəsi və sonrakı üsyanlar səbəbilə ümumilikdə bir neçə milyon kürd qaçqın olmuşdur. Onlar əsasən İrana sığınmış, digərləri isə Avropa və Amerikadakı kürd diasporuna dağılmışdır. İranda əksəriyyəti kürd olan 1,400,000 iraqlı qaçqına sığınacaq verilmişdir.
Kürd Cəbhəsi
Kürd Cəbhəsi (ərəb. جبهة الأكراد‎, Cəbhətül-Əkrad; kürd. Eniya Kurdan, keçmiş tam adı: لواء جبهة الأكراد لنصرة شعبنا السوري, hərf. "Suriya Xalqımıza Dəstək üçün Kürd Cəbhəsi Briqadası") — Suriyada vətəndaş müharibəsində iştirak edən və əsasən kürdlərdən ibarət üsyançı qrup. Kürd Cəbhəsi Suriyanın şimalında, Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə rayonları, Əfrin kantonu, Şahba kantonu və Rəqqə mühafəzəsinin şimalı kimi kürd və etnik qarışıqların yaşadığı ərazilərdə fəaliyyət göstərir.
Gürcüstan kürdləri
Gürcüstan kürdləri — Gürcüstan əhalisinin etnik qrupunun bir hissəsi. Gürcüstanda yaşayan kürdlərin 90% -dən çoxu yezidi-kürdlərdir. Gürcüstandakı kürdlər siyasi baxımdan bitərəfdirlər, lakin 1999-cu ildə Kürdüstan Fəhlə Partiyasının qurucusu Abdullah Öcalanın sərbəst buraxılmasını tələb edərək Tiflisdə böyük bir nümayiş təşkil etdilər. Gürcüstanda kürdlər kiril əlifbasından istifadə edirlər. Onlar 1920-ci ildə Latın əlifbasından istifadə edirdilər. == Tarix == === Gürcüstan SSR === 1944-cü ildə dövlət qurumları Türkiyənin Sovet İttifaqına düşmən münasibətini nəzərə alaraq müsəlman əhalini Türkiyə ilə həmsərhəd bölgələrdən çıxarılmasına qərar verir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı Ermənistan yezidilərinin bir hissəsi dolanışıqlarını təmin etmək məqsədi ilə Tiflisə üz tutur. Onlar burada işlə təmin olunurlar. 1979–1989-cu illər arasında Gürcüstanda kürd əhalisi təqribən 30 % artır. === Müstəqil Gürcüstan === Müstəqil Gürcüstanda kürd əhalisi tədricən azalır.
Hacı Mövlamverdi Kürdmahmudlu
Hüseyn Kürdoğlu
Hüseyn Kürdoğlu (tam adı: Hüseyn Həsən oğlu Alışanov; 15 iyun 1934, Əhmədli, Laçın rayonu – 12 iyul 2003, Bakı) — şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur. . Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). "Müasir kürd şairi A. Qoranın poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun "İran ədəbiyyatı" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968–1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan "Sovet Kürdüstanı" qəzetində çap etdirmişdir. Onun "Gözəldir" rədifli ilk qoşması 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış etməyə başlamışdır.
Karrar (Kürdəmir)
Karrar — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar qəsəbəsi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Din == Qəsəbədə "Seyid Əhməd" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Kürdüvan
Kürdüvan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kənd Sovetinin Kürdüvan kəndi Xankəndi kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == === Tarixi abidələri === Kəndin cənub-şərqində şəhər xarabalığı aşkar edilmişdir. Geniş sahəni tutan xarabalıqda daş və kərpicdən tikilmiş müxtəlif bina qalıqları var. Buradan müxtəlif əşyalar tapılmışdır. Xarabalıqdan bir qədər aralı qala divarları, habelə son orta əsrlərə aid müxtəlif binaların qalıqları aşkar olunmuşdur. Xarabalığın cənub-qərbində Basqal çayının yuması nəticəsində əmələ gəlmiş yarğanda 3-4 metr qalınlığında antik dövrə aid mədəni təbəqə və qəbir abidələri aşkar edilmişdir. Oradan da müxtəlif əşyalar tapılmışdır. Tapıntılardan məlum olur ki, Kürdüvan 1 əsrdən son orta əsrlərə qədər yaşayış mövcud olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Basqal qəsəbəsi yaxınlığında, Rayon mərkəzindən təqribən 30 km aralıda yerləşir.
Kürdşaban
Kürdşaban — Azərbaycan Respublikasının Göyçay rayonunun Kürdşaban kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Kürdşaban kəndi Məlikkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Kürdşaban kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim kürd (etn.) və Şaban (ş.a.) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi ilk dəfə orada məskən salmış Kürd Şabanın nəslinin adını daşıyır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 837 nəfər əhali yaşayır.
Kürdşaban bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdəbaz
Kürdəbazlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 735 nəfərdir. == Toponimiyası == XIX əsrə aid mənbələrə əsasən kəndin əsl adının Kürdabaslı olduğu məlum olur. Oronim kənddə XVII-XVIII əsrdə məskunlaşmış Avşar nəslindən Qurd Avaz, Qurd Abbas, Türk Abbas, Kür Abbas . Qurdlar yaşadığı yer , Qurd Avazlı adı ilə bağlıdır. == Din == Kənddə Kürdəbaz kənd məscidi dini icması fəaliyyət göstərir.
Kürdəbazlı
Kürdəbazlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 735 nəfərdir. == Toponimiyası == XIX əsrə aid mənbələrə əsasən kəndin əsl adının Kürdabaslı olduğu məlum olur. Oronim kənddə XVII-XVIII əsrdə məskunlaşmış Avşar nəslindən Qurd Avaz, Qurd Abbas, Türk Abbas, Kür Abbas . Qurdlar yaşadığı yer , Qurd Avazlı adı ilə bağlıdır. == Din == Kənddə Kürdəbaz kənd məscidi dini icması fəaliyyət göstərir.
Kürdədeh
Kürdədeh (Ərdəbil) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. Kürdədeh (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Kürdədeh (Marağa)
Kürdədeh (fars. كرده ده‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,410 nəfər yaşayır (336 ailə).
Kürdədeh (Ərdəbil)
Kürdədeh (fars. كرده ده‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 833 nəfər yaşayır (175 ailə).
Kürdəhməd
Kürdəhməd-i Süfla (Əhər)
Kürdəhməd-i Süfla (Əhər)
Aşağı Kürdəhməd (fars. كرداحمدسفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (20 ailə).
Kürdəhməd-i Ülya (Əhər)
Yuxarı Kürdəhməd (fars. كرداحمدعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (13 ailə).
Kürdəli
Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Kürdəli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Kürdəli (Ərdəbil)
Kürdəli (fars. كردعلي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 247 nəfər yaşayır (59 ailə).
Kürdəmic
Əhmədli (əvvəlki: Kürdəmic) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Hacılı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XIX əsrdə salınıb. == Toponimikası == Kəndin adını Əhməd şəxs adı ilə bağlayırlar. == Coğrafiyası və iqlimi == Kənd Pirsaat çayının sahilində, Çobançatladan dağının şimal ətəyində yerləşir. == Əhalisi == Kənd əhalisi 545 nəfərdir ki, onunda 248 nəfəri kişi, 297 nəfəri isə qadınlar təşkil edir.
Kürdəmir
Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi; Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu açıqlamışdı. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021). Mərkəzi Kürdəmir şəhəridir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov.
Kürdəmir (Zaqatala)
Kürdəmir — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 20 2014-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 75 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Kürdəmir (dəqiqləşdirmə)
Kürdəmir — Azərbaycan Respublikasının şəhəri. Kürdəmir (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kürdəmir rayonu — Azərbaycan Respublikasının rayonu. Kürdəmir (İran) — İranda kənd.
Kürdəmir (şəhər)
Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi; Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu açıqlamışdı. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021). Mərkəzi Kürdəmir şəhəridir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov.
Kürdəmir Dövlət Rəsm Qalereyası
Kürdəmir Dövlət Rəsm Qalereyası 2003-cü ilin may ayından fəaliyyət göstərir. == Tarixi və fəaliyyəti == Qalereyada ekspozisiyaların qurulması və sərgilərin keçirilməsi üçün geniş və işıqlı 3 salon, vestibül və dəhliz il boyu fəaliyyət göstərir. Bununla yanaşı fond üçün saxlanc otağı , ümumi şöbə mövcuddur. Qalereyada 106 ədəd əsər saxlanılır. Dünya və Azərbaycanın görkəmli rəssamlarının, muzeylərinin foto albomları, foto kitabları ilə yanaşı Mədəniyyət və İncəsənət jurnalları və qəzetlərinin topluları da yığılır. Kürdəmir Dövlət Rəsm Qalereyası rayonda keçirilən bütün mədəni – kütləvi tədbirlərin tərtibatı işlərində də yaxından köməklik göstərir. Qalereyada vaxtaşırı olaraq müxtəlif səpkili rəsm sərgiləri və sərgi yarmarkaları təşkil olunur. Qalereyada rəsm dərnəyi fəaliyyət göstərir. Rəsm dərnəyinin üzvlərinin bir neçəsi rəssamlıq üzrə ali və orta ixtisas təhsili almaqdadırlar. == Həmçinin bax == Kürdəmir rayonu Kürdəmir rayonu Tarix-Diyarşünaslıq Muzeyi Kürdəmir bələdiyyələri == Xarici keçidlər == "Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri".
Kürdəmir Peşə Liseyi
Mollakənd (Kürdəmir)
Mollakənd — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Mollakənd oyk., mür. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir; Lənkəran r-nunun Rvo i.ə.v.-də kənd. Keçmiş adı Mollalı olmuşdur. Molladı variantında da qeydə alınmışdır (1933-cü il). Oykonim molla (dini rütbə) və kənd (coğrafi termin) sözlərindən ibarət olub, "mollanın kəndi, mollaya məxsus kənd" mənasındadır. == Təhsil və mədəniyyəti == Mollakənddə ilk məktəb 1927-ci ildə açılmışdır. Mollakənd Şuralığının II dərəcəli Kolxoz Cavanlar Məktəbi adlanan həmin təhsil müəssisəsində tədrisin təşkili oraya məktəb müdiri təyin edilmiş 19 yaşlı Canalı Mirzəyevə həvalə edilmişdir. Canalı Mirzəyevin rəhbərliyi altında Mollakənd məktəbi 3 aydan sonra Mollakənd Nümunə Məktəbinə çevrilmişdir.

Digər lüğətlərdə