LİNQVİSTİKA
LİSAN
OBASTAN VİKİ
Linza
Linza (alm. Linse‎, lat. lens - mərcimək) — sferik səthlərlə hüdudlanmış şəffaf cisim. Linzalar iki cür olur qabarıq və çökük. Ortası kənarlarından nazik olan linza çökük, qalın olan isə qabarıq linzadır. Linzaların hazırlanmasında optik şüşədən, kristallardan, şəffaf optik plastikdən və digər materiallardan istifadə olunur. Linzalar teleskop, binokl, kamera kimi görmə cihazlarının əsas detallarından biridir. Onlardan həmçinin görmə qüsurlarını aradan qaldırmaq üçün eynəklərdə istifadə olunur.
Linzalar
Linzalar — heç olmazsa bir tərəfdən sferik səthlə hüdudlanmış şəffaf cisimlərdir. Linzaların qabarıq, çökük, müstəvi-qabarıq, müstəvi-çökük və s. növləri var. Nazik linzalar — qalınlığı ölçülərinə nisbətən çox kiçik olan linzalardır. Linzanın optik mərkəzi — linzanın baş optik oxu ilə linzanın kəsişmə nöqtəsinə deyilir. Sferaların (hansı ki, linzanın üzləri onlarin bir hissəsidir) mərkəzlərini birləşdirən düz xətdir (bu xətt həm də nazik linzanın optik mərkəzindən keçər). Optik ox — optik mərkəzdən keçən ixtiyari xətdir. Qabarıq linza — ortası kənarlarından qalın olan linzadır və toplayıcı linza adlanır (əgər n>1-dirsə). Çökük linza — ortası kənarlarından nazik olan linzadır və üzərinə düşən paralel işıq dəstəsini səpir. Fokus nötəsi — baş optik oxa paralel düşən şüalar linzadan keçdikdən sonra toplandıqları nöqtədir.

Digər lüğətlərdə

волопа́с гигантома́ния кавы́чки концептуа́льный натру́живаться облётывание оскорбля́ться парши́вый поддева́ть преотли́чно жаке́тка кла́новый кула́ческий му́фельный пустозво́нить сдвоить схемати́чно солоня ceremonious globally nonrun preciosity unison настрогать юморист