LOVĞA (özünü öyən, özü haqqında yüksək fikirdə olan) Faşizmin gözünə sancıldı bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni (R.Rza); DƏBBƏ (dan.) Bu bir belə qoyunquzu haradandır, – deyə dəbbə Zeynal Xuruşdan soruşdu (İ.Əfəndiyev); XUDPƏSƏND Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi (Ə.Məmmədxanlı); İDDİALI Naqis olsa belə əqli, kamalı; Onu görərsiniz çox iddialı (S.Rüstəm); KİBRLİ [Qoca həkimin] təbəssümündəki acı və kibrli hal gənc qadını titrətdi (İ.Əfəndiyev); QÜRRƏ Qürrəsindən qurumuşdur, kasad keçir bazan; Qurumsağın sifətindən kin tökülür sapsarı (S.Vurğun); MÜTƏKƏBBİR Firəngiz həmişəki kimi ciddi ve mütəkəbbir idi (H.Seyidbəyli); TƏKƏBBÜRLÜ Məstəlibəy təkəbbürlü bir hərəkətlə üzü aşağı enib, ağ qarı tala-tala qızartmış, başlan kəsik əliklərə baxdı (S.Rəhimov); TƏŞƏXXÜSLÜ Məhz qaragöz şoferin arxayın ve təşəxxüslü cavabı Şahlarda anlaşılmaz bir vicdan rahatlığı doğurmuşdu (İ.Əfəndiyev); YEKƏXANA (dial.) Hajı yekəxana adamdı (ADDL); FORSLU Fərəc bəy də atası kimi forslu. təşəxxüslü, paxıl, dargöz bir adam idi (Ə.Vəliyev); HİKKƏLİ Qasım: Mən fikirləşdim ki, sən çox hikkəlisən, sözündən dönən deyilsən (S.Vəliyev); QAZLI (məc., dan.); QÜRRƏLİ, MƏĞRUR.