LƏMS
LƏNƏT
OBASTAN VİKİ
Haftoni (Lənkəran)
Haftoni — Azərbaycan Respublikasının Lənkəran rayonundan 12 km şimal-qərbdə yerləşən qəsəbə. Dağətəyi ərazidədir. == Etimologiya == Haftoni sözü, talış dilindən "Yeddi bulaq" (haft-yeddi, honi-bulaq) kimi tərcümə olunur.[mənbə göstərin] == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Talış dağlarının ətəyində yerləşir.
Liman (Lənkəran)
Liman (əvvəlki adı: Port İliç) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Port İliç şəhər inzibati-ərazi vahidi tərkibindəki Port İliç şəhəri Liman şəhəri, Port İliç şəhər inzibati-ərazi vahidi Liman şəhər inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == 1921-ci ildə Lənkəran şəhərinin şimalında, dəniz gəmilərinin yan aldığı buxtada (ruslar tərəfindən "Prival" adlanan yerdə) yerləşən yaşayış məntəqəsinin yerində qəsəbə salınmışdır. Əvvəlki illərdə buradakı buxta Xəzər dənizinin şimalı ilə cənubu arasında hərəkət edən gəmilərin dayanacaq yeri idi. 1924-cü ildə isə qəsəbə Vladimir İliç Leninin adına Port İliç adlandırılmışdır. 1971-ci ildə şəhər statusunu almışdır. 5 oktyabr 1999-cu ildən adı dəyişdirilərək Liman adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Liman şəhəri Lənkəran şəhərindən 12 km şimalda, Xəzər dənizi sahilində yerləşir. == Əhalisi == 1989-cu ildə SSRİ-də həyata keçirilmiş siyahıyaalmanın nəticələrinə görə burada 14056 nəfər əhali yaşayırdı. == Yolları == 13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.
Lənkəran Tibb Kolleci
Lənkəran Tibb Kolleci (əvvəlki adı: Lənkəran Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Lənkəran Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.
Lənkəran Tibb Məktəbi

Lənkəran abidələri
== Bala-Şürük məscidi == Lənkəran rayonu Bala-Şürük kəndində yerləşən bu abidə XIX əsrdə tikilmişdir. Məscid yerli ağsaqqalların təşəbbüsü ilə Yuxarı Nüvədili zadəgan və mesenat Hacı Hacıbala tərəfindən verilən vəsait hesabına tikilmişdir. Sonralar Hacı ermənilər tərəfindən qətlə yetirilmişdir. Abidənin uzunluğu 14 m., eni 6 m., hendürlüyü 6 m., divarın qalınlığı 90 sm. Abidə dövlət qeydiyyatına alınıb, mühafizə olunur. == Seyid Xəlifə türbəsi == Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra müqəddəs adamlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışlar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən, Lənkəranın ərazisində də məskunlaşmışdır. Bu yerlərdən biri də Lənkəran rayonu ərazisində olan qədim kəndlərdən biri Cil kəndidir. El arasında Se Xəlifə, yəni üç xəlifə və ya Seyid Xəlifə ziyarətgahı da bura pənah gətirən müqəddəslərin məzarlarıdır. Deyilənlərə görə bu üç şəxs, məşhur alim, filosof Seyid Camaləddinin, onun atası Seyid Mİr Abbasın və onun əmisi oğlunun məqbərəsidir, lakin burada daha qədim dövrə təsadüf olunan seyidlərin də məzarları vardır.
Lənkəran aeroportu
Lənkəran Beynəlxalq Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır. Lənkəran aeroportunun yenidən qurulması üzrə işlərin dəyəri 51,1 mln. dollar təşkil edib. Həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır. == Tarixi == 1930-cu ildən Lənkəran-Bakı istiqaməti ilə iki qanadlı təyyarə uçuş həyata keçirirdi. İlk vaxtlar aeroport şəhərin qərb hissəsində, Narbağı adlanan ərazidə, Lənkəran Dövlət Universitetinin indiki 1 nömrəli tədris korpusunun olduğu binanın önündə yerləşirdi. 40 hektardan çox ərazidə yerləşən və 1978-ci ildən istifadə edilən indiki Lənkəran aeroportu isə istismara yararsız olduğu üçün 2008-ci ildə yenidən qurulmuşdur. Tikinti işlərini Türkiyənin Zema şirkəti həyata keçirib. Dağ tərəfdən qrunt sularının qarşısını almaq üçün 5271 metr uzunluğunda kanal çəkilmişdir.
Lənkəran akasiyası
Lənkəran güləbrişini (lat. Albizia julibrissin) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir. == Botaniki təsviri == Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18–20 m-ə, diametri 30–40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18–25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir.
Lənkəran anodontu
Lənkəran anodontu (lat. Anodonta lenkoranensis) — Anodonta cinsinə aid növ. Cinsin Qafqazda 5 növ və 2 yarım növü, Azərbaycanda isə 2 növü və 1 yarım növü yayılmışdır. Sayı azalmaqda olan endemik növdür, antropogen təsirlərə həssasdır. == Qısa təsviri == Yumurtaya bənzəyir. Bədən hissəsi nisbətən şişkindir. İki canağa malik olur. Çanağın uzunluğu 140, hündürlüyü 70, şişkinliyi isə 60 mm-ə qədərdir. Çanaq iri, qalın divarlı və sərtdir. Qismən sıxılıb girdələnmiş ön kənar üst kənarla, əsas növ üçün xarakter olan küt bucaq əmələ gətirmir.
Lənkəran arı populyasiyası
Lənkəran bələdiyyələri
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lənkəran bələdiyyəsi

Lənkəran dovşankələmi
Lənkəran fiziki-coğrafi rayonu
Lənkəran fiziki-coğrafi rayonu — rayon ərazisi Xəzər dənizinin qərb sahili və Talış dağlarının ətəkləri arasında yerləşib, şimalda Bolharu çayından cənubda Astaraçaya qədər 100 km - dək uzanır. Mütləq yüksəkliyi -28m-lə 80-100m arasında dəyişir. Relyefi az meyilli, hamar səthli alçaq düzənlik üst Dördüncü dövrün dəniz və çay çöküntülkərindən təşkil olunmuşdur. Rütubətli subtropik iqlimə malik olan bu ərazidə düzənlik meşələri, çəmən kolları və çəmənlikləri inkişaf etmişdir (Budaqov,1988). Respublika ərazisi üçün maksimal otra illik yağıntıların miqdarı (1398mm) Lənkəran ovalığının Astara ərazisində müşahidə olunur. Lənkəran ovalığı respublikamızın məhsuldar kənd təsərrüfatı rayonlarından biridir. Rütubətsevən subtropik bitkilərin inkişafında mühüm yer tutur. Respublikamızda çayçılığın, subtropik meyvələrin, tərəvəz və üzümçülüyün inkişafında bu fiziki - coğrafi rayonun xüsusi yeri vardır.
Lənkəran güləbrişini
Lənkəran güləbrişini (lat. Albizia julibrissin) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir. == Botaniki təsviri == Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18–20 m-ə, diametri 30–40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18–25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir.
Lənkəran hadisələri
Lənkəran hadisələri – 1990-cı ilin yanvarında SSRİ ordusu tərəfindən Azərbaycan SSR-nin Lənkəran rayonunda baş vermiş qırğın. Hadisə nəticəsində Tariyel Abdullayev, Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov rus hərbçiləri tərəfindən Lənkəranın Haftoni meşəliyində öldürülmüşdür. Həmin dövrdə Azərbaycanda müstəqillik hərəkatı güclənmişdi və Cəlilabad ilə Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. SSRİ hökuməti bunun qarşısını almaq üçün 1990-cı ildə Azərbaycana qoşun yeritmişdir. Şahidlərin dediyinə görə Lənkərana yeridilən SSRİ hərbçiləri xalq hərəkatı nümayəndələrindən silahları təhvil verməyi tələb edir və hədə-qorxu gəlirdilər. Vəziyyətin gərginləşdiyini görən fəallar dağlıq meşə zolağına çəkilsələr də, Sovet hərbçiləri dərhal meşəliyi mühasirəyə alaraq oradakı adamlara atəş açmağa başlamışdırlar. Baş vermiş hadisə nəticəsində altı lənkəranlı şəxs ölmüşdür. Hazırda həmin şəxslər Lənkəran şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunublar. == Zəmin == Erməni separatçılarının, Azərbaycana qarşı ərazi iddialır və həmsərhəd ərazilərdə törətdikləri təxribatlara qarşı mərkəzi və yerli hakimiyyətə qarşı Lənkəranda etirazlara səbəb olmuşdu. 1990-cı ilin yanvarında əhali tərəfindən, yaranmış gərgin ictimai-siyasi vəziyyətdən çıxmaq üçün yanvarın 10-dan 11-nə keçən gecə Lənkəranda 300 nəfərdən ibarət Müvəqqəti Müdafiə Komitəsi yaradılıb.
Lənkəran iqtisadi rayonu
Lənkəran-Astara iqtisadi rayonu — Azərbaycan Respublikasının iqtisadi rayonlarından biri. İqtisadi rayon şərqdən Xəzər dənizi, qərbdən və cənubdan İran ilə həmsərhəddir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonun~ Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı inzibati rayonları və respublika əhəmiyyətli Lənkəran şəhəri daxildir == Coğrafiya == İqtisadi rayonun tərkibinə 6 inzibati rayon, o cümlədən 8 şəhər, 13 qəsəbə, 642 kənd və 182 bələdiyyə daxildir. Lənkəran iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Lənkərandır. İqtisadi rayon Azərbaycanın cənubunda, İran və Türkiyəyə gedən yollar üzərində yerləşir. Şərqdə Xəzər dənizi, qərbdə və cənubda İran ilə həmsərhəddir. Sahəsi 6,14 min km² –dır, bu da ölkə ərazisinin 7,1%-nə bərabərdir. Lənkəran ovalığı və Talış dağları əsas oroqrafik vahidlərdir. İqtisadi rayonun ərazisinin 26%-i meşələrlə örtülmüşdür. Region rütubətli subtropik iqlimə malik olmaqla təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir.
Lənkəran külçəsi
== Tərkibi == Xəmir üçün: 1-ci növ buğda unu – 460q, maya – 10q, şəkər – 70q, yumurta – 1 əd., xama – 32q, xaşxaş – 6q, kərə yağı – 50q, duz. İç üçün: 1-ci növ buğda unu – 200q, şəkər kirşanı – 95q, kərə yağı – 100q, zəfəran – 0,2q. === Hazırlanma qaydası === Un, şəkər və xama ilə mayalı xəmir yoğrulur. İç hazırlamaq üçün kərə yağı, şəkər kirşanı və zəfəran şirəsi çalınır və un əlavə edilir. İç dağıla bilən kütlədən ibarət olur. Xəmir gəldikdən sonra onu yayır, üzərinə kərə yağı sürtülür, bir neçə dəfə əl ilə yayıb qatlayır və yumşaldılır. Xəmir 80 q çəkidə doğranır, 0,8–10 sm qalınlaqda kvadrat formada yayılır, üzərinə 30–32 qram iç qoyulur və qıraqları mərkəzə tərəf birləşdirilir. Sonra iki əl arasında basılmaqla yayılır və ona dairəvi forma verilir. 45–50 dəq. istirahətə qoyub üzərinə yumurta sürtülür, xaşxaş səpilir və 180–200 °S tempraturda 20–25 dəq.bişirilir.
Lənkəran kənd seçki dairəsi
Lənkəran mayakı
Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayak. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir. == Tarixi == 1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazır ki, mayakda fəaliyyət göstərək həsxana ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayak Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir. 1957-ci ildə mayak təmir edilir.
Lənkəran odotu
Lənkəran ovalığı
Lənkəran ovalığı — Azərbaycan Respublikasının cənub-şərqində, Talış dağları ilə Qızılağac körfəzi arasında ovalıq. Lənkəran ovalığının cənubda eni 5-6 km, şimalda isə 15-30 km-dir. Ovalıqda üç inzibati vahid: Lənkəran, Astara və Masallı rayonları, bir qoruq — Qızılağac dövlət təbiət qoruğu yerləşir. İqlimi subtropikdir, illik yağıntıların miqdarı (qışda maksimum həddə olur.) 1400–1700 mm-dir. Əhalisi, əsasən, azərbaycanlılardan və etnik qrup olan talışlardan ibarətdir. Azərbaycanın cənub şərqində yerləşir. Şimaldan cənuba 125 km, qərbdən-şərqə isə 100 km-ə qədər uzanır. Ərazinin 40%-i Xəzər dənizi sahilində Lənkəran ovalığının, 60%-isə Talış dağlarının payına düşür. Lənkəran ovalığı cənubda İranla, şimaldan Salyan və Muğan düzləri ilə həmsərhəddir. Ovalığın əksər hissəsi dəniz səviyyəsindən 27 m aşağıda yerləşir.
Lənkəran qalası
Lənkəran qalası — Lənkəran rayonu ərazisində yerləşən tarixi memarlıq abidəsi. Lənkəran qalası 1726–1727-ci illərdə tikilib. Sonradan qala ingilis və fransız memarlarının köməyilə düzbucaqlı formasında bərpa edilib. Təxminən 35 hektar ərazidə yerləşən qala ölçülərinə görə, Bakı qalasından da böyük olub. Təəssüflər olsun ki, bu günümüzə qədər Qalanın ancaq iki qülləsi qorunub saxlanılıb. == Tarixi == Lənkəran qalası 1726-cı ildə tikilməyə başlanmış, 1727-ci ilin payızında tikintisi tamamlanmışdır. Lənkəranlıların "Qələ" adlandırdıqları məhəllə bu qalanını içərisində yerləşmişdir. Qala Birinci Rus-İran müharibəsində (1804–1813) İran ordusunun mühüm dayaq məntəqəsi olmuşdur. Qalada İran ordusunun 4 minlik qoşunu yerləşdirilmişdir. Rus qoşunlarının şərqə yürüşündə bu qala çox çətinliklər törədirdi.
Lənkəran qəzası
Lənkəran qəzası (rus. Ленкоранский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, Şamaxı və Bakı quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lənkəran şəhəri idi. == Tarixi == Hələ çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında yaradılmışdı. Lənkəran qəzası 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846-cı il 14 dekabr tarixli fərmanla Şamaxı quberniyası təşkil edildikdə, onun tərkibinə qatılmışdı (1859 il Şamaxı zəlzələsindən sonra mərkəzi Bakıya köçürüldüyündən Bakı quberniyası adlandırılmışdı). Qəzanın mərkəzi Lənkəran şəhəri idi. Qəza Səbican, Lənkəran, Ərkivan məntəqələrindən və Muğan pristavlığından ibarət idi. Burada qəza idarəçi sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin (1917 məlumatına görə, qəzanın ərazisi 4726,88 kv.verst idi.
Lənkəran qəzasında qətliamlar
== Lənkəran qəzasında soyqırımlara dair mənbələr == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yanında Siyası Sənədlər Arxivinin 277-ci fondunda, Azərbaycan Respublikası Dövlət Arxivinin 100-cü fondunda qorunub saxlanılan sənədlər Lənkəranda törədilmiş soyqırıma şahidlik edir. Azərbaycan Cümhuriyyəti dövründə dövlətimizin hüqdudlarında həyata keçirilən soyqırım hadisəsini araşdırmaq üçün təşkil edilən Fövqəladə Təhqiqat Komissiyası denikinçi-daşnak-bolşevik qüvvələrin fəaliyyəti ilə bağlı olaraq Lənkəran qəzasında təhqiqat işlərinə başlanılmadığına görə FTK-nın sənədlərində bu barədə məlumat demək olar ki, yoxdur. Azərbaycan Cümhuriyyətinin rəsmi qəzetinin səhifələrində də soyqırım aktlarını təsdiq edən kifayət qədər məlumatlar var. Xüsusilə "Azərbaycan" qəzetinin 39, 100, 101, 103 nömrəli buraxılışlarında bu barədə məlumatlar verilmişdir. Xüsusilə də Zаqаfqаziyа (Qоri) Müəllimlər Sеminаriyasının məzunu, tarixçi Teymur bəy Bayraməlibəyovun bu barədə qəzet səhifələrində yazdığı məqalələrə diqqət yetirilmişdir. Tədqiqatın gedişində Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi Teymur Şahverdiyev, “Lenin” ordenli müəllim Əbülqasım Qasımov kimi şahidlərin xatirələrinə də müraciət edilmişdir. Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Mirhaşım Talışlının da xatirələrindən istifadə edilmişdir. == Daşnak-Denikinçi birləşmələrin törətdiyi soyqırımlar == Böyük dövlətlərdən, xüsusilə Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərmişlər. Bu məqsədlə həyata keçirilən soyqırımlar 1914-1919-cu illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə etmiş, yüz minlərlə dinc azərbaycanlı əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.
Lənkəran qəzasında soyqırımlar (1917-1919)

Digər lüğətlərdə