MƏZƏMMƏT

MƏZƏMMƏT Bəs lazım olub çaqqal üçün bir tələ qurmaq; Ta dəf ola bu rəncü məzəmmət, köpək oğlu! (S.Ə.Şirvani); QINAQ [Sevər:] Yazıq balam.. el qınağından qurtarmayacaq (A.Makulu); MƏLAMƏT Nədir yağdırılan məlamət daşı; Mənmi günahkaram, dövranmı yoxsa (M.Rahim); SƏRKİ Özüm də bilirəm, nədir günahım; Başıma yer-yerdən sərkilər yağır (S.Rüstəm); TƏNƏ Unudub kötəkləri, tənəni, ağır yükü; Eşşək olmuş o gündən əyanların böyüyü (M.Rahim); DANLAQ (bax), TƏNBEH.

MƏZƏLİ
MƏZƏMMƏTLƏMƏK

Digər lüğətlərdə