Makintoş
Makintoş (ing. McIntosh) — Kanadanın milli alması hesab edilən alma növü. Meyvəsinin qabığı qırmızı və yaşıl rəngdə, içi şirəli, dadı isə turş olur. Sentyabrın sonlarında yetişmiş vəziyyətə gəlir. 20-ci əsrdə bu alma Şərqi Kanada və Yeni İngiltərədə ən yaxşı seçim olmuşdur. Çox yönlü olması ilə bilinir, həm bişirmək, həm də çiy yemək üçün istifadə edilə bilər. Apple şirkətinin əməkdaşı Cef Raskin Mac kompüter ailəsini bu alma növünə görə adlandırıb.
1811-ci ildə Con Makintoş adlı bir fermer Yuxarı Kanadadakı fermasında böyüyən kiçik bir alma ağacı kəşf etmişdi. O, həyat yoldaşı ilə birlikdə bu alma ağacına qulluq edir, budaqlar yapışdıraraq daha çox ağac yetişdirirdi. 1835-ci ildə yetişdirdikləri almaları satmağa başlamışdılar.