maymaqlıq
Mayorika
OBASTAN VİKİ
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
Mayor Brenner
Mayor Rafailoviç Brenner (25 dekabr 1906 (7 yanvar 1907), Dnepr – 7 aprel 1973, Bakı) — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968). Mayor Rafailoviç Brenner 25 dekabr 1906 (7 yanvar 1907)-ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur. Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 iyun 1968 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1.
Mayor gölü
Mayor gölü — Çeçenistanın Naurski rayonunda, Tersko-Kumskaya ovalığında göl. Gölün səthinin sahəsi — 0.18 km², göl dəniz səviyyəsindən 92–94 m yüksəklikdə yerləşir. Mayor gölü Mayor fermasından təxminən 500 m cənubda, Stavropol diyarı ilə sərhədə yaxın yerdə yerləşir. Qərb və şərq sahilləri çox girintilidir. Dibi düz və palçıqlıdır. Gölün mərkəzində bir neçə ada var. Kiçik qamış bataqlıqları da var. Cənub sahilində ağaclar, əsasən qovaq, alma ağacı, meşə armudu, tut, kollar var. Gölün ətrafı, il boyu otlaq kimi istifadə olunan yarı səhra mənzərəsi ilə əhatə olunmuşdur. Göl əsasən qrunt suları ilə qidalanır.
Elnur Quliyev (mayor)
Elnur Eldar oğlu Quliyev (25 iyul 1984; Füzuli rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Quliyev 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. Onun əmisi — Nazim Quliyev Birinci Qarabağ müharibəsinin şəhididir. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yaşamağa başladılar. 1991–2001-ci illərdə Qəhrəmanlı qəsəbə tam orta məktəbində təhsil alıb. 2002–2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Artilleriya" ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. Elnur Quliyev 2006-cı ilin iyulundan 2007-ci ilin iyununa qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində (TTM) "Yerüstü Artilleriya Tağım Komandiri" Kurslarında olub. Elnur Quliyev 2007–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib.
Elnur Əliyev (mayor)
Elnur Adil oğlu Əliyev (16 avqust 1976, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR – 3 aprel 2016, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib. Elnur Əliyev 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. Elnur Əliyev ailəli idi; Elvin və Elxan adında iki oğlu yadigar qalıb. Mayor Elnur Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı digər əsgərləri qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Elnur Əliyev Füzuli rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Əliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.
Elvin Səfərov (mayor)
Elşad Həsənov (mayor)
Elşad Paşa oğlu Həsənov (13 iyun 1981; Göyçə mahalı, Ermənistan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Elşad Həsənov 13 iyun 1981-ci ildə Göyçə mahalında anadan olmuşdur. Aksana Həsənova ilə ailəli idi, 2 övladı var. Elşad Həsənov 1999-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində kursant olaraq, 2002-ci ildən zabit olaraq xidmət edirdi. Azərbaycan Ordusunun mayoru olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Həsənov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilmiş və II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elşən Orucov (mayor)
Elşən Yavər oğlu Orucov (11 avqust 1985, Ayrınc, Şahbuz rayonu – 22 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Orucov 1985-ci il avqustun 11-də Ayrınc kəndində anadan olub. 1991–2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb. 2001–2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008–2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib və igidliyinə görə medalla təltif olunub. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirib, bu ərazilərdə yerləşən 4 strateji yüksəkliyi öz hərbi məharətindən istifadə edərək təkbaşına azad edib.
Emil Əliyev (mayor)
Federiko Mayor Saraqosa
Federiko Mayor Saraqosa (isp. Federico Mayor Zaragoza, 27.1.1934, Barselona) –biokimyaçı, siyasətçi, yazıçı, şair. 1968- 1972-ci ilə qədər Qranada universitetinin rektoru. 1972-1976-cı illərdə İspaniyanın Dövlət katibi, Təhsil və Elm naziri olmuşdur. 1981-ci ildən Avropa parlamentinin üzvü, 1987-1999-cu illərdə YUNESKO-nun Baş katibi olmuşdur.
Fuad İsmayılov (mayor)
Fuad Murad oğlu İsmayılov (26 oktyabr 1986; Kəngərli rayonu, Azərbaycan SSR — 4 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Fuad İsmayılov 1986-cı il oktyabrın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1993-2002-ci illərdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. Ailəli idi. Xəyal və Yusif adlı 2 oğlu yadigar qaldı. Fuad İsmayılov 2009-cu ildən "leytenant" rütbəsi alaraq hərbi vəzifəyə başlayıb. 2012-ci ildə "baş leytenant", 2016-cı ildə "kapitan", 2020-ci ildə "mayor" rütbəsi alıb. Azərbaycan Ordusunun mayoru olan Fuad İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad İsmayılov oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.
Murad Məmmədov (mayor)
Məhərrəm Seyidov (mayor)
Nazim Hüseynov (mayor)
Nazim Yaqub oğlu Hüseynov (1 oktyabr 1977; İmişli rayonu, Azərbaycan — 8 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Nazim Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğul övladı yadigar qaldı. Nazim Hüseynov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir Azərbaycan Ordusunun mayoru olan Nazim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nazim Hüseynov oktyabrın 8-də Hadrut döyüşləri zamanı həlak olmuşdur. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Namiq Əhmədov (mayor)
Novruz Əsgərov (mayor)
Ramil Ağayev (mayor)
Ramil Mərdan oğlu Ağayev (20 dekabr 1984, Lerik – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Ramil Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun mayoru olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Rasim Məmmədov (mayor)
Rasim Əbdül oğlu Məmmədov (4 aprel 1977 və ya 20 may 1977, Naxçıvan rayonu – 4 aprel 2016, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına apardığı döyüşdə şəhid olub, ölümündən sonra "Vətən Uğrunda" və"Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilib. Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibədə Naxçıvanda strateji yüksəklik olan Mil təpədə aldığı güllə yarası ayaqlarını iflic etmişdi 25 ildən artıq əlil arabasında ömür yaşadı və 2016-cı ilin 27 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat etdi. Rasim Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə getdi və 1994-cü ildə həmin məktəbi bitirdi. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirdi. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etdi. Rasim Məmmədov Samirə xanım ilə ailəli idi, Asim (17.11.2007) adında oğlu və Aysu adında qızı yadigar qalıb. Leytenant Rasim Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə "təlim taborunun tuşlayıcı taqımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə "təlim döyüş tankları" taqımının komandiri vəzifələrində çalışdı. 2002-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005-ci ilə qədər N saylı nömrəli hərbi hissədə "tank" taqımının komandiri vəzifəsində çalışdı.
Rizvan Hümbətov (mayor)
Ruslan Cəfərov (mayor)
Rüfət Əsgərov (mayor)
Rüfət Mürvət oğlu Əsgərov (29 avqust 1981, Aşağı Mollu, Qubadlı rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Rüfət Əsgərov 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988–1996-cı illərdə Xətai rayonunda Ə. Əliyev adına 204 nömrəli tam orta məktəbdə, 1996–1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Kəşfiyyatçı olan Rüfət Əsgərov ailəli idi, 2 övladı yadigar qaldı. "Leytenant" hərbi rütbəsi ilə Rüfət Əsgərov 2003–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində, "baş leytenant" hərbi rütbəsi ilə isə 2009–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. "Kapitan" hərbi rütbəsində 2012–2014-cü illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə "mayor" hərbi rütbəsi ala Rüfət Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) "Kəşfiyyat" Kafedrasının baş müəllimi idi. Azərbaycan Ordusunun mayoru olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib.
Rəhim Hüseynov (mayor)
Rəhim Qədir oğlu Hüseynov (1 iyul 1984; Zərdab, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998–2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2001–2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.2005–2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb. İngilis, rus, erməni dillərini mükəmməl bilirdi. Ailəli idi. 3 övladı yadigar qaldı. Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi. Şəhid mayor Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir. Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil etmiş, Azərbaycan bayrağını şərəflə daşımışdır. Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.
Sadiq Həsənov (mayor)
Sadiq Əli oğlu Həsənov (14 sentyabr 1986; Naxçıvan, Azərbaycan SSR — 20 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Sadiq Həsənov 1986-cı il sentyabrın 24-də Naxçıvan şəhərində anadan olub. 1992–2000-ci illərdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə, 2000–2003-cü illərdə Cəmşid Naxçıvanski adına Naxçıvan Hərbi Liseyində, 2003–2007-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində dinləyici kimi iştirak edib. Ailəli idi. Lalə və İnci adlı qızları yadigar qaldı. Sadiq Həsənov ali hərbi məktəbi bitirdikdən sonra 2008-ci ildə "leytenant" rütbəsi ilə hərbi vəzifəyə başlayıb. Müxtəlif hərbi hissələrdə motoatıcı taqım komandiri, tank əleyhinə taqım komandiri, nizami hissə rəisi, qərargah rəisinin şəxsi heyəti-uçotu üzrə köməkçisi, xüsusi təyinatlı hərbi hissədə qərargah rəisinin köməkçisi kimi xidmət edib. Sadiq Həsənov 2020-ci ilin aprel ayından "N" saylı hərbi hissədə təlim-tərbiyə işləri üzrə rəis müavini kimi qulluq edirdi. Azərbaycan Ordusunun mayoru olan Sadiq Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrutun, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Zaur Hüseynov (mayor)
Zaur Rahat oğlu Hüseynov (26 avqust 1987, Salyan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Zaur Hüseynov 26 avqust 1987-ci ildə Salyan rayonunda hərbiçi ailəsində anadan olub. 1994-2002-ci illərdə Sumqayıt şəhər 27 saylı tam orta məktəbdə 8-ci sinifə qədər təhsil alıb. Uşaqlıqdan rəssamlıqla məşğul olduğundan o illərdə həmin məktəbin şagird rəssamı adını da qazanmışdır. Həmin illərdə təşkil olunan rəsm sərgilərində bir neçə dəfə şəhər birinciliyini, həmçinin Şəhər olimpiyadalarında Azərbaycan dili fənni üzrə də birincilik əldə etmişdir. Bədən tərbiyyəsi dərslərində fəal iştirak etdiyi üçün "Şahin" idman yarışların da və digər kollektiv idman yarışlarında komandasına yüksək nəticələr qazandırmışdır. Hərbiçi ailəsində vətənpərvər ruhda böyüməsi onu rəssam olmaq arzusundan əl çəkərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yollanmasa maraq oyatdı. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır, 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2009-cu ildə Ordu yarışlarında qazandığı 29 medal ilə məktəbi fərqlənmə ilə bitirib. 3 bürünc, 5 gümüş 21 qızıl medal.
Ehsan xan Kəngərli (general-mayor)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Ehsan xan Naxçıvanski (general-mayor)
Ehsan xan Naxçıvanski (20 oktyabr 1891, Naxçıvan – Naxçıvan) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı. III Kalbalı xan 1891-ci il oktyabrın 20-də Naxçıvanda anadan olmuşdur. O, 1909-cu ildə kadet korpusunu bitirərək Qafqaz hərbi məktəbinin Nikolayev eskadronunda yunker rütbəsində xidmətə başlamışdır.Xidmətinin sonrakı mərhələlərində Varşavada hərbi xidmətini davam etdirir.Onun I Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi şücaətləri diqqətdən kənarda qalmamış, 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, III dərəcəli "Müqəddəs Stanislav", IV dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Müqəddəs Stanislav" və III dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif edilmiş- dir. III Kalbalı xan 1915-ci ildə qızıl "Georgi silahı" ilə mükafatlandırılmış- dır. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişi və iğtişaşlar vaxtilə Romanovlar sülaləsinin tabeliyində olan Qafqazı da öz cənginə almışdı. Azərbaycanın Naxçıvan bölgəsinin ermənilər tərəfindən talan edilməsi, əhalisinin dəhşətli cinayətlərlə qarşılaşması çar ordusunda xidmət edən Naxçıvanskilərin böyük bir qisminin Naxçıvana qayıtmalarına səbəb olur. Onların arasında pokovnik-leytenant III Kalbalı xan Naxçıvanski də vardı. Ermənilərin Naxçıvana ərazi iddiaları, yerli əhalini qətlə yetirmələri xalqın səbir kasasını daşdırmışdı.
Hikmət Həsənov (general-mayor)
Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021). 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir. Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib. 2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.
Hüseyn Quliyev (general-mayor)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. Hüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
Kəlbəli xan Naxçıvanski (general-mayor)
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Lev Mayorov
Lev Nikolayeviç Mayorov (13 oktyabr 1969, Bakı – 1 fevral 2020, Novorossiysk, Krasnodar diyarı) — məşqçi. Bakıda anadan olan Lev "Neftçi"nin yetirməsidir. 10 yaşında bu klubda futbolun sirlərini öyrənən Mayorovun ilk baş məşqçisi müstəqillik dönəmində flaqmanın əsas komandasında çalışan Tahir Əmiraslanov olub. Lev 1987-ci ildə "Neftçi"nin heyətində gənclər komandaları arasında SSRİ çempionatının qalibi olub. O, 1988 və 1989-cu illərdə Zaqafqaziya hərbi dairəsinin yığmasının heyətində Silahlı Qüvvələr kubokuna sahib çıxıb. Milli komandanln heyətində 2 oyun keçirən Mayorov 1994-cü ildə Trabzonda İsrail yığması ilə keçirilən rəsmi oyunda (0:2) iştirak edib. Futbolçu karyerası boyu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edən Mayorov daha çox Novorossiysk "Çernomorets"ində çıxışı ilə tanınıb. 1992-2005-ci illərdə bu komandanın şərəfini qoruyan Lev, ümumilikdə 417 görüşdə 37 qol vurub. Bunlar arasında 208 oyunda 13 qol Rusiya Premyer-Liqasına təsadüf edir. 2005-ci ildə futbol karyerasını bitirən Mayorov bundan bir il sonra – 2006-cı ilin iyunun 3-də vida oyunu keçirib.
Mayorka
Malyorka ya Mayorka (isp. Mallorca, kat. Mallorca [maʎorka], [majorka]; lat. insula maior) — Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyü, Barselona sahillərindən 170 km aralıda yerləşmiş ada. Sahəsi 3640,16 km², əhalisi 777 821 nəfərdir (2005). Ada turizm və kurort mərkəzi kimi çox məşhurdur. Malyorka Pityusa adası ilə birlikdə İspaniya daxilində muxtar region statusuna malikdir. Malyorkanın əsas inzibati mərkəzi Palma de Malyorka şəhəri sayılır. Rəsmi dil ispan və katalan dilləridir. Ümumi sahil uzunluğu 554 km-dir.
Murad Hüseynov (General-mayor)
Murad Qoşun oğlu Hüseynov (11 aprel 1948) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi (1998-2005), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşlər İdarəsinin rəisi (1995-1998), polis general-mayoru. Hüseynov Murad Qoşun oğlu 1948-ci ildə Qafan rayonunun Oxtar kəndində anadan olub. 1965-ci ilin sentyabrında keçmiş "Leninneft" NQÇİ-nin 11 saylı mədənində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Buruqlarda baş vermiş yanğın hadisələri Murad Hüseynovun həyat yolunu müəyyənləşdirib. 1966-cı ilin sentyabrında Bakıda Yanğından Mühafizə İdarəsinin 1-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayıb. 1968-ci ildə SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbinin əyani şöbəsində təhsil almağa göndərilib həmin nazirliyin Moskvadakı Akademiyasını bitirib. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra leytenant Murad Hüseynov Bakıdakı 2-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində qaravul rəisi vəzifəsinə təyin olunub. 1972-ci ildən 1983-cü ilə qədər müəllim və baş müəllim vəzifələrində çalışıb. 1983-cü ilin ortalarında Murad Hüseynova Naxçıvan Muxtar Respublikasının yanğından mühafizə xidmətinin rəhbərliyi həvalə olunub. 1988-ci ilin yanvarında Bakıya dəvət olunan Murad Hüseynov Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Xidmətinin mərkəzi aparatında Əməliyyat-faktiki şöbənin rəis müavini vəzifəsində xidmətini davam etdirib.
Məhəmməd Həsənov (general-mayor)
Məhəmməd Kərim oğlu Həsənov (25 fevral 1966, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyin rəisi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanının müavini; Günnüt əməliyyatı və Vətən müharibəsinin iştirakçısı. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2018-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Məhəmməd Həsənov Qazax rayonu Aslanbəyli kəndində anadan olub. Ali təhsilini bitirdikdən sonra rus dili müəllimi olaraq işləməyə başlamışdır. 20 yanvar hadisələrində Sovet İttifaqına qarşı etiraz nümayişində fəal iştirakçılardan olmuş və son anda tankın altından sağ çıxmağı bacarmışdır. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış və ağır döyüşlərdə iştirak edərək bir neçə qəlpə yarası almışdır. Müharibədən sonra hərbi xidmətdə qalaraq ordu quruculuğunda mühüm işlər görmüşdür. Mətbuatda açıqlanmayan bir çox əməliyyatların iştirakçısı olmuşdur. Hərbi hissə komandiri və digər mühüm vəzifələrdə xidmət etmişdir. 2019-cu il aprel ayında polkovnik Məhəmməd Həsənov Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunmuşdur.
Natiq Əliyev (general-mayor)
Natiq Əliyev (26 avqust 1964, Əmirxeyir, Krasnoselsk rayonu) — General-mayor. Əczaçılıq elmləri namizədi, Ehtiyatda olan hərbi zabit Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi. Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir. "Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 1999–2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.

Digər lüğətlərdə