MEHMANXANA [Gənc casus:] Yox, orada heç rahat ola bilmərik. Mehmanxanada daha yaxşıdır (M.S.Ordubadi); QONAQ EVİ Durub geyindim, qonaq evinin qarşısındakı meydana çıxdım və yavaş-yavaş şəhər parkına tərəf getməyə başladım (Y.Əzimzadə); MÜSAFİRXANA (köhn.) Yaşlı kişi: Hacı Ramazan tapşırmışdı ki, Hacı Mirzə babanın müsafirxanasına düşüb orada mənzil tutsun (S.Hüseyn); OTEL Adolf: Düşdüyümüz otelin nömrəsində Asiya xəritəsini açıb plan çəkməyə başladıq (S.S.Axundov).