münasib
mündərəcat
OBASTAN VİKİ
Döşlə münasibət
Döşlə münasibət — kişinin cinsiyyət orqanını qarşı cinsin sinəsi arasına qoyaraq stimullaşdırmaqla baş verən cinsi münasibət növü. Bu cinsi əlaqə növündə HİV-ə yoluxma riski çox aşağıdır. Klifford Allen tərəfindən azğınlıq kimi müəyyən edilən bu münasibət növü Freyd tərəfindən normal seksin hüdudlarında təsnif edilmişdir. Qadınlarda olduğu kimi kişilərdə də orqazma səbəb ola bilər. == Tətbiqi == Ereksiya vəziyyətində olan penis qarşı cinsin sinəsi arasına yerləşdirilir və irəli-geri hərəkətə başlanılır. Bundan əlavə, o da, öz növbəsində sinəsini yuxarı-aşağı hərəkət etdirərək əlaqəni idarə edə bilər. Hər ikisi münasibəti kişi boşalana qədər davam etdirilə bilər. == Slenq terminlər == Bu münasibət növünün bir sıra slenq adları da mövcuddur: Yaponiyada Paizuri ABŞ-da Titty-fucking, titjob yaxud da titfuck Böyük Britaniyada Tit wank yaxud da French fuck – sonuncu adlandırma 1930-cu illərdən meydana gəlmişdir. Daha zarafatcıl ekvivalenti isə sinə zolağından aşağı səyahətdir (trip down mammary lane) == Əlavə ədəbiyyat == Bacarr, Jina. The Japanese art of sex: how to tease, seduce, & pleasure the samurai in your bedroom (illustrated).
Münasibət
Münasibət və ya Münasibətlər bu mənaları ifadə edə bilər:
Münasibət (psixologiya)
Psixologiyada münasibət bir insana xas olan və ya onu xarakterizə edən psixoloji konstruksiya, psixi və emosional mücərrəd varlıqdır. Münasibət insanların, obyektlərin, hadisələrin, fəaliyyətlərin və ideyaların müsbət və ya mənfi qiymətləndirilməsi ola bilər. Bu konkret və ya mücərrəd olan bir şey haqqında ola bilər. Bununla belə, münasibətin dəqiq tərifi haqqında mübahisələr var. Məsələn, Eagly və Chaiken, münasibəti "müəyyən bir varlığın müəyyən dərəcədə müsbət və ya mənfi cəhətlərlə qiymətləndirilməsi ilə ifadə olunan psixoloji meyl" kimi təyin edirlər. Bəzən münasibəti obyektə təsir kimi təyin etmək adi hal olsa da, affekt (yəni, diskret emosiyalar və ya ümumi oyanış) ümumiyyətlə münasibət obyektini formalaşdırmaq üçün istifadə edilən qiymətləndirmə strukturu kimi başa düşülür. Münasibət münasibət obyektlərinə diqqətə, məlumatın kodlaşdırılması üçün kateqoriyalardan istifadəyə və münasibətə aid məlumatın şərhinə, mühakiməsinə və xatırlanmasına təsir göstərə bilər. Bu təsirlər əlçatan olan və mükəmməl dəstəkləyici bilik strukturuna əsaslanan güclü münasibətlər üçün daha güclü olur. Təsirin davamlılığı və təsiri evristikanın ardıcıllığından yaranan gücdən asılıdır. Münasibətlər, hətta şəxs əlaqəsiz məqsədlər güdürsə belə, məlumat, diqqət və davranışların kodlaşdırılmasına rəhbərlik edə bilər.
Riskə münasibət
Riskə münasibət — zəmanətli nəticə ilə risklə əlaqəli nəticə arasında seçim edərkən onun davranışını xarakterizə edən iqtisadi agentin üstünlüklərinin xüsusiyyəti. Riskdən qaçan şəxs eyni gözlənilən gəliri nəzərə alaraq, riskə əsaslanan (ing. risk-aversed) gəlirdən daha çox müəyyən sabit gəlirə üstünlük verir. Riskli neytral olan şəxs eyni gözlənilən dəyərə malik müəyyən və qeyri-müəyyən gəlir arasında seçimə biganədir. Riski sevən insan, qeyri-müəyyən gəlirin gözlənilən dəyəri müəyyən gəlirdən az olsa belə, müəyyən gəlirdən qeyri-müəyyən gəlirə üstünlük verir. Riskə münasibət müəyyən bir ehtimalla qazanc və ya itki baş verdikdə qeyri-müəyyənlik şəraitində agentin davranışını xarakterizə edir. Neoklassik iqtisadiyyatda risk və qeyri-müəyyənlik anlayışları eynidir. Bütün mümkün nəticələrin və onların baş vermə ehtimallarının əvvəlcədən məlum olduğu güman edilir. Nəticələr toplusu onların baş vermə ehtimalı ilə birlikdə lotereya adlanır. Əgər vahid ehtimalla hansısa nəticə baş verirsə (əmin), o zaman o, həm də zəmanətli uduşlu degenerativ lotereya hesab edilə bilər.
Münasibət (dəqiqləşdirmə)
Münasibət və ya Münasibətlər bu mənaları ifadə edə bilər:
Şəxslərarası münasibət
Şəxslərarası münasibətlər — iki və ya daha çox ağıllı insan arasında qarşılıqlı əlaqə məcmusu, əsasən cəmiyyət üzvləri arasında müxtəlif ünsiyyət növləri vasitəsilə əlaqələrə əsaslanır: ilk növbədə vizual (və ya şifahi olmayan əlaqələr, həm görünüş, həm də bədən hərəkətləri, jestlər ), linqvistik (şifahi nitq), affektiv, eləcə də mürəkkəb cəmiyyətlərin inkişafı nəticəsində yaranan dillər (iqtisadi, siyasi və s.). İnsan münasibətləri fərdi intellektual inkişaf üçün əsasdır, çünki onların sayəsində həm kiçik, həm sadə cəmiyyətlər (məsələn, kənd), həm də böyük və mürəkkəb cəmiyyətlər ( meqapolis kimi) formalaşır. İnsan münasibətləri ən azı iki fərd arasındakı əlaqəni ehtiva edir. Bir insanın rahatlıqla davam etdirə biləcəyi davamlı sosial əlaqələrin maksimum sayı Danbar limiti adlanır. Bu rəqəm 100 ilə 230 arasında dəyişir, ən çox 150 hesab olunur.
Sürtünmə yolu ilə cinsi münasibət
Sürtünmə yolu ilə cinsi münasibət — cinsi əlaqə olmadan, cinsi partnyorlar tərəfindən bir-birlərini oxşayaraq, ovuşduraraq, yaxud da, bir-birlərinə sürtünərək həyata keçirmiş olduqları sevişmə metodlarından biri. Cinsiyyət orqanlarının stimullaşdırılması öpüşmək, erogen zonalara toxunma və ya bəzən də alt paltarları çıxarmadan fiziki təmasla təmin edilir. Ümumiyyətlə bu metod cinsi təcrübəsi olmayan subay gənclərin üstünlük verdiyi üsuldur.
Ermənistan–Filippin münasibətləri
Filippin—Ermənistan münasibətləri — Filippin və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında diplomatik münasibətlər 20 may 1992-ci ildə başladıqdan sonra tədricən yaxşılaşmışdır. Xarici İşlər Naziri Edvard Nalbandyan 2012-ci ildə Filippini ziyarət etmişdir. Bu onu bu günə qədər Filippini ziyarət edən Ermənistan hökumətindəki ən yüksək vəzifəli məmur halına gətirmişdi. Ermənistan səfiri Raisa Vardanyanın 19 mart 2015-ci il tarixində Xarici İşlər Nazirliyinə etdiyi səfərdən sonra Ermənistan-Filipin münasibətləri daha da güclənir. Son diplomatik tədbirdə iki ölkə arasında ticarət, investisiya, təhsil və elmi əməkdaşlığın genişləndirilməsinə dair bir öhdəlik yer alır. Hər iki ölkənin hazırda qeyri-rezident səfirləri var. Ermənistan səfiri Manilaya Hanoyda, Filippinin İrəvandakı səfiri Moskvadan akkreditə olunmuşdur. Tarixən ermənilər Filippində ticarətdə əhəmiyyətli rol oynamışlar.
Ermənistan–Fransa münasibətləri
Fransa—Ermənistan münasibətləri — Fransa və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarixi == 24 fevral 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulur. 1998-ci ildə Fransa Milli Assambleyasının ölkənin 1915-ci ildəki erməni soyqırımını tanıdığına dair bir qərar qəbul edir. B addım Türkiyənin kəskin etirazına səbəb olur. 2006-cı ildə Fransada Ermənistan ili elan edilir. 2 oktyabr 2009-cu ildə Vigen Çiteçyan Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilir. Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Henri Reynaud 5 noyabr 2010-cu ildə etimadnaməsini Ermənistan Prezidenti Serj Sarkisyana təqdim edir. 1 dekabr 2011-ci ildə Vardan Sirmax Ermənistanın Marseldəki Baş Konsulu təyin edilir. 7 yanvar 2015-ci il tarixində Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Charlie Hebdo redaksiyasında baş verən atışma ilə bağlı bir press-reliz yayımladı: “Parisdəki Charlie Hebdo jurnalının ofisində törədilən terror aktını qətiyyətlə pisləyirik” və “ekstremistlərin bu cür dəhşətli hərəkətlərinə heç vaxt haqq qazandırla blməz və beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsində daha geniş həmrəyliyin göstərilməsinin lazım olduğunu bir daha sübut edir”. Ermənistan hökuməti ayrıca "xalqa, dost Fransanın səlahiyyətlilərinə, Charlie Hebdo jurnalının redaksiyasına və qurbanların yaxınlarına başsağlığı və dəstəyi" bildirdi.
Ermənistan–Gürcüstan münasibətləri
Gürcüstan–Ermənistan münasibətləri — Gürcüstan Respublikası və Ermənistan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əlaqələr 17 iyul 1992-ci ildə qurulmuşdur. Gürcüstan və Ermənistan arasında 80-dən çox anlaşma imzalanmasına baxmayaraq ikitərəfli münasibətlər bir mənalı deyildir. Ermənistan Rusiya ilə isti münasibbətlərə sahibdir və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən münasibətlərinə sahibdir. Gürcüstan isə Rusiya ilə ikitərfli münasibətlərə sahib deyildir, üstəlik Rusiyaya 2014-cü ildə tətbiq edilən sanksiyaya qoşulmuşdur. Gürcüstan isə həm Azərbaycan həm də Türkiyə ilə dost qonşuluq münasibətləri qurmuşdur. İki ölkə arasında dövlət sərhəddinin ümumi uzunluğu 219 km-dir. == Tarixi == Gürcüstan və Ermənistan əraziləri tarixən bir çox dövrlərdə eyni dövlətlərin tərkibi olmuşdur. XIII əsrə qədər hazır ki, Ermənistan ərazilərinin bir hissəsi Gürcülərin nəzarətində olmuşdur.
Ermənistan–Hindistan münasibətləri
Hindistan—Ermənistan münasibətləri — Hindistan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == === Orta əsrlər tarixi === Moğol İmperatoru Əkbər şah (1556-1605) XVI əsrdə erməniləri Aqrada yerləşməyə dəvət edir. XIX əsrin ortalarında Hindistanda xeyli sayda erməni yaşayırdı. Erməni tacirlər Moğol İmperiyası dövründə Aqranı ziyarət etmişlər. Əkbər ermənilərə bir neçə imtiyaz, xeyli etiqad azadlığı və hökumətdə işləmək imkanı vermişdi. Əkbərin həyat ypldaşlarından biri olan Məryəm Zamani Bequm erməni idi. İmperator fərmanı ilə erməni tacirlər idxal etdikləri və ixrac etdikləri mallara görə vergi ödəməkdən azad edilmişdi. Moğol İmperiyası ərazilərində xaricilərin girişinin qadağan olunduğu ərazilərdə hərəkət etmələrinə icazə verilirdi. 1562-ci ildə Aqrada bir erməni kilsəsi tikildi. XVI əsrdən başlayaraq ermənilər (əksəriyyəti İrandan olanlar), Hindistanın qərb sahilində yerləşən dövrün ən fəal Hindistan limanı olan Suratda əhəmiyyətli bir ticarət birliyi qurmuşdular.
Ermənistan–Kanada münasibətləri
Kanada—Ermənistan münasibətləri — Kanada və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr Birləşmiş Millətlər Təşkilatının və Frankofoniyanın üzvləridir. == Tarixi == Kanada 1991-ci ildə Sovet İttifaqının dağılmasından bir müddət sonra Ermənistanı tanıyır. 1992-ci ildə ölkələr rəsmi olaraq diplomatik əlaqələr qurur. 1997-ci ildə Kanada İrəvanda fəxri konsulluq açır. Kanadanın Moskvadakı səfirliyi ölkənin maraqlarını Ermənistanda da təmsil edir. 1995-ci ildə Ermənistan Ottavada səfirliyini açır. 1999-cu ildə ölkələr arasında bir sıra müqavilələr imzalanmışdır: Ticarət və Kommersiya Sazişi; İnvestisiyaların Təşviqi və Qorunması Sazişi; Gəlir və Kapital vergiləri ilə bağlı ikiqat vergitutmanın qarşısının alınması və vergidən yayınma hallarının qarşısının alınması haqqında Saziş. Kanadanın Beynəlxalq Əməkdaşlıq Nazirliyi Ermənistana regional layihələr vasitəsilə maliyyə yardımı göstərir. Kanada Fondu Moskvadakı Kanada səfirliyi vastəsi ilə ticarət siyasətinin potensialının artırılması, kənd yerlərinin inkişafı, səhiyyə layihələri və Ermənistanda ətraf mühit proqramları daxilində idarə olunur.
Ermənistan–Kipr münasibətləri
Ermənistan—Kipr münasibətləri — Kipr və Ermənistan arasında iki tərəfli diplomatik əlaqələr həmişə yaxın olmuşdur. Kipr Erməni Soyqırımının tanınması, iqtisadi sabitlik və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanı dəstəkləyir. Ermənistan 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra birləşmiş Kiprin tərəfdarıdır və Kipr münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bu gün Ermənistan və Kipr arasındakı münasibətlər ticarət, hərbi, kəşfiyyat xidmətləri, xarici siyasət və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir. == Çağdaş münasibətlər == === Ermənistan müstəqillik qazandıqdan sonra === ==== Dağlıq Qarabağ müharibəsi ==== Dağlıq Qarabağ Vilayətinin parlamenti 20 fevral 1988-ci ildə vilayətin Ermənistana birləşdirilməsinə səs verməsindən az sonra Ermənistan və qonşu Azərbaycan arasında millətlərarası qarşıdurmalar başlayır. Ermənistanda 1980-ci illərin sonlarında Qarabağı Ermənistanla birləşdirmək tələbi Sovet İttifaqı dağıldıqca tədricən Dağlıq Qarabağdakı etnik qruplar arasında şiddətli qarşıdurmaya çevrildi. 2011-ci ilin yanvarında Kipr və Ermənistan arasında verilmiş ortaq bəyannamədə, Kipr Respublikasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ölkələrin prezidentlərinin təklif etdiyi elementlər əsasında danışıqlar yolu ilə ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Ermənistanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün konstruktiv səylərini dəstəklədiyini ifadə etdiyi qeyd edildi. == İddia olunan erməni soyqırımının tanınması == Kiprin Xarici iİşlər naziri Spiros Kuprianou 25 yanvar 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin iclasında soyqırım məsələsini ilk dəfə qaldırır. Kipr eyni zamanda 24 aprel 1975-ci ildə Erməni Soyqırımını rəsmən tanıyan ilk Avropa ölkəsi (və Uruqvaydan sonra dünyada) olur. Daha sonra 24 aprel Kiprdə Erməni Soyqırımının Milli Anma Günü elan edilir.
Ermənistan–Livan münasibətləri
Livan—Ermənistan münasibətləri — Livan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Livan Qondarma Erməni Soyqırımını tanıyan ilk Ərəb Dövlətləri Liqasına üzv ola ölkədir. == İkinci Livan müharibəsində Ermənistanın rolu == 2006-cı ildəki İkinci Livan müharibəsi zamanı Ermənistan Livana humanitar yardım göndərmişdir: dərmanlar, ilk yardım ləvazimatları və s. == Qondarma Erməni Soyqırımının tanınması == 12 may 2000-ci ildə Livan Parlamenti Qondarma Erməni Soyqırımının tanınmasına səs verir. Livan qondarma soyqırımı tanıyan ilk ərəb dilli ölkə olur. == Mədəni əlaqələr == Livandakı erməni icmasının bir neçə siyasi partiyası var. Livandakı EİF Dashnaktsutyun Partiyası hazırda hökumətdə və 8 Mart koalisiyasındakı ən böyük erməni partiyasıdır. Bununla birlikdə 14 mart müxalifət koalisiyasını dəstəkləyən partiyalar da var. Ölkələr arasında viza rejimi yoxdur. Livanda onlarla erməni məktəbi, universiteti, uşaq bağçası və müxtəlif müəssisələr var.
Ermənistan–Meksika münasibətləri
Meksika—Ermənistan münasibətləri — Meksika və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Tarix == 26 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edir. 14 yanvar 1992-ci ildə Ermənistan və Meksika arasında rəsmi diplomatik münasibətlər qurulur. Münasibətlərin qurulmasından bəri ölkələr arasında təmaslar olduqca aşağı səviyyədə və əsasən Birləşmiş Millətlər Təşkilatı səviyyəsində diplomatik məsələlərlə əlaqəli olaraq davam etdirilir. 2002-ci ilin martında Ermənistanın Baş Naziri Andranik Marqaryan maliyyə inkişafı ilə bağlı beynəlxalq konfransda iştirak etmək üçün Monterreyə gəlir. Bu müstəqillik qazandıqdan sonra Ermənistan hökumətindən yüksək vəzifəli bir şəxsin Meksikaya ilk səfəri olur. 2002-ci ilin avqust ayında Ermənistan Xarici İşlər Naziri Vartan Oskanyan Meksikaya rəsmi səfər edir. Səfər zamanı Mədəniyyət və Təhsil sahəsində əməkdaşlıq haqqında saziş, habelə Rəsmi və Diplomatik pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalanmışdır. 2012-ci ilin oktyabrında Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan Meksikaya rəsmi səfər edir.
Ermənistan–Misir münasibətləri
Misir—Ermənistan münasibətləri — Misir və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Misir ərəb dünyasında 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. == Tarix == Ermənistan SSRİ-dən müstəqillik qazandıqdan sonra, Misir Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olur. 1992-ci ildə İkitərəfli Diplomatik Münasibətlərin qurulması haqqında Konvensiya imzalanır. Misirin İrəvandakı səfirliyi 1993-cü ilin mayında, Ermənistanın Qahirədəki səfirliyi isə 1992-ci ilin martında açılır. İki ölkə arasındakı siyasi münasibətlərdə ən əlamətdar məqam ermənilərin Misirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bitərəf mövqeyini qiymətləndirməsidir. Eləcə də Misirin Qondarma Erməni Soyqırımı zamanı özlərinə qarşı baş verən qətllərdən qaçan erməniləri qəbul etməsi və onların Misir cəmiyyətinə inteqrasiyasıdır . Son 20 ildə Ermənistan və Misir əla siyasi, iqtisadi, mədəni, təhsil və elmi əməkdaşlıq qurmağı bacarmışlar. Misir ərəb dünyasında 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ermənistan və Misir 40-dan çox ikitərəfli hüquqi sənəd imzalamışdır.
Ermənistan–Pakistan münasibətləri
Pakistan–Ermənistan münasibətləri — Pakistan və Ermənistan arasında iki tərəfli diplomatik əlaqələr. == Tarixi == Pakistan—Ermənistan arasında diplomatik əlaqələr hələ də qurulmamışdır. Bunun əsas səbəbi Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycana məxsus Dağlıq Qarabağ və onun ətrafında yerləşən əraziləri işğal etməsidir. Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Üstəlik iddia olunan Erməni soyqırımını da tanımır. Pakistan Qarabağ müharibəsi zamanı və sonrası Azərbaycanı dəstəkləyən ölkələrdəndir. Ermənistan Hindistanla dost münasibətlərə sahibdir. Üstəlik Kəşmir problemində Kəşmiri Hindistanın ərazisi hesab edir. Pakistan dünyada yeganə dövlətdir ki, Ermənistanın müstəqilliyini tanımır. Pakistan dövləti bunu Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləmək üçün etdiyini açıq şəkildə bəyan edir.
Ermənistan–Portuqaliya münasibətləri
Portuqaliya—Ermənistan münasibətləri — Portuqaliya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələrdə daimi səfirliklər yoxdur. Ermənistan Portuqaliyadakı maraqlarını onun İtaliyanın Roma şəhərindəki səfirliyi vasitəsilə həyata keçirir. Portuqaliya isə Moskvadakı səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Bundan əlavə Portuqaliya Ermənistanda İrəvanın Nalbandyan küçəsindəki Fəxri Konsulluğu vasitəsilə təmsil olunur. Konsul — Samuel Samuelyandır. Portuqaliya 10 avqust 1920-ci ildə Ermənistan Demokratik Respublikasının müstəqilliyini rəsmən tanıdı və "yalnız hörmət deyil, həm də Ermənistanın ərazi bütövlüyünün və siyasi müstəqilliyinin xarici təcavüzündən qorunması barədə təntənəli bir müqavilə imzaladı …". Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. == Portuqaliyalı məşhur ermənilər == Portuqaliyada yaşayan ən məşhur ermənilərdən biri Qalust Gülbənkiyan idi. Lissabonu işinin mərkəzi qərargahına çevirən varlı bir erməni iş adamı və xeyriyyəçi olmuşdur.
Ermənistan–Qazaxıstan münasibətləri
Qazaxıstan-Ermənistan əlaqələri — Qazaxıstan və Ermənistan arasında iki tərəfli münasibətlər. İki tərəfli əlaqələrin əsası 27 avqust 1992 ildə qoyulmuşdur. Hər iki ölkə Müstəqil Dövlətlər Birliyi, Birləşmiş Millətlər Təşkilatı və ATƏT kimi təşkilat və qurumlarda təmsil olunurlar. == Tarixi == 1991—1992 illərdə Qazaxıstan Qarabağ münaqişəsinin həllində cəhdlər göstərmişdir. 1993 ilin avqustundan Qazaxıstanda Ermənistan səfirliyi fəaliyyətə başlamışdır. Qazaxıstanın Ermənistan ərazisində səfirliyi isə 2007-ci ildə açılır. Ermənistan prezidenti Robert Koçaryan Qazaxıstanı 1999 ilin sentyabr və 2006 ilin noyabrında ziyarət etmişdir. Ermənistan prezidenti Serj Sarkisyan 2008-ci ildən Qazaxıstana dəfələrlə səfərlər təşkil etmişdir. Qazaxıstanın lideri olan Nursultan Nazarbayev 2001-ci ilin mayında Ermənistana səfər edir. 2013-ci ildə Ermənistanın Qazaxstandakı səfiri Parlantin keçmiş spikeri Ara Saakyan olmuşdur.
Ermənistan–Rusiya münasibətləri
Rusiya—Ermənistan münasibətləri — Rusiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanla Rusiya arasında diplomatik münasibətlər 3 aprel 1992-ci ildə qurulmuşdur. Ermənistan Rusiyanın Zaqafqaziyada əsas müttəfiqi hesab olunur. Rusiya və Ermənistanın əksər əsas beynəlxalq problemlərdə mövqeləri üst-üstə düşür və ya yaxındır. Ermənistan Rusiyanın MDB-nin gücləndirilməsinə yanaşmasını bölüşür. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında əməkdaşlığı, erməni tərəfinin fikrincə milli təhlükəsizliyinin vacib elementidir. Dövlətlərarası münasibətləri müəyyənləşdirən müqavilə və sazişlər arasında 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi və Ermənistan ərazilərində Rusiya hərbi birləşmələrinin olmasını tənzimləyən bir sıra sənədlər var. == İqtisadi əməkdaşlıq == İqtisadi əlaqələr, siyasi və hərbi sahələrdə qarşılıqlı əlaqə səviyyəsinə görə ardıcıl olaraq yaxınlaşır. Ticarət balansı Rusiya üçün sistematik olaraq müsbətdir. Rusiya inamla Ermənistan iqtisadiyyatında ən böyük xarici investor mövqeyini qoruyur.
Ermənistan–Serbiya münasibətləri
Serbiya—Ermənistan münasibətləri — Serbiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yuqoslaviya Federativ Respublikası arasında diplomatik münasibətlər 14 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə Yunanıstanın Afinadakı səfirlikləri vasitəsi ilə təmsil olunur və hər iki ölkə arasında yeganə diplomatik nümayəndə kimi fəaliyyət göstərən fəxri konsulluqlar qurmuşdur. Ermənistanın Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı Azərbaycanla münaqişəsi var, Serbiyada ATƏT-in Minsk qrupunu çərçivəsində münaqişənin sülh yolu ilə siyasi həll axtarışını dəstəkləyir. Serbiya Kosovanı öz ərazisi hesab edir. Ermənistanda bu məsələdə Kosovonun müstəqilliyini tanımır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, NATO Sülh Tərəfdaşlığının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. == Qondarma erməni soyqırımı == Həm serblər, həm də ermənilər xristian olduqları üçün, erməni soyqırımı serblər arasında geniş tanınır. Serbiya hökuməti, Türkiyənin ölkənin inkişafına yatırdığı sərmayələrdən asılı olduğu üçün hələ soyqırımı tanımamııdıe. Bu səbəbdən praqmatik bir yanaşmaya sadiq qalaraq tanınma qanununu rədd edir.
Ermənistan–Sinqapur münasibətləri
Sinqapur—Ermənistan münasibətləri — Sinqapur və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələrin ikitərəfli münasibətlərdə daimi səfirlikləri yoxdur. Ermənistanın Pekindəki səfirliyi Sinqapurda akkreditə olunmuşdur. Sinqapurun Ermənistanda nümayəndəliyi yoxdur. == Tarix == Malay yarımadasında ermənilərə aid ilk xatırlatmalar 1669-cu ilə aiddir. O dövrdə Sinqapurda 87 erməni yaşayırdı. XIX əsrin sonunda İrandan Sinqapura köçən Sarkis soyadlı dörd qardaş - Martin, Tiqran, Avet və Arşak həyatları boyunca otel işinin əsl əfsanəsinə çevrilir. 23 yaşındakı Tiqran Sarkis otel işində ilk addımlarını atmağa başlayır. Bir müddət sonra Martin və Avet ilə birlikdə, qısa müddətdə E. & O. adlanan The Eastern and Oriental Otelini qururlar. Ütəlik Sinqapurdakı ən qədim xristian kilsəsi erməni köçkünlər tərəfindən tikilmişdir.
Ermənistan–Suriya münasibətləri
Suriya—Ermənistan münasibətləri — Suriya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. Ermənistanın Şamda səfirliyi və Hələbdə isə konsulluğu var. 1997-ci ildə isə Suriya İrəvanda səfirlik açmışdır. == Tarix == Ermənistanla Suriya arasındakı münasibətlər uzun bir tarixə malikdir. VII əsrdə Kilikiya Ermənistanı Bizans və Ərəb xilafəti arasında sülh pozulana qədər müstəqilliyini qoruyur. II Yustinianın ərəblərlə müharibəni başladıqdan sonra Kilikiyadakı Slavyan köçkünlər onların tərəfinə keçir və nəticədə Kilikya Ermənistanı asanlıqla işğal edilir. Daha sonra hər iki tərəf də bu bölgəyə yürüşlər təşkil edir. 705-ci ildə Ermənistanın İşxanı Bizans imperatoruna kömək istəyi ilə müraciət edir.
Ermənistan–Səudiyyə Ərəbistanı münasibətləri
Səudiyyə Ərəbistanı—Ermənistan münasibətləri — Səudiyyə Ərəbistanı və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr yoxdur. Buna səbəb isə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsidir. Bununla belə iki ölkə arasındakı münasibətlərdə, türk nüfuzunun artmasına qarşılıq ümumi müqavimət üzündən 2010-cu illərdən bəri əhəmiyyətli dərəcədə istiləşmə müşahidə olunur. == Tarix == === 1990-cı illərdən 2010-cu illərin əvvəllərinə === Dağlıq Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı, Azərbaycanın Qarabağdakı mövqeyini dəstəklədiyi üçün Ermənistanla rəsmi münasibətlər qurmamışdır. Səudiyyə Ərəbistanı Azərbaycanın bir hissəsi olaraq Qarabağ bölgəsi ilə bağlı mövqeyində möhkəm qaldığından və əlaqələr qurmadığından bu məsələ bu formada qalır. === 2010-cu ilin ortalarından === Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın hakimiyyətə gəlməsindən, Səudiyyə Ərəbistanı və Ermənistanla münasibətləri pis olan Türkiyə ilə artan düşmənçiliyindən sonra iki ölkə arasında münasibətlər yeni bir inkişaf səviyyəsini qədəm qoyur. Həm Səudiyyə Ərəbistanı, həm də Ermənistan Rəcəb Tayyib Ərdoğan dövründə türk ekspansionizminin bu ölkələr üçün bir təhdid kimi ortaq bir baxışa sahibdirlər. Səudiyyə Ərəbistanı 2019-cu ildə antitürk boykotu elan edir. Vəziyyəti Türkiyə hökumətinin Səudiyyə əleyhinə açıqlamaları ağırlaşdırır.
Ermənistan–Tacikistan münasibətləri
Tacikistan—Ermənistan münasibətləri — Tacikistan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin üzvüdür. İkitərəfli münasibətlər 12 oktyabr 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə əvvəllər Sovet ittifaqının müttəfiq respublikalarından olmuşdur. İki ölkənin heç birinin digəri ərazisində rezident səfirləri yoxdur. Tacikistan Rusiyanın Moskvadakı səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Ermənistan Respublikasının Türkmənistandakı səfirliyi həm də Tacikistanda akreditə olunmuşdur. == Göstəricilər == == Tarix == Respublika başçılarının görüşləri ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Ermənistanın ikinci Prezidenti Robert Köçəryan 2002-ci ilin aprelində Tacikistana rəsmi səfər edir. Tacikistan lideri Emoməli Rəhmonun rəsmi səfərləri 2003 və 2005-ci illərdə baş tutur.
Ermənistan–Türkiyə münasibətləri
Ermənistan–Türkiyə münasibətləri — Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlər erməni soyqırımını tanımaq, Ermənistanın Qars müqaviləsini ratifikasiya etməkdən imtina etməsi və Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana dəstək verməsi ilə çətinləşir. İki dövlət arasında 311 km uzunluğa malik sərhəd olmasına baxmayaraq bağlıdır. == Osmanlı imperiyasında ermənilər == Ermənistan XV-XVI əsrlərdə Osmanlı İmperiyasının tərkibində idi. Ermənilərlə osmanlılar arasında münasibətlər qarışıq olmuşdur. Osmanlı hökmdarları Konstantinopolda erməni Patriarxlığının yaradılmasına təşəbbüs göstərmişdilər. Şəhərin erməni əhalisi artmırdı və sultanın dəstəyindən istifadə etməyərək daha pis vəziyyətdə idi. Kəndlərdə yaşayan ermənilər tez-tez yerli idarədən əziyyət çəkirdilər. Bundan əlavə cizyə kimi əlavə vergi ödəməli olurdular. Oğlan övladlarını isə döyüşçü olmaq üçün sultana verirdilər (Yeniçəri). Ancaq XVII əsrin əvvəllərindən Osmanlı İmperiyası zəyifləmələ başladı.
Ermənistan–Türkmənistan münasibətləri
Türkmənistan–Ermənistan münasibətləri — Türkmənistan və Ermənistan arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə SSRİ adlanan ittifaqa daxil olan respublikadan biri olmuşdur. 1991-ci ildə müstəqillik əldə etmişlər. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının üzvüdürlər. 2015-ci ildə Türkmənsitan və Ermənistan arasında iki anlaşma, beş görüş protokolu, 3 memorandum və iki deklarasiya imzalanmışdır. == Tarixi == Türkmənistan və Ermənistan arasında diplomartik əlaqələr 9 oktyabr 1992-ci ildə qurulmuşdur. İki ölkə arasında bir ilk olaraq 1993-cü ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ziyarət etmişdir. 1994-cü ilin iyulunda Ermənistanın Türkmənistanda səfirliyi açılır. 1997-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ikinci dəfə ziyarət etmişdir. 2000-ci ildə Türkmənistana Prezident Robet Koçaryan səfər etmişdir.
Ermənistan–Ukrayna münasibətləri
Ukrayna—Ermənistan münasibətləri — Ukrayna və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Bu münasibətləer 25 dekabr 1991-ci ildə qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə SSRİ tərkibində ittifaq respublikalarından biri idi. Bu gün Müstəqil Dövlətlər Birliyinin, Ümumdünya Ticarət Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər. == Xüsusiyyətlərin müqayisəsi == == Tarix == 18 dekabr 1991-ci ildə Ermənistan Ukraynanın müstəqilliyini tanıyır. Ermənistanın Ukraynadakı səfirliyi 1993-cü ilin yanvarında açılır. Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Andranik Manukyandır. Ukraynanın İrəvandakı səfirliyi 1996-cı ilin sentyabrından fəaliyyətə başlayır. Ukraynanın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili İvan Zaqorodnıdır. İkitərəfli münasibətlərin əsasını qoyan sənəd Ukrayna ilə Ermənistan Respublikası arasında 14 May 1996-cı ildə imzalanan Dostluq və Əməkdaşlıq Müqaviləsidir.
Ermənistan–Uruqvay münasibətləri
Uruqvay—Ermənistan münasibətləri — Uruqvay və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Cənubi Amerikanın bu kiçik dövləti böyük bir erməni icmasına ev sahibliyi edir. Uruqvayda təxminən 16.000 nəfər erməni icması yaşayır. == Tarix == Uruqvaya ilk ermənilər 1800-cü illərin sonlarında gəlirlər. 1920-1930-cu illər arasında çox sayda erməni bu ölkəyə üz tutur. 20 aprel 1965-ci ildə Uruqvay dünyada erməni soyqırımını rəsmən tanıyan ilk dövlət olur. 1939-cu ildə Ümumerməni Xeyriyyə Birliyi Uruqvayın Montevideo şəhərində ofislərini açır. 26 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edir. 27 may 1992-ci ildə Ermənistan və Uruqvay arasında diplomatik əlaqələr qurulur. 1992-ci ilin iyununda Ermənistan Prezidenti Levon Ter-Petrosyan Uruqvaya rəsmi səfər edir.
Ermənistan–Xorvatiya münasibətləri
Xorvatiya—Ermənistan münasibətləri — Xorvatiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 8 iyul 1996-cı ildə qurulmuşdur. Ermənistan Xorvatiyada İtaliyanın Romadakı səfirliyi ilə, Xorvatiya isə Ermənistanda Yunanıstanın Afinadakı səfirliyi ilə təmsil olunur. 2011-ci ildə hər iki ölkə fəxri konsulluqlar açır: Ermənistan Zaqrebdə, Xorvatiya isə İrəvanda. Ermənistan Avrasiya İqtisadi Birliyinin, Xorvatiya isə Avropa İttifaqının (Aİ) üzvüdür. Ermənistan Avropa İttifaqı ilə Birlik Sazişi imzalamışdır. == Tarixi == Dubrovnik Respublikasının mərkəzi Dubrovnik, Xorvatiya-Ermənistan tarixi əlaqələrinin mərkəzi olmuşdur. Dubrovnikdə yaşayan çox sayda xaricinin arasında bir neçə erməni var idi. Dubrovnikin iki himayəçisi müqəddəs Zenobius və Zenobia Kilikiyadan olan erməni müqəddəslər idi. Raqusan Yepiskopu Raimondo Gallani 18-ci əsrin əvvəllərində Ankara və İstanbulun baş yepiskopu idi.
Ermənistan–Yaponiya münasibətləri
Ermənistan—Yaponiya münasibətləri — Ermənistan və Yaponiya arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yaponiya arasında ikitərəfli münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə qurulmuşdur. Ermənistan Prezidenti Robert Köçəryan 2001-ci ilin dekabrında Yaponiyaya rəsmi səfər etmiş, burada Yaponiyanın imperatoru və baş naziri ilə görüşmüşdür. Ölkənin ən qısa zamanda Tokioda səfirlik açmağı planlaşdırdığını bildirmişdir. Yaponiyada təxminən 20 ilə 100 arasında erməni əsilli insanın yaşadığı deyilir. == Tarix == 1918-ci ildə Ermənistan müstəqil bir dövlət olaraq qurulur və 1920-ci ilə qədər mövcud olur. Yeni dövləti tanıyan ölkələr arasında Yaponiyada olur. Diana Abqar Ermənistanın Yaponiyadakı ilk səfiri olur. Çağdaş Ermənistan və Yaponiya arasında münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə quruldu. Bundan əvvəl münasibətlər Sovet İttifaqı vasitəsilə həyata keçirilirdi.
Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət
Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət (ing. International reactions to the Charlie Hebdo shooting) - 2015-ci ilin 7 yanvar tarixində Fransanın Paris şəhərində yerləşən Charlie Hebdo karikatura qəzetinə edilən silahlı basqın və hadisə nəticəsində 12 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına müstəqil dövlətlərin və xarici təşkilatların verdiyi reaksiya və başsağlığı mesajları. Ümumiyyətlə baş vermiş qətliam ilə bağlı 60 dan çox dövlət hadisəyə öz münasibətini bildirmişdir. == Dövlətlər == Azərbaycan - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransalı həmkarı Fransua Ollanda baş vermiş terror aktı ilə bağlı başsağlı verib və yaşanmış hadisəni qınayıb. Göndərilən məktubda deyilir: Hörmətli cənab Prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti. Bakı, 7 yanvar 2015-ci il. ABŞ - Ağ evdən edilən açıqlama ilə baş vermiş silahlı instident pisləndi.

Значение слова в других словарях