MÜRƏKKƏBLƏŞMƏK Onun vəziyyəti mürəkkəbləşəcəkdi (S.Rəhimov); AĞIRLAŞMAQ Obalar arana köçəndən sonra Gülyazın həyatı daha da ağırlaşdı (M.Hüseyn); ÇƏTİNLƏŞMƏK Çox çətinləşdi bu günlər yaşamaq dünyadə; Daha müşkülləşəcək bilməliyiz fərdadə (M.Hadi); DƏRİNLƏŞMƏK (məc.) [Şamo:] Demək, belə?! – dedi, – məsələ dərinləşir (S.Rəhimov); MÜŞKÜLLƏŞMƏK Cavad xan: ..işlər müşkülləşdi. indi ölkənin nizamına nəzarət qılmaq bizə düşür (Çəmənzəminli).