MƏNİMKİ

“Mənimkini özümə ver” deyirik. Sözün kökü mən əvəzliyidir. –im yiyəlik hal şəkilçisidir, -ki şəkilçiləşmiş əvəzlikdir. Belə qanun da var: söz başqa sözə bağlanmaq üçün qrammatik şəkilçi qəbul edirsə, bütün əvvəlki şəkilçilər leksik şəkilçi yerində çıxış edir. Mənimkini sözündə təsirlik hal şəkilçisindən əvvəl gələn şəkilçilər leksik şəkilçi rolunda çıxış edir, çünki sözü başqası ilə bağlamaq əla­mə­tini itirib. Qrammatik şəkilçilərin ardıcıl düzülüşündə hər əvvəl gələn, sonrakı ilə müqayisədə, sözdüzəltmə əlamətinə malikdir: kitablardan sözünü ki­tabdanlar ki­mi işlətmək olmaz, çünki cəm şəkilçisinin təbiətində hal şəkilçisinə nisbətən söz­dü­zəldicilik əlaməti vardır. Deməli, mən, mənim, mənimki, mənim­ki­nin söz­lərindən sonuncusunda –ni şəkilçisinə qədər olan hissə şərti də olsa düzəltmə sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MƏNHUS
MƏNİMSƏMƏ

Значение слова в других словарях