Neft sənayesi

ağır sənaye sahəsi; neft və qaz yataqlarının kəşfiyatını, quyular qazılmasını, neft və neft-qaz hasilatını, neft qazının emalını, neftin boru kəmərləri ilə nəqlini əhatə edir.
Neft məhsularının təmizlənməsi
Neft suları
OBASTAN VİKİ
Azərbaycan neft sənayesi
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahədir. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. == Tarixi == === Erkən tarixi === Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Azərbaycanda neft sənayesi
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahədir. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. == Tarixi == === Erkən tarixi === Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Azərbaycanın neft sənayesi
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahədir. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. == Tarixi == === Erkən tarixi === Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Qazaxıstanda neft sənayesi
Qazaxıstanda neft sənayesi zəngin təbii ehtiyatları və oradakı əlverişli liberal rejimi ilə burada çoxlu investisiyaların cəlb olunmasına səbəb olmuşdur. Qazaxıstan kəşf olunmuş dünya neft ehtiyatlarına görə 13-cü, qaz və kondensat ehtiyatlarına görə 15-ci, neft hasilatının səviyyəsinə görə 28-ci yeri tutur. Burada təkcə Tengiz neft yatağında 2-3 milyard ton neft-qaz ehtiyatlarının olması güman edilir. Hətta bəzi ölkədaxili mənbələrdə Qazaxıstanın neft ehtiyatlarının miqyasının liderlər sırasında ən qabaqçıl mövqedə olması səslənməkdədir. Lakin böyük neft ehtiyatları bu ölkənin müvafiq resurslarının ixracı məsələsində əngəllər törədir. Bu məqsədlə Qazaxıstan dövləti yeni neft kəmərlərinin inşasında maraqlıdır. O, bu kəmərləri Avropaya, Rusiya, Xəzər dənizi, İran vasitəsilə çıxarmağa və hətta Çinə nəql etməyə belə hazırlaşır. Neft hasilatı burada hazırda 55 yataqda təmin edilir. Bunlardan da Mangistaun və Atırau vilayətlərində ümumi neftin 60%-i hasil edilir. Ölkənin quru sahələrində 7,8 milyard ton neftin olması güman olunur və bunun da 65-70%-i Xəzər hövzəsinin payına düşür.
Qazaxıstanın neft sənayesi
Qazaxıstanın neft sənayesi — Qazaxıstan iqtisadiyyatının ən vacib sahələrindən biridir. İlk Qazaxıstan nefti 1899-cu ilin noyabrında Atıra bölgəsindəki Karaşungül yatağında istehsal edildi. Qazaxıstanda 1992-ci ildə neft istehsalı 25,8 milyon ton, 2012-ci ildə isə 80 milyon ton təşkil etmişdir. == Tarixi == Qazaxıstan dünyanın neft istehsal edən ölkələrindən biridir. Qazaxıstanda neft istehsalı XIX əsrin sonunda, İran, Küveyt, Meksika, Norveç, Səudiyyə Ərəbistanından daha erkən başladı. Bu bölgədə sənaye neft ehtiyatlarının tapılmasının ilk yüksək ehtimalı rus hərbçiləri, səyahətçilər və elm adamları tərəfindən qeyd edildi. Qazax torpağının neft daşıma qabiliyyəti haqqında məlumatlar, məsələn, I Pyotrun Həştərxandan Xivəyə fərmanı ilə göndərilən A. Bekoviç-Çerkasskinin qeydlərində tapılmışdır. 1717-ci ildəki bu ekspedisiya, Atıra bölgəsinin ərazisini keçdi və bu sahə haqqında ümumi coğrafi və hidrogeoloji məlumatlar, o cümlədən neft haqqında məlumat topladı. Qeydlərində hidrografik və topoqrafik məlumatlardan, minerallar haqqında qısa geoloji məlumatlardan bəhs etdilər. XIX əsrin ikinci yarısında geoloji tədqiqatlar artıq başlamışdı, elm adamları artıq bilinən yataqları təsvir etmiş və ərazinin təbii və iqlim xüsusiyyətlərini təsvir etmişlər.
Suriyada neft sənayesi
Suriyada neft sənayesi — Suriyada XX əsrin əvvəllərində başlayaraq inkişaf edən və Suriya Ərəb Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl – 2010-cu ildə Suriya hökuməti neft satışları 3.200.000.000 ABŞ dolları əldə etmişdir, bu isə ölkənin ümumi gəlirinin 25.1%-ni təşkil edirdi. Suriya neft istehsalatında bir qədər zəifdir. 2010-cu ildə Suriya ümumdünya neft istehsalatının 0.5%-ni təşkil edir. Bu ədəd 2016-cı ildə 0.05%-ə qədər enmişdir. Suriyanın Orta Şərq standartlarına görə mühüm bir neft ixracatçısı olmamasına baxmayaraq, neft Suriya iqtisadiyyatının əhəmiyyətli bir parçasıdır. Ölkənin neft sənayesi vətəndaş müharibəsinə və Suriyaya qoyulan sanksiyalara görə kəskin şəkildə zəifləmişdir. Suriyanın ən böyük iki neft şirkətləri – Suriya Ərəb Respublikası Neft və Mineral Ehtiyatlar Nazirliyinin sahibləndiyi Syrian Petroleum Company (SPC) və səhmlərinin 50%-i SPC-nın, digər 50%-i xarici qurumların olan Al-Furat Petroleum Company. Şirkətin səhmlərinin 32%-i Anglo-Dutch Shell, China National Petroleum Company şirkətinin korsorsiumu olan Himalaya Energy Syria və Hindistanın Oil and Natural Gas Corporation şirkətlərinə aiddir. 2011-ci ilin dekabr ayında əldə edilən məlumatlara görə Shell Avropa İttifaqının Suriyaya qoyduğu sanksiyalara görə ölkədəki fəaliyyətini təxirə salmışdır.
Təbriz Neft-Kimya Sənayesi
Təbriz Neft-Kimya Sənayesi kompleksi — 408 hektar sahəni əhatə edir. Kompleksin fəaliyyətə başlaması üçün 1.05 milyrad dollar və 527 milyard rial vəsait sərf olunub. Layihə ilk öncə 1987 –ci ildə ölkənin büdcə qanununda öz əksini taparaq 1988-ci ilin fevral ayında neft-kimya kompleksinin rəhbərliyi tərəfindən də müsbət qarşılanıb. İran mütəxəssislərinin zəhməti ilə 1989-cu ilin ll yarısından e`tibarən planlaşdırma və mühəndis işlərinə başlanılıb. 1992–ci ildə ilk quraşdırma işlərinə başlanılıb və 1997–ci ilin yanvar ayında kompleks fəaliyyətə başlayaraq 1998– ci ilin mart ayında daha da təkmilləşdirilib. ‎ == İstehsal məhsulları == Kompleksin əsas istehsal məhsulları polietilen, polistayrən, propilen qreydləridir. Kompleksin I xətti ABS və BD qreydlərini istehsal etmək qabiliyyətindədir. Bu layihə 2002–ci ilin ortalarında istifadəyə veriləcək. Olfin (Olphine) şöbəsi kompleksin ən böyük istehsal şö`bəsi olaraq ildə 136000 ton etilen (Ethylene) istehsal edir. Ölkədə ilk dəfə olaraq etilen bənzen (Ethylene benzene), stayren monomer (Styrene monomer), adi,davamlı ve genişləmiş polistayren (Polystyrene) Təbrizin neft-kimya kompleksində istehsal olunur.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Myanmada neft və təbii qaz sənayesi
Myanmada neft və təbii qaz sənayesi — Myanmada XIX əsrin əvvəllərində başlayaraq inkişaf edən və Myanma İttifaqı Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan iki sahə. Asiyanın ən mühüm neft və təbii qaz istehsalçısı olan Myanmada ilk xam neft ixracatı 1853-cü ildə başlamışdır. On illərlə davam edən izolyasiya, ölkəyə qoyulmuş sanksiyalar, texniki tutumluq azlığı, hökumətin qeyri-şəffaf daxili siyasəti və qeyri-kafi investisiya ölkənin uğurlu bir karbohidrogen sektoru yaratmaq səylərinə mane olmuşdur. Son dövrlərdə başlamış və yavaşca davam etməkdə olan siyasi islahatlar beynəlxalq cəmiyyətin Myanmaya qoyduqları sanksiyaları azaltmaqlarıyla nəticələnmişdir. == Tarix == Birmadakı erkən Britaniya tədqiqatçıları 1795-ci ildə Yenandjaun qəsəbəsində böyük bir neft mənbəyi tapmışdılar. Ərazidə yüzlərlə neft quyusu var idi və bunların hamısı 24 yerli ailənin əlində idi. Britaniya Birması ilk xam neft barrelini 1853-cü ildə ixrac etmişdir. Baş qərargahı London şəhərində olan Burmah Oil Company (BOC) 1871-ci ildə təsis edilmişdir və fəaliyyətin 1887-ci ildə Yenandjaun yatağında, 1902-ci ildə isə Çau yatağında başlamışdır. BOC bu sahədə 1901-ci ildə qədər monopoliya saxlamışdır. 1901-ci ildə American Standard Oil Company Birmada fəaliyyətə başlamışdır.
Avtomobil sənayesi
Avtomobil sənayesi — avtomobil, qoşqu, avtomobil mühərrikləri və ehtiyat hissələri istehsal edən maşınqayırma sahəsi. == Tarixi == Avtomobil sənayesi ümumiyyətlə, XIX əsrin axırlarında, SSRİ-də isə İkinci Dünya müharibəsindən əvvəlki beşilliklərdə yaranmışdır. SSRİ-də AMO-F-15 markalı ilk 1,5 tonluq yük avtomobili 1924-cü ildə Moskva Avtomobil Cəmiyyəti zavodunda buraxılmışdır. 1925-ci ildə Yaroslavl, 1931-ci ildə yenidən qurulmuş Moskva Avtomobil Cəmiyyəti və 1932-ci ildə Qorki avtomobil zavodları işə düşmüşdür. İkinci Dünya müharibəsi illərində Çelyabinsk vilayətinin Miass şəhərində işə salınan Ural Avtomobil Zavodu 1944-cü ildə 3 tonluq yük avtomobilləri istehsalına başlamışdır. Müharibədən sonra mövcud zavodların yenidən qurulması və genişləndirilməsi ilə yanaşı Minsk, Kutaisi, Ulyanovsk yük avtomobilləri, Lvov və Pavlovo avtobus zavodları tikilmişdir. 1959–1971-ci illərdə avtomobil sənayesi daha çox inkişaf etmişdir. Kremençukda 10-12 tonluq yükünü özüboşaldan və 12–14 tonluq kuzovlu avtomobil, Belorusiyada nəhəng (25–40, 74v80, 120 tonluq) yükünü özüboşaldan avtomobil, Zaporejyada mikrolitrajlı, İjevskdə və Tolyattidə azlitrajlı minik avtomobili, Likino-Dulyovo (Moskva vilayəti) və Kurqanda avtobus, Riqada mikroavtobus və s. istehsalı təşkil olunmuşdur. 1970-ci ildə Tatarıstan MSSR-də Kama Avtomobil Zavodunun tikintisinə başlanmış, 16 fevral 1976-cı ildə ilk KamAZ-5320 markalı 16 tonluq yük avtomobilləri buraxılmışdır.
Azərbaycan sənayesi
Azərbaycanın sənayesi — statistika məcmuəsinə son illərdə Azərbaycan Respublikası sənayesinin işini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir. Məcmuədə sənaye sektorunun - “mədənçıxarma sənayesi”, “emal sənayesi”, “elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı” və “su təchizatı, tullantıların təmizlənməsi və emalı” kimi fəaliyyət növləri əhatə olunur. Sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar, sənayedə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər üzrə statistik məlumatlar verilmişdir. Bundan əlavə, məcmuəyə Azərbaycan sənayesinin dünya və MDBölkələrinin sənayesi ilə müqayisə etmək imkanını verən müxtəlif cədvəllər daxil edilmişdir. == Haqqında == 1848-ci ildə dünyada ilk dəfə baş verən Bakıda neft quyusunun sənaye üsulu ilə qazılması Azərbaycanda sənayeləşmənin başlanğıcını qeyd etdi. XIX əsrin ikinci yarısında neft hasilatı həcminin sürətlə artması bu prosesi stimullaşdırdı, nəticədə neftlə əlaqəli sənaye sektorları və infrastruktur quruldu. Əsrin ortalarında sənayeləşmə Azərbaycan bölgələrinə yayılmağa başladı və bu zaman yeni sənaye şəhərləri quruldu. 1970-1980-ci illərdə sənayenin inkişafı üçün genişmiqyaslı investisiyalar ayrıldı. Bir çox iri sənaye müəssisələri quruldu, insan kapitalının inkişafı siyasəti ilə birlikdə Azərbaycan iqtisadiyyatına yeni sənaye sahələri daxil edildi. Nəticədə, sənayenin şaxələndirilməsi prosesi güclü təkan aldı.
Balıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Başqırdıstan sənayesi
Başqırdıstan sənayesi — Başqırdıstan Respublikasının iqtisadiyyat sahələrindən biri. Başqırdıstan Respublikasının sənayesi Başqırdıstan Respublikasının Sənaye və İnnovasiya Siyasəti Nazirliyinin səlahiyyətlərinə aiddir. == Ümumi məlumat == Sənaye məhsulunun həcmi 640,4 mlrd. rubldur. (2009). Sənaye istehsalının sahəvi strukturu (2003, %-lə): yanacaq 37,7, maşınqayırma və metal emalı 17,3, kimya və neft-kimya 13,3, elektroenergetika 10,5, yeyinti 7,4, qara metallurgiya 2,8, əlvan metallurgiya 2,2, meşə, ağac emalı və sellüloz-kağız 2,1, tikinti materialları sənayesi 2, və s. Tuymazı, Şkapovo, Arlan və sair yataqlardan neft çıxarılır (əsas neftçıxarma şirkəti “Baş neft”dir). Aparıcı neft emalı müəssisələri: “Başneftexim” (RF-də ümumi neft emalının 10–12%-i), Novoufimsk neft emalı zavodu. Başqırdıstan özünü hasil etdiyi elektrik enerjisi ilə tamamilə təmin edir (Karmanov DRES-i). === Maşınqayırma === Maşınqayırma sahəsi gübrə maşınları, metalkəsən və ağac emalı dəzgahları, neft aparaturası, özüboşaldan maşınlar, avtobuslar, kimyəvi avadanlıqlar və kabel istehsalında ixtisaslaşır.
Gürcüstan sənayesi
Gürcüstan sənayesi — mədənçilik və emal sənayesinin bir sıra sektorları. Hazırda Gürcüstanda sənaye müəssisələrinin əksəriyyəti ya işləmir, ya da qismən yüklənir (onların potensialından təxminən 20% istifadə olunur). Gürcüstanda ən vacib sənaye sahələri bunlardır: qida və yüngül sənaye, qara və əlvan metallurgiya. Sənayedə işləyənlərin ümumi sayı 85,7 min nəfərdir, o cümlədən mədənçıxarma - 4,3 min nəfər, emal sənayesi - 58,8 min nəfər, elektrik, qaz və su təchizatı - 22,6 min. == Tarixi == === Sovet dövrü === Sovet dövründə Gürcüstanda qida, çuqun, kömür, polad borular, neft məhsulları, gübrələr, dəzgahlar, lokomotivlər və təyyarə yığımı üzrə ixtisaslaşmış inkişaf etmiş bir sənaye var idi. Gürcüstanda aparıcı sənaye sahələri elektrik enerjisi, yanacaq, qara metallurgiya, maşınqayırma, kimya, yüngül və qida idi. 1990-cı ildə sənaye məşğul əhalinin 27%-ni təşkil edirdi. === 1991-ci ildən sonra === 1992-ci ildə Gürcüstanın sənaye istehsalının həcmi 40% azalıb. 1998-ci ilə qədər Gürcüstanda sənaye istehsalının həcmi 1990 -cı ilin səviyyəsinin 16% -ni təşkil etdi. Sənayenin Gürcüstanın ÜDM-də payı 1990-2005-ci illərdə azaldı.
Gəmiqayırma sənayesi
Gəmiqayırma sənayesi — iqtisadiyyatın ağır maşınqayırma sahəsi, gəmilərin inşası həyata keçirilir. Gəmilər tərsanə adlanan xüsusi müəssisələrdə inşa edilirlər. 1960-cı illərdə sənayenin bu sahəsi sürətlə inkişaf etməyə başlamışdı. Səbəbi də "ucuz" neftin dənizlə daşınmasının artması və müvafiq olaraq iri tutumlu tankerlərin istehsalının artması idi, lakin energetik böhran başlayandan sonra yüksək tutumlu tankerlərə olan tələbat azaldı. Bu dövrlərdə gəmiqayırma sənayesi öz coğrafi mövqeyini dəyişmədi. Məhsul daha çox yeni inkişaf etmiş ölkələrdə istehsal edilirdi. Cənubi Koreya bu sahədə dünyada Yaponiyanı geridə buraxıb birinci yerə çıxdı. Gəmiqayırma Braziliyada, Argentinada, Meksikada, Çilidə və Çində inkişaf etməkdədir.
Kino sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. == Film festivalları və film mükafatları == Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Kömür sənayesi
Kömür sənayesi— Kömürün əsas hasilatı Asiya, Şimali Amerika, Avropa (Çin, ABŞ, AFR, Rusiya, Hindistan, Avstraliya, Qazaxıstan, Ukrayna, Polşa, CAR və s.) ölkələrinin payına düşür. Ən mühüm hövzələri isə Rur, Donetsk, Kuznetsk, Yuxarı Sileziya, Appalaç, Fusin, Midlend, Viktoriya Karaqanda və s.dır.Hazırda kömür hasilatının 10-15%-i dünya bazarına çıxarılır. Çin, Böyük Britaniya, Almaniya, Ukrayna və Rusiyanın əksər kömür yataqları dərində yerləşdiyi üçün kömürün hasilatı baha başa gəlir. ABŞ, Avstraliya, CAR-da kömür yataqları yer səthində yerləşdiyi üçün açıq üsulla çıxarılan kömür daha ucuz başa gəlir.Ona görə də Avropa ölkələrinin çoxu ucuz kömürü almağa daha çox meyil edirlər.
Meşə sənayesi
Meşə sənayesi — meşələrdə odun tədarük edən və onun emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.
Mədəniyyət sənayesi
Mədəniyyət sənayesi — Frankfurt məktəbinin iki böyük üzvü olan Theodor Adorno və Max Horkheimer tərəfindən sosial, mədəniyyət və media elmlərinə bəxş edilmiş tənqidi konseptdir. Bir çoxlarından fərqli olaraq bu cütlük mediaya və mədəniyyətə tənqidi prizmadan baxaraq onların sadəcə kapitalist və elit sinfin maraqlarına xidmət etdiyini irəli sürmüşlər. == Adorno və Horkheimer-in Birləşmiş Ştatlara gedişi və yaşadıqları dövr == Adorno Almaniyanın Frankfurt, Horkheimer isə Ştutqart şəhərində dünyaya gəlmişlər. Almaniyada təhsil alan və akademik sahədə işləməyə başlayan bu iki şəxs Nazi partiyası hakimiyyətə gəldikdən sonra Marksist və tənqidi baxışlarına görə dövlət tərəfindən möhkəm tənqidlərə və basqılara məruz qaldıqlarından Almaniyanın tərk edərək Birləşmiş Ştatlara köçməyə qərar verirlər. Bu hadisə onların həyatında dönüş nöqtəsi olur. 1940-50-ci illərdə media, əyləncə mədəniyyəti və kapitalizm Birləşmiş Ştatlarda sürətlə böyüməkdə idi. Hər il yeni sənayelər açılır, yeni filmlər, cizgi filmləri, mahnılar və digər mədəniyyət məhsulları ortaya çıxmaqda idi. Bu dəyişiklikləri müşahidə edən Horkheimer və Adorno bu məsələyə özlərinə məxsus prizmadan baxmağa qərar verirlər, və nəticədə, o günə kimi heç kimin üzə çıxarmadığı mənfi tendensiyanı ortaya çıxartmağı bacardılar. == Mədəniyyət sənayesi == Horkheimer və Adorno kapitalizmin beşiyi sayıla biləcək yerlərdən biri olan ABŞ-da medianın kapitalizmə xas xüsusiyyətləri özünə götürdüyünü irəli sürürdülər. Kapitalizmin əsas xüsusiyyətləri qazanc, təminat və tələbat və yalnız maddiyyəti düşünməkdir.
Qazaxıstan sənayesi
Qazaxıstan sənayesi — Qazaxıstan iqtisadiyyatının qolu. Qazaxıstanın ÜDM-də sənayenin payı% 34,1-dir (2017). Məşğul əhalinin sənayedəki payı% 20.4-dir (2017). Hazırda Qazaxıstan iqtisadiyyatı strukturunun demək olar ki, üçdə birini sənaye tutur. Mədənçıxarma sektoru məşğulluğun 2,9% -dən çoxunu və iqtisadiyyatda ümumi əlavə dəyərin 18% -ni təmin edir. Hasilat sənayesində əsas kapitala qoyulan investisiyalar bu gün ümumi həcmin 30% -dən çoxunu, istehsal sənayesində isə yalnız 12% -ni təşkil edir. Hasilat sənayesinin aparıcı ixracatçısı olan Qazaxıstan (ilk növbədə neft hesabına) adambaşına ixracata görə bütün MDB ölkələrini qabaqlayır. Bununla birlikdə, Qazaxıstan Respublikasında adambaşına orta hesabla istehsal məhsullarının ixracatı Rusiyaya nisbətən iki dəfə azdır. Sənayeləşmə prosesində sənayedəki diqqət tədricən istehsal sənayesinə yönəlir, baxmayaraq ki, inkişaf səviyyəsi nisbətən aşağı səviyyədə qalır. İstehsal sənayesi məşğulluğun 7% -dən azını və ölkə iqtisadiyyatının ümumi əlavə dəyərinin 11% -ni təşkil edir.
Seks sənayesi
Seks sənayesi (həmçinin seks ticarəti kimidə adlanır) — yetgin insanlar üçün seksual xarakterli xidmətlərin verildiyi biznes sahəsi. Sənayeyə fahişəlik, striptiz klubları, pornoqrafiya eləcədə seksual filmlər kimi kateqoriyalar daxildir. Televiziyada ödənişli olan seks kanallarıda həmçinin bu biznesin bir hissəsidir.
Torf sənayesi
Torf sənayesi — Torf sənayesi- yanacaq sənayesi sahəsi; torf yataqlarının mənimsənilməsini, torfun çıxarılması və emalını əhatə edir. Zəngin torf yataqlan Qərbi Sibirdə və Rusiyanın şimal- qərb hissəsindədir. İrlandiya, AFR-da da torf çıxarılır. Torfdan yanacaq kimi əsasən İrlandiya, AFR və Finlandiyada, digər ölkələrdə isə bağçılıqda, gülçülükdə və tərəvəzçilikdə istifadə edilir. == Torf bataqlığı == Torf- energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar xeyli ekoloji çətinlik yaranır. Torf bataqlığı-torf əmələgətirici rütubətsevər bitkilərlə örtülü, 30 sm və daha artıq torf layına malik olan bataqlıqlara deyilir. Torf bataqlıqları əsasən mülayim qurşaqlarda yayılmışdır, nadir hallarda tropik qurşaqlarda da torf bataqlığına rast gəlinir. Məsələn, Sumatra adasında yerləşən bataqlıqda torf layının qalınlığı 9 m-ə çatır. == Hasilatı == Torf yataqlarının xüsusiyyətlərinə və inkişaf üsullarına görə torfun hidravlik, ekskavator, frezləmə, frezləmə-qəlibləmə və digər hasilat üsulları mövcuddur.
Aviasiya sənayesi
Aviasiya sənayesi — aviasiya texnikasının inkişafı, istehsalı, sınaqdan keçirilməsi, təmiri və utilizasiyasının həyata keçirildiyi sənaye sahəsi. XX əsrin əvvəllərində yaranmış, Birinci və İkinci Dünya müharibələri arasındakı illərdə əsas sənaye sahəsinə çevrilmişdir. İstehsalın yüksək səviyyədə kooperasiyası və konsentrasiyası ilə texniki cəhətdən ən qabaqcıl mühəndislik sahələrindən biridir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авиационная промышленность // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. Авиационная промышленность // Авиация: Энциклопедия. М.: Большая Российская энциклопедия: ЦАГИ. Глав.
Banan sənayesi
Banan sənayesi qlobal sənaye aqrobiznesinin mühüm hissəsidir. Qlobal banan istehsalının təxminən 15%-i Qərb ölkələrində istehlak üçün ixraca və beynəlxalq ticarətə gedir. Onlar əsasən Amerikada banan plantasiyalarında becərilir. == Ekoloji təsirləri == Bütün monokulturalarda olduğu kimi, banan istehsalı üçün intensiv aqrosənaye üsulları ətraf mühitə əhəmiyyətli təsir göstərir. Banan becərilməsi böyük miqdarda pestisid tələb edir (təxmin: 35 funt per acre (39 kq/ha) və meşələrin qırılması vasitəsilə ekosistemin məhvini təşviq edə bilər. Üstəlik, yemək milləri və plastik qablaşdırma böyük ekoloji olaraq bir karbon izi buraxır. == Xalis məhsul == 2012-ci ildə qlobal ümumi banan ixracının həcmi ilə rekord həddə çatdı 16.5 milyon metric ton (3.6×1010 funt), 1.1 milyon ton (or 7.3 percent), 1.1 milyon ton (or 7.3 percent) bu isə 2011-ci il səviyyəsindən 1,1 milyon ton (və ya 7,3 faiz) çoxdur. Banan ABŞ-də ən məşhur meyvədir və hər il alma və portağaldan daha çox istehlak olunur. Dünyada banan növlərinin çoxluğuna baxmayaraq, yalnız becərilənləri nəzərə alsaq belə, sənaye istehsalında Cavendish bananı üstünlük təşkil edir. == Bitkidə xəstəliyin yayılması == Tropical Race 4-ün çoxmillətli plantasiya sahiblərinin torpaqla çirklənmiş avadanlığı ilə qlobal miqyasda yayıldığı düşünülür.