Norveç Krallığının hüquq sistemi
Norveçin hüquq sistemi müstəqil Skandinaviya hüquq sisteminə daxil olmaqla, alman-roman və həm də ingilis-amerikan sistemləri ilə ahənglik təşkil edir.
Norveç adət hüquqlarının ilk yazıları XII əsrə aiddir. Bu dövrdə ölkənin bütün ərazisi vahid krallıq hesab edilsə də, dörd tinqə ayrı-ayrı klan nümayəndələrinin yığıncaqları ilə birləşmiş və dayanıqlı hüquqi adətləri və ənənələri olan klanlara bölünmüşdü. Bu iki birliyin-"Qulatinq qanunları" və "Frostatinq qanunları" hüquqi adətlərinin məcmuələri bizim günlərə qədər demək olar ki, tam məzmunda saxlanılmışdır və orta əsrlərin hüquq tarixi üzrə qiymətli sənədlərdir.
Bu məcmuələr əsasında "qanunların yaxşılaşdırıcısı" adını almış kral Maqnusun hakimiyyəti dövründə ilk ümumilli "Torpaq qanunu" külliyyatı nəşr olunmuşdur ki, onun da əsasında kilsələrin hüquqi vəziyyətinə aid olan məsələlər tənzimlənir, cinayət, torpaq və ticarət hüququ normaları şərh olunurdu. Qanun külliyyatının təsiri o vaxtlar Norveçə məxsus olan ərazilərə — Qrenlandiya, Farer, Orkneysk və Şetland adalarına şamil edilirdi. "Torpaq qanunu" külliyyatına əlavə olaraq, "Şəhərlər qanunu" (1276-cı il) nəşr edildi ki, bu da yerli şəhər adətləri məcmuələrini ümumilli ticarət və dənizçilik qaydaları ilə əvəz etdi. Sistemləşdirilmiş qanun külliyyatlarının ayrı-ayrı müddəaları yeni qanunlarla əvəz edilsə də, bir neçə yüzilliklər ərzində öz qüvvəsini saxladı.
Ölkənin Danimarka tərəfindən istila edilməsindən sonra (1380-ci il), Norveç hüququnun inkişafı Danimarka hüquq adətlərinin güclü təsiri altına düşdü. Əsas hakim vəzifələrini danimarkalılar tutur, yerli məhkəmələr tərəfindən çıxarılan qərarlardan şikayətlər Danimarka Ali Məhkəməsinə verilirdi.