NƏM Bəzən qoyur yerə öz qulağını; Dinləyir quyunun nəm torpağını (M.Rahim); HÖYÜŞ [Tububəyim:] Ana yer höyüşdür!.. (Çəmənzəminli); İSLAQ Aslan bəylə Qəmər şən qəhqəhələrlə islaq otların arasından çiyələk dərib yeyirdilər (A.Şaiq); NƏMİŞ Hər yer yumşaqdır, nəmişdir (M.Rzaquluzadə); NƏMLİ Bu nəmli torpaqlar olsa da yerim.. (S.Vurğun); NƏMNAK Ruyini xunabeyi-çeşmimlə nəmnak eylərəm; Kipriyimlə asitanın gərdini pak eylərəm (M.Ə.Sabir); RÜTUBƏT Səlimə: Lakin otaq rütubət olduğundan, havası dözülməz dərəcədə ağır idi (İ.Əfəndiyev); RÜTUBƏTLİ Payızın rütubətli havaları başlanmış olduğundan soyuqluq hiss olunurdu (T.Ş.Simürğ); YAŞ Yer yaş idi (Y.Şirvan); HÖYÜŞLÜ, NƏMİŞLİ.