OYNAMAQ

1. OYNAMAQ Oğlanlar istədikləri qızı dəvət edərək, bərabər oynayırdılar (A.Şaiq); RƏQS ETMƏK/ELƏMƏK Ballı bir dağ pərisi kimi qollarını oynadaraq rəqs edirdi (A.Şaiq); SINDIRMAQ (məc., dan.) [Fatmansa:] Gör bir Atamoğlanın qızı nə sındırır! (C.Cabbarlı); SÜZMƏK (məc., dan.) Çimnaz: Qoy sənin toy günün bir çatsın hələ; Onda süzəcəyəm bax, belə belə (S.Rüstəm).

2. OYNAMAQ (nərd, domino, şahmat, kart və s. bu kimi oyunlar) [Nəbi:] Bir belə də qumar oynamaq olarmı? Hər gün səhərə kimi oynayırlar (S.S.Axundov); VURMAQ (məc., dan.) ..dur gedək, onlara, həm bir nərdtaxta vuraq, həm də bu söhbəti deyək, o da yazsın jurnala (Qantəmir).

3. oynamaq bax əylənmək 1

OYMAÇILIQ
OYNAŞ

Digər lüğətlərdə

-к-(а) евродо́ллар еме́ля затра́титься наверста́ть настря́пать разоспа́ться гиперто́ник ено́товые набавля́ться оса́ливаться расчеса́ть alunite antifebrific emphyteuta fettled ale hula hurtling naker puff out silver-bath south-eastwardly Swaraj throttle tortive