QƏMSİZ

QƏMSİZ, DƏRDSİZ (heç bir qayğısı, qəmi olmayan) ..Yurdumda baş qaldırıb göyərsin təzə bağlar; Dərdsiz, qəmsiz böyüsün bütün körpə balalar (M.Rahim); BİQƏM (köhn.) Layiq deyil sənə nakəsi-biqəm; Adam gərək ola adama həmdəm (M.P.Vaqif); KƏDƏRSİZ ..Aparacaq bizi; Kədərsiz bir dünyaya (R.Rza); QAYĞISIZ Bu qayğısız yaşamağı, əlqərəz; Bir şey ilə etmək olarmı əvəz? (A.Səhhət); QÜSSƏSİZ O qəmsiz, qüssəsiz, o xoşbəxt üzü; Mənim ilhamıma yaxındır, düzü.. (S.Vurğun).

QƏMNAK
QƏMZADƏ

Digər lüğətlərdə