QƏYSƏR II

qəysər olmax:
(Çənbərək, Ordubad)
soyuqdəymə nəticəsində xəstələnmək
QƏYSƏR
QƏYSƏVƏ
OBASTAN VİKİ
Abdullah II
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
Americas II
AMERICAS-II — Florida, ABŞ Vircin adaları, Puerto-Riko, Martinika, Kürasao, Trinidad və Tobaqo, Venesuela, Fransa Qvianası, Surinam, Qayana (Kayenna vasitəsilə) və Braziliya arasında telekommunikasiya əlaqələrini yaradan fiber optik sualtı kommunikasiya kabeli. Sistem 2000-ci ilin avqust ayından etibarən xidmətdədir və ümumi daşıyıcı bazasında fəaliyyət göstərir. AMERICAS-II hər biri saniyədə 2,5 giqabitlə (Gbit/s) işləyən, başlanğıcda ayrı-ayrı çökmüş halqa konfiqurasiyalarından ibarət üç bir-birilə bağlı halqadan (Şimal, Cənub və Qərb sistemləri) və Kürasao ilə Venesuela arasında hal-hazırda fəaliyyət göstərməyən xüsusi bağlantıdan təşkil olunmuşdur. Hər üç sistemdəki hər bir fiber cütlüyü 32 ölçülü saniyədə 155 meqabitlik (Mbit/s) OC-3 Əsas Sistem Modulundan (BSM) ibarətdir. BSM isə başlanğıcda 1008 MIUs həcmində olan 63 Minimum İnvestisiya Vahidindən (MIUs) təşkil olunmuşdur. Onun ilkin ümumi sürəti 40 Gbit/san olmuşdur. 2009-cu ildə bu göstərici 160 Gbit/san-yə, 2010-cu ildə isə bilinməyən səviyyəyə çatmışdır. == Keçdiyi nöqtələr == Fortaleza, Braziliya Kayenna, Fransa Qvianası Çaquaramas, Trinidad Kamuri, Venesuela Villemştad, Kürasao Le Lamentin, Martinika Sent-Krua, ABŞ Vircin adaları Miramar, San-Xuan, Puerto-Riko Hollivud, Florida, ABŞ == İstinadlar == == Həmçinin bax == Beynəlxalq sualtı kommunikasiya kabellərinin siyahısı == Xarici keçidlər == AMERICAS-II Cable Landing License as adopted by the Federal Communications Commission. Tyco International Ltd.
Bazel II
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. == Bazel 2" nədir ? == — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur.
Classics II
Dağ II
Dağ 2 və ya Dağ II — 2016 tarixli Türkiyə istehsalı ekşn, gərginlik və dram janrında olan film. Filmin yaradıcısı Alpər Çağlar-dır. 2012-ci ildə nümayiş olunan Dağ filminin davamıdır. 4 noyabr 2016 tarixində kinoteatrlarda təqdim olunmuşdur. İlk filmi 170 min lirəli (85 min manat) büdcəsi 10 qat çoxalaraq,1 milyon 700 lirə (850 min manat) olaraq təyin olunmuşdur. IMDb-də 10 üstündən 9.9 xal almışdır Filmdə Türkiyə Silahlı Qüvvələri-dən alınan həqiqi silahlar istifadə olunub. Türkiyədə 3 milyon 289 min 710 kişi tərəfindən baxılaraq 2016-cı ilinin ən çox baxılan kinosu olmuşdur. == Məzmun == Oğuz və Bəkİrin əsgərlik vaxtı bitməyə yaxınlaşmışdır. Bu ikili,Xüsusi Qüvvətlər Komandirliyinə müraciət etmək istəyirlər, lakin Bəkirin dizindəki zədə, Oğuzun çiynindəki çətinliyə görə alınmırlar. Bu vaxt birinci filmdə şəhid olan Yaşar Dəmirin yaxın yoldaşı Veysel Gökmusa danışmağa şahid olur və bu ikiliyə icazə verir.
Frans II
II Frans (alm. Franz II. Joseph Karl‎; 12 fevral 1768[…], Florensiya – 2 mart 1835[…], Vyana) — sonuncu Müqəddəs Roma İmperatoru (1792–1806) və I Frans kimi 1804–1835-ci illərdə Avstriyanın ilk İmperatoru idi .Napoleonun fransızların imperatoru kimi tacqoymasına cavab olaraq özünü ilk Avstriya İmperatorunu elan etdi. Napoleon Reyn Konfederasiyasını yaratdıqdan qısa müddət sonra Fransi Müqəddəs Roma İmperatoru kimi taxtdan əl çəkdi . O , Macarıstan , Xorvatiya və Bohemiya kralı idi . O, həm də Almaniya Konfederasiyasının ilk prezidenti kimi fəaliyyət göstərib. II Frans Napoleon müharibələrində Napoleon Fransasının rəqibi kimi aparıcı rolunu davam etdirdi və Austerlitzdən sonra daha bir neçə məğlubiyyətə uğradı. 1810-cu il martın 10 — da qızı Avstriyalı Mari Luiza ilə Napoleonla evlənməsi onun ən ağır şəxsi məğlubiyyəti idi.
II. Mentuhotep
II Nebhepetre Mentuhotep (e. ə. XXI əsr – e.ə. 2013) (hökmdarlığı (təxmini olaraq): e.ə. 2046 — e.ə. 1995) Antik Misirin 11. sülaləsi dövründə 51 il hökm sürən bir firondur. Taxtda olduğu 39 il müddətində Misirin müxtəlif problemlərlə mübarizə etdiyi Birinci boşluq dövrü deyilən dövrdə iqtisadi və siyasi problemlərlə məşğul oldu və nəhayət Misiri yenidən birləşdirməyi bacardı. Bu səbəbdən də Misirin Orta krallıq dövrünün ilk fironu olaraq qəbul edilir. == Mənbə kitablar == Gae Callender: The Middle Kingdom Renaissance, In: Ian Shaw (edit.): The Oxford History of Ancient Egypt, Oxford University Press, Oxford, 2000, ISBN 0-19-815034-2, pp.
II. Nektanebo
II Nektanebo (hökm. e.ə. 360 – e.ə. 342) — Misirin otuzuncu sülaləsinin üçüncü və son fironudur. Ayrıca, Qədim Misirin son yerli hökmdarıdır. Bu firondan sonra Misir yenidən Əhəməni Fars hakimiyyətinə girdi. Bundan bir neçə il sonra da Makedoniyalı İsgəndər Misiri fəth etdi.
II Aaron
II Aaron — Benjamin xaqanın oğlu X əsrin əvvəlləri boyunca Xəzər xaqanlığının hökmdarı. Kiyev knyazı I İqor Tmutarakana hücum etdiyi dövrdə, Bizans da rusların köməyi ilə Krımdakı Xəzər xaqanlığının torpaqlarına hücum etdi. Aaron rusların hücumlarının qarşısını almış və həmçinin əks hücumla Krımdakı Bizans ordusunu məğlub etmişdi. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
II Abbas
II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır. Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir.
II Abdullah
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
II Abqar
II Abqar (e. ə. I minillik – e.ə. 53) — e.ə. 68—53-cü illərdə Edessanın hökümdarı. E.ə. 64-cü ildə II Abqar Şimali Mesopotamiyanın zəbt edilməsində Qney Pompeyin leqatı Lutsi Afraniyə kömək edərək Qədim Roma qoşunlarıyla ilə birləşmişdir. Fərziyələrdən birinə əsasən, e.ə. 53-cü ildə II Abqar triumvirat Mark Krassı ələ verdi, belə ki II Abqar Karr döyüşü zamanı onun qoşununu açıq sahəyə gətirdi və nəticədə romalılar məğlub oldular. Lakin Abqar döyüşün nəticəsindən heç bir xeyir görmədi, çünki elə həmən ildə Parfiya hökümdarı II Orod tərəfindən devrildi.
II Adrian
II Adrian (lat. Hadrianus II; 792, Roma, Frank dövləti – 14 dekabr 872, Roma, Müqəddəs Roma imperiyası) — 867–872-ci illərdə Roma Papası. Onun papalığı dövründə Qərb və Şərq kilsələri tərəfindən tanınan Ekumenik məclislərin sonuncusu baş tutmuşdur. == Həyatı == II Adrian 792-ci ildə Roma şəhərində anadan olmuşdur. O, Papa IV Stefan və II Serginin də üzvü olduğu zadəgan və nüfuzlu ailənin nümayəndəsi olmuşdur. Gəncliyində ailə qurmuş, hətta Müqəddəs Pyotr kafedrasına seçildikdən sonra da həyat yoldaşı və qızı ilə ayrılmamışdır. I Nikolayın (858–867) varisi olan II Adrianın pontifikatı Şərq və Qərb kilsələri arasında münaqişə illərinə düşmüşdür. 867-ci ildə Papa tərəfindən Konstantinopolda Foti və I Nikolayın tərəfdarları və davamçıları arasında kompromis tapmaq üçün Ekumenik məclis çağırılmışdır. Bu məclis Şərqdə Roma tərəfindən tanınan Ekumenik məclislərin sonuncusudur. 10 ildən sonra 383 yepiskop papa legatlarının iştirakı ilə onun qərarlarını ləğv etmişdir.
II Afonso
II Afonso (port. Afonso II de Portugal; 23 aprel 1185, Koimbra – 25 mart 1223[…], Koimbra) — Portuqaliya krallığının III kralı.
II Frans
II Frans (alm. Franz II. Joseph Karl‎; 12 fevral 1768[…], Florensiya – 2 mart 1835[…], Vyana) — sonuncu Müqəddəs Roma İmperatoru (1792–1806) və I Frans kimi 1804–1835-ci illərdə Avstriyanın ilk İmperatoru idi .Napoleonun fransızların imperatoru kimi tacqoymasına cavab olaraq özünü ilk Avstriya İmperatorunu elan etdi. Napoleon Reyn Konfederasiyasını yaratdıqdan qısa müddət sonra Fransi Müqəddəs Roma İmperatoru kimi taxtdan əl çəkdi . O , Macarıstan , Xorvatiya və Bohemiya kralı idi . O, həm də Almaniya Konfederasiyasının ilk prezidenti kimi fəaliyyət göstərib. II Frans Napoleon müharibələrində Napoleon Fransasının rəqibi kimi aparıcı rolunu davam etdirdi və Austerlitzdən sonra daha bir neçə məğlubiyyətə uğradı. 1810-cu il martın 10 — da qızı Avstriyalı Mari Luiza ilə Napoleonla evlənməsi onun ən ağır şəxsi məğlubiyyəti idi.
II Fransisk
II Fransis (fr. François II de France; 19 yanvar 1544, Fontenblo – 5 dekabr 1560 və ya 1560, Orlean) — Fransa kralı. 1559–1560-cı illərdə hakimiyyətdə olmuşdur.
II Frederik
II Frederik (d. 1 iyul 1534 – ö. 4 aprel 1588) - Norveç və Danimarka kralı.
II Fridrix
II Fridrix (Prussiya kralı)
II Fəribürz
II Fəribürz – Şirvanşahlar dövlətinin iyirmi üçüncü hökmdarı, Şirvanşah II Əfridunun oğlu. == Fəaliyyəti == Bəzi tədqiqatçılar Şirvanşahlar arasında II Fəribürzün olmasına şübhə ilə yanaşmışlar. II Fəribürz ibn II Əfridunun hakimiyyət dövründən akademik Dorna məlum olmayan bu Şirvanşahın mövcudluğunu qəti təsdiq edən sikkələr qalmışdır. Sikkənin üz tərəfində ənənəvi dini rəmz və xəlifə ən-Nasirlidin Allahın (h.575-622) (1180-1225)-ci illər) adı, əks tərəfində isə "əlməlik, əl-adil Cəlal əd-Dünya və-d-Din Fəribürz ibn Əfridun ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk olunmuşdur. Şirvanşahın adında sülalənin ən görkəmli nümayəndələrindən sayılan, sonralar tarixçilərin adına "böyük" təşbehi qoşduqları III Mənuçöhrün nəslindən olmasının qeyd edilməsi nəzərə çarpır. Mənuçöhrün ölümündən sonra gələn bütün Şirvanşahlar öz sikkələrində onun nəslindən olduqlarını göstərməyə başlamışlar. II Fəribürzün sikkələrində dəbdəbəli əl-adil, Cəlal əd- Dünya və-d-Din ləqəblərinin və Şirvanşah titulunun peyda olması sonuncu səlcuq sultanları ilə Eldəgəzlər arasında müharibələr getdiyi XII əsrin 90-cı illərində Şirvanşahın müstəqil olduğunu göstərir. XII əsrin 40-cı illərində Azərbaycanda yeni güclü Eldəgəz Atabəyləri sülaləsi bərqərar oldu. Qızıl Arslanla (h.582-587 (1187-1191)-ci illər) mübarizə aparan sonuncu səlcuq hökmdarı III Toğrul (h.571-590 (1176- 1194)-cı illər) 1194-cü ildə Xarəzmşah Təkişlə (h.567-596 (1172-1200-cı illər) vuruşmada öldürüldü. Eldəgəz Qızıl Arslan h.587 (1191)-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun qardaşı oğlanları arasında ara müharibələri başlandı.
II Fərruxzad
II Fərruxzad (1260, Şamaxı – 1282, Şamaxı) — Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı, Şirvanşah II Axsitanın oğlu. == Fəalliyyəti == Hülakü xanın hökmranlığı dövründə (1256-1265) Elxanilərin Şirvan üzərində hakimiyyəti gücləndi. Elxanilər vaxtında monqol köçərilərinin və köçəri zadəganlığının Şirvana axını son dərəcə artdı. Onlar münbit torpaqları, oturaq feodalların otlaqlarını zəbt edirdilər. Şirvanın əhalisi vergilərin ağırlığından və köçəri feodalların zülmündən əzab-əziyyət çəkirdilər. Bu dövrdə Şirvanşahın hakimiyyəti, görünür, nominal xarakter daşıyırdı və ölkənin ərazisi xeyli kiçildilmişdi. Şirvan, demək olar ki, yüzillik bir dövr ərzində Elxanilərlə Qızıl Orda xanları arasında hərbi əməliyyatlar meydanına çevrilmişdi. Hülakü xan 1265-ci ildə öldükdən sonra onun oğlu və varisi Abaqa xanın (1265-1282-ci illər) zamanında Qızıl Orda xanları dəfələrlə Dərbənd keçidindən Şirvana soxulmuşdular. Abaqa xan cuçilərin hücumundan qorunmaq üçün Kür çayı boyunca bir sıra sədlər və istehkamlar tikdirmişdi. Şair Nizari h.679-cu ildə (1281-ci ilin əvvəlində) Kuhistandan Qafqaza xidməti səfəri zamanı karvan yollarında çoxlu monqol qoşunun toplandığını müşahidə etmişdi.
II Gennadios
II Gennadiy (yun. Γεώργιος Κουρτέσιος Σχολάριος) (d. 1400 – ö. 1473) — 1454 - 1464-cü illərdə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı. Gennadiy Aristotelin fikirlərini müdafiə etmişdir. VII İoann Paleoloq dövründə 1438 - 1439-cu illərdə, Bazel konsulu, XI Konstantin Paleoloqun dövründə isə Konistantinapol Pantokratoru olmuşdur. Osmanlı imperatoru sultan II Mehmedin hakimiyyəti zamanı 1453 - 1456, 1458 və 1462 - 1464-cü illərdə üç dəfə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı seçilmişdir. Eyni zamanda fəlsəfə müəllimi olan Gennadiy 1473-ci ildə vəfat etmişdir.
II Gennadiy
II Gennadiy (yun. Γεώργιος Κουρτέσιος Σχολάριος) (d. 1400 – ö. 1473) — 1454 - 1464-cü illərdə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı. Gennadiy Aristotelin fikirlərini müdafiə etmişdir. VII İoann Paleoloq dövründə 1438 - 1439-cu illərdə, Bazel konsulu, XI Konstantin Paleoloqun dövründə isə Konistantinapol Pantokratoru olmuşdur. Osmanlı imperatoru sultan II Mehmedin hakimiyyəti zamanı 1453 - 1456, 1458 və 1462 - 1464-cü illərdə üç dəfə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı seçilmişdir. Eyni zamanda fəlsəfə müəllimi olan Gennadiy 1473-ci ildə vəfat etmişdir.
II Georq
II Georq (alm. Georg II‎, ing. George II; 10 noyabr 1683, Hannover – 25 oktyabr 1760, London) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1727–1760), I Georqun oğlu, Britaniyanın hüdudlarından kənarda doğulan sonuncu monarx. 1727-ci ildən bəri kral olaraq Georq İngiltərə parlamentinin nəzarətində olan ingilis daxili siyasətinə nisbətən az təsir göstərdi. Müqəddəs Roma İmperiyasının seçicisi olaraq, 12 il mövsümünü Hannoverdə keçirdi, burada dövlət siyasətinə daha çox nəzarət edirdi. Parlament müxalifətini dəstəkləyən böyük oğlu Frederik ilə çətin münasibət qurdu. Avstriya irsi uğrunda müharibə zamanı II Georq 1743-cü ildə Dettingen döyüşündə iştirak etdi və beləliklə şəxsən döyüşə qoşun gətirən son ingilis monarxı oldu. 1745-ci ildə katolik iddiasında İngilis taxtına iddia edən Ceyms Stüartın ("Köhnə iddiaçı") Ceyms oğlu Karl Stuartın rəhbərliyi ilə ("Gənc iddiaçı" və ya "Bonnie Prince Charlie") son Yakobin üsyanı zamanı Georqu devirməyə çalışdı və uğursuz oldu. 1751-ci ildə şahzadə Frederikin gözlənilməz ölümündən sonra II Georqun nəvəsi III Georq varis oldu və nəticədə kral oldu. II Georq, isti aylarda monarxın rəsmi ad gününü qeyd etmək ənənəsini təqdim etdi.
II Hairan
II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu. == RTP 736 adlı möhür == Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur. == Kral Herodian və II Hairan == Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.
II Hakəm
II Hakəm və ya Hakəm ibn Əbdürrəhman (ərəb. الحکم ثانی‎) (d. 13 yanvar 915 - ö. 1 oktyabr 976) — 2. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == İbn Hayyân, el-Muḳtebes: ʿahdü’l-Ḥakem el-Müstanṣır-Billâh (nşr. A. A. el-Haccî), Beyrut 1965. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1386/1966, s. 13-16. Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s.