Qanlı hesablaşma (film, 2009)
Qanlı hesablaşma (ing. Shinjuku Incident, çin. 新宿事件) — rejissor Derek Era'nın 2009-cu ildə çəkdiyi, Ceki Çanında rol aldığı bir filmdir. Ceki Çan ilə çəkilən əksər filmlərdən fərqli olaraq, bu filmin janrını dram olaraq təyin etmək olar. Filmin premyeraları: 22 Mart 2009-cu il (33-cü Honq Konq Beynəlxalq Film Festivalı), 2 aprel 2009-cu il (Malayziya, Tayvan, Tayland, Sinqapur), 2009-cu il may ayları (Yaponiya).
== Məzmunu ==
Film 1990-cı illərdə Tokioda baş verir. Film Yaponiyada qeyri-qanuni şəkildə köçən iki Çin mühacirinin həyatından bəhs edir. Filmin baş qəhrəmanı — Dəmir Baş (Ceki Çan) sevgilisi Xu Xiu axtarmaq üçün Yaponiyaya gedir.