QANUNİ-ƏSASİ

qanuni-əsasi bax konstitusiya

QANUNİ
QANUNİLƏŞDİRMƏK
OBASTAN VİKİ
Qanuni oğru
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Qanuni oğrular

Qanuni-Qüdsi
Qanuni-Qüdsi - Abbasqulu ağa Bakıxanov tərəfindən qələmə alınan fars dilinin qrammatikası haqqında əsər. “Qanuni-Qüdsi” müəllifin ilk elmi əsəri hesab edilir. Müəllifin “Gülistan-ı İrəm”də qeyd etdiyi əsərin yazılma tarixi ilə bağlı müxtəlif fikirlər olsa da, o, əsəri 1828/29 (1244 hicri.)-da yazdığını bildirmişdir. Bakıxanov “Hərf”, “Söz” və “Cümlə” bölmələrindən ibarət bu əsəri ilə "əcnəbilərə qısa müddətdə kifayət qədər fars dilini oxuyub yazmağı öyrətməyi" hədəfləyib. Bundan əlavə, müəllif əsərin uşaqlar tərəfindən daha yaxşı başa düşülməsi və əzbərlənməsi üçün bəzi qaydaları nəzm şəklində daxil etdiyini də bildirib. == Tarixi və nəşri == Qanuni-Qüdsi alimin ilk elmi əsəri olduğu həmçinin, Rusiyada Fars dilinə aid yazılmış ilk qrammatika kitabı olduğu üçün böyük səs gətirmişdi. Bakıxanov bu əsər barədə 1829-cu ildə Çar I Nikolaya göndərdiyi təqdim yazısında müəllif, əsər üzərində 4 ildən çoxdur işlədiyini bildirmiş, həmçinin kitabın Rusiyada ilk olduğuna diqqət çəkmiş, fars dilinin digər Asiya dillərindən daha böyük əhəmiyyətə malik olduğu fikrini önə sürərək çardan bu əziyyətinin dəyərləndirilməsini xahiş etmişdir. Dövrün Qafqaz məsulu Qafqaz məsulu İ. Paskeviç Xarici işlər naziri K.Nesselrodeyə yazdığı 1829-cu il tarixli məktubunda Rusiya, İran və Türkiyə arasında bağlanan müqavilələrdə Bakıxanovun xidmətlərindən yüksək danışır. İ. Paskeviç yazır ki, çara sədaqətlə xidmət edən müəllifin yeniliklər açdığını nəzərə alsaq, bunu çara çatdırmaq və onun əsərinin çap olunması məqsədəuyğun olardı. Əsərin müqəddiməsində farsca verilən bir beytdən əbcəd hesabı ilə onun hicri 1244-cü ildə (1828) yazdığı məlum olur.
Qanuni Sultan Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566, Siqetvar), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Sultan Süleyman Qanuni

Qeyri-qanuni tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Qanuni Sultan Süleyman Körpüsü
Qanuni Sultan Süleyman Körpüsü — İstanbulun Böyükçəkməcə ərazisində olan, Büyükçəkməcə ilə Memarsinan arasında yer alan tarixi körpü. İstanbulu Avropaya bağlayan tarixi ticarət yolu üzərində, Büyükçəkməcə gölünün Mərmərə dənizi ilə birləşdiyi nöqtədə inşa edilmişdir. Memar Sinan tərəfindən inşa edilən körpü, İstanbula 36 km uzaqlıqda yerləşir. Qanuni Sultan Süleyman (1520-1566) Zigetvar Səfərinə çıxarkən, ordunun, Büyükçəkməcə Gölü ilə dənizin birləşdiyi bu nöqtədən sallarla qarşıya keçməkdə çox çətinlik çəkdiyinə görə buraya körpü tikilməsini əmr etmişdir. Ancaq Qanuni Sultan Süleyman, Zigetvar şəhərinin mühasirəsində vəfat etdiyi üçün körpü, oğlu II Sultan Səlim zamanında, 1567-ci ildə tamamlanmışdır. Körpünün girişindəki turistlik sahə içərisində Sokullu Mehmet Paşa Məscidi, Kurşunlu Han və Qanuni Sultan Süleyman çeşməsi də yer almaqdadır. Memar Sinanın "Körpü, əsərlərimin içərisində şahəsərimdir." dediyi bu körpü, 636 metr uzunluğunda, 7,17 metr genişliyindədir. 4 ayrı hissədən və 28 kəmərdən ibarət olan körpünün tikintisi əsnasında, gölün suları böyük tulumbalarla boşaldılaraq, 40.000 m³ daş istifadə edilmişdir. Körpü 1986-1989-cu illər arasında bərpa edilən körpü bölgənin simvoludur. Körpünün ortasında ağ mərmər üzərində "Karahisarlşlm jıhııjıultan Səlim Xan" adına olduğu bildirilən bir tarix döşəmə yazısı var: "Dedi Târihin huda ol zaman Yapdı âb üzrə bu Cisr Səlim Xan il 957 Eyledi kamil Süleyman körpüsü Sultan Səlim " Körpünün 1567-ci ildən etibarən xərci 114.073.850 axçadır.
Qanuni Sultan Süleyman bulağı
Qanuni Sultan Süleyman Bulağı — Bulaq klassik üslubda üç qanadlı daşdan inşa edilmişdir. Qanuni Sultan Süleyman, 1566-cı ildə, Zigetvar səfərinə çıxarkən Kurşunlu Han və Qanuni Sultan Süleyman Körpüsü ilə birlikdə Memar Sinan tərəfindən inşa edilmişdir. Hələ də içmə və istifadə etmə suyu baxımından fəal vəziyyətdədir. Bulağın yanında Sokullu Mehmet Paşa Məscidi yer alır. Bulaq llassik üslubda üç qanadlı kəsmə daşdan inşa edilmişir. Orta qanad digərlərinə nəzərən bir az daha geniş və yüksəkdir. Yan qanadlar orta hissəyə görə bucaqlı olaraq geridə qalmaqdadır. Beşik tonozu xatırladan bir üst örtüyü vardır. Üç hissəni birləşdirən sadə bir lülə vardır. Kilid yaşlarında bir rozet olan iti kəmərli nişlər halındakı qanadların içərisinə kiçik ayna daşları yerləşdirilmişdir.