Qapalı istismar

quyudan çıxan neft və qazın tam qermetik boru kəmərləri ilə istehlakçıya çatdırılması üsulu. Q.i. sxemində quyu məhsulu (neft və qaz) 0,5-0,1 MH/m2 təzyiqlə ayrı-ayrı boru kəmərləri ilə ölçmə qurğusuna axıdılır. Sonra neft-qaz qarışığı ümumi kolektorla mədənin yığma məntəqəsinə gedir və qaz neftdən seperatorlarda ayrılır. Daha sonra neft susuzlaşdırma qurğusuna, qaz isə qaz emalı zavoduna göndərilir. "Quru" qaz emal edilərək qaz kəmərinə verilir. Neftdən ayrılan su təmizlənir və nasosla laylara vurulur. Q.i. neft məhsularının buxarlanma itkisini və yanğın təhlükəsini azaldır, neftlə birlikdə çıxan qazı yığmağa imkan verir.
Qama
Qaz